Başlanğıclar (Evklid)
"Başlanğıclar" (yun. Στοιχεῖα, lat. Elementa) — Evklidin təxminən eramızdan əvvəl 300-cü ildə yazdığı əsas əsəri. Həndəsə və ədədlər nəzəriyyəsinin sistemli qurulmasına həsr edilmişdir. Əsər antik riyaziyyatın zirvəsi, onun üç yüz illik inkişafının nəticəsi və sonrakı tədqiqatlar üçün əsas hesab olunur. “Başlanğıclar” Pitanalı Avtolikin iki əsəri ilə birlikdə bu günə qədər gəlib çatmış qədim riyazi əsərlərin ən qədimidir; Evklidin sələflərinin bütün əsərləri yalnız sonrakı şərhçilərin qeyd və sitatlarından məlumdur.
“Başlanğıclar” müasir dövrə qədər riyaziyyatın inkişafına böyük təsir göstərmişdir, əsərin yüksək intellektual səviyyəsi və bütövlükdə elm üçün fundamental əhəmiyyəti dövrümüzün əsas alimləri tərəfindən qeyd edilmişdir . Kitab dünyanın bir çox dillərinə tərcümə olunub, təkrar nəşrlərin sayına görə “Başlanğıclar”in dünyəvi kitablar arasında tayı-bərabəri yoxdur.
== Tarixi ==
Prokl (Evdemusa istinad edərək) bildirir ki, oxşar əsərlər Evkliddən əvvəl də yaradılıb: “Başlanğıclar”i Xioslu Hippokrat, eləcə də Platonçular Leont və Fevdi yazmışdır. Amma bu əsərlər, görünür, antik dövrdə itib.