Baxşı sözü azərbaycan dilində

Baxşı

Yazılış

  • Baxşı • 81.5789%
  • baxşı • 18.4211%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baxşı
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Baxşı Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903 – 14 sentyabr 1985) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Baxşı Həyəti (Talış)
Baxşı Həyəti (fars. بخش حياطي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (14 ailə).
Hacı Baxşı məscidi
Hacı Baxşı məscidi və ya Şah Abbas məscidi — Bakının Nardaran qəsəbəsində yerləşən XVII əsrə aid tarixi məsciddir. == Tarixi == Daş üzərində yonulmuş və binanın fasadına yerləşdirilmiş kitabədə məscidin inşa tarixi və inşaatçıların adı göstərilmişdir. İki sətirlik kitabə bəzi fars söz və formaları istifadə edilməklə ərəb dilində yazılmışdır: Kitabəyə əsasən abidə miladi təqvimlə 1662-1663-cü illərdə ustad rütbəsinə malik memar Murad Əli tərəfindən inşa edilmişdir. Kitabədə inşaat işlərinə rəbərlik edən – sərkar vəzifəli şəxsin adının da qeyd edilməsi diqqət çəkən məqamdır. Sərkar termini Azərbaycan ərazisində bir neçə başqa kitabələrdə də qeyd olunsa da, Hacı Baxşı məscidinin kitabəsinin tədqiq olunmasına kimi başqa mütəxəssis rütbələri ilə bir yerdə işlədilməmişdi. Məhz Hacı Baxşı məscidinin kitabəsi “sərkar” terminin mənasını müəyyənləşdirməyə imkan vermişdir: sərkarlar tikinti işlərinə ümumi başçılıq edərək maddi təminatın hazırlanması və təşkilatçılıq funksiyasını həyata keçirirdilər. == Memarlıq xüsusiyyətləri == Mənbə Hacı Baxşı məscidi Abşeronun dini tikililəri arasında xaraketrik memarlıq xüsusiyyətləri ilə diqqət cəlb edir. Planda məscid iki əsas hissədən ibarətdir: mərkəzində dörd sütun olan kvadrat formalı ibadət zalı və ona birləşən giriş poratl nişi. Planda xüsusi qeyd edilmiş mərkəzi kvadrat, həcm baxımından həm də günbəz örtüyü ilə vurğulanmışdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir.
Bahadur Baxşıyev
Baxşıyev Bahadur Ələkbər oğlu — rentgenoloq-radioloq, respublika üzrə baş mütəxəssis, ATU-nun rentgenologiya kafedrasının müdiri, professor. "Azərbaycanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. == Həyatı == Baxşıyev Bahadur Ələkbər oğlu 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, Ordubad şəhər xəstəxanasında rentgenoloq və poliklinika müdiri vəzifəsində çalışmişdır. O dövrdə Azərbaycan Respublikasında Rentgenologiya və Radiologiya sahəsində yüksək mütəxəssislər olmadığından B. Ə. Baxşıyev 1960-cı ildə Moskvanın elmi tədqiqat Rentgen və Radiologiya İnstitutuna ezam edilmişdir. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik adına layiq görülmüşdür. O, Azərbaycan Respublikasına Rentgenologiya və Radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir. O, 1969–1973-cü illərdə ATU-nun I müalicə profilaktika fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1983–1989-cu illərdə ikinci dəfə həmin fakultənin dekanı vəzifəsinə layiq görülmüşdür. B. Ə. Baxşıyev 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifidir. İlk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik professor B. Baxşıyev tərəfindən 1976-cı ildə yazılmışdır.
Cəbrayıl Baxşıyev
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Eldar Baxşıyev
Eldar Sultan oğlu Baxşıyev (7 oktyabr 1998; Bərdə, Azərbaycan — 30 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Baxşıyev 7 oktyabr 1998-ci ildə Goranboy rayonu, Düzqışlaq kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eldar Baxşıyev Madagizin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Tap Qaraqoyunlu istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Baxşıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eldar Baxşıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Gülşad Baxşıyeva
Gülşad Eynulla qızı Baxşıyeva (12 dekabr 1952 Bakı şəhəri) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru. == Həyatı == Gülşad Baxşıyeva 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971–1975-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir. O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğu zaman, müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır. 2006-cı ildə Ramiz Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülmüşdür.
Kamran Baxşızadə
Kamran Baxşızadə (d.4 oktyabr 1989, Şıxmahmud, Babək rayonu, Naxçıvan MR) — Azərbaycan ordusunun ehtiyatda olan zabiti, Aprel döyüşləri qazisi == Həyatı == Kamran İsa oğlu Baxşızadə 4 oktyabr 1989-cu ildə Naxçıvan MR-sı Babək rayon Şıxmahmud kəndində anadan olmuşdur. O, 2004-2007 ci il H.Əliyev adına hərbi liseydə oxumuşdur. Burada təhsilini başa vurduqdan sonra 2007-2011-ci illər Azərbaycan Ali Hərbi məktəbində təhsil almış, 2011-2012 ci illər Silahlı Qüvvələrin TTM-də dinləyici olmuşdur. Kamran Baxşızadə 2012-ci ildə Füzuli rayonu N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etmişdir. 2012-cü ildən o, Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılmış və kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin sırasına qəbul olunmuşdur. == Aprel döyüşləri == Baxşızadə Kamran bir çox döyüş tapşırıqlarında iştirak etmişdir. O, 2016-cı il aprel ayının 4-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak etmiş, Talış kəndindəki yüksəklikdə xəsarət almışdır.
Rizvan Baxşıyev
== Həyatı == Rizvan Baxşiyev 1963-cü ilin mart ayının 28-i Masallı rayonunun Hacıtəpə kəndində anadan olub.
Salman Baxşıyev
Salman Baxşıyev (tam adı: Baxşıyev Salman Babaxan oğlu) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1949-cu il martın 1-də Lənkəranda anadan olub. 4 uşağı atasız qaldı. Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işləyib. Yanvarın 26-da, hadisə olan günü qardaşı Əliqismətlə bir yerdə olub. Əliqismətin dedikləri: — Biz XC-nin üzvləri Bakıda günahsız yerə öldürülənlərin xəbərini eşidəndə şəhərdən çıxdıq ki, hərbçilər bizi də qırmasın. Biz meşədə qərar tutmuşduq. Yanvarın 26-da saat .14 dəqiqədə vertolyotlar başımızın üstündə fırlanmağa başladı və vertolyotlardan desant atmağa başladılar. Güllələr yağış kimi yağırdı.
Əlövsət Baxşıyev
Əlövsət Qəzənfər oğlu Baxşıyev (22 iyun 1956, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. (2000–2020) == Həyatı == Əlövsət Qəzənfər oğlu Baxşıyev 1956-cı il iyun ayının 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə orta məktəbi bitirmişdir. Həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakultəsinə daxil olmuş və 1977-ci ildə institutu iqtisadçı ixtisası üzrə bitirmişdir. Ə.Baxşıyev əmək fəaliyyətinə 1977-ci ildə İliç rayon Kommunal Təsərrüfatı Şöbəsində mühasib köməkçisi kimi başlamışdır. 1977–1979-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildən 1986-cı ilə kimi Şərur rayonundakı "Naxçıvan MSSR-nin 50 illiyi" adına üzümçülük sovxozunda hüquq məsləhətçisi, iqtisadçı, baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışmışdır. 1986-cı ildə İliç Rayon Aqrar Sənaye Biriyində aparıcı iqtisadçı-maliyyəçi, 1992-ci ilin yanvar ayınadək İliç Rayon Xalq Deputatları Sovetində sədr müavini, 1992–1994-cü illərdə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində sədrin birinci müavini və sədr vəzifələrində işləmişdir. 1994-cü ilin avqust ayından 1998-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 1998-ci ildən 2000-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə-iqtisadiyyat naziri vəzifələrini icra etmişdir. 2000-ci il fevralın 11-dən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2003 ••••••••••• 0.39
2004 ••••••••••••••••••• 0.67
2005 ••••••••••••••••••• 0.67
2007 •••••••••••• 0.42
2008 •••••••••••••••••••• 0.73
2009 ••••• 0.16
2010 ••••• 0.18
2012 ••••••••••••••• 0.52
2014 ••••• 0.17
2015 ••••• 0.17
2017 ••••••••• 0.33
2018 ••••••••• 0.30
2019 •••• 0.14
2020 •••• 0.13

baxşı sözünün leksik mənası və izahı

  • 1 is. Bir sıra türk xalqlarında (özbək, qazax, qırğız, uyğur, türkmən və qaraqalpaq) mahnılarını simli çalğı aləti dütarın müşayiəti ilə oxuyan şair-nəğməkar.

    Azərbaycan dilinin izahlı lüğəti / baxşı

baxşı sözünün etimologiyası

  • 1 Çincədir, mənası “müəllim”, “lələ” (tərbiyəçi), “dayə” deməkdir. Farslardakı xoca sözünün mənasına uyğun anlamda işlədilir. Bizdə oğlan adı kimi geniş ya­yı­lıb və “ağıllı” (müəllim kimi olan) anlamında işlədilir. Adın yayılması C.Cab­bar­lının yaratdığı obrazla bağlıdır. Güman ki, Baxış adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / baxşı

baxşı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

"bax" (bağ) Allah və "şi" (adam, kişi) sözlərindən düzəlmiş, kahin, şaman, müəllim, ustad, aşıq, baxıcı mənalarını bildirən ad.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"baxşı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#baxşı nədir? #baxşı sözünün mənası #baxşı nə deməkdir? #baxşı sözünün izahı #baxşı sözünün yazılışı #baxşı necə yazılır? #baxşı sözünün düzgün yazılışı #baxşı leksik mənası #baxşı sözünün sinonimi #baxşı sözünün yaxın mənalı sözlər #baxşı sözünün əks mənası #baxşı sözünün etimologiyası #baxşı sözünün orfoqrafiyası #baxşı rusca #baxşı inglisça #baxşı fransızca #baxşı sözünün istifadəsi #sözlük