* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əsli: fars. bad, burut Görkəm, boy-buxun, bədən quruluşu. (“Koroğlu” dastanının lüğəti) Bolu bəy ondan soruşdu: – De görüm, kimsən? Koroğlu özünü cəmləşdirib dedi: – Qoruqçuyam. Bolu bəy bir onun bazburutuna baxdı, bir boy-buxununa baxdı, dedi: – Kimin qoruqçususan? (“Koroğlu ilə Bolu bəy”) * Hər yüz tümənə on beş tümən, hər yüz tümənə on beş tümən. Eyvaz şübhələndi. Bir Koroğlunun bazburutuna baxdı, bir bığlarına baxdı... (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası / bazburut2 əsli: fars. – bad, burut Görkəm, boy-buxun, bədən quruluşu. Bazburutdu (bazburutlu) – boylu-buxunlu, qədd-qamətli. Qarı baxdı gördü ki, bunlar bazburutdu bir kişidir. Biri də qəşəng bir oğlan... (“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikası / bazburut(Ağdam, Gəncə, Qazax) boy-buxun, görkəm. – Gördüyüη iş heş səniη bazburutuηa yaraşmır (Ağdam); – Bazburutu çox yaxşıdı onun (Qazax); – Elə bazburutunu görəndə adamı vəhmə basır (Gəncə)
Azərbaycan dilinin dialektoloji lüğəti.