bayatı-əcəm sözü azərbaycan dilində

bayatı-əcəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bayatı-əcəm • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır.Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Bayatı–Türk
Bayatı–Türk — Şur dəstgahı tərkibində olmaqla özlüyündə dügah, fili, şikəstə, camədəran, Mehdiyi zərrabi, ruh-ül-ərvah kimi şöbələri birləşdirən muğam. Şərq musiqisində Rast dəstgahında niiriz və mübərriğə arasında səslənən şöbə.
Əcəm (qrup)
Əcəm — İngiltərə fəaliyyət göstərən İran musiqi qrupu. Musiqi qrupu əsasən Azərbaycan, fars, bəluc və digər İran xalqlarının musiqisini ifa edir.
Əcəm Ocağı
Əcəm Ocağı – digər bir adı Gənc Oğlanlar Ocağı Osmanlı İmperiyasında ordu üçün əsgərləri və başqa piyada qismi olmaq üzrə qapıqulu ordusunun ehtiyac duyduğu əsgərləri öyrətmək üçün qurulmuş olan ocaqdır. Osmanlı dövlətinin öz təbəsi olan xalqların qeyri müsəlman olanların və xüsusən Balkanlardan 8–18 yaş arasında uşaq və gənclərin yığılması ilə tətbiq olunan dəyişdirmə sistemi ilə mənbəni təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər bəzən də saray üçün işçilər yetişdirilirdi. Osmanlı Dövlətinin sərhədləri içərisində olan ailələrin birdən artıq uşağı olsa uşaqlardan biri alınıb Əcəm ocağına göndərilirdi. Əgər o uşaq Xristian ailələrdən olmuş olurdusa əvvəl (bəzən Bəktaşi) bir türk ailəsinə verilirdi. Beləliklə türkcə öyrənmələri və Türk-İslam ənənələrinə görə tərbiyə edilmələri təmin olunur, ondan sonra Əcəm Ocağına göndərirdilər. Sonra Əcəm Ocağında müəyyən bir müddət ərzində uşaqların zəkaları və istedadları kəşf edilirdi. İstedadlılar Yeniçəri ocağına, zəkası üstün gələn uşaqlar isə təhsillərinə davam etmək üçün saray məktəbinə gedirdilər. Qayda-qanununa görə müharibələrdə alınan əsirlərin beşdə birinin dövlət hesabına yetişdirilməsi üçün Əcəm Ocağına verilənlərə Əcəm oğlanı deyirdilər. Burada aldıqları təhsillərinin sonunda uğurlarına görə ya Endurun və digər saraylara gedirlər, ya da başda Yeniçəri Ocağı olmaqla Qapıqulu ocaqlarına aparılırdılar və Əcəm ocağındakı şəxslərin osmanlı xalqından olması qadağan idi. Bu əsgərlər yığım sistemi ilə yaranır və bu uşaqlardan ağıllı və zəkalı olanlar masa başı işləri görər, komandanlıq edirdilər.
Əcəm məscidi
Əcəm məscidi — (tatar. Əcem məçete, Әҗе́м мәчете́); (rus. Ази́мовская мече́ть, Azimovskaya meçet) Rusiya, Tatarıstan, Kazan şəhərindəki Tatar dini memarlıq abidəsi. Tatarların məskunlaşdığı tarixi bölgə olan köhnə Tatar məhəlləsinin cənub hissəsində yerləşir və bölgədəki təxminən on məsciddən biridir. == Tarixi == 1887–1890-cı illərdə milli-qəhrəmanlıq cərəyanın eklektizmi şəklində 1804-cü ildən bəri mövcud olan köhnə taxta məscidin yerində inşa edilmişdir. Tikintisi tacir M. M. Əzimovun maddi köməkliyi hesabına aparılmışdır. Dövrünün ənənəsinə görə, məscidin qarşısında inqilabdan əvvəl böyük şöhrət qazanmış "Əcəm Mədrəsəsi" də fəaliyyət göstərirdi. Mədrəsə binası hələ də məscidə bitişikdir. Məscidin imam və müəllimlərinin, ata oğlu Qəbdelvali və Hisametdin Qabdelqaffarovun adları ilə əlaqədar olaraq, ikinci növ "Qaffariya mədrəsəsi" kimi də tanınırdı. 1900-cü ildə mədrəsədə 2 zadəgan, 4 tacir, 10 meşan, 18 ruhani və 50 kəndli uşağı olmaqla 84 nəfər təhsil alırdı.
Əcəm türkcəsi
Orta Azərbaycanca (az.-əbcəd اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. == Tarixi == "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar.Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.Orta Azərbaycan dilində yazılmış mətnlərə ərəb qrafikalı Matfeya və İohannın İncili, fransız-Azərbaycan lüğəti daxildir.
Əcəm İraqı
Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم‎ İraq-i Əcəm, ərəb. عراق العجم‎ İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur. Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı.Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı. 13-cü əsrdə Monqolların İrana hücumundan sonra Cibal adı tamamilə köhnəlmişdi.
Əcəm qızı
Əcəm qızı — repertuar sayı 1398, bölgəsi Kırşehir, mənbə adamı Çəkic Əli, tərtibçisi Osman Özdənkçidir. == Mübahisələr == Sözləri və musiqisi Nəşət Ərtaşa məxsus olan mahnının müəllifinin əslində Aşık Canani və Hüseyn Tənəcioğlu olduğu ilə bağlı mübahisələr var. Hüseyn Tənəcioğlunun şeiri həm qafiyələrdəki ahəng, həm də sözlərin düzgünlüyü baxımından daha möhkəm mətndir. İrfan Canın yazdığı "Qədirli Boxçası" kitabında müsahibələrdə adı keçən Əcəm qızı türküsünün Aşık Hüseynə aid olduğu iddiası, Aşık Feymani, bu mahnını Nəşət Ərtaş oxumazdan əvvəl Ceyhanda dəfələrlə eşitmiş və dinləmiş, Nəşət Ərtaşın atasının da Ceyhandan bir çox türkü tapıb tərtib etdiyinin məlum olduğu söylənərək dəstəklənir.
Bayatı Şiraz (dəqiqləşdirmə)
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı Şiraz təsnifi (mahnı) – Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Gülüstan-Bayatı-Şiraz – Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır.
Gülüstan-Bayatı-Şiraz
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. == Tarixi-mədəni fon == Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur.
Babur-i Əcəm
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Bayançölü-i Əcəm
Bayançölü-i Əcəm (fars. بيانچلي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Bone-yi Əcəm
Bone-yi Əcəm (fars. بنه عجم‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 25 ailədə 68 nəfəri kişilər və 64 nəfəri qadınlar olmaqla cəmi 132 nəfərdir.
Hüseynəlikəndi-i Əcəm
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Tikmə əcəm (Maku)
Tikmə əcəm (fars. تيكمه عجم‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (30 ailə).
Xələc-i Əcəm
Xələc-i Əcəm (fars. خلج عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
İraq-i Əcəm
Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم‎ İraq-i Əcəm, ərəb. عراق العجم‎ İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur. Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı.Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı. 13-cü əsrdə Monqolların İrana hücumundan sonra Cibal adı tamamilə köhnəlmişdi.
Babur-i Əcəm (Şot)
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Barani-i Əcəm (Sulduz)
Barani-i Əcəm (fars. باراني عجمد‎‎, azərb. Əcəm Baranlısı‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (67 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.
Bayançölü-i Əcəm (Şot)
Bayançölü-i Əcəm (fars. بيانچلي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Cağanlı-i Əcəm (Maku)
Cağanlı-i Əcəm (fars. جگن لوي عجم‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Hüseynəlikəndi-i Əcəm (Şot)
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.

bayatı-əcəm sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#bayatı-əcəm nədir? #bayatı-əcəm sözünün mənası #bayatı-əcəm nə deməkdir? #bayatı-əcəm sözünün izahı #bayatı-əcəm sözünün yazılışı #bayatı-əcəm necə yazılır? #bayatı-əcəm sözünün düzgün yazılışı #bayatı-əcəm leksik mənası #bayatı-əcəm sözünün sinonimi #bayatı-əcəm sözünün yaxın mənalı sözlər #bayatı-əcəm sözünün əks mənası #bayatı-əcəm sözünün etimologiyası #bayatı-əcəm sözünün orfoqrafiyası #bayatı-əcəm rusca #bayatı-əcəm inglisça #bayatı-əcəm fransızca #bayatı-əcəm sözünün istifadəsi #sözlük