* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Qolbaq, bilərzik. Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda. Nəbati. Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər … taxta çıxıb oturdu. M.F.Axundzadə. Salıbsan gərdənə heykəl, həmail; Qızıl bazubəndlər qola yaraşar. Aşıq Ələsgər. 2. Qədimdə döyüşçülərin qollarına geydikləri dəmir qolçaq. 3. din. İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş, meşin və ya parça qovluq; qolbənd.
Azərbaycan dilinin izahlı lüğəti / bazubənd2 f. 1) içərisinə dua və s. qoyulub qola bağlanan meşin və ya parça; 2) qiymətli daşlarla işlənmiş qızıl və ya gümüş qolbaq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bazubənd3 fars. bazu – qolun çiyindən dirsəyə qədər olan hissəsi, bənd – bağ 1. Qolbaq, bilərzik. 2. Döyüşçülərin qollarına geydikləri dəmir qolçaq. 3. İçərisinə dua və s. qoyulub qola bağlanan məhfəzə (qovluq). Pərimin boynunda heykəl-hamayıl, Ləl bazubənd düzüb qol kənarında. (“Qurbani. Diri versiyası”)
Azərbaycan dastanlarının leksikası / bazubənd4 fars. bazu – qolun çiyindən dirsəyə qədər olan hissəsi + bənd – bağ 1. Qolbaq, bilərzik. 2. Döyüşçülərin qollarına geydikləri dəmir qolçaq. 3. İçərisinə dua və s. qoyulub qola bağlanan məhfəzə (meşin və ya parça). (“Koroğlu” dastanının lüğəti) Nigar xanım qolundan bazubəndini də açıb ona verdi. (“Koroğlunun İstanbul səfəri”) * Axırda bazubəndini açıb verdi Möminə xanıma. (“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası / bazubənd1 [fars.] сущ. 1. цам (гъилин цӀеминихъ акалдай гьалкъа); 2. къадим. женг чӀугвазвай аскерри гъилерал гьалсдай ракьун гьалкъа ва я мс.; 3. дин. базубенд (къене дуьаяр авай лап гъвечӀи улуб кутуна мишинив ва я парчадив кӀевнавай гъилик кутадай затӀ).
Azərbaycanca-ləzgicə lüğəti / bazubənd