Baykara sözü azərbaycan dilində

Baykara

Yazılış

  • Baykara • 60.0000%
  • baykara • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baykara Hövenmey
Baykara Hövenmey (tuvaca: Бай-Кара Дамчаевич Хөвеңмей, d. 20 yanvar 1915 – 6 oktyabr 1972) – tuvalı yazıçı, şair və Tuva ədəbiyyatının qurucularından biri. == Həyatı == Damça oğlu Baykara Hövenmey 1915-ci ildə Tandı-Tıvannı Salçak bölgəsinin Bayanköl kəndində anadan olmuşdur. 1929-cu ildə Kızıl şəhərində monqolca öyrənmiş, sonra da yeni Tuva əlifbası və yazı dilini öyrənmişdir. Daha sonra Moskvaya Şərq Millətləri Kommunistlik Universitetindən məzun olmuşdur.“Şın” qəzeti ilə başladığı ədəbi fəaliyyətini daha sonra Tuva türkcəsində nəşr etdirdiyi əsərlərlə inkişaf etdirmişdir. Tuva Xalq Respublikası gənclərinin inqilab birliyinin mərkəzi komitəsinin Uluq-Hem komitəsində, Yazıçılar Birliyində, Tuva Respublikasının rəsmi qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. “Şın” qəzetində redaktorluq etmişdir.Baykara Hövenmey ədəbiyyata 1934-cü ildə gəlmişdir. “Oktabrınln tugu” (Oktyabr bayrağı) adlı ilk şeri o ildə “Şın” qəzetində yayımlanmışdır. Əsərləri “Areve şını” qəzetində, “Revolustan hereli” jurnalında yayımlanmışdır. O, “Önnükter-bile kadı”, “Uruklar bolgaş uluglar”, “Aziyanın çüree” (Asiyanın ürəyi), “Oktabrıdan Oktargayje”, “Kim ulugul?” adlı kitabların müəllifidir.
Hüseyn Baykara
Hüseyn Baykara (azərb. Qara Hüseynbəyli‎; d. 1904 Rusiya İmperiyası, Yelizavetpol quberniyası, Şuşa - ö. 1 iyul 1984, Türkiyə, Kayseri) — Azərbaycanlı araşdırmaçı-tədqiqatçı publisist, şair. == Həyatı == Qаrа Hüseynbəyli 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində anadan olub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub.
Azәrbaycan istiqlal mübarizәsi tarixi (Baykara)
Azәrbaycan istiqlal mübarizәsi tarixi (türk. Azerbaycan istiklâl mücadelesi tarihi) — Hüseyn Baykaranın Azərbaycan Xalq Cümhuriyyəti dövründәn bәhs edәn və ilk dәfә 1975-ci ildә İstanbulda nәşr olunmuş kitabı. Hüseyn Baykara "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını Azərbaycanın azadlıq mübarizəsinin əlifbası adlandırıb. == Məzmun == Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermənilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var. == Nəşr və tərcümə == Kitab ilk dəfə 1975-ci ildә İstanbulda türk dilində Azerbaycan Halk Yayınlarında nəşr edilib.Azərbaycan dilinə ilk dəfə Elşən Əbülhəsənli tərəfindən tərcümə edilmiş Bakıda 1992-ci ildə Azərnəşrdə, 2017-ci ildə isə Bakı Kitab Klubunda nəşr edilib."История борьбы за независимость Азербайджана" adı ilə S. Əliyeva tərəfindən rus dilinə tərcümə olunmuş R. Həmidovun redaktorluğu, Fərid Ələkbərlinin ön söz müəllifliyi ilə 2018-ci ildə nəşr edilib.Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr Bakıda, JekoPrint Çap Evində, 2021-ci ildə, 346 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == İran inqilabı və azadlıq hərəkatları Azərbaycanda Yeniləşmə Hərəkatı == Xarici keçidlər == "Azәrbaycan istiqlal mübarizәsi tarixi" ( (az.)). bbclub.az. 2020-02-03 tarixində arxivləşdirilib.
İran inqilabı və azadlıq hərəkatları (Baykara)
İran inqilabı və azadlıq hərəkatları (türk. İran İnkılâbı ve Azatlık Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1978-ci ildə İstanbulda türk dilində nəşr edilmiş əsəri. == Məzmun == Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır." == Nəşr və tərcümə == Kitab ilk dəfə 1978-ci ildə türk dilində İstanbulda Əmək mətbəəsində nəşr edilib. Əsər Cavanşir Yusifli tərəfindən türk dilindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 232 səhifədə, 200 tirajla çap olunub. == İstinadlar == == Həmçinin bax == Azərbaycanda Yeniləşmə Hərəkatı Azәrbaycan istiqlal mübarizәsi tarixi == Xarici keçidlər == "İran inqilabı və azadlıq hərəkatları" ( (az.)). bbclub.az.

Oxşar sözlər

#baykara nədir? #baykara sözünün mənası #baykara nə deməkdir? #baykara sözünün izahı #baykara sözünün yazılışı #baykara necə yazılır? #baykara sözünün düzgün yazılışı #baykara leksik mənası #baykara sözünün sinonimi #baykara sözünün yaxın mənalı sözlər #baykara sözünün əks mənası #baykara sözünün etimologiyası #baykara sözünün orfoqrafiyası #baykara rusca #baykara inglisça #baykara fransızca #baykara sözünün istifadəsi #sözlük