bağışlamaq sözü azərbaycan dilində

bağışlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bağışlamaq • 95.4976%
  • Bağışlamaq • 2.6066%
  • BAĞIŞLAMAQ • 1.8957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bağışlamaq haqqında And
Bağışlamaq haqqında And — xeyriyyəçilik məqsədilə multimilyarderlərin anlaşması Amerikalı multimilyarderlər Bil Geyts və Uorren Baffetin təşəbbüsü ilə hazırlanmış "Bağışlamaq haqqında And"ı imzalayan milyarder sərvətinin böyuk qismini xeyriyyə işlərinə sərf etməyə boyun olur. Sənədi 2010-cu ilin dekabrına kimi artıq 50 milyarder imzalayıb.
Onu bağışlamaq olarmı
Onu bağışlamaq olarmı?
== Məzmun == Burada cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın (Qriqori Tonuns) dramatik taleyi təşkil edir. == Film haqqında == Film aktrisa Əminə Yusifqızının səsləndirdiyi ilk filmdir. Film aktyor Muxtar Maniyevin kinoda ilk işidir. Filmdə aktyor Mehdi Məmmədovun ilk və son işidir. Filmdə rejissor Rza Təhmasibin son işidir. Film Məmmədhüseyn Təhmasibin "Bahar" pyesi əsasında ekranlaşdırılmışdır. Filmdə hadisələr yay aylarında cərəyan etsə də, çəkilişlər qışda həyata keçirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Məmmədhüseyn Təhmasib Quruluşçu rejissor: Rza Təhmasib Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Tofiq Quliyev Rejissor: A.Şuşkin Səs operatoru: Sabir İsgəndərov Geyim rəssamı: Cəbrayıl Əzimov Montaj edən: V.Mironova Rejissor assistenti: L.Berladir, R.Sarabski Məsləhətçi: M.Əliyev (milis polkovniki) Filmin direktoru: Bəşir Quliyev Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Tofiq Quliyev Mahnı ifa edən: Şövkət Ələkbərova, Mirzə Babayev, Firəngiz Əhmədova === Rollarda === Mehdi Məmmədov — mayor Qaya Mürşüdov Manana Abuyeva — Sevda İsmayıl Talıblı — Veysəl Mirzə Qurgen Tonunts — Tərlan Hökümə Qurbanova — Kəmalə xanım Veriko Ancaparidze — ana Məmmədrza Şeyxzamanov — polkovnik Qurbanov Həsənağa Salayev — kapitan Qüdrət Müxlis Cənizadə — baş leytenant İbrahimov Bürcəli Əsgərov — leytenant Rəsulov Ətayə Əliyeva — Sara xala Məleykə Ağazadə — Qumru Əli Xəlilov — Şahmar Muxtar Maniyev — milis serjantı L.Əliyeva Çingiz Sadıqov — pianoçu (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - məhəllə sakini (titrlərdə yoxdur) Tariyel Qasımov - tibb işçisi (titrlərdə yoxdur) Bikəxanım Rzazadə - tibb işçisi (titrlərdə yoxdur) Vera Şirye - Konduktor (titrlərdə yoxdur) Mixail Lezgişvili - milis işçisi (titrlərdə yoxdur) Natiq Səfiyev (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Əminə Yusifqızı — Sevda (Manana Abuyeva) (titrlərdə yoxdur) Həsənağa Salayev — Tərlan (Qurgen Tonuns) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Qüdrət (Həsənağa Salayev) (titrlərdə yoxdur) Bahadur Əliyev — Rəsulov (Bürcəli Əsgərov) (titrlərdə yoxdur)Məxfurə Yermakova - Ana (Veriko Ancaparidze)(titrlərdə yoxdur) Sofya Bəsirzadə - Qumru (Məleykə Ağazadə);radiodakı aparıcının səsi (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev - radiodan gələn səs (titrlərdə yoxdur) Kamil Qubuşov - Şahmar (Əli Xəlilov)(titrlərdə yoxdur) Hökümə Qasımova - Konduktor (Vera Şirye)(titrlərdə yoxdur) == Şəkil == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Onu Bağışlamaq Olarmı? (1959)
Onu bağışlamaq olarmı? (film, 1959)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.40 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •• 0.34
2005 ••••••• 1.35
2006 ••••••••• 1.80
2007 ••• 0.63
2008 •••••• 1.22
2009 •••••• 1.28
2010 ••••••••• 1.82
2011 •••••••• 1.63
2012 ••••• 1.03
2013 •••••••••••••••••••• 4.38
2014 •••••••••••••• 2.92
2015 ••••• 1.02
2016 ••• 0.52
2017 ••• 0.49
2018 ••• 0.60
2019 •• 0.42
2020 •••••••• 1.72

bağışlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi qarşılıqsız (əvəzsiz) olaraq başqasına vermək, hədiyyə etmək, peşkəş vermək. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, … mal-qaradan pay ayırıb, bir at da bağışladı. İ.Şıxlı. // məc. Bəxş etmək, vermək. Elə bil, bağışladın mənə sevinc dolu bir aləmi. R.Rza. 2. Alacağından könüllü olaraq vaz keçmək, əl çəkmək; özünə çatacaq şeyi daha istəməmək. Borclarını bağışlamaq. 3. Günahından, təqsirindən keçmək, əfv etmək. Məncə yaraşmayır çoxuna bu ad; Məni bağışlasın sevgilim həyat. S.Vurğun. …Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, bağışlamanızı xahiş edirəm. Mir Cəlal. 4. Əmr şəklində: bağışla, bağışlayın, bağışlayınız – 1) söylənməmiş bir sözə, yaxud namünasib bir işə görə üzr istəmək və ya söylənmiş bir fikri düzəltmək üçün deyilir. Bağışlayın, mən bilmədim ki, bu söz sizin xatirinizə dəyəcək. Sizi narahat etdiyim üçün məni bağışlayın. Səni çox gözləməyə məcbur etdim, bağışla. – Səni əhlivəfa bilmişdim, ey gül, bivəfasanmış; Bağışla, bilmişəm biganələrlə aşinasanmış. S.Ə.Şirvani. Mən əvvəldən bunu duymuşdum ki, siz, bağışlayınız, bir az düz adama oxşamırsınız. C.Məmmədquluzadə; 2) bir söz və ya hərəkətlə razı olmamağı və ya ona qarşı etirazı ifadə etmək üçün qətiyyən, heç, yox mənasında işlənir. Bağışla, elə şey yoxdur! Bağışlayın, mən buna heç vaxt razı ola bilmərəm. 5. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: təsir bağışlamaq, ömrünü bağışlamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / bağışlamaq

bağışlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. BAĞIŞLAMAQ Axırıncı gün Samarski bir afişanın üstünü yazıb yadigar olaraq Həmidə bağışladı (H.Abbaszadə); BƏXŞİŞ ETMƏK [Rəhim xan:] Qızın əvəzinə isə şah yəqin mənə bir kənd bəxşiş edəcək (C.Cabbarlı); HƏDİYYƏ ETMƏK Rəhim xan: Səni Mirzə Rzanın köhnə daxmasından alıb Nəsrəddin şah Qacara hədiyyə eləmişəm, bunamı sən zülm deyirsən? (C.Cabbarlı); PEŞKƏŞ ETMƏK Namaz: Onu mənə peşkəş elərmi? (M.F.Axundzadə); VƏQF ETMƏK (din.) Amma bu bədbəxt de Molla Seyidin kələyinə düşüb cəmi dövləti məscidə vəqf etmişdi (S.S.Axundov). 2. BAĞIŞLAMAQ [Kərim:] Könül, məni bağışla, o gün qızışmışdım (X.Hasilova); ƏFV ETMƏK (BUYURMAQ) Aşıq Vəli: Hacı, bir az baş ağrısı verəcəyəm, əfv buyurasınız... (N.Vəzirov); Mən rica edirəm ki, bu dəfəlik bəy əfv eləsin (H.Nəzərli); GÜNAHINDAN KEÇMƏK Uşaqlar: Düz deyir, müəllim, bu dəfə günahından keç! (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / bağışlamaq

bağışlamaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BAĞIŞLAMAQ – GÜNAHLANDIRMAQ Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, bağışlamağınızı xahiş edirəm (Mir Cəlal); Əgər məni yalandan günahlandırmaq istəyirsinizsə, günahlandırın.

    Azərbaycan dilinin antonimlər lüğəti / bağışlamaq

bağışlamaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BAĞIŞLAMAQ I f. Hədiyyə etmək, peşkəş vermək. Günəş bizə bağışlamış al bayraqlı səhəri (S.Vurğun). BAĞIŞLAMAQ II f. Günahından, təqsirindən keçmək, əfv etmək. Məncə yaraşmayır çoxuna bu ad; Məni bağışlasın sevgilim həyat (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / bağışlamaq

bağışlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. дарить, жаловать, отдавать даром; 2. прощать, извинять, помиловать; 3. щадить, амнистировать;

    Azərbaycanca-rusca lüğət / bağışlamaq
  • 2 nəyi kimə, nəyə глаг. 1. дарить, подарить. Kitab bağışlamaq подарить книгу, yubilyara bağışlamaq подарить юбиляру 2. прощать, простить; извинять, извинить. Mən bunların hamısını sənə bağışlayıram я всё это прощаю тебе, günahını bağışlamaq простить вину 3. помиловать; амнистировать

    Azərbaycanca-rusca lüğət / bağışlamaq

bağışlamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to present (d.), to make* / to give* a present; 2. to forgive* (d.), to pardon (d.); (günahı) to absolve (d. from); 3. (borcu) to remit (d.); Məni bağışlayın Excuse me! Pardon me! I beg your pardon!

    Azərbaycanca-ingiliscə lüğət / bağışlamaq

bağışlamaq sözünün fransız dilinə tərcüməsi

bağışlamaq sözünün ləzgi dilinə tərcüməsi

bağışlamaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#bağışlamaq nədir? #bağışlamaq sözünün mənası #bağışlamaq nə deməkdir? #bağışlamaq sözünün izahı #bağışlamaq sözünün yazılışı #bağışlamaq necə yazılır? #bağışlamaq sözünün düzgün yazılışı #bağışlamaq leksik mənası #bağışlamaq sözünün sinonimi #bağışlamaq sözünün yaxın mənalı sözlər #bağışlamaq sözünün əks mənası #bağışlamaq sözünün etimologiyası #bağışlamaq sözünün orfoqrafiyası #bağışlamaq rusca #bağışlamaq inglisça #bağışlamaq fransızca #bağışlamaq sözünün istifadəsi #sözlük