Bayraməlibəyov sözü azərbaycan dilində

Bayraməlibəyov

Yazılış

  • Bayraməlibəyov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Teymur bəy Bayraməlibəyov
Teymur Məmməd bəy oğlu Bayraməlibəyov (22 avqust 1862, Yeddioymaq, Lənkəran qəzası – 2 sentyabr 1937, Bakı) — tarixçi-etnoqraf, pedaqoq, maaarifçi. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Teymur bəy 1862-ci il avqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olmuşdur. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarında Muğana köçmüşlər. 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra — 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir. Azərbaycanın ziyalısı Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir. == Təhsili == İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210–1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir.
Məryəm Bayraməlibəyova
Bayraməlibəyova Məryəm Teymur bəy qızı — azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri. == Həyatı == Məryəm Bayraməlibəyova 1898-ci ilin soyuq yanvar günlərinin birində Lənkəran şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm Teymur bəyin doqquz uşağından biri idi. Teymur bəy bütün çətinliklərə sinə gərərək bu uşaqları böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu ilə gedərək müəllimliyi ömrünün qayəsi etmişdi.Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir.Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini Bakı milyonçusu — xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Oktyabr çevrilişi (1917) nəticəsində vəziyyətin dəyişməsi ilə əlaqədar vətənə dönmüş və müəllimlik fəaliyyətinə başlamışdır. Məryəm xanım bu haqda xatirələrində yazır: Bakıda qalmaq üçün hər cür imkanın olmasına baxmayaraq, Məryəm xanım Lənkərana gedir.
Məryəm xanım Bayraməlibəyova

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2012 •••• 0.09
2013 •••••• 0.15
2016 •••••••••••••••••••• 0.52

Oxşar sözlər

#bayraməlibəyov nədir? #bayraməlibəyov sözünün mənası #bayraməlibəyov nə deməkdir? #bayraməlibəyov sözünün izahı #bayraməlibəyov sözünün yazılışı #bayraməlibəyov necə yazılır? #bayraməlibəyov sözünün düzgün yazılışı #bayraməlibəyov leksik mənası #bayraməlibəyov sözünün sinonimi #bayraməlibəyov sözünün yaxın mənalı sözlər #bayraməlibəyov sözünün əks mənası #bayraməlibəyov sözünün etimologiyası #bayraməlibəyov sözünün orfoqrafiyası #bayraməlibəyov rusca #bayraməlibəyov inglisça #bayraməlibəyov fransızca #bayraməlibəyov sözünün istifadəsi #sözlük