Baxşəli sözü azərbaycan dilində

Baxşəli

Yazılış

  • Baxşəli • 99.0323%
  • BAXŞƏLİ • 0.6452%
  • baxşəli • 0.3226%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baxşəli Baxşəliyev
Baxşəli Həsənəli oğlu Baxşəliyev (20 avqust 1920, Bərdə, Cavanşir qəzası – 12 noyabr 1987, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR maliyyə naziri (1970–1987). == Həyatı == Baxşəli Həsənəli oğlu Baxşəliyev 20 avqust 1920-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1937-ci ildə burada orta məktəb kitabxanaçısı kimi başlamışdır. 1940-cı ildən rayon maliyyə şöbəsinin baş inspektoru, baş mühasibi, nəzarət-təftiş idarəsinin Bərdə rayonu üzrə nəzarətçi-müfəttişi vəzifələrində işləmişdir. Ali təhsilini Ümumittifaq Qiyabi Maliyyə İnstitutunda almışdır.1954-cü ildə Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə keçirilmiş, sonra isə nəzarət-təftiş idarəsinin şöbə rəisi olmuşdur. 1961–1968-ci illərdə Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1968-ci ildən isə Azərbaycan SSR maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. Baxşəli Baxşəliyev 1970-ci ildən 1987-ci ilədək Azərbaycan SSR maliyyə naziri olmuşdur.Baxşəli Baxşəliyev 8–11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş və Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX və XXXI qurultaylarında (1971-ci ildən) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.Baxşəli Baxşəliyev 12 noyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.
Baxşəli Quliyev
Baxşəli İmamqulu oğlu Quliyev — Fizika-riyaziyyat elmləri doktoru, professor, == Həyatı == Quliyev Baxşəli İmamqulu oğlu 17 iyun 1936-cı ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur.1954-cü ildə Şamlıq kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almış, 1964-1968-ci illərdə Leninqradda Elmlər Akademiyasının Yarımkeçiricilər institutunun aspirantı olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin assistenti, baş müəllimi, dosenti, professorudur (1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir).1968-1996 illərində Azərbaycan Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr demişdir. Baxşəli Quliyev Bakı Dövlət Universitetində elmi şura üzvü, Bərk cisimlər fizikası üzrə müdafiə şurasının məsul katibi, 1996-cı ildən Türkiyənin Yüzüncü Yıl Uiversitetində fizika professorudur. 2015-ci ildən AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Elmi əsərlərinin sayı-70 Xaricdə dərc olunan əsərlərinin sayı-40 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-20 Kadr hazırlığı-3 müdafiə olunmuş fəlsəfə doktoru Elmi-pedaqoji fəaliyyəti-1968-1996 illərində Bakı Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr. Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis == Əsas elmi nəticələri == Yarımkeçirici nazik təbəqələrdə köçürmə hadisələrinin nəzəriyyəsi qurulmuşdur. Qalvano və termomaqnit əmsallarının ölçüyə görə dəyişməsinin analizindən onların ossilyasiyası və mənfi maqnit müqavimətinin mümükün ola biləcəyi göstərilmişdir. == Əsas elmi əsərləri == 1. Electron transport phenomena in conductive films, Phys.-Stat. Sol.
Baxşəli bəy Sultanov
Qışlaq-i Baxşəli (Germi)
Qışlaq-i Baxşəli (fars. قشلاق بخشعلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (6 ailə).
Adil Baxşəliyev
Baxşəliyev Adil Baxşəli oğlu (1952, Bərdə) — C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor (2004) == Həyatı == Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci Bərdə şəhərində anadan olmuşdur. Atası Baxşəli Baxşəliyev , bacısı Gövhər Baxşəliyeva . 1975-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitunda doktoranturanı bitirmişdir. Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 1977–1978-ci illərdə Adı cəkilən institutunun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçi vəzifəsində işləyib. 1978–1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə "Daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984–1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "arterial hipertoniya" şöbəsinin müdiri vəzifəsində işləyib.
Adil Baxşəliyev (həkim)
Adil Baxşəliyev (professor)
Araz Baxşəliyev
Araz Yavər oğlu Baxşəliyev (18 sentyabr 1993, Horadiz, Füzuli rayonu – 28 sentyabr 2020, Aşağı Seyidəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz Baxşəliyev 1993-cü il sentyabrın 18-də Horadiz şəhərində anadan olub. 1999–2010-cu illərdə M. Səfərov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Araz Baxşəliyev 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Minaatıcı Taborda Bölüyün Komandiri vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Araz Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Baxşəliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı Aşağı Seyidəhmədli istiqamətində şəhid olub. Horadiz şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Baxşəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Baxşəliyev
Azər Baxşəliyev — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazı ilə tanınır. == Həyatı == Azər Baxşəliyev 3 iyul , 1985-ci ildə anadan olub. Aktyor, Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazı ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışır. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Ən çox sevdiyi aktyorlar Antoni Hopkins və "Bozbaş Pictures"də olan "Ağsaqqal" (gülür). Hobbisi sovet maşınlarının modellərini yığmaqdır. Evlidir.
Elçin Baxşəliyev
Elçin Baxşəliyev (şəhid)
Elçin Baxşəliyev (rəssam)
Elçin Müzəffər oğlu Baxşaliyev (29 dekabr 1965, Boyəhmədli, Ağdam rayonu – 20 iyun 1993, Boyəhmədli, Ağdam rayonu) — Qarabağ müharibəsi şəhidi, rəssam, şair. == Həyatı == Elçin Baxşaliyev 29 dekabr 1965-ci ildə Ağdam rayonunun Boyəhmədli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Çita şəhərində sovet ordusunda hərbi xidmət keçmiş, ordudan tərxis edildikdən sonra Gəncə şəhərindəki İnşaat Texnikumunda nəqliyyatın istismarı fakültəsində təhsil almışdır. Ağdam rayonunun Qarabağ adına sovxozunda əmək fəaliyyətinə başlamışdır. Təhsil aldığı və işlədiyi illərdə Elçin rəssam kimi, şair kimi tanınmağa başlamışdı. Onun çəkdiyi təbiət lövhələri, portretlər yaxşı rəssam olmasından xəbər verirdi. Eyni zamanda o həm də gözəl şeirlər yazırdı.Qarabağ münaqişəsi başlayanda Boyəhmədli kəndində könüllü özünümüdafiə batalyonu yaradılmış, E.Baxşəliyev də həmin batalyona üzv yazılmışdır. 11 sentyabr 1992-ci ildə Paprəvənd kəndi ətrafında gedən döyüşlərdə yaralanmışdır.Elçin Baxşaliyev Ağdam rayonunun Boyəhmədli kəndinin müdafiəsində, 20 iyun 1993-cü ildə şəhid olmuşdur. == Yubileyi == 2017-ci ilin iyununda H.Z.Tağıyev adına Tarix Muzeyində şəhid-rəssam Elçin Baxşaliyevin 50 illik yubileyi keçirilmişdir. Yubiley akademik Nailə Vəlixanlı və "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyin sədri Almaz Zeynalovanın təşkilatçılığı ilə keçirilmişdir.
Elçin Baxşəliyev (şəhid)
Elçin Baxşəliyev (tam adı: Elçin Mirzə oğlu Baxşəliyev; 12 noyabr 1965, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1965-ci il fevralın 12-də Bakıda anadan olmuşdur. Bakıda 225 nömrəli tam orta məktəbi, daha sonra isə 56 nömrəli texniki peşə məktəbini bitirərək çilingərlik sənətinə yiyələnmişdir. 2 nömrəli avtobus parkında sürücü işləmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == 19-dan 20-nə keçən gecə 2 nömrəli taksi maşınları parkının yanında yaralılara kömək edərkən qarın nahiyəsindən güllə yarası almışdır. Aldığı xəsarətdən Semaşko adına xəstəxanada vəfat etmişdir. Qohumları onun meyidini yanvarın 20-də həmin xəstəxananın ölüxanasından tapmışdır. Abşeron rayonunun Şuraabad (indiki Şorabad) kənd qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, Ə. Ələkbərov küçəsi, 24.
Faiq Baxşəliyev
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Gövhər Baxşəliyeva
Gövhər Baxşəli qızı Baxşəliyeva (26 noyabr 1954, Bərdə) — filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Gövhər Baxşəliyeva 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. C. M. Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1977-ci ildən h/v kimi AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb. Hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad. Z. Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. == Elmi fəaliyyəti == Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 260-dan artıq məqalə və məruzə, 5 monoqrafiya, 18 kitab Xaricdə çıxmış elmi əsərlərin sayı: 24 Əsas elmi nailiyyətləri: Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərbaycan ədəbi əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq, mənbəşünaslıq, habelə şərqşünaslığın digər istiqamətlərinə aid tədqiqatlar.Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 21 fəlsəfə doktorları yetişdirmişdir. Azərbaycan elmini bir çox xarici ölkələrdə uğurla təmsil edib (Türkiyə, Rusiya, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Rumıniya, Çin, Malaziya, İndoneziya və s.). 10.01.02 — "Türk xalqları ədəbiyyatı" və 10.01.03 — "Dünya ədəbiyyatı" ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədridir. "Şərq araşdırmaları" və "Azərbaycan şərqşünaslığı" dərgilərinin baş redaktorudur. == Əsas elmi əsərləri == === Monoqrafiyalar === 1.
Hafiz Baxşəliyev
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008). == Həyatı == Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. == Fəaliyyəti == Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir.
Natiq Baxşəliyev
Natiq Saleh oğlu Baxşəliyev (7 iyul 1980, Bakı – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Baxşəliyev 1980-ci il iyulun 7-də Bakı şəhərində anadan olub. Baxşəliyev Natiq 1986-cı ildə Bakı şəhəri, Yasamal rayonu 167 saylı orta məktəbin 1-ci sinfinə getmiş və 1997-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin Avtomexanika fakültəsinə daxil olmuşdur. Universiteti 2001-ci ildə bitirərək, elə həmin ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 avqust 2001-ci il tarixli əmri ilə "Leytenant" rütbəsi almış və motoatıcı taborun minaatan batareyasının taqım komandiri — Batareyanın Baş zabiti vəzifəsinə təyin edilərək hərbi xidmətə çağırılmışdır. Vaxt tamamında, 2003-cü ildə N saylı hərbi hissədən tərxis olunub, ehtiyata buraxılır. Natiq Baxşəliyev 2007-ci ildə ailə həyatı qurub. 2009-cu il təvəllüdlü Yunus adlı bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Natiq Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Baxşəliyev oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı Ərgünəş dağı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Nicat Baxşəliyev
Nicat Ziyafət oğlu Baxşəliyev (16 iyun 1993; Bərdə, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Baxşəliyev 1993-cü il, iyunun 16-da Bərdə rayonunda dünyaya gəlmişdir. Uşaq yaşlarında anasını itirmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Baxşəliyev Ağdərə döyüşlərində savaşıb. 18 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunda torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qərib Baxşəliyev
Qərib İnqilab oğlu Baxşəliyev (22 may 1977; Bakı, Azərbaycan SSR — 3 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984–1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Qərib Baxşəliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib. Qərib Baxşəliyev 2000–2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002–2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010–2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014–2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib. 2016–2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Rza Baxşəliyev
Baxşəliyev Rza İbrahim oğlu (22 mart 1899 – 30 yanvar 1992, Bakı) — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı. SSRİ əməkdar idman ustası (1943), Azərbaycan SSR əməkdar məşqçisi (1962), ümumittifaq dərəcəli hakim (1961), əməkdar bədən tərbiyəsi və idman xadimi (1969). == Həyatı == Azərbaycanda güləş idman növünün inkişafında mühim rol oynamış Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. O həmçinin uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib (1937–1965). 7 dil bilən Rza Baxşəliyev güləşlə yanaşı dama oyunu ilə maraqlanırdı və bu idman növü üzrə müxtəlif yarışlarda iştirak edirdi. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi güləşçilər olmuşdur.
Rəşid Baxşəliyev
Rəşid Əliağa oğlu Baxşəliyev (23 oktyabr 1996; Sumqayıt, Azərbaycan — 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşlərinin şəhidi. == Həyatı == Rəşid Baxşəliyev 1996-cu il oktyabrın 23-da Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayonundan idi. 2002-2011-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində İ. Tağıyev adına 26 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Abşeron rayonunun Masazır qəsəbəsində Ə. Vahid adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rəşid Baxşəliyev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Baxşəliyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan Aprel döyüşlərində savaşıb. Rəşid Baxşəliyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Aprelin 12-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Rəşid Baxşəliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.
Tahir Baxşəliyev
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub. === Təhsili === 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Valeh Baxşəliyev
Valeh İsmixan oğlu Baxşəli – Texnika elmləri doktoru. Azərbaycan Texniki Universitetinin "Mexanika" kafedrasının müdiri. == Həyatı == Valeh İsmixan oğlu Baxşəli 1959-cu ildə anadan olmuş, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirmişdir. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: mərhum prof. N.B. Qədirov) və 2007-ci ildə həmin ixtisas üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır. O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980-1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983-1985), assistent (1986-1992), baş müəllim (1992-1994), dosent (1994-2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin 2006-2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ - ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris etmişdir. Avropa Komissiyası Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı hüdudlarında (www.bs-era.net) Qafqaz ölkələrindən yeganə qalib Layihənin Elmi Konsorsiumunun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri olmuşdur. Elmi maraq dairəsi: nəzəri və tətbiqi mexanika, materiallar müqaviməti, maşın mexanikası, maşın hissələri və tribologiya, fasiləsiz təhsilin problemləri. == Elmi yaradıcılığı == Prof.
Vəli Baxşəliyev
Vəli Baxşəliyev (tam adı: Baxşəliyev Vəli Baxşəli oğlu; 5 iyun 1955, Böyükdüz, Naxçıvan rayonu) — arxeoloq, tarix elmləri doktoru (2005), professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Vəli Baxşəliyev 5 iyun 1955-ci ildə Babək rayonunun Böyükdüz (hazırda Kəngərli rayonunun) kəndində anadan olub. 1972-ci ildə Şərur rayon Хоk kənd orta məktəbini bitirmiş, 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakultəsinə daxil olmuşdur. 1977-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Azərbaycanın rayonlarında müəllimlik etmişdir. 1982-ci ildə А.А. Bakıxanov adına Tarix Institutunun aspiranturasına qəbul olmuş, 1986-cı ildə oranı bitirərək "Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını hazırlamışdır. Həmin il SSRİ ЕА Leninqrad Bölməsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1983–1986-cı illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasının müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSR ЕА Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1988–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aprarmış, aşkar olunan abidələri monoqrafiya halında çap etdirmişdir. Elmi fəaliyyəti dövründə II Kültəpə, Şaxtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidərin tədqiqində iştirak etmişdir. 1995–1999-cu illərdə Istanbul Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak etmişdir.
Xoşqədəm Baxşəliyeva
Xoşqədəm Hidayətqızı (Xoşqədəm Hidayət qızı Baxşəliyeva; 13 yanvar 1974, Narınclar, Ağdərə rayonu, Azərbaycan SSR) — Azərbaycan jurnalisti, "Üç nöqtə" qəzetinin baş redaktoru, "ARB" telekanalında aparıcı. == Həyatı == Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonunun Narınclar (indi Kəlbəcər rayonuna daxildir) kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: "İlin jurnalisti", "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.07 dəfə / 1 mln.
2003 •••••••••••• 1.97
2004 •• 0.34
2005 •••••••••••••••••••• 3.37
2006 ••• 0.45
2007 •••••••• 1.27
2008 •••••• 0.97
2009 ••••••••••••• 2.08
2010 ••••••••••• 1.72
2011 ••••• 0.69
2012 •••••••••••• 1.89
2013 ••••••• 1.02
2014 ••••••••• 1.37
2015 ••••• 0.68
2016 •• 0.17
2017 ••••••• 1.14
2018 •• 0.30
2019 •• 0.28
2020 •••• 0.66

baxşəli sözünün etimologiyası

baxşəli sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Əli hədiyyəsi, Əli bəxşişi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#baxşəli nədir? #baxşəli sözünün mənası #baxşəli nə deməkdir? #baxşəli sözünün izahı #baxşəli sözünün yazılışı #baxşəli necə yazılır? #baxşəli sözünün düzgün yazılışı #baxşəli leksik mənası #baxşəli sözünün sinonimi #baxşəli sözünün yaxın mənalı sözlər #baxşəli sözünün əks mənası #baxşəli sözünün etimologiyası #baxşəli sözünün orfoqrafiyası #baxşəli rusca #baxşəli inglisça #baxşəli fransızca #baxşəli sözünün istifadəsi #sözlük