Başqalarının həyatı (film, 2006)
"Başqalarının həyatı" (alm. Das Leben der Anderen, ing. The Lives of Others) — ssenarist və rejissor Florian Henkel fon Donnersmarkın debütü, 2006-cı il alman dram triller filmi. Film Almaniya Demokratik Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (Ştazi) əməkdaşları tərəfindən Şərqi Berlinin mədəni həyatı üzərində total nəzarətdən bəhs edir.
Film 2006-cı il 26 mart tarixində Almaniyada prokata çıxarılmışdır. Film 2007-ci ildə "Ən yaxşı əcnəbi dildə olan film" nominasiyasında Oskar mükafatı qazanmışdır. Bundan əvvəl Almaniyada film "Deutscher Filmpreis" tərəfindən 7 nominasiya əldə etmişdir: 11 nominasiya üzrə namizədliyi sürülsə də, "ən yaxşı film", "ən yaxşı rejissor", "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ikinci planda olan ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdur. Bununla film 1 il ərzində ən çox kinomükafat əldə etməklə yeni rekord vurmuşdur. Həmçinin bu kinolent "Qızıl qlobus" mükafatının 64-cü açılış mərasimində "ən yaxşı əcnəbi film" nominasiyasında qalib olmuşdur.
== Məzmun ==
Şərqi Berlin, 1984-cü il.