Belov sözü azərbaycan dilində

Belov

Yazılış

  • Belov • 97.7011%
  • belov • 2.2989%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Belovej razılığı
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Belovejsk sazişi

Belovejskaya Puşça Milli Parkı
Belovejskaya Puşça Milli Parkı (rus. Национальный парк «Беловежская пуща»; belar. Нацыянальны парк Белавежская пушча) — Belarusun Brest regionunun Kamyanyets və Prujani rayonlarında, Qrodno regionunun Sviçlaç rayonunda yerləşən milli park. Milli park Polşa ilə sərhəddədir. Bu ərazidə Avropanın qədim meşələrindən Byaloveşa meşəsi mühafizə olunur. Belarus-Polşa sərhədini bu meşə müəyyən edir və Polşa tərəfində Byaloveşa Milli Parkı yerləşir. Sərhəddə turistlər və velosipedçilər üçün keçid vardır. Milli parkda Avropa qitəsinin ən ağır quru heyvanları — Avropa bizonu yaşayır. == Coğrafiya == Belovejskaya Puşça Biosfer Qoruğunun sahəsi 1.171 km2-dır. Əsas hissəsinin sahəsi 157 km2, bufer zonasının sahəsi 174 km2, tranzit zonasının sahəsi 700 km2, Dünya irsi bölgəsinin sahəsi isə 876 km2-dır.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Vladimir Putin və Mariya Lvova-Belovanın həbsi haqqında qərar
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü.Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. == Ukraynalı uşaqların Rusiyaya deportasiyası == 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib. Valideynlər övladlarının hazırkı yeri haqqında məlumat almır, onlara övladlarının qaytarılması da imtina edilir.Mayın 30-da Rusiya prezidenti Putin ukraynalı yetimlərə Rusiya vətəndaşlığının verilmə qaydalarını sadələşdirdi. Ukrayna Xarici İşlər Nazirliyi bununla da Putinin uşaqların oğurlanmasını faktiki olaraq qanuniləşdirdiyini vurğuladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.30 dəfə / 1 mln.
2006 •••••••••••••••••• 0.90
2007 ••••••••• 0.42
2008 ••••••••••••••• 0.73
2009 •••••••••• 0.48
2010 •• 0.09
2011 •••••••••••••• 0.69
2012 ••••••• 0.34
2013 •••••••••••••••••••• 1.02
2016 •••• 0.17
2019 ••• 0.14

Oxşar sözlər

#belov nədir? #belov sözünün mənası #belov nə deməkdir? #belov sözünün izahı #belov sözünün yazılışı #belov necə yazılır? #belov sözünün düzgün yazılışı #belov leksik mənası #belov sözünün sinonimi #belov sözünün yaxın mənalı sözlər #belov sözünün əks mənası #belov sözünün etimologiyası #belov sözünün orfoqrafiyası #belov rusca #belov inglisça #belov fransızca #belov sözünün istifadəsi #sözlük