Bell sözü azərbaycan dilində

Bell

Yazılış

  • Bell • 93.3962%
  • BELL • 4.7170%
  • bell • 1.8868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bell
Bell — soyad. Bu soyadı olan tanınmış şəxslərDreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı.CoğrafiyadaBell (ada) — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada.
Aleksandr Bell
Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[…], Edinburq – 2 avqust 1922[…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur. Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir. Aeronavtika (təyyarəçilik), hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. == Erkən həyatı == Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur.
Bell (ada)
Bell — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 343 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. Adanın mərkəzi hissəsində Nilsen buxtası yerləşir. Ada kənardan aydın görünür və kilsə zınqırovunu xatırladır. Bu səbəbdən Benjamin Li Smit adanı Bell (ing. Bell — zınqırov)Qum və gildən ibarətdir. Yeganə dağı adanın cənub-şərqində yerləşir. Şimalında isə 21 metr hündürlüyü olan zirvə vadır. Şimalında Eyri Evi adlı düşərgə vardır.
Bell 407
Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. İlk uçuşunu 29 iyun 1995-ci ildə həyata keçirmiş olan helikopter 1996-cı ildən xidmətə qəbul edilmişdir və Bell 206 helikopterlərinin yerini almışdır. 1995-ci ildən hal-hazırkı dövrə qədər xidmətdədir. 2011-ci ilin statistikasına görə 1082 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 2.54 milyon ABŞ dollarıdır (2009-cu ilə görə). Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
Bell 412
Bell-412 — çoxməqsədli helikopter. == Xüsusiyyətləri == İstehsalçı: ABŞ İstehsalçı firma: Bell Textron Helicopter Tip: Çoxməqsədli helikopter İlk uçuş: avqust 1979-cu il İstismara verilib: 1981-ci il İstehsal sayı: 869 ədəd Qiyməti: 4.895 milyon dollar Texniki göstəriciləri: Heyət üzvü: 2 nəfər Sərnişin tutumu: 14 nəfər və ya 6 ədəd xərək Uzunluğu: 17.12 m Gövdə uzunluğu: 12.7 m Hündürlüyü: 4.57 m Eni: 2.89 m Əsas vintin diametri: 14.02 m Sükan vintinin diametri: 2.62 m Vintin sahəsi: 154.4 m² Boş kütlə: 3.079 kq Qalxma zamanı maksimal kütlə: 5.397 kq Yük götürmə kütləsi: 1.814 kq Xarici asqıda yük götürmə kütləsi: 2.041 kq Yanacaq çənlərinin tutumu: Daxili: 1249 litr Xarici: 2 x 76 litr və ya 1 x 310.5 litr Mühərrik : 1 ədəd Pratt Whitney Canada PT6T-3D Turbo Twin Pac qazturbin mühərrik Güc: 1 x 1.342 kW (1.800 a.g) Maksimal sürəti: 259 km/s Normal (kreyser) sürəti: 226 km/s Yüksəkliyə qalxma sürəti: 6.86 m/s Uçuş məsafəsi: 744 km Maksimal uçuş yüksəkliyi: 6.096 m Döyaş aparma yüksəkliyi: 1.585 m Havada qalma müddəti: 3 saat 42 dəqiqə Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. “Bell 412” helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir. “Bell 412” modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli “Bell 412 SP” modeli, yüksək uçuş xüsusiyyətlərinə malik “Bell 412 HP” modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan “Bell 412 EP”, FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib “Bell 412 EPİ” və şüşəkabinli “Bell 429” modelləri yaradıldı. “Bell Griffin HAR2” modeli axtarış-xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli “Garmin” GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlif qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.
Bell 427
Bell 427 — ABŞ mənşəli olub və Bell Textron Helicopter şirkəti tərəfindən istehsal edilmiş çoxməqsədli helikopterdir. Dizaynı Bell 407 helikopterlərinə dayanır və hal-hazırda onları Bell 429 helikopterləri ilə əvəz edirlər.
Bell 429
Bell 429 — Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ mənşəli çoxməqsədli helikopterdir. Bell 427 helikopterlərinin uzadılmış bir versiyası olub ilk uçuşunu 27 fevral 2007-ci ildə həyata keçirmişdir və 1 iyul 2009-cu ildə xidmətə qəbul edilmişdir.
Bell Aircraft
Bell, Lawrence Dale Bell tərəfindən 10 iyul 1935-ci ildə Buffalo şəhərində, Nyu-Yorkda “Bell Aircraft Corporation” (“Bell Təyyarə Korporasiyası”) adı altında qurulan aviasiya şirkətidir.
Bell Labs
Bell-Ayl (boğaz)
Bell-Ayl boğazı (ing. Strait of Belle Isle, fr. détroit de Belle Isle) - Kanadanın şərqində Labrador yarımadasını Nyufaundlend adasından ayırır. Müqəddəs Lavrentiya körfəzini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu ortalama 125 km, eni 15–60 km, orta eni 18 km təşkil edir.
Bell-LaPadula model
Bell-LaPadula modeli təhlükəsizlik siyasətinin formal avtomat modelidir, girişin idarə edilməsi qaydaları çoxluğunu təsvir edir. == İş prinsipi == Bu modeldə sistemin komponentləri təhlükəsizlik obyektlərinə və subyektlərinə bölünür. Təhlükəsiz vəziyyət anlayışı daxil edilir və isbat edilir ki, əgər hər bir keçid təhlükəsiz vəziyyəti saxlayırsa (yəni sistemi bir təhlükəsiz vəziyyətdən digər təhlükəsiz vəziyyətə keçirirsə), onda induksiya prinsipinə görə sistem təhlükəsizdir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Bell adası
Bell adası (ing. Bell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Revilyahihedo adasının şimalında, Bem-Kanal boğazında yerləşir. Uzunluğu təxminən 14 km-dir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 186 m yüksəkdir.
Bell fenomeni
Bell fenomeni — normal halda göz qapağının qapanması zamanı göz alması fizyoloji olaraq yuxarı hərəkət edir; Bell iflicində göz qapağının qapanmaması səbəbi ilə göz almasının bu hərəkətinin görülməsi və harəkətin sonunda sadəcə skleranın görünməsinə Bell fenomeni adı verilir.
Bell iflici
Bell iflici, Üz Sinirinin (nervus facialis) — periferik iflicidir. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır.
Bell yarımadası
Bell yarımadası (ing. Bell Peninsula), əvvəllər Bell adası (ing. Bell Island) — Kanada Arktik arxipelaqına daxil olan Sauthempton adasının cənub-şərqində yerləşir. inzibati nbaxımından Kanadanın Nunavut vilayəti, Kivallik regionuna daxildir. == Yerləşməsi == Yarımada inuitlərə məxsus olan Koral-Harbor yaşayış məntəqəsinə yaxın ərazidə yerləşir. Cənubdan Hudzon körfəzi, şərqdən Foks körfəzi ilə əhatələnir. Burada tez-tez Qrenlandiya balinalarına rast gəlinir. Yarımadanın ən hündür nöqtəsi 213 metr hündürlüyə malik Minto dağıdır. Bir neçə iri körfəzə sahibdir. == Tarixi == Yarımada Huidzon körfəzi şirkətinin rəhbəri və araşdırmaçı Con Bellin şərəfinəı adlandırılmışdır.
Con Bell
Con Bell (28 iyun 1928, Belfast – 1 oktyabr 1990[…], Cenevrə) — Şimali İrlandıyalı fizikaçı. Bell teoremi olaraq bilinən, kvant fizikasında ön əmli bir teoremin yaradıcısıdır.. O'Connor, John J.; Robertson, Edmund F., "John Stewart Bell" == Həyatı == Con Bell , Şimali İrlandiyanın Belfast şəhərində anadan olub . 11 yaşı olanda, elm adamı olmağa qərar verir və 16 yaşında Belfast Texniki Liseyi bitirir. Bell daha sonra təhsilini Belfast Queen Universitetində davam edir və 1948-ci ildə eksperimental fizika sahəsi üzrə bakalavr dərəcəsi alır. 1956-cı ildə Birmingham Universitetində fizika sahəsində doktorluq üzrə təhsilini davam etdirir. Nüvə fizikası və kvant nəzəriyyəsi sahəsində ixtisaslaşır.p. 139. ISBN 978-1-56858-232-0. === Bell teoremi === 1964-cü ildə CERN-dən Stanford Universitetində, Wisconsin-Madison Universitetində və Brandeis Universitetində keçirdiyi illərdən sonra "Eynşteyn-Podolski-Rosen Paradoksu haqqında" məqalə yazdı.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü “iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator” adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Gertruda Bell
Gertruda Bell(ing. Gertrude Margaret Lowthian Bell; 14 iyul 1868[…], Darem qraflığı[d] – 12 iyul 1926[…], Bağdad) — Böyük Britaniya kəşfiyyatçısı, yazıçısı, səyyahı, arxeoloqu. == Həyatı == Gertruda Bell 14 iyul 1868-ci ildə Şimali-qərbi İngiltərənin Durham şəhərində dünyaya gəlmişdi. Londonda Queens Collegedə təhsil gördükdən sonra 1887-ci ildə Oxfordda Lady Margaret Hallün tarix bölümündən məzun oldu. 1891-ci ildə Farsca öyrənməyə başladı və xalasının əri Sir Frank Lascellesin Tehrana elçi olaraq təyin edilməsinə görə 1892-ci ildə onun yanına getdi. Eyni ilin sonunda İngiltərəyə döndü və bu səyahətinə dair qeydlərini nəşrə hazırladı. 1894-cü ildə "Safar Nameh, Persian Pictures" başlığı altında imzasız olaraq çap olunan və İran ilə Osmanlı dövləti haqqındakı görüşlərini Anadolu, İstanbul və Bursaya dair qısa təsvirlərlə anladan bu kiçik kitab ölümündən sonra 1928-ci ildə və 1947-ci ildə yenidən basılmış, 1949-cu ildə da Almanca olaraq nəşr olunmuşdur. Gertruda Bell 12 iyul 1926-cı ildə vəfat edib. == Ədəbiyyat == Bell, Gertrude. Gertrude Bell: From Her Personal Papers 1914–1926.
Kristen Bell
Kristen Bell (ing. Kristen Anne Bell; 18 iyul 1980, Hantinqton-Vuds[d], Miçiqan) — ABŞ aktrisası və müğənnisi.
Leksi Bell
Leksi Bell (5 avqust 1987, İndependens[d], Luiziana) – ABŞ pornoaktrisası. Leksi Bell 2012-ci ilin rəsmi məlumatların əsasən 293 pornoqrafik filmdə çəkilmişdir.. == Həyatı == Leksi Bell 5 avqust 1987-ci il tarixində ABŞ-də anadan olmuşdur. Leksi Bell əvvəllər video-maqazində çalışmışdır. Onun MySpace saytında şəklini görən rejissorlardan biri ona nəzər yetirmiş və Leksini filmə dəvət etmişdir. Bu təklifdən 3 ay sonra 2006-cı ildə Leksi ilk dəfə olaraq pornoqrafik film karyerasına başlamışdır. Bu zaman Leksi Bellin 18 yaşı var idi.
Mary Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Meri Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Qrehem-Bell
Qrehem-Bell — Frans-İosif Torpağı arxipelaqının ucqar şərqində, Barens dənizində, Avropanın şimalında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Sahəsi 1,7 min km² təşkil edir. Ada 1899-cu ildə amerikalı meteoroloq İvlin Briqqs Bolduin tərəfindən kəşf edilmiş və Aleksandr Qreyam Bellin şərəfinə adlandırılmışdır. Ən hündür nöqtəsi 509 metrdir. Ən iri gölləri — Melkoe, Şimal gölü. Ən ucqar nöqtələri— Aerosyomki burnu, qərb — Semerıx burnu, şərq Olni burnu, şimal Kolzat burnu, cənub Leyter burnu. Qərbində Matuseviç köfəzi, şərqində isə İlistaya buxtası yerləşir. Ən yaxın adaları — Perlamutovıy və Tryoxluçevoy. Qərbində yerləşən Vilçek Torpağından Morqan boğazı ilə ayrılır.
İan Bell
İan Bell — Şotlandiya jurnalisti, 1997-ci ildə siyasi jurnalistikaya göra Oruell mükafatına layiq görülmüşdür.
Bell & Ross
Bell & Ross — İsveçrəli dizaynerlərin, Bruno Belamişin rəhbərlik etdiyi fransız saat markası. == Tarixi == Bell & Ross 1992-ci ildə yaradılıb. Onun əsasını çoxdankı dostlar — dizayner Bruno Belamiş və iş adamı Karlos Rosillo qoyub. Təsisçilərin adlarının ilk hecaları yeni brendin adı üçün əsas olub. Onların yaratdığı saat modeli öz spesifikliyinə görə dərhal NATO və şirkətin gələcək taleyini təyin edən xüsusi xidmət orqanlarını maraqlandırdı. Brendin Əhəmiyyətinin artmasına səbəb olan hadisə 1997-ci ildə şirkətdə böyük bir pay alan və onun kütləvi bazara çıxmasına imkan verən Chanel ilə bağlanmış müqavilə idi.
Acmella bellidioides
Acmella bellidioides (lat. Acmella bellidioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Ceratocephalus arnicodes (DC.) Kuntze Ceratocephalus decumbens var. doronicoides (DC.) Kuntze Rudbeckia bellidioides Sm. Spilanthes arnicoides DC. Spilanthes arnicoides f. arnicoides Spilanthes arnicoides var. arnicoides Spilanthes arnicoides var. intermedia Chodat Spilanthes arnicoides f. setosa Chodat Spilanthes arnicoides var. setosa Chodat Spilanthes bellidioides (Sm.
Adi bellardiya
Adi bellardiya (lat. Bellardia trixago) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin bellardiya cinsinə aid bitki növü. Adi bellardiya hündürlüyü 10-40 sm, gövdəsi düz, sadə, qısa sərt tüklərlə nahamar örtülmüş, yuxarı hissədə vəzicikli olan birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaq, uzunsov-neştərvari və ya neştərvarixətlidir, küt dişləri olan mişarlı dişləri vardır, hər iki tərəfdən basıq və qısa tüklüdür, yuxarı yarpaqlar gövdə həcmini artırandır. == Çiçək == Çiçəkləri demək olar ki, oturaqdır, sıx, qısa (daha sonra uzanan) sünbülşəkilli çiçək qrupunda toplanmışdır; çiçəkaltlığı yarpaqları enli, ürəkşəkilli-yumurtaşəkilli və ya ürəkşəkillineştərvaridir, sivriləşmişdir, kasacıqdan uzundur, yuxarıdakılar tamkənarlıdır. Tac fırfır və ya müxtəlif rəngdə olur. == Meyvə == Qutucuq bərk, yumurtaşəkilli və sivriləşmişdir, uzunluğu 10 mm olub, tüklüdür,kasacığa bərabərdir. Toxumları 0,5 mm-ə qədərdir, uzunsovdur, bükülmüşdür, uzununa qabırğalıdır. May-İyun aylarında çiçəkləyir və iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ şərq, Kür-Araz oval., Lənk.
Ageratina bellidifolia
Ageratina bellidifolia (lat. Ageratina bellidifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium bellidifolium Benth.
Aleksandr Van der Bellen
Aleksander Van der Bellen (alm. Alexander Van der Bellen‎; 18 yanvar 1944[…], Vyana, Avstriya) — Avstriyanın hazırkı Prezidenti.Rusiya İmperiyasıında yaşayan holland əsilli ailədə anadan olan Aleksandr Avstriyaya stalinizmdən qaçan rus və eston valideynlərin övladı olaraq anadan olub və 1958-ci ildə valideynləri ilə birlikdə Avstriya vətəndaşlığını qəbul edib. 1994-cü ildən 2012-ci ilədək Milli Şurada Yaşılları təmsil etmiş və parlament qrupunun lideri olmuşdur.2016-cı il prezident seçkilərində Yaşıllar tərəfindən dəstəklənən namizəd kimi iştirak etdi və ikinci turda Azadlıq Partiyasının üzvü Norbert Hoferi məğlub etmədən əvvəl ilk turda altı namizəd arasından ikinci oldu. 1 iyul tarixində and içmədən əvvəl, səsvermənin ikinci turunun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi, çünki səslərin sayılması çox erkən hesab edildi və yenidən seçilməli oldu. 4 dekabr 2016-cı ildə növbəti seçkilərdə səslərin təxminən 54 faizini qazandı.Van der Bellen özünü mərkəzçi liberal olaraq xarakterizə edir, yaşıl və sosial liberal siyasəti dəstəkləyir. 2015-ci ildə yazdığı kitabında qeyd etdiyi kimi, Avropa Birliyini dəstəkləyir və Avropa federalizmini müdafiə edir. Prezident seçkiləri zamanı siyasi mərkəzə müraciət etdi və həm Sosial Demokrat Partiyası, həm də Mühafizəkar Xalq Partiyası liderləri tərəfindən təsdiq edildi. Van der Bellen Avropa Birliyindəki ölkənin ikinci yaşıl prezidentidir və birbaşa xalq səsverməsi yolu ilə seçilən ilk şəxsdir. == Həyatı == === Mənşəyi və gəncliyi === 1700-cü illərdə Van der Bellenin əcdadları Niderlanddan Rus İmperiyasına köçdü. Rusiya vətəndaş müharibəsi zamanı ailəsinin bir hissəsi bolşeviklərdən qaçaraq müstəqilliyini yenicə əldə etmiş Estoniya Respublikasına mühacirət etdi.
Amblyseius bellatulus
Amblyseius bellatulus (lat. Amblyseius bellatulus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius bellatulus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aster bellis
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
Atropa bella-donna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Atropa belladonna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Banksia bella
Dryandra pulchella (lat. Dryandra pulchella) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bell AH-1Z Viper
Bell AH-1Z Viper, H-1 yüksəltmə proqramı çərçivəsində Birləşmiş Ştatların Dəniz Piyadaları üçün hazırlanmış Bell AH-1 SuperCobranın üzərində qurulmuş Amerika mənşəli cüt mühərrikli hücum helikopteridir. AH-1Z dörd bıçaqlı, rulmansız, kompozit əsas rotor sisteminə, qaldırılmış sürətlər qutusuna və yeni hədəf nişan sisteminə malikdir. İstehsal edən Bell Huey ailəsinin ən son üzvlərindən biri olan AH-1Z, variant məktubunun hərbi fonetik əlifbası tələffüzünə əsaslanaraq “Zulu Cobra” olaraq da adlandırılır. == İnkişaf == === İnkişaf etdirilmiş model === AH-1Z-nin görünüşü əsasən Bell 412-dən dörd bıçaqlı əsas rotor sistemi ilə təchiz olunmuş AH-1S olan Bell 249-a əsaslanır. Bu vertolyot Bellin Cobra II dizaynını 1980-ci ildə Farnborough Airshowda göstərdi. Cobra II, Hellfire döyüş raketləri, yeni hədəfləmə sistemi və təkmilləşdirilmiş mühərriklərlə təchiz ediləcəkdi. Sonrakı Cobra 2000 təklifinə General Electric T700 mühərrikləri və dörd bıçaqlı rotor daxil edildi. Bu dizayn ABŞ Dəniz Qüvvələrinin diqqətini cəlb etdi, lakin büdcə yetərli olmadı. 1993-cü ildə Bell İngiltərənin yeni hücum helikopteri proqramı üçün AH-1W əsaslı bir versiya təklif etdi. Törəmə CobraVenom müasir bir rəqəmsal kokpit təqdim edirdi və TOW, Hellfire və ya Brimstone raketlərini daşıya bilirdi.
Bell AH-1 SuperCobra
Kobra helikopterləri — Amerika Birləşmiş Ştatlarının istehsalı olan bir hücum helikopteridir. Çox saylı istehsalı və ixracı ilə diqqət cəlb etmişdir. Hələ də, Kobra helikopterlərinin inkişaf etdirilmiş versiyası olan Super Kobralar bəzi ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur. Kobra helikopterlərinin ən inkişaf etdirilmiş modeli Super Kobra helikopter (Bell AH-1W) modelinin ABŞ dəniz piyadaları korpusu üçün daha da təkmilləşdirilmiş olan versiyasının üzərində işlərin davam etdirilməsi haqqında müəyyən məlumatlar mövcuddur. Bu modelə də AH-1Z Viper Cobra adı verilmişdir. == Xüsusiyyətləri == Super Kobraların yüksüz ağırlıqları 4670 kiloqram olub yüklü ağırlıqları təxminən 6690 kiloqramdır. 16 metr 26 sm-lik bir uzunluğa malikdirlər. Qanadlarının açıq formada eni təxmini olaraq 13,40 metrdir. Hündürlüyü 5,5 metr civarındadır. Bütün təkmilləşdirilmiş hücum helikopterlərində olduğu kimi bir pilot və bir pilot köməkçisi (silah işlərinə baxır) olmaqla ekipajı iki nəfərdən ibarətdir.
Bell Textron Helicopter
Əsas mərkəzi Texasın Fort-Uort şəhərində yerləşən ABŞ-yə məxsus olan hava-kosmik fəza məhsulları istehsalı ilə məşğul olan bir şirkətdir. Textron şirkətinin bir qanadı olan Bell şirkəti hərbi pərli qanadlı təyyarələr (rotorcraft) və mülki helikopterlərin istehsalı ilə məşğul olur. Bell şirkəti həmçinin dünya miqyasında müxtəlif ölkələrin hava qüvvələri üçün təlimlər keçir və onlara dəstək verir "Bell Helicopter Textron Inc." şirkəti ABŞ-nin aerokosmik avadanlıqlar istehsal edən çoxsaylı kompaniyalarından biridir. Şirkətin mənzil qərargahı Texas ştatının Fort Uert şəhərində yerləşir. Fort Uert və Amarillo şəhərində və onun ətrafında hərbi məqsədli, Kanadanın Kvebek şəhərin yaxınlığındakı Mirabel qəsəbəsində isə kommersiya məqsədli helikopterlər istehsal edilir. "Bell" bütün dünyada təlim və dəstək xidmətləri də göstərir. Şirkət 1935-ci il iyulun 10-da Nyu-Yorkun Buffalo şəhərində Lorens Dayl Bel tərəfindən "Bell Aircraft Corporation" kimi təsis edilib. Şirkət döyüş təyyarələrinin layihələndirilməsini və hazırlanmasını həyata keçirməyi nəzərdə tuturdu. Onların ilk məhsulları arasında bombardmançılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan iki mühhərikli XFM-1 "Airacuda" və P-39 "Airacobra" qırıcıları da yer alırdı. Sonradan XFM-1 "Airacuda" və P- 39 "Airacobra" qırıcılarını şirkətin istehsal etdiyi, ABŞ-nin ilk reaktiv "P-59 "Airacomet" və P- 63 "Kingcobra" kimi yeni nəsil qırıcılar əvəz etdi.
Bell V-22 Osprey
Bell V-22 Osprey (ing. osprey — balıq qartalı) — özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən ABŞ konvertoplanı. 1980-ci ildə İran girov böhranı ərzində baş tutmuş “Qartal caynağı” əməliyyatının uğursuzluqla nəticələnməsi ABŞ Müdafiə Nazirliyində uzun məsafə, yüksək sürətli, vertikal eniş-qalxış əməliyyatları icra edə bilən bir təyyarəyə ehtiyacın olduğunu üzə çıxardı. Nəticədə, 1981-ci ildə “Birgə istismar eniş-qalxış eksperimental təyyarə” proqramı üzərində iş başlandı. “Bell Textron Helicopter” və “Boeing Helicopters” şirkətləri arasındakı əməkdaşlıq nəticəsində 1983-cü ildə V-22 adlı təyyarələrin istehsalını təşkil etmək məqsədilə müqavilə imzalandı. Təyyarə hər iki şirkətin birgə komandası tərəfindən istehsal olunur. V-22 ilk uçuşunu 1989-cu ildə həyata keçirdi və bunun ardınca təyyarə üzərində uçuş sınaqları və dizayn dəyişikliyi baş tutdu. Hərbi məqsədli ilk tiltrotor təyyarənin istehsalı olduqca mürəkkəb və çətin olduğuna görə mütəxəssislər bunun üzərində uzun illər çalışmalı oldu. ABŞ dəniz piyadaları korpusu 2000-ci ildə Osprey təyyarələri üçün şəxsi heyət hazırlıqlarına başladı və 2007-ci ildə bu proses tamamlandı. Bu təyyarələr CH-46 “Sea Knights” helikopterlərini əvəz etmək məqsədilə silahlanmaya qəbul edilmişdir.
Bell V-280 Valor
V-280 Valor, ABŞ Silahlı Qüvvələrinın Gələcək Şaquli Qalxması (FVL) proqramı üçün Bell Textron Helicopter və Lockheed Martin şirkətləri tərəfindən yaradılmış olan 3 təbəqəli tiltrotordur. Rəsmi olaraq 2013-cü ildəki ABŞ Ordusunun Aviasiya Assosiasiyasının (Army Aviation Association of America) Fort Worth, Texasdakı İllik Peşəkar Forum və Sərgisində nümayiş etdirilmiş, ilk uçuşunu isə 2017-ci ildə etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.79 dəfə / 1 mln.
2003 •••• 0.39
2005 ••••••••••• 1.35
2006 ••••••••••• 1.35
2007 •••• 0.42
2009 ••••••• 0.80
2010 ••••• 0.54
2011 ••••• 0.51
2012 •••••••••••• 1.46
2013 •••••••••••••••••••• 2.48
2014 •••••• 0.69
2015 •••••• 0.68
2016 •••••• 0.69
2017 •••• 0.49
2018 ••• 0.30
2019 ••••• 0.56
2020 ••••••• 0.80

"bell" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bell nədir? #bell sözünün mənası #bell nə deməkdir? #bell sözünün izahı #bell sözünün yazılışı #bell necə yazılır? #bell sözünün düzgün yazılışı #bell leksik mənası #bell sözünün sinonimi #bell sözünün yaxın mənalı sözlər #bell sözünün əks mənası #bell sözünün etimologiyası #bell sözünün orfoqrafiyası #bell rusca #bell inglisça #bell fransızca #bell sözünün istifadəsi #sözlük