Bazərgan
Bazərgan (fars. بازرگان) — İranın Qərbi Azərbaycan ostanında, Maku şəhristanının Bazərgan bəxşində şəhər.
Bazərgan şəhəri eyniadlı bəxşin inzibati mərkəzidir, Təbriz şəhərinin 310 kilometrliyində yerləşir və əhəmiyyətli ticarət mərkəzlərindən biridir. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası tərəfdən) və Türkiyə Cümhuriyyəti ilə sərhədə yaxın ərazidə yerləşir. 2006-cı ilin siyahıya alınmasına əsasən şəhərdə 9,047 nəfər və 2,126 ailə yaşayır.
Şəhərin adı farsca "tacir, ticarət ilə məşqul olan birisi" mənasını verən "bəzirgan/bazirgan" sözündən gəlir.