başlıqotu sözü azərbaycan dilində

başlıqotu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • başlıqotu • 80.0000%
  • Başlıqotu • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başlıqotu
Başlıqotu (lat. Scutellaria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Baykal başlıqotu
Baykal başlıqotu (lat. Scutellaria baicalensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.
Prilipko başlıqotu
Prilipko başlıqotu (lat. Scutellaria prilipkoana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu — VU D2. Çoxillik ot bitkisidir. Gövdələr 20 sm-ə hündürlükdədir. Yarpaqlar saplaqlı, 1–2 sm uzunluqda, 5–15 mm enində, yumurtavari və üçkünc-yumurtavari, kəsilən və ya əsası pazvaridir. Kənardan enli-lələkvari kəsiləndir, horizontal və ya yuxarıya doğru tərsduran, qısa xətvari və ya uzunsov küt dişiciklidir, üst tərəfdə boz və ya yaşıl, küt dişiciklidir, adətən sıx və qıvrımtükcüklüdür, alt tərəfdə boz və ya ağ keçəlidir. Çiçək qrupu 4 sm-ə qədər uzunluqda, sıx və ya seyrəkdir.
Qrossheym başlıqotu
Qrossheym başlıqotu (lat. Scutellaria grossheimiana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Populyasiyası təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT. Cənubi Qafqaz üçün endemik növdür. Çoxillik ot bitkisidir. Gövdələri 18 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 5-20 mm uzunluğunda, 4-15 mm enində, enli üçkünc-yumurtavari, küt-lələkvaridilimli və ya lələkvari dilimli, 1-7 uzunsov və ya xətvari qanadlı və ya hər tərəfdən dilimli, üst tərəfdə yapışan tükcüklü, boz-yaşıl rəngli, alt tərəfdə uzun, ağ və ya boz tükcüklüdür. Çiçək qrupu sıx, 2,5-5 sm uzunluğunda; çiçəkaltlığının yarpaqları enli-yumurtavaridir, qısa itiləşmiş, yapışqan tükcüklü, kənardan uzun kirpikcikli, açıq-yaşıl və ya bir qədər al-qırmızıdır. Tac 2-3 sm uzunluğunda, sarıdır. Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyul aylarına təsadüf edir.
Şərq başlıqotu
Şərq başlıqotu (lat. Scutellaria orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. Hündürlüyü 25–30 sm-ə qədər olan, gövdəsiçoxsaylı, əsasında qalxan və ya aşağı hissədən yayılmış, bəzən düzdür, qısa sıx tüklü yarımkol ot bitkisidir. Yarpaqları saplaqlıdır, uzunluğu 4–20 mm, eni 4–15 mm-dir, yumurtaşəkilli, yumurtaşəkilli-üçbucaq və ya uzunsovyumurtaşəkillidir, uzunsov formaya qədər dəyişir, qaidə hissəsində kəsilmiş və ya zəif ürəkşəkillidir, kənarları qismən dərin, bəzən çox dərin dairəvi dişlidir, oval, uzunsov bəzən demək olar ki, xətvari dişlidir, üst tərəfdən tündyaşıl rəngli, səpələnmiş qısa və basıq xırda tüklü və ya demək olar ki, çılpaqdır, alt tərəfdən nazik basıq ağ keçə tüklü və ya ağımtıldır. Çiçək qrupu 5–6 sm-ə qədər uzunluqdadır, sıx və yaxud seyrəkdir. Tac iridir, uzunluğu 2,5–3 sm-dir, parlaq-sarı rəngdədir, xaricdən tüklü, bəzən çılpaqdır. Fındıqcalar 1,5 mm uzunluqdadır, yumurtaşəkilli və ağımtıldır. Çiçəkləməsi (aprel) may-iyul aylarında baş verir. İyul-sentyabr aylarıda meyvə verir. BQ (Quba–cənub-şərqdə), BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kür düz.
Başlıqotukimilər
Başlıqotukimilər (lat. Scutellarioideae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.

başlıqotu sözünün leksik mənası və izahı

başlıqotu sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#başlıqotu nədir? #başlıqotu sözünün mənası #başlıqotu nə deməkdir? #başlıqotu sözünün izahı #başlıqotu sözünün yazılışı #başlıqotu necə yazılır? #başlıqotu sözünün düzgün yazılışı #başlıqotu leksik mənası #başlıqotu sözünün sinonimi #başlıqotu sözünün yaxın mənalı sözlər #başlıqotu sözünün əks mənası #başlıqotu sözünün etimologiyası #başlıqotu sözünün orfoqrafiyası #başlıqotu rusca #başlıqotu inglisça #başlıqotu fransızca #başlıqotu sözünün istifadəsi #sözlük