başqırdlar sözü azərbaycan dilində

başqırdlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • başqırdlar • 93.1034%
  • Başqırdlar • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başqırdlar
Başqırdlar və ya Başqurdlar — Türk xalqları qrupunun bulqar yarımqrupuna aiddir. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX-X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar «başkorf» və ya «başqırd» kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamışla Əmir Teymur arasında döyüş (1391-ci il-Gündüzcə döyüşü) meydanına çevrilmişdi. XV əsrdə Başqırdıstanın xeyli hissəsi Noqay Ordasının tərkibinə qatılmışdı.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Dünya Başqırdlar Qurultayı
Dünya Başqırdlar Qurultayı (başq. Бөтә донъя башҡорттары ҡоролтайы) — başqırdların birliyi; ictimai qurumların etnik və mədəni inkişafını qarşılamaq və problemləri gündəmə gətirmək üçün hazırlanmış beynəlxalq qurumlarla əməkdaşlıq quran bir təşkilat. Baş qərargahı Ufa şəhərində yerləşir. == Bütün qurultaylar == İndiyə kimi 4 Qurultay keçirilmişdir. === I Dünya Başqırdlar Qurultayı === I Dünya Başqırdlar Qurultayı 1-2 iyun 1995-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 28 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 10 bölmə üzrə keçirilmişdir. Qurultayda Başqırdıstan dövlətçiliyinin gücləndirilməsi və konstitusiya məsələləri, Başqırdıstan və Başqırdıstanın sosial-iqtisadi, siyasi və milli-mədəni inkişafı, respublikanın hüdudlarından kənarda yaşayan başqaları ilə əlaqələr qurmaq və inkişaf etdirmək və sair məsələlər müzakirə olunmuş, beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. === II Dünya Başqırdlar Qurultayı === II Dünya Başqırdlar Qurultayı 14-15 iyun 2002-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 33 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir.
Perm başqırdları
Perm başqırdları (başq. Пермь башҡорттары)— Perm diyarının ərazisində yaşayan başqırdların etnik qrupu. Onlar bölgənin yerli xalqlarından biridir. Bu etnik qrup nümayəndələrinin dili Başqırd dilinin şimal-qərb dialektinə aiddir. == Tarixi == Antropologiyanın mövcud məlumatlarına görə, Samoed qəbilələri Başqırdların fiziki tipinin formalaşmasında böyük rol oynamışdır. Tulva çayının toponimiyası Başqırdıstanın şimal-qərbi ilə paraleldir. Burada yerləşən Xarin tayfaları Samoed substratını təhdid etdikdən sonra Kuşnarenkov və Çili tərəfindən möhkəmləndirildi. Bu proses bölgənin hidronimlərindəki izlənilə bilər. Məsələn Samoyed sözü "bu" ("su") və Bui çayı adı, habelə hidronimlər XVIII-XIX əsrin sənədlərində saxlanılır. Bəzi alimlərin fikrincə, türk tayfaları bu bölgələrə 9-cu əsrin əvvəllərində daxil olmamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2007 ••••••••••••••••••• 0.21
2010 ••••••••••••••••• 0.18
2011 •••••••••••••••• 0.17
2014 •••••••••••••••• 0.17
2017 ••••••••••••••• 0.16
2020 •••••••••••• 0.13

Oxşar sözlər

#başqırdlar nədir? #başqırdlar sözünün mənası #başqırdlar nə deməkdir? #başqırdlar sözünün izahı #başqırdlar sözünün yazılışı #başqırdlar necə yazılır? #başqırdlar sözünün düzgün yazılışı #başqırdlar leksik mənası #başqırdlar sözünün sinonimi #başqırdlar sözünün yaxın mənalı sözlər #başqırdlar sözünün əks mənası #başqırdlar sözünün etimologiyası #başqırdlar sözünün orfoqrafiyası #başqırdlar rusca #başqırdlar inglisça #başqırdlar fransızca #başqırdlar sözünün istifadəsi #sözlük