* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••• | 3.43 |
2003 | •••• | 3.54 |
2004 | •• | 1.35 |
2005 | ••• | 3.37 |
2006 | •• | 1.58 |
2007 | •••••••• | 8.67 |
2008 | ••• | 2.92 |
2009 | •••• | 4.32 |
2010 | ••• | 3.00 |
2011 | •• | 2.14 |
2012 | •••••••• | 8.26 |
2013 | •• | 2.04 |
2014 | ••• | 2.92 |
2015 | • | 0.85 |
2016 | ••• | 2.60 |
2017 | • | 0.98 |
2018 | •• | 1.80 |
2019 | • | 0.97 |
2020 | •••••••••••••••••••• | 22.68 |
1 is. 1. Qaraciyər. 2. Ürək, qəlb mənasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati. Oxuduqca şirin-şirin diliniz; Bağrım olur şana-şana, durnalar. M.V.Vidadi. ◊ Bağrı çatlamaq – 1) davam gətirməyib ölmək, ürəyi partlamaq. Atı o qədər bərk sürdü ki, heyvanın az qala bağrı çatlamışdı. – [Tarverdi:] Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. M.F.Axundzadə. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi. [Əbdül:] İndi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir, bağrı çatlar. C.Cabbarlı; 2) bax bağrı yarılmaq; 3) ürəyi bərk darıxmaq. Uşaq olmasaydı, qızın bağrı çatlardı. M.S.Ordubadi. [Vəli:] Yaxşı ki, bir yerdəyik, tək olsaydıq, adamın bağrı çatlardı. M.Hüseyn. Bağrı daşa dönmək – çox sərt olmaq, insafsız olmaq, rəhmsiz olmaq, sərtləşmək. Təğafül etməyin, Allahı sevər; Dönməsin bağrınız daşa, durnalar. Q.Zakir. Bağrı dəlinmək – bax bağrı qan olmaq (qana dönmək). Bəs olmadı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən. Məsihi. Bağrı qan olmaq (qana dönmək) – son dərəcə müztərib və mütəəssir olmaq, kədərlənmək, qüssələnmək. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Bağrı yanmaq – 1) susamaq; 2) məc. həsrət çəkmək, hicran keçirmək. Bax bu qaşa, bax bu gözə; Yandı bağrım, döndü közə. Aşıq Ələsgər. Bağrı yarılmaq – 1) ölmək; 2) bərk qorxmaq, dəhşətə düşmək. Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir. [Məşədi Əsgərin] silisçidən bağrı yarılırdı. S.M.Qənizadə. [Gülnisə:] Danışanda adamın gözünün içinə bir tövr baxır ki, az qalır adamın bağrı yarılsın. Ə.Haqverdiyev. [Döyüldüyü üçün] uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. H.Sarabski. Bağrına basmaq – məhəbbətlə, nəvazişlə qucaqlamaq. Tutuban bağrına basdın o səri-zülfü, könül; Belə fikr eylədin, ol müşk sənin canındır. S.Ə.Şirvani. Oturmuş ana, basmış bağrına; Nazlı körpəsin, lay-lay der ona. A.Səhhət. Xədicə rəngi qaçmış … halda içəri girdi və uşaqlarını bağrına basıb … ağladı. S.S.Axundov. Bağrını çatlatmaq – bax bağrını yarmaq. Bağrını dəlmək – son dərəcə kədərlənmək. Bağrını qana döndərmək (qan eləmək) – həddən artıq kədərləndirmək, iztirab vermək. Ləli-nabin həvəsi bağrımı qan eylədiyin; Ah kim, qanlı yaşım qılmadı izhar sana. Füzuli. Ələsgərəm, sana qurban; Gəl eyləmə bağrımı qan! Aşıq Ələsgər. Bağrını yarmaq – 1) öldürmək; 2) bərk qorxutmaq, dəhşətə salmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Yuvasında eşələnən bir qırğı onların bağrını yarmışdı. Mir Cəlal. [Xəlil:] Ay balam, bir az özünə toxtaqlıq ver, uşaqların bağrını yarma. P.Makulu.
Azərbaycan dilinin izahlı lüğəti / bağır1 Anadolu türkləri bələk sözünün sinonimi kimi bağırdaq kəlməsini işlədirlər. Ehtimal ki, bağır və bağırsaq sözləri eyni kökdən törəmədir, bağlamaq (əlaqəli olmaq, sarınmaq) kəlməsi ilə bağlıdır: bağır kəlməsi bağıl, bağıldaq kimi olub sonra l səsi r səsi ilə əvəz edilib. İkinci ehtimal da mümkündür: bağır, doğrudan da, bağlı sözü ilə əlaqədardır, “üstü qarın dərisi ilə örtülü (bağlı) olan”, “xaricdən görünməyən”, “içalat” deməkdir. Bu mənada bağır sözü içalat kəlməsinin sinonimi olub və qarın boşluğunda olan üzvlərin hamısını əhatə edib (qarında qara, ağ və göy bağırların olması göstərir ki, daxildəkilərin hamısı haçansa “bağır” adlanıb). Ən inandırıcı yozum belədir: bağır monqol sözüdür, mənası “yumşaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Şiələrin beşinci imamının (Əli, Həsən, Hüseynin oğlu Əli (Zeynalabdin), Məhəmməd (Zeynalabdinin oğlu)) fəxri adı Bağır olub. Ərəbcə mənası “müdrik” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bağır3 1. BAĞIR (anat., biol.), QARA CİYƏR 2. bağır bax ürək 3. bağır bax ciyər
Azərbaycan dilinin sinonimlər lüğəti / bağır1 BAĞIR I is. köhn. Qaraciyər. Qoyunun qara bağrından bir qədər götürüb ocağa tutdu (Dastanlar). BAĞIR II is. Ürək, qəlb. Hər gün kəndə gəlib bəylər, qazaxlar; Yazıq camaatın bağrını dağlar (S.Rüstəm). BAĞIR III f. Bərk qışqırmaq, çığırmaq. Xaspolad bir də ucadan bağırdı (M.Hüseyn).
Azərbaycan dilinin omonimlər lüğəti / bağır2 I сущ. 1. печень, печёнка 2. перен. грудь, сердце II прил. печёночный; bağrı bişmək задыхаться от жары; bağrı qana dönmək глубоко сожалеть, глубоко переживать, bağrı yarılır (yarıldı) kimin душа разрывается (разорвалась), душа в пятки ушла у кого; bağrını yarmaq kimin перепугать насмерть кого; bağrına basmaq обнимать, обнять крепко; душить в объятиях; прижимать, прижать к груди, к сердцу кого; bağrı çatlamaq: 1. глубоко переживать; 2. приходить, прийти в ужас; перепугаться насмерть
Azərbaycanca-rusca lüğət / bağır1 i. 1. liver; 2. məc. heart; bağrını yarmaq / qoparmaq to frighten smb. to death; bağrı yarılmaq / qopmaq to get* awfully frightened; bağrına basmaq to embrace (d.), to cuddle to one’s breast / chest, to take* / to clasp in one’s arms (d.); to put* one’s arms (around) (d.)
Azərbaycanca-ingiliscə lüğət / bağır1 сущ. 1. лекь, чӀулав жигер; 2. багъри, жигер, рикӀ манада; ** bağrı çatlamaq а) рикӀ пад хьун, лекь пад хьун, рикӀ пад хьана рекьин; б) кил. bağrı yarılmaq; в) рикӀ акъатун, рикӀ дарих хьун, сугъул хьун; bağrı daşa dönmək рикӀ къван хьун, инсафсуз (регьимсуз) хьун; bağrı dəlinmək кил. bağrı qan olmaq (qana dönmək); bağrı qan olmaq (qana dönmək) рикӀ чӀулав хьун, рикӀ сугъул хьун, гзаф гъамлу хьун; bağrı yanmaq а) лекь кун, цихъ къарих хьун, яд кӀан хьун; б) пер. рикӀ кабаб хьун, цӀигел хьун, гьасрет чӀугун; bağrı yarılmaq а) рикӀ пад хьун, рекьин; б) рикӀ аватун, гзаф кичӀе хьун; bağrına basmaq рикӀив гутун, къужахда кьун, къужахламишун; bağrını çatlatmaq кил. bağrını yarmaq; bağrını dəlmək лекь ккун, акьалтӀай гъамлу (дертлу) хьун; bağrını qana döndərmək (qan eləmək) пер. рикӀ кабаб авун, заруларун, гъамлу авун, азиятдик (азабдик) кутун; bağrını yarmaq а) рекьин (жува масад); б) рикӀ авудун, кӀевиз куьчӀуьрарун, дегьшетдиз гъун.
Azərbaycanca-ləzgicə lüğəti / bağır1. Qara ciyər. 2. Ürək, qəlb mənasında da işlənir. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, yol güdərəm, Düşman bağrını didərəm. Atlannam, özüm gedərəm, Çəkin mənim Qıratımı!.. (“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikasıI (Gəncə, Kürdəmir, Qax, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Şuşa) qaraciyər. – Bağır kavavı yaxşı olur (Şəki); – Qoyunun bağrınnan yaxşı kavaf yedix’; – Lət ürəx’də olsa öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar (Qazax) II (Ağdam, Cəlilabad, Füzuli, Kürdəmir, Quba, Şəki) ürək, qəlb. – Qorxudan unun bağrı yarıldı (Quba); – İsdidən bağrım çatdadı (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.hərtərəfli bilik sahibi ( Bu adın "ürək, sinə" mənasında türk mənşəli olmasını söyləyənlər də vardır).
Azərbaycan kişi adlarının izahlı lüğəti