Bayramlı sözü azərbaycan dilində

Bayramlı

Yazılış

  • Bayramlı • 99.5418%
  • BAYRAMLI • 0.3436%
  • bayramlı • 0.1145%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bayramlı
Bayramlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Elçin Bayramlı — Jurnalist.Kəndlər və qəsəbələr Bayramlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Bayramlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Bayramlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Bayramlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Bayramlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Bayramlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bayramlı (Şirvan) — Azərbaycanın Şirvan şəhərində qəsəbə.
Bayramlı (Bərdə)
Bayramlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Otuzikilər inzibati ərazi vahidində kənd. Əhalisi 150 (2009) nəfərdir. == Tarixi == Qarabağ düzündədir. Keçmişdə Bayramuşağı adlanan bu kənd otuzikilər tayfasının bayramuşağı oymağının burada məskunlaşması nəticəsində yaranmışdır.
Bayramlı (Tovuz)
Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Tovuz-Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı, Aşağı Quşçu, Əsrik Çırdaxan, Yanıqlı və İbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir. == Əhalisi == === Şəhidləri === Yusifov Mehman Musa oğlu (1979–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Bayramlı (Şirvan)
Bayramlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibində faktik mövcud olan ərazi vahidi Bayramlı qəsəbəsi adlandırılmış və şəhərin ərazi vahidləri siyahısına daxil edilmişdir. Bayramlı qəsəbəsi Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bayramlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.Şirvan şəhərinin Bayramlı qəsəbəsi şəhərin əsas hissəsindən fərqli olaraq Kür çayının sağ sahilində yerləşir. Ərazisi 120 ha, əhalisi 2552 nəfərdir. Qəsəbədə əhali əsasən fərdi təsərrüfatla məşğuldur. Qəsəbədə 477 fərdi təsərrüfat, 4 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, 2 uyğunlaşdırılmış yaşayış binası vardır ki, bunlarda da 86 ailə məskunlaşmışdır. Bayramlı qəsəbə İcra Nümayəndəliyi M.Ə.Sabir küçəsi 1 ünvanında yerləşir.[mənbə göstərin] == Tarixi == Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakət zamanı 2010-cu ilin mayında Azərbaycanın Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artmışdır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalmışdır. Əhalinin evakuasiyası üçün yalnız bir yol - Kürün üzərində olan dəmir yolu körpüsü qalmışdır. Bayramlı qəsəbəsində 510 ev su altında qalmışdır.
Bayramlı (Şəmkir)
Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var.Kənddə həmcinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir. Bu tarixi abidələr Bayramli kəndinin qədim tarixə malik olduğunu sübut edir.
Bayramlı bələdiyyəsi
Bayramlı bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Bayramlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Bayramlı bələdiyyəsi (Tovuz) — Tovuz rayonunda bələdiyyə.
Cavid Bayramlı
Cavid Əhliman oğlu Bayramlı (10 iyun 1994; Şahbuz rayonu, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Vətən müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. == Həyatı == Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olmuşdur. Nuray Bayramlı ilə ailəli idi, 1 övladı yadigar qaldı. Ali hərbi təhsil aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında "leytenant" olaraq xidmətə başlamışdır. Qısa zamanda "kapitan" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Cavid Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müharibə bitdikdən sonra o, xidmətinə davam etmiş və iştirakına görə təltif edilmişdir. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.
Elmar Bayramlı
Elmar İsa oğlu Bayramlı (2 sentyabr 1998; Qazax rayonu, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Bayramlı 1998-ci il sentyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Elmar Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Bayramlı sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.11.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Bayramlı
Gözəl Bayramlı
Gözəl Oruc qızı Bayramlı (27 aprel 1962, Bakı – 7 oktyabr 2020, Bakı) — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus. == Həyatı == Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub. == Fəaliyyəti == Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi. 15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir. === Həbs edilməsi === Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi. Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.
Nadir Bayramlı
Nadir Bayramlı (Bayramlı Nadir Qaçay oğlu; d. 1962, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Nadir Bayramlı 1962-ci ildə 26 dekabr tarixində Azərbaycan respublikası, Füzuli rayonunun Qaraxanbəyli kəndində musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq yaşlarından musiqiyə olan həvəsi onu bu sənəti seçməyə istiqamətləndirdi. Artıq on iki, on üç yaşlarında özfəaliyyət səviyyısində bir sıra tədbirlərdə çıxış etmişdir. 1978-ci ildə artıq 16 yaşında ikən Nadir bəy Füzuli şəhərinə köçmüş və uzun müddət burada yaşamışdır. Füzulidə yaşadığı müddətdə bir sıra tanınmış sənət adamları ilə - xanəndələrlə tanış olaraq sənətin sirrlərini onlardan öyrənmişdir. 1981-ci ildə 19 yaşında hərbi xidmətə yola düşmüş 21 yaşında hərbi xidməti bitirib 1984 cü ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər musiqi texmikumunun solo oxuma-xanəndəlik sinfinə qəbul olmuşdur. 1988 - ci ildə təhsilini bitirdikdən sonra, Füzuli şəhər musiqi məktəbində muğam muəllimi kimi fəaliyyətə başlamışdır. 1990-ci ildə Bakı şəhərindən bir sıra görkəli xanəndələr və musiqiçilər tərəfindən dəvət alaraq Bakıya köçmüş və bundan sonrakı, sənət fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.
Ramin Bayramlı
Ramin Baba oğlu Bayramlı (20 noyabr 1979, Toxluca, Çəmbərək rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İdarə Heyətinin sədri (2 dekabr 2019-cu il — 12 sentyabr 2021-ci il), Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru. Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının müəllimidir (3 fevral 2023-cü ildən). == Həyatı == Ramin Bayramlı 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb. 2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu il Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib. Ailəlidir, 4 övladı var. == Əmək fəaliyyəti == 2001–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2005–2010-cu illərdə həmin kafedranın assistenti, 2010–2013-cü illərdə baş müəllimi işləyib. 2011–2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013–2016-cı illərdə həmin klinikanın baş həkimi, 2018–2019-cu illərdə Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb. 2013–2016-cı illərdə ATU-nun Tədris-Terapevtik klinikasında işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və Klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub.
Samir Bayramlı
Samir Bayramlı Musa oğlu - Azərbaycanlı aparıcı. == Həyatı == 17 mart 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. == Fəaliyyəti == Professional televiziya fəaliyyətinə 2005-ci ildə başlayıb. İlk olaraq müxbir-aparıcı kimi, daha sonralar isə səhər verilişlərinin şəxsi rubrikalarının müəllifi və aparıcısı olan Samir 2007-2010-cu illərdə Azad Azərbaycan TVdə "Bizdən Sizə" adlı verilişin müəllifi və aparıcısı kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə eyni zamanda dövrünün ən məşhur müsiqi yarışması olan "Yeni Ulduz"un aparıcısı olub. 2010-2011-ci illərdə Röya və Zamiq Hüseynovun iştirakı ilə "Doğma Diyar" layihəsinin aparıcısı kimi bütün Azərbaycanı dolaşıb. Bu layihədən sonra Azad Azərbaycan TVdə "Sən də Oyna" adlı məşhurların yarışdığı əyləncəli realiti verilişin aparıcısı olur. 2013-cü ildə dünyada ilk dəfə keçirilən 2013 Türkviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı proqramı üzrə aparıcı və Azərbaycan nümayəndə heyətinin rəsmi üzvü kimi çıxış edir. 2014-cü ildə yenə Azad Azərbaycan TVdə "Toydan Əvvəl"in aparıcısı olub.
Tural Bayramlı
Tural Bayramlı (əsgər) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Vətən müharibəsi şəhidi. Tural Bayramlı (futbolçu) — Azərbaycanlı futbolçu.
Vüqar Bayramlı
Vüqar Bayramlı (1 mart 1987, Zərkənd, Vardenis rayonu) — Azərbaycan yazıçısı. == Həyatı == Vüqar Bayramlı 1 mart 1987-ci il tarixində Ermənistanın Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1993-cü ildə birinci sinfə gedib. Məktəb vaxtlarından etibarən mütəmadi olaraq, aktiv şəkildə futbol və yüngül atletika idman növləri ilə məşğul olmağa başlayır. 2004-cü ildə məktəbi bitirir və həmin il də ADİU-nun "Beynəlxalq iqdisadi münasibətlər" fakültəsinin "İnzibati idarəetmə" ixtisasına qəbul olur. 2009-cu ildə hərbi xidmətini başa vurub. Uzun müddət nəqliyyat sahəsi və bank sektorunda fəaliyyət göstərib. Hal-hazırda dövlət qulluğunda çalışır. Bir neçə xarici dil bilir. Bakı şəhərində yaşayır, subaydır.
Zəkulla Bayramlı
Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi. == Həyatı == Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. == Təhsili == 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb. 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib. 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub. 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. == Elmi-pedaqoji fəaliyyəti == 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib. 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.
Əli Bayramlı
Şirvan (əvvəlki adları Zubovka (?-1938); Əli-Bayramlı (1938-2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır.Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 73,7 min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. == Tarixi == Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.
Bayramlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tural Bayramlı (futbolçu)
Tural Bayramlı (7 yanvar 1998, Sumqayıt, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən futbolçudur. == Klub karyerası == === Sumqayıt === Bayramlı karyerasına Sumqayıt FK akademiyasında başlamışdır. Daha sonra "Əlincə"nin 19 yaşlılardan ibarət komandasında çıxış edib. 2016-2017-ci illər mövsümündə Sumqayıt FK-a qayıdan Tural Bayramlı əsas komanda ilə debütünü 25 oktyabr 2016-cı ildə etmişdir. O, 71-ci dəqiqədə Qəbələ FK ilə qarşılaşmada Məhəmməd Qurbanovu əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası çərçivəsində Qəbələ ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.2018-ci ildə Latviyanın "Dauqavpils" klubuna transfer olunan futbolçu, 2019-2020-ci illər mövsümünün əvvəlində "Keşlə"yə transfer olunur. Azərbaycanın U-21 yığmasında 2019-cu ilin 6 iyun tarixində debüt edib. Lixteynşteyn millisi ilə matçın 79-cu dəqiqəsində Musa Qurbanlını əvəz edib. == Karyera statistikası == === Klub === 08 Aprel 2020 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Tural Bayramlı (əsgər)
Tural Ədil oğlu Bayramlı (10 fevral 1996; Şərq, Beyləqan rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Bayramlı 10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində Ədil Qarayev və Əfruz Qarayevaların ailəsində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli qəsəbəsindən idi. 2002–2013-cü illərdə Cəbrayıl rayon Dağ Tumas kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Tural Bayramlı 2014-cü ildə Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunun Azərbaycan-Ermənistan təmas xəttindəki ərazisində yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət etmişdir. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Tural Bayramlı kəşfiyyatçı olaraq Mübariz İbrahimovun şəhid olduğu Tərtər rayonunun Çaylı kəndi istiqamətində şiddətli döyüşlərdə iştirak etmişdir. Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdən tərxis olunmasıyla bağlı əmri gəlsə belə könüllü olaraq vuruşmuşdur.
Əli Bayramlı (1971)
== Məzmun == Film respublikanın şəhərlərindən birinə — Əli Bayramlıya həsr edilmiş, şəhərin tarixi, qaynar həyatı, onun əmək adamları, burada görülən işlər barədə, "Avropada birinci" adını almış açıq tipli Əli Bayramlı İstilik-Elektrik stansiyasının fəaliyyətindən danışır. Şəhərin qocaman sakini 140 yaşlı Böyükağa Qasımov ekranda Əli Bayramlının keçmişindən söhbət açır.
Əli Bayramlı (Kəlbəcər)
Mollabayramlı (Əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mollabayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Əli Bayramlı kəndi Zar kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əli Bayramlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 25-də işğaldan azad olunub. == Tarixi == Kənd sovet vaxtı Zar inzibati ərazi vahidində olmuşdur və inqilabçı Əli Bayramovun adı ilə Əli Bayramlı adlandırılmışdır. Sonralar tarixi adı bərpa edilmişdir və Mollabayramlı adlandırılmışdır. Kənd Bayram adlı bir dini təhsilli şəxsin şərəfinə belə adlanır. (Qarabağ xanı Mehdiqulu xanla birlikdə İranın Qum şəhərində dini təhsil almışdır (1822-dən sonra), rayonun təhsilli din xadimlərindən biri olmuşdur). Kəndin sakinləri bu kəndin cənubunda yerləşən qayaların altında yaşayırmışlar — Sərimsaxlı Qaraarxac çayının sahilində "Köhnə kənd" deyilən ərazidə yaşamışlar). Bu qayaların uçub-dağılmaq qorxusu var imiş.
Əli Bayramlı (Samux)
Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır. == Toponimikası == Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır; == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır. == Əhalisi == Əhalisinin sayı 1100 nəfərdir. Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.
Əli Bayramlı (Zaqatala)
Dağlı (əvvəlki adı:Əli Bayramlı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Əzgilli, Qalal və Qarqay, Qass kəndləri ilə birlikdə Dağlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == 29 may 2015-ci ildə Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılmış və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Gürcüstanla sərhəddə yerləşir. Ərazisinin tam hissəsi düzən ərazidə yerləşir. Qismən düzən meşəliklə əhatə olunub. Yay aylarında havanın temperaturu 40–50 C-ə qədər artır. == Əhalisi == Əhalisi 3001 nəfərdir (2012)Kənd əhalisini əsasən saxurlar və digər millətlər təşkil edir.Əhalisinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Bundan başqa arıçılıq və tütünçülük sahələri də qismən inkişaf edib. == Səhiyyə == Kənddə həkim məntəqəsi də var.
Əli Bayramlı (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Əli Bayramlı — Azərbaycanın Şirvan şəhərinin keçmiş adı. Əli Bayramlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Əli Bayramlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Əli Bayramlı (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Yeni Əlibayramlı — Azərbaycanın Göygöl rayonunun inzibati ərazi vahidində kənd.Filmlər Əli Bayramlı (film, 1966) — "Respublikamızın şəhərləri" seriyasından olan bu film energetiklər şəhəri Əli Bayramlının dünənindən, bu günündən və sabahından bəhs edir. Əli Bayramlı (film, 1971)(I) — Əli Bayramlı İstilik-Elektrik stansiyasının fəaliyyətindən bəhs edən film Əli Bayramlı (film, 1971)(II) — "Respublikamızın Şəhərləri" silsiləsindən olan bu film yeni sənaye şəhəri Əli Bayramlıya həsr edilmişdir.Digər Energetik Əli-Bayramlı FK — Futbol klubu.
Bayramlı mis-qızıl təzahürü
Ərtəpə kəndindən 1,5 km. cənub-qərbdə yerləşir. O, şimal-qərb istiqamətli Bayramlı-Masxitqırılma strukturuna daxil olub, Kvarspirit-xalkopirit damarcıqları və bəzən malaxitləşmə ilə müşayiət olunan hidrotermal-metasomatik dəyişmə zonası ilə xarakteriza olunur. Bu zona yer səthində 700 m.-ə qədər öyrənilmişdir. Onun orta qalınlığı 3,1 m.-dir. Zonada misin miqdarı 0,1-0,90 %,molibdeninki 0,002%, qızılınkı 0,1-7,8 q/t, gümüşünkü isə 6,0- 162 q/t təşkil edir.
Energetik Əli-Bayramlı FK
"Energetik" futbol klubu — və ya digər adı ilə Energetik Əli Bayramlı Futbol Klubu 1980-ci ildə Əli Bayramlıda (indiki Şirvan) yaranmış Azərbaycan futbol klubudur. 1980-ci ildə çempionluq və kubok qazanmış klub, 1997-ci ildə maliyyə problemləri səbəbiylə fəaliyyətini dayandırmışdır. == Tarixi == Azərbaycanda indiyə qədər bir çox klub fəaliyyətini dayandırıb. Onlardan biri 1980-ci ildə Azərbaycan çempionu olmuş keçmiş Əli-Bayramlı, indiki Şirvan şəhərinin "Energetik" klubudur. Azərbaycan çempionatında iştirak edəndə, Azərbaycan Elektrik Stansiyası klubdakı bütün futbolçuları işə götürmüşdü. Onlar üçün güzəştə gedərək işdən azad edib, məşqlərə, oyunlara yollanmalarına icazə verirdilər. Maliyyə problemlərinin də olmaması səbəbi ilə çıxdığı ilk mövsümdəcə çempionluğu aldı "Energetik". 1980-cı ildə Azərbaycan çempionluğunu, daha sonra kuboku qazandı. Bununlada o ərazidə futbola maraq daha da artmağa başladı. 1992-ci ildə ilk Azərbaycan çempionatında Energetik klubu da iştirak etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 22.04 dəfə / 1 mln.
2002 •••••••• 37.69
2003 •••••••• 36.22
2004 •••••••••• 45.82
2005 •••••••••••••• 64.78
2006 ••••••••••••••• 73.20
2007 ••••••••••••••• 69.56
2008 •••••••••• 46.04
2009 4.16
2010 •• 7.72
2011 1.63
2012 •• 6.45
2013 •• 6.13
2014 •••• 14.76
2015 •• 5.61
2016 •• 8.33
2017 •• 9.27
2018 •• 8.84
2019 •• 6.12
2020 •••••••••••••••••••• 97.86

"bayramlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bayramlı nədir? #bayramlı sözünün mənası #bayramlı nə deməkdir? #bayramlı sözünün izahı #bayramlı sözünün yazılışı #bayramlı necə yazılır? #bayramlı sözünün düzgün yazılışı #bayramlı leksik mənası #bayramlı sözünün sinonimi #bayramlı sözünün yaxın mənalı sözlər #bayramlı sözünün əks mənası #bayramlı sözünün etimologiyası #bayramlı sözünün orfoqrafiyası #bayramlı rusca #bayramlı inglisça #bayramlı fransızca #bayramlı sözünün istifadəsi #sözlük