* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••••• | 1.18 |
2004 | •••••••••••• | 0.67 |
2006 | •••• | 0.23 |
2007 | •••••••• | 0.42 |
2010 | ••••••••••••• | 0.73 |
2011 | ••••• | 0.26 |
2014 | ••• | 0.17 |
2016 | ••• | 0.17 |
2017 | ••• | 0.16 |
2018 | ••• | 0.15 |
1 is. [fars.] 1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət. [Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? Ə.Haqverdiyev. 2. məc.Sondərəcə gözəl, mənzərəli, ürəkaçan yer haqqında. Dünya gözümdə behişt bağına döndü. M.F.Axundzadə. [Rüstəm:] Paris, nə Paris! Yer üzünün behişti desək, yenə xata eləməmişəm! Ə.Haqverdiyev. [Səfər bəy:] Pəh, pəh xudavəndi-aləm gör nə gözəl yerlər yaradıb, bura nəinki “el bulağı”, lap behiştin bir guşəsi demək olar… B.Talıblı. Bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir. M.İbrahimov. // Şairanə təşbihlərdə. Sən bir behiştsən, zəmzəm ziynətdir; Nə fərq elər əhvalıma, sevdiyim. M.V.Vidadi. Mənim bağü behiştim yardır, cənnətdə karım yox. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / behişt1 BEHİŞT – CƏHƏNNƏM Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? (Ə.Haqverdiyev).
Azərbaycan dilinin antonimlər lüğəti / behişt2 I сущ. рай: 1. по религиозным представлениям, место вечного блаженства для душ праведников 2. перен. красивое место, где можно счастливо и безмятежно жить. Gördüm bir şəhər behiştə bənzər увидел город, подобный раю 3. счастливая жизнь, блаженство II прил. райский. Behişt mahnıları райские песни, behişt kimi как рай
Azərbaycanca-rusca lüğət / behişt1 [fars.] сущ. 1. женнет, бегьишт; 2. пер. акьалтӀай гуьзел, иер акунар авай, рикӀ ачух жедай чка.
Azərbaycanca-ləzgicə lüğəti / behiştf. cənnət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti