bayır sözü azərbaycan dilində

bayır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bayır • 90.6005%
  • Bayır • 8.3551%
  • BAYIR • 1.0444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bayır üzük-çalovabənzər əzələ
Bayır üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus lateralis) — qırtlağın əzələsi.
Bayır şəhər yaşayış yeri
Bayır şəhər — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. == Haqqında == 1977-ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir. Onun şimal kənarında Kamaltəpə və Qalanın cənub divarları yerləşir. Qərb tərəfdən axan Qaraçay isə yaşayış yerinin xeyli hissəini yuyub aparmışdır. Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var. Yeni aşkar edilən yaşayış yeri xarabalığı, Qalanın cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar. XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A. Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir. Onun əldə etdiyi məlumata görə, şəhər xarabalığa çevriləndən sonra Qalanın cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi. O zaman artıq əhali bu yeri Qəbələ deyil, yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı.
Budun bayır dəri siniri
Budun bayır dəri siniri- n. cutanens femoris lateralis, bel kələfindən başlayıb ön yuxarı qalça tinindən içəri tərəfə dəri altına çıxaraq budun bayır səthinin dərisini innervasiya edir. Bu sinirin bir şaxəsi sağrı nahiyəsinin dal səthinin aşağı hissəsini, digər şaxəsi isə budun bayır səthinin dərisini diz oynağına kimi innervasiya edir.
Bayırku yürüşü
Bayırku yürüşü – Qapağan xaqanın Doqquz Oğuzlardan Bayırkular üzərinə təşkil etdiyi və qələbə qazandığı son yürüşüdür. == Döyüşdən əvvəl == Göytürk imperiyası böyük siyasi qarışıqlıq içərisində idi. Tanq imperatoru Hsüan Tsunq Qapağan xaqanı tamamilə ortadan qaldırmaq ya da ələ keçirmək istəyirdi. Bu məqsədlə Göytürk dövlətində üç ayrı bölgədə olan və Tanq ilə daha əvvəllər ittifaq qurmuş olan türk boylarının öndərlərinə daha öncə də edildiyi kimi müxtəlif titullar və hədiyyələr təqdim edildi. Beləcə, türk boyları Göytürk xaqanlığına qarşı üsyan etmələri üçün təhrik edildilər. 709-cu ildə çiklər və qırğızlar, 711-ci ildə türkeşlər, 714-cü ildə də qarluqlar üsyan qaldırdı və üsyanlar bir-birinin ardıyca meydana çıxdı. Buna əlavə olaraq, Qapağan xaqanın mərhəmətsizcə bütün üsyanları yatırtması vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Bir çox türk boyu Tanq sülaləsinə sığındı. Hətta bir müddət sonra Qapağan xaqanın öz kürəkəni Aşidə Hu-lu da Tanqa bağlılığını bildirdi. == Döyüş == Üsyanlar ardı-ardına davam edərkən bu dəfə də Göytürk xaqanlığının onurğasını təşkil edən Doqquz Oğuzların üsyan etməsi dövləti çətin vəziyyətə saldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.08 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2004 •••••••• 1.35
2006 ••• 0.45
2007 ••••••• 1.06
2008 •••••• 0.97
2009 ••••• 0.80
2010 ••••• 0.73
2011 •••••••• 1.29
2012 •••••• 0.95
2013 ••••••••••••••• 2.48
2014 •••••••••••••••••• 2.92
2015 •••••••• 1.36
2016 •• 0.17
2017 ••• 0.49
2018 ••••• 0.75
2019 ••••• 0.83
2020 •••••••• 1.33

bayır sözünün leksik mənası və izahı

  • 1 is. 1. Binanın və s.-nin xarici; eşik, həyət, çöl, dişarı, kənar, açıq yer. Bayırda qar yağır. Bayırda hava necədir? İndicə bayırdan gəldi. Bayırdan musiqi səsi gəlir. Uşaqlar bayırda oynayırlar. – Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlıarabalı dərəyə uçub ölməyini xəbər verdi. S.S.Axundov. Bayırda bərk xəzri əsirdi. M.İbrahimov. Onların hər ikisi pəncərədən bayıra baxdı. Ə.Sadıq. □ Bayıra atmaq (basmaq) dan. – qovmaq, çıxarmaq. O katibi birdəfəlik bayıra atmaq lazımdır. S.Rəhimov. 2. dan. Üz, zahir, xarici görünüş. İçərim özümü yandırır, bayırım özgəni. (Ata. sözü). 3. Adətən “sayır-bayır” şəklində dan. – boş, hədərən-pədərən, rabitəsiz, mənasız. Sayır-bayır danışmaq. Gecə-gündüz sayırbayır danışırdım.

    Azərbaycan dilinin izahlı lüğəti / bayır

bayır sözünün sinonimləri (yaxın mənalı sözlər)

bayır sözünün rus dilinə tərcüməsi

  • 1 наружный, наружная; внешняя сторона помещения, вместилища, посуды

    Azərbaycanca-rusca lüğət / bayır
  • 2 I сущ. 1. двор; bayırda на (в) дворе (на улице), bayırda işləmək работать во дворе 2. улица. Bayırda oynamaq играть на улице (во дворе); bayırdan с улицы (со двора), снаружи: bayırdan soyuq külək vururdu снаружи дул холодный ветер, bayırdan səs eşidildi с улицы послышался голос II прил. наружный. Bayır tərəf наружная сторона, мед. bayır topuq наружная лодыжка, bayır enli əzələsi широкая наружная мышца ◊ bayıra atmaq выгонять, выгнать, выставлять, выставить за дверь; evdən bayıra çıxa bilməmək никак не выбраться из дому

    Azərbaycanca-rusca lüğət / bayır

bayır sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. outside; outdoors; ~a çıxmaq to go* out(side); Bayırda soyuqdur It’s cold outdoors / outside II. s. outside; ~ işi outside work; ~ diametri outside diameter

    Azərbaycanca-ingiliscə lüğət / bayır

bayır sözünün fransız dilinə tərcüməsi

  • 1 is. dehors m ; cour f ; rue f ; ~da au dehors, dehors, dans la cour ; ~dan du dehors, de la rue ; ~a çıxartmaq éconduire vt, mettre à la porte, chasser, reconduire vt ; ~a atmaq chasser vt, mettre vt dehors (mettre à la porte), congédier vt

    Azərbaycanca-fransızca lüğət / bayır

bayır sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къец, къецихъ пад; гьаят, чуьл; bayırda yağış yağır къецел марф къвазва; 2. рах. ччин, сумра, къецепад, къецепатан акунар; ** sayır-bayır danışmaq ата-бата рахун, манасуз (буш) рахун.

    Azərbaycanca-ləzgicə lüğəti / bayır

bayır sözünün türk dilinə tərcüməsi

"bayır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bayır nədir? #bayır sözünün mənası #bayır nə deməkdir? #bayır sözünün izahı #bayır sözünün yazılışı #bayır necə yazılır? #bayır sözünün düzgün yazılışı #bayır leksik mənası #bayır sözünün sinonimi #bayır sözünün yaxın mənalı sözlər #bayır sözünün əks mənası #bayır sözünün etimologiyası #bayır sözünün orfoqrafiyası #bayır rusca #bayır inglisça #bayır fransızca #bayır sözünün istifadəsi #sözlük