Beliz sözü azərbaycan dilində

Beliz

Yazılış

  • Beliz • 94.2857%
  • BELİZ • 3.8095%
  • beliz • 1.9048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. == Adın etimologiyası == 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. == Coğrafiya == Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Beliz bayrağı
Beliz bayrağı — Belizin Dövlət bayrağı. Ölkə bayraqları arasında üzərində insan rəsmi olan və 12 fərqli rəngin olduğu yeganə bayraqdır. Bayrağın ortasında Belizin gerbi göstərilib. Gerbin sol tərəfindəki adam yerli xalqı, sağ tərəfindəki adam isə Afrikalıları təmsil edir.
Beliz dolları
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Beliz valyutası
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Azərbaycan–Beliz münasibətləri
Azərbaycan–Beliz münasibətləri — Azərbaycan Respublikası ilə Beliz arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2002-ci ilin iyun ayının 24-də qurulmuşdur. == İqtisadi əlaqələr == === Ticarət === 2015-ci ildə Belizdən Azərbaycana idxal 69,5 min ABŞ dolları məbləğində olmuş, ixrac əməliyyatları isə qeydə alınmamışdır.
Beliz Olimpiya Oyunlarında
Beliz ilk dəfə 1968-ci ildə Mexiko şəhərində keçirilmiş XIX Yay Olimpiya Oyunlarında iştirak edib. O vaxtdan Beliz 1980-ci il Moskva olimpiadası istisna olmaqla bütün Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkə Qış Olimpiya Oyunlarında heç vaxt iştirak etməyib. Beliz Rio olimpiadası da daxil olmaqla ümumilikdə Yay Olimpiya Oyunlarında 49 idmançı ilə təmsil olunmuşdur. Beliz 1968-ci il Mexiko və 1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir.Beliz 1968 və 2016-ci illər arasında Olimpiya Oyunlarında medal qazana bilməyib. Beliz Olimpiya və Birlik Oyunları Assosiasiyası 1967-ci ildə yaradılıb və elə həmin ildə Beynəlxalq Olimpiya Komitəsində qeydiyyatdan keçib.
Beliz 2008 Yay Olimpiya Oyunlarında
Beliz 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olunub. Bu olimpiada Belizin müstəqil ölkə kimi yarışlara qatıldığı sayca səkkizinci, ümumilikdə isə onuncu olimpiada idi. Beliz 1968-ci il Mexiko və 1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir. Tarixləri ərzində Yay Olimpiya Oyunlarında medal qazana bilməyən belizli idmançılar, bu oyunlarda da medal qazana bilmədilər. Kişilər arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən atlet Conatan Vilyams ilkin mərhələni keçərək yarımfinala yüksəlib və bununla da olimpiya yarışlarında növbəti mərhələyə yüksələ bilən ilk belizli atlet olub. Vilyams yarımfinal mərhələsində finala çıxa bilmək üçün lazım olan nəticəni əldə edə bilməyib və olimpiadada iştirakını dayandırıb. Kişilər arasında 200 metr məsafəyə qaçış yarışında iştirak edən Ceyson Cons ilə qadınlar arasında uzunluğa tullanma yarışlarında iştirak edən Trisiya Flores isə ilkin mərhələni keçə bilməyiblər. Kişilər arasında 58 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu Alfonso Martinez ilk görüşündəcə ispaniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb. == Ümumi məlumat == Belizin Olimpiya Oyunlarında debütü 1968-ci ildə Mexiko şəhərində keçirilmiş XIX Yay Olimpiya Oyunlarında baş tutub. O vaxtdan Beliz 1980-ci il Moskva olimpiadası istisna olmaqla, bütün Yay Olimpiya Oyunlarında iştirak edib.
Beliz Olimpiya və Birlik Oyunları Assosiasiyası
Beliz Olimpiya və Birlik Oyunları Assosiasiyası (ing. Belize Olympic and Commonwealth Games Association) — Belizi beynəlxalq olimpiya hərəkatında təmsil edən təşkilat. 1967-ci ildə yaradılıb və elə həmin ildə Beynəlxalq Olimpiya Komitəsində qeydiyyatdan keçib.Mənzil-qərargahı Beliz şəhərində yerləşir. Panamerika İdman Təşkilatının, Beynəlxalq Olimpiya Komitəsinin və digər beynəlxalq idman təşkilatlarının üzvüdür. Belizdə idmanın inkişafı üzrə fəaliyyət göstərir.
Belizin baş nazirləri
Belizin baş nazirləri (ing. List of Prime Ministers of Belize) — Beliz baş nazirləri. Hazırda Belizin baş naziri Din Barroudur.
Dorstenia belizensis
Dorstenia belizensis (lat. Dorstenia belizensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Proprioseiopsis belizensis
Proprioseiopsis belizensis (lat. Proprioseiopsis belizensis) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis belizensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zanthoxylum belizense
Zanthoxylum belizense (lat. Zanthoxylum belizense) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2006 ••••••• 0.23
2009 ••••• 0.16
2011 ••••• 0.17
2012 •••••••• 0.26
2013 •••••••••••••••••••• 0.73
2014 ••••••••••••••• 0.51
2018 ••••••••• 0.30
2019 •••• 0.14
2020 •••••••• 0.27

Oxşar sözlər

#beliz nədir? #beliz sözünün mənası #beliz nə deməkdir? #beliz sözünün izahı #beliz sözünün yazılışı #beliz necə yazılır? #beliz sözünün düzgün yazılışı #beliz leksik mənası #beliz sözünün sinonimi #beliz sözünün yaxın mənalı sözlər #beliz sözünün əks mənası #beliz sözünün etimologiyası #beliz sözünün orfoqrafiyası #beliz rusca #beliz inglisça #beliz fransızca #beliz sözünün istifadəsi #sözlük