bazilika sözü azərbaycan dilində

bazilika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bazilika • 66.6667%
  • Bazilika • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bazilika
Bazilika – adətən dini əhəmiyyəti olmayan, sadəcə toplanma funksiyası daşıyan dini tikililər üçün istifadə olunan memarlıq planı. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşirdi. Bazilikalar əsasən Xristianlıq və orta əsrlər memarlığında istifadə olunmuşdur. Bazilikalardan Bonn kafedralını misal göstərmək mümkündür.
Bazilika sisterni
Yerebatan sərnici və ya Bazilika sisterni (yunan. Βασιλική Κινστέρναı, türk. Yerebatan sarnıcı və ya Yerebatan sarayı) — Bizans dövrünə aid iri yeraltı su anbarı. İstanbulun (Konstantinopolun) mərkəzində, Sultanahmet rayonunda, Aya Sofya məscidi (Müqəddəs Sofiya kilsəsi) ilə üzbəüz, onun 150 metr cənub-qərbində yerləşir. "Sistern" sözü yunancadan "su anbarı" kimi tərcümə edilir. 2013-cü ilə olan məlumata görə, İstanbulda 40-dan çox belə sistern aşkar edilmişdir. == Sistern Bizans dövründə == Bazilika sisternində quraqlıq və ya mühasirə halları üçün şəhərin su ehtiyatı saxlanırdı Bu sisternə su şəhərdən 19 km şimalda yerləşən Belqrad meşəsindəki bulaqlardan akveduklar (o cümlədən, Valent akveduku) və su kəməri vasitəsilə çatdırılırdı. Bazilika adı sisternin yerləşdiyi yerin adından qalmışdır. Bu yerdə Konstantinopolun Birinci təpəsində, Stoa Basilica adlı meydan yerləşdirdi.Orada əvvəlcə bir Bazilika olduğundan su anbarı da bu adı almışdır.Sisternin tikintisinə imperator Konstantinin hakimiyyəti dövründə (306–337-ci illər) başlanmış və imperator I Yustinianın hakimiyyəti dövründə, 532-ci ildə başa çatdırılmışdır. Yeraltı qurğunun ölçüləri 145×65 m, həcmi 80 000 kub metr idi.
Villa Bazilika
Villa Bazilika (it. Villa Basilica) — İtaliyanın Toskana regionunda şəhər.
Ançisxati bazilikası
Ançisxati bazilikası (gürc. ანჩისხატი) – Tbilisinin Qədim şəhər rayonunda yerləşən VI əsrə aid bazilika formalı kilsədir. Tanrı anasının doğulmasına həsr edilmiş kilsə Tbilisidə dövrümüzə çatmış ən qədim kilsədir. == Tarixi == Gürcü salnamələrinə görə, Ançisxati kilsəsi Tbilisini paytaxt elan etmiş Xosrovidlər sülaləsindən olan İberiya çarı I Daçinin (522-534) sifarişi ilə inşa edilmişdir. İlkin olaraq Bakirə Məryəmin doğulması şərəfinə adlandırılmış kilsə, 1675-ci ildə Ançi monastırından (Tao-Klarceti, müasir Türkiyənin Artvin əyaləti) enkaustik Xilaskar ikonasının (Ançi ikonası) gətirilməsi ilə əlaqədar olaraq həm də Ançisxati adı ilə tanınmışdır. XII əsrdə Beka Olizarinin qızıl elementlərlə işlədiyi gümüş riza içərisində olan ikonanın Tbilisiyə gətirilməsində məqsəd, osmanlıların əraziyə hücumu zamanı məhv edilməsinin qarşısını almaq idi. Əsrlər boyunca Ançisxati kilsəsində saxlanan ikona hazırda, Gürcüstan Dövlət İncəsənət Muzeyində sərgilənir.XV-XVII əsrlərdə farslar və türklərin Tbilisini ələ keçirmələri zamanı kilsə dəfələrlə dağıdılmış və yenidən bərpa edilmişdir. Ançisxati kilsəsinin yanında yerləşən kərpic zəng qülləsi 1675-ci ildə katolikos Domentinin sifarişi ilə inşa edilmişdir. 1870-ci illərdə tağların əlavə edilməsi zamanı, qədim bazilikanın erkən memarlıq planlaşdırılmasına ciddi dəyişiklik edilmişdir.SSRİ dövründə kilsənin dağıdılması planlaşdırılsa da, ziyalıların (xüsusilə David Arsenişvilinin) səyi nəticəsində abidə saxlanılmış və kustar istehsalat nümunələri muzeyinə çevrilmişdir. Daha sonra kilsə binasında bədii emalatxana fəaliyyət göstərmişdir.
Avan bazilikası
Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim türk xristian məbədi. == Tarixi == Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1939 – 1941 – ci illərdə məbəddə ermənilər tərəfindən bərpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir.
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Bazilikata
Bazilikata — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Region İtaliyanın cənubundadır. Qərbində Campania, şimal və şərqində Puglia və cənubunda Calabria regionları yerləşir. Regionun sahəsi 9,992 km², əhalisi 2008-ci ilə əsasən 600.000-ə yaxındır. Regionun paytaxtı Potentsa şəhəridir.
Doloçopi bazilikası
Doloçopi bazilikası (gürc. დოლოჭოპის ბაზილიკა) ― Şərqi Gürcüstanın Kaxeti bölgəsində hal-hazırda xarabalığa çevrilmiş erkən xristian kilsəsi. Daha əvvəl ərazidə mövcud olmuş kilsənin üzərində inşa edilmiş bu böyük bazilikanın radiokarbon tarixləşdirmə üsulundan istifadə edilərək eramızın 387-ci ilinə aid olduğu aşkar edilmişdir və bu da onu Gürcüstanda bilinən ən erkən xristian yerlərindən biri halına gətirir. Kilsənin qalıqları 2012-ci ildə aşkarlanmışdır. Bazilika Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına daxil edilmişdir. == Yerləşməsi == Uzun müddətdir tərk edilmiş bir kəndin adını daşıyan Doloçopi bazilikası Duruji çayının sağ sahilindəki Kvareli şəhərinin şimal-qərbində yerləşir. Bazilikadan təxminən 3,5 km qərbdə Nekres monastırı, daha 1 km qərbdə isə Doloçopi ilə bir çox xüsusiyyətləri paylaşan və böyük bir erkən xristian bazilikasının dağıntılarını ehtiva edən Çabukauri arxeoloji sahəsi var.Doloçobinin dağıntıları 2012–2015-ci illər arasında Nodar Baxtadzenin rəhbərlik etdiyi Gürcüstan Milli Muzeyinin ekspedisiyası tərəfindən aşkarlanmışdır. Qazıntı işləri tikilinin son qədim dövrdə bir zamanlar çiçəklənən yaşayış məntəqəsinin mərkəzində dayanan əhəmiyyətli bir kilsə olduğunu sübut etdi. Yazılı mənbələrdə adı çəkilməyən bu yaşayış məntəqəsi ardıcıl zəlzələlər və xarici istilalardan sonra getdikcə dağımağa və unudulmağa başladı və son orta əsrlərdə təmamilə tərk edildi. == Layihə == Kilsə daş qalıqları və çınqıldan inşa edilmişdir.
Dəstəfur bazilikası
Dəstəfur bazilikası — Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet hakimiyyəti dövründə bərpa adı altında burada çalışan erməni mütəxəssislər məbədə xeyli zərər vursalar da onu erməniləşdirə bilməmişlər. Məbəddəki xaçlar və digər dini xarakterli əşyalar oğurlansa da, alban kilsəsini qriqorian kilsəsi adı altında təqdim etmək cəhdləri tam uğursuzluqla nəticələnmişdir. Bundan sonra təxribat nəticəsində kilsə partladılmışdır. Tağlardan ikisi dağılsa da, kilsə özü duruş gətirmişdir. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən məbədə sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişməmişdir.
Gavurqala bazilikası
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. == Tarixi == Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” == Memarlıq xüsusiyyətləri == Binanın divarları Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan üsulla, iki daşı sırasının aralarının əhəng məhlulu ilə doldurulması vasitəsiylə inşa edilmişdir. Bu cür divar inşa etmək təcrübəsi alban memarlarına qədim dövrdən bəlli idi. Azərbaycan ərazisində bu cür hörgüyə hələ e.ə. II minillikdə - II Kültəpə ərazisində rast gəlinir. Govurqaladakı tikilinin əsas fərqi istifadə edilmiş daşların yaxşı yonulmuş olmasıdır.Govurqala bazilikasının dam örtüyü saxlanmamışdır. Lakin, arxeoloji tədqiqatlar zamanı akarlanmış konstruksiya qalıqları qapıların tağvari tamamlanmasını söyləməyə imkan vermişdir. G. Məmmədova hesab edir ki, “buna əsasən və bu tipdə olan digər tikililərlə aparılmış müqayisə əsasında demək olar ki, bina iki qatlı tağvari örtüyə malik olmuşdur.” Onun fikrincə Govurqala bazilikasının Cənubi Qafqaz memarlığında birbaşa analoqları Gürcüstanın Vazisubani ərazisində Samrkariani kilsəsi və Ermənistanın Vayots Cor mərzində Aravus kəndi ərazisindəki Tanaat kilsələridir.
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi.Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi.Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi. V əsrdən etibarən altara yaxın traveya üzərində taxta tavanlı qüllə də ucaldılmışdı. === Konstruksiya === Həvari Yuhənnanın məzarı üzərində inşa edilmiş ilk ilk tikili mavzoley xarakterli olsa da, həm də kilsə kimi istifadə edilirdi.
Həvari İohann bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi.Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi.Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi. V əsrdən etibarən altara yaxın traveya üzərində taxta tavanlı qüllə də ucaldılmışdı. === Konstruksiya === Həvari Yuhənnanın məzarı üzərində inşa edilmiş ilk ilk tikili mavzoley xarakterli olsa da, həm də kilsə kimi istifadə edilirdi.
Kasax bazilikası
Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk məbədi. Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir. Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948 – ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sak – skif – massaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir. Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830 – cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır. == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587-590; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.20-24.
Köhnə Müqəddəs Pyotr bazilikası
Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. == Tarixi == Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir. Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar. Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular. Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi.Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür. Bir neçə məhv edilmiş Papa məzarı isə Alfonsa Sikkoniyanın əsərlərində ətraflı təsvir edilmişdir.
Minkənd bazilikası
Minkənd məbədi — Məbəd Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Abidənin girişindəki lövhədə tarix olaraq 1675 göstərilib. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. 2009-cu ildə "Tufenkian Foundation"un maliyyə dəstəyi ilə "Müqəddəs Minas kilsəsi" adı altında "bərpa edilmişdir". 2020-ci il 1 dekabrdan etibarən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Müqqədəs Denis Bazilikası
Sen-Deni bazilikası (fr. La basilique Saint-Denis) — Fransada yerləşən Qotik memarlıq üslubunun nümunəsi olan bazilika. 1862-ci ildən etibarən Fransada tarixi abidə kimi qorunur. Orta dövr Fransa krallarının böyük bir qismi burada dəfn edilmişdir. Kilsəyə müqqədəs Denisin nəşi gətirildikdən sonra onun adına adlandırılmışdır. Hal-hazırda kilsədə müzey fəaliyyət göstərir.
Müqəddəs Georgi bazilikası
Müqəddəs Georgi və ya Yirji bazilikası (çex. Bazilika svatého Jiří) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinin və ümumilikdə Çexiyanınən ən qədim kilsələrindən biri və Müqəddəs Georginin Bohemiya ərazisində birinci monastırının əsasını qoymuş Prjimısloviç sülaləsinin dəfn olunma yeri hesab olunur. == Tarix == 920-ci ildə knyaz I Vratislav qəsr ərazisində yeni kilsənin - roman üslublu Georgi bazilikasının əsasını qoyur. Daha sonralar bazilikada onun təsisçisi Vratislav və Prjemısloviç sülaləsinin digər üzvləri dəfn edilmişdi. O dövrdən kilsə ilk xristian knyazlarının vəftiz olunma yerinə çevrilir. Bazilikanın da daxil olduğu qədim monastır 973-cü ildə Vratislav və onun bacısı Mlada tərəfindən (o daha sonralar buranın rahibəsi seçilmişdi) Benedikt ordeni üçün təsis edilibmişdi. O vaxtdan bəri, monastırda hakim sülalədən olan gənc qızlar təhsil alır və onların bir çoxu abbatisa tituluna layiq görülürlər. X əsrdə inşa edilmiş bazilikadan günümüzə kimi o qədər də çox şey qalmayıb. Yalnız cənub qüllənin aşağısında yerləşən hörgünün bir hissəsi qorunub saxlanılmışdı. 1142-ci ildə baş vermiş yanğından sonra bazilika daha da əhəmiyyətli dəyişiklikliyə məruz qalmışdı.
Müqəddəs Mark bazilikası
Müqəddəs Mark kafedralı (it. Basilica di San Marco — San Marko bazilikası) — Qərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların kapellası kimi fəaliyyət göstərib. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San Pyetro di Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur. Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir. Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir. Özünün nəfis qızılı mozaik işləmələrinə görə və eləcə də zəngin Venesiya hakimlərinin simvolu kimi, bu bina XI əsrdən başlayaraq Qızıl kilsə (it. Chiesa d'Oro) adı ilə məşhur idi. == Müqəddəs Mark kafedralının tarixi == === Birinci bazilika === Bazilika 31 yanvar 829-cu ildə İsgəndəriyyə şəhərindən Venesiyaya gətirilmiş müqəddəs həvari Markın qalıqlarının yerləşdirilməsi üçün inşa edilmişdir.
Müqəddəs Məryəmin dirilməsi bazilikası (Strahov)
Müqəddəs Məryəmin dirilməsi bazilikası (çex. Bazilika Nanebevzetí Panny Marie) — Çexiyanın paytaxtı Praqa şəhərinin Strahov rayonunda yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə Premonstrant Strahov monastırının tərkibinə daxildir. 6 noyabr 1991-ci ildə o kiçik bazilika tituluna layiq görülmüşdü. == Tarix == Müqəddəs Məryəmin dirilməsi bazilikası Premonstrant Strahov monastırının tərkib hissəsi olaraq, 1140–1143-cü illər arasında Çexiya knyazı II Vladislavın təsisi və Olomouç yepiskopu Yindrjix Zdikin təşəbbüsü ilə əsası qoyulmuşdu. Kilsə bir neçə dəfə yenidən qurulmuşdu. XVII əsrin əvvəllərində kilsə tamamilə baxımsız vəziyyətə düşmüşdü. Monastırda yalnız müqəddəs Ursula kilsəsi normal vəziyyətdə idi və buna görə də, kiçik premonstrant icması öz ibadətlərini burada yerinə yetirirdi. Hazırkı barokko görünüşünü kilsə abbat Kaspar fon Kvestenberq (1612–1640) tərəfindən həyata keçirilmiş yenidənqurmadan sonra əldə etmişdir. Elə həmin dövrdə, 1627-ci ildə monastıra Maqdeburqdan Premonstrant ordeninin qurucusu Ksantentli müqəddəs Norbertin qalıqları köçürülmüşdür.
Müqəddəs Pyotr bazilikası
Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid kilsə. Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır.Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə liturgik mərasim keçirir ki, bu da 15.000–80.000 arası insan cəlb edir.
Müqəddəs Pyotr bazilikasının günbəzi
Müqəddəs Pyotr bazilikasının günbəzi (it. La cupola di San Pietro) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid Müqəddəs Pyotr bazilikasının mərkəzi kəsişmə hissəsini örtən günbəzdir. Günbəz, insan əli ilə inşa edilmiş ən böyük daş hörmə tavanlardan biridir; o, 42 metr diametrə, kilsənin təməlindən günbəz fənərinin zirvəsinə kimi 130 metrdən çox hündürlüyə malikdir. Günbəzin intibah memarlığından barokko memarlığına keçid dövrünü əks etdirən formaları, 1564-cü ildə vəfat edənə kimi bazilikanın inşasında iştirak etmiş Mikelancelo Buonarrotinin dizaynı əsasında inşa edilmişdir. Roma şəhərinin simvollarından biri olan günbəz xalq dilində sadədə “Dome” adlandırılır. Günbəzdən Vatikana, eləcə də Romanın bütün qədim ərazilərinə 360° mənzərə açılır. == Tarixi == === Layihə === XVI əsrin əvvəllərində Roma Papası II Yuli Vatikandakı Köhnə Müqəddəs Pyotr bazilikasında yenidənqurma işlərinin aparılmasına qərar verir və layihə memar Donato Bramanteyə həvalə edilir. Bramante özündən sonra hansısa tamamlanmış layihə qoymasa da, belə bir fikir vardır ki, onun orijinal ideyasına əsasən yunan xaçı formalı (ilk xristian şəhidlərinin xatirəsinə) binanın mərkəzi hissəsində dam yarımsferik günbəzlə tamamlanmalı idi. İtalyan zərgər Kristoforo Foppa tərəfindən 18 aprel 1506-cı ildə kilsənin təməlqoyması şərəfinə zərb edilmiş sikkə üzərindəki təsvir və ideal ahəng axtarışının memar tərəfindən əsas altarın qeyd edilməməsinə gətirdiyi, İntibah ideallarının hətta kilsənin içərilərinə də yol tapmasını təsdiq edən məşhur “perqament planı” da bu fikri təsdiq edir.İşlər 1513-cü ildə pontifikin ölümünə kimi mərkəzi hissənin inşasında davam etdirilmişdir. II Yulidən sonra taxta keçmiş, Mediçilər sülaləsindən olan Papa X Levin hakimiyyəti dövründə Rafael Santi əvvəlcə Covanni Cakonda ilə birlikdə, daha sonra isə layihənin baş memarı kimi təklikdə bazilikanın planın bəzi dəyişikliklər etmişdir.
Müqəddəs Pyotr bazilikasının orqanı
Müqəddəs Pyotr bazilikasının əsas orqanı 1953-1962-ci illər arasında Roma şəhərində və mühəndis Valkerin orqan nümunələri əsasında Tamburini adlı məşhur italyan şirkəti tərəfindən hazırlanmışdır. Xor sütunlarının arxasında yerləşən orqan iki hissəyə ayrılıb və 80 registrdən ibarətdir. Musiqi nöqteyi-nəzərindən orqan binanın ümumi həcminə uyğun gəlmirdi və bu səbəbdən də o, “Dünyanın ən möhtəşəm xor orqanı” tituluna layiq görülmüşdür. XIX və XX əsrin başlanğıcında bir çox ustaların təklif buyurduqları daha sadə, lakin öz proporsiyaları ilə xor hissəsinə ahəngdarlıq bəxş etmə qabiliyyətinə sahib olacaq orqan layihələrindən heç birisi reallaşdırılmamışdır. Yuxarıda adı qeyd olunmuş korpusun qarşısındakı xor kapellalarında iki ədəd iki manuallı orqan quraşdırılmışdır. 1887-ci ildə hazırlanmış Morettini orqanı 18 registrə, Tamburini şirkətinə məxsus orqan isə 21 registrə malikdir. Almaniyalı siyasətçi və SPD partiyasının üzvü Helmut Şmidt tərəfindən Roma Papasına 1981-ci ildə hədiyyə edilmiş Valker orqanı özündə cəmi 11 registri birləşdirir. 1989-cu ildən etibarən, MPB-nın baş orqanisti vəzifəsini Ceyms Edvard Göttçe icra edir. == Əsas orqan == === Tarix === ==== XVI-XVIII əsrlər ==== Bazilikanın inşası zamanı, günbəzin aşağısındakı hər dörd emporanın divarlarında kilsə musiqisinin ifa edilməsi üçün orqanların yaradılması planlaşdırılırdı. Qalereyalardan səslənən multixoral musiqisi o dövrün ifaçılıq təcrübəsinə uyğun gəlir; günümüzdə buna bənzər ansamblı Zalsburq kafedralında görmək mümkündür.
Müqəddəs Pyotr və Pavel bazilikası
Müqəddəs Pyotr və Pavel bazilikası (Müqəddəs Pyotr və Pavelin kapitul kilsəsi) (çex. Bazilika svatého Petra a Pavla; Kapitulní chrám sv. Petra a Pavla) — Praqanın Vışehrad rayonunda yerləşən neoqotik üslublu kapitul katolik kilsəsidir. Kilsə Vışehradda yerləşən müqəddəs Pyotr və Pavelin kral kollegial kapituluna mənsub prixod hesab olunur. 25 mart 2003-cü ildən kiçik bazilika titulunu daşıyır. == Tarix == Vışehradda kilsənin yaranmasının əsas səbəbi, XI əsrin ikinci yarısında knyaz II Vratislav və onun qardaşı Praqa yepiskopu Yaromir arasında hakimiyyət uğrunda gedən mübarizə ilə sıx bağlıdır. Vratislav, yeni hakimiyyət mərkəzi yaratmaq məqsədilə Vışehradı öz yaşayış yeri kimi seçir və orada Praqa Yeparxiyasından müstəqil şəkildə fəaliyyət göstərəcək yeni kilsə təşkilatı qurmaq qərarına gəlir. Bunun nəticəsində 1070-ci ildə, Praqa yepiskopluğundan müstəqil şəkildə fəaliyyət göstərən və bilavasitə Roma Papasının tabeliyində olan Vışehrad kapitulu təsis edilmişdir (Kapitul 1763-cü ilə qədər müstəqil qalmışdır). Qısa müddət sonra həmin ərazidə tikintisi yəqin ki 1080-ci ilə qədər davam edən Müqəddəs Pyotr və Pavelin şərəfinə kilsə qurulmuşdur. Salnamələrə inansaq, knyaz Vratislav təməl üçün daşla doldurulmuş 12 zənbili tikinti sahəsinə çatdırır və ümumilikdə məbədin tikintisində şəxsən iştirak edirdi.
Müqəddəs Stefan bazilikası
Müqəddəs Stefan bazilikası (mac. Szent István-bazilika)— Macarıstanın Budapeşt şəhərində yerləşən katolik bazilika. O ilk macar kralı I Stefanın şərəfinə Müqəddəs Stefan bazilikası adlandırılmışdır. İlk əvvəl Macarıstanın 6-cı ən böyük kilsəsi sayılan Müqəddəs Stefan bazilikası 1920-ci ildən sonra Papanın əmri ilə bazilika statusu almışdır. Günümüzdə isə Macarıstanın 3-cü ən böyük kilsə binasıdır. == Tarixi == Bazilikanın inşasına 1851-ci ildə başlanmış, proses 50 ildən çox çəkmişdir. Buna səbəb kilsənin qübbəsinin çökməsi olmuşdur. 1867-ci ildə macar memar Cosef Hildin ölümü ilə yarımçıq qalan tikinti daha sonra digər bir macar memar Mikloş İbl davam etdirmişdir. 1906-cı ildə isə imperator Frans İosifin iştirakı ilə açılışı edilmişdir. == Memarlığı == Cosef Hildin hazırladığı orginal layihəyə əsasən neo klassik üslubda tikilən bazilika sonrada İblin yeni dizaynı ilə neo renesans üslubda davam etdirilmişdir.
Müqəddəs Yelisey bazilikası
Müqəddəs Yelisey kompleksi və ya Qala piri — Oğuz rayonunda yerləşən alban məbədi. == Haqqında == Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz şəhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini icra edirlər. Tuf daşlarından və əhəng məhlulundan inşa edilən və dördbucaq formasında olan bu məbəd binasının uzunluğu 7,45 metr, eni 5,55 metrdir. Məbəd daxilində ibadət üçün nəzərdə tutulmuş sahə 3,5 metr X 4,35 metr ölçüsündədir. Eni 1,1 metr, hündürlüyü 1,55 metr olan üstü yarımdairəvi tağlı qapı məbədin qərb hissəsində yerləşir. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırmışlar. (Qerqets udincə "Müqəddəs yer" deməkdir). 1828–1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmişdir. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836-cı ildə Alban katolikosluğunun ləğv edilməsinə nail olur. "Erməniləşdirmə" siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2006 •••••••••••••• 0.23
2011 •••••••••••••••• 0.26
2012 ••••••••••• 0.17
2020 •••••••• 0.13

bazilika sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. архит. базилика (античный и средневековый тип постройки с двумя продольными рядами колонн внутри)

    Azərbaycanca-rusca lüğət / bazilika

bazilika sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#bazilika nədir? #bazilika sözünün mənası #bazilika nə deməkdir? #bazilika sözünün izahı #bazilika sözünün yazılışı #bazilika necə yazılır? #bazilika sözünün düzgün yazılışı #bazilika leksik mənası #bazilika sözünün sinonimi #bazilika sözünün yaxın mənalı sözlər #bazilika sözünün əks mənası #bazilika sözünün etimologiyası #bazilika sözünün orfoqrafiyası #bazilika rusca #bazilika inglisça #bazilika fransızca #bazilika sözünün istifadəsi #sözlük