belq sözü azərbaycan dilində

belq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • belq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Belqradın azad edilməsinə görə" medalı
"Belqradın azad edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Alekseyevka (Belqorod vilayəti)
Alekseyevka — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Belqard-Pusyo
Belqard-Pusyö (fr. Bellegarde-Poussieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38037. Kommunanın 1999-cu il üçün əhalisi 851 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 65 km qərbdə yerləşir.
Belqard-sür-Valserin (kanton)
Belqard-sür-Valserin (fr. Bellegarde-sur-Valserine) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Nantyua dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 17 936 nəfər təşkil edirdi. Kodu — 0103. Belqard-sür-Valserin kantonuna 12 kommun daxildir və bunlardan əsas Belqard-sür-Valserin kommunası hesab edilir. == Kantonun kommunları == Vil — əhalisi 340 nəf. Sürju — əhalisi 73 nəf. Sen-Jermen-de-Ju — əhalisi 496 nəf.
Belqlər
Belqlər(lat. Belgae) — Kelt qrupuna aid tayfa. == Tarixçə == Şimali Qalliyada (Sena və Reyn çayları arasında) və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfaları. Eradan əvvəl 58-51-ci illərdə Qalliya belqlərini Yuli Sezar tabe etdi.Eradan əvvəl 16 ildən onların yaşadığı ərazi Belçika əyaləti adlandı. V əsrdə franklar Belçikanı tutduqdan sonra belqlərin bir qismi müxtəlif dövrlərdə işğalçılar tərəfindən məhv olmuş, qalanları başqa xalqlara qarışmışdır.Belçikanın adı Belqlərlə əlaqədardır. == Mənbə == ASE, II cild, Bakı, 1978, səh.
Belqoder
Belqoder (fr. Belgodère, kors. Belgudè) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Belqoder kantonuna daxildir. Kommunanın dairəsi — Kalvi. Kommunanın INSEE kodu — 2B034. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 477 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Belqorod
1596-cı ildə yaradılmış və Rusiya Federasiyasının Mərkəzi Rusiya Federal Bölgəsində yer alan Belqorod vilayətinin mərkəzi olan şəhər.Şəhərin əhalisi 2008-il etibarilə 379,135 nəfərdir. 2007-ci ildə şəhər administrasiyası Belqorod, I dərəcəli mükafatı milli ekoloji proqramına təqdim edərək nominasiyasında "rifahına aid Olan abadlaşdırılması" "Ekoloji siyasəti", ekoloji şurası Ali Rusiya Federasiyasının təsis etdiyi "Экомир" laureatı olub. == Merlər == 1994-2001 Georgi Georgiyeviç Qolikov 2002-2011 Vasili Nikolayeviç Потрясаев 2011-günümüzə Sergey Andreyeviç Bojenov == Hava limanı == Şəhərlə hava əlaqəsi beynəlxalq hava limanı vasitəsilə həyata keçirilir,Ил-76 tipli Airbus, Boeing 737, Boeing 767, Ту-154, A320 hava gəmilərinin qəbulu gecə-gündüz qəbul edə bilən imkana malikdir. Hava limanı ОВИ-1 СП-80 və işıq siqnalı avadanlıqla təchiz müasir sistemə salınmışdır.
Belqorod-Dnestrov qalası
Belqorod-Dnestrov qalası – Ukraynanın Odessa vilayətində vilay ərazisində yerləşən XIII əsirə aid qala. 1484-cü ildə Osmanlı padişahı II. Bayezid qalanı işğal etmiş. 1812-ci ildə Osmanlı-Rusiya imperiyaları aralarında Bükreş andlaşmasının nəticəsində qala ruslara verildi.
Belqorod Dövlət Universiteti
Belqorod Dövlət milli tədqiqat Universiteti (rus. Белгородский государственный национальный исследовательский университет) — təməli 1876-cı ildə qoyulsada əvvəllər kollec və ya texnikum kimi orta ixtisas təhsil ocağı kimi fəaliyyət göstərib. 1996-cı ildə Rusiya Dövlət Təhsil Nazirliyi bu təhsil ocağına Ali təhsil məktəbi adını verdi və bir sıra fakultə və tədqiqat labaratoriyalarının açılmasına şərait yaratdı. İndiyədək Universitetdə 21 fakültə və bir inistitut, 89 kafedra, 39 elmi mərkəz və laboratoriyalar, 2 filialı daxildir, bu 121 ixtisas, orta və ali peşə təhsili ixtisası ocağı yerləşdirilmişdir.
Belqrad Avtovağzalı
Belqrad Avtovağzalı (serb. Београдска аутобуска станица) — Serbiyada ən böyük sərnişin avtovağzal kompleksi. O cümlədən bir avtobus parkı və iki avtobus terminalına sahibdir. Belqrad dairəsinin Savski-Venac icmasında yerləşir. Stansiyanın təməlinin rəsmi tarixi 3 mart 1966-cı ildir. Bununla belə avtovağzal təkcə Yuqoslaviyaya deyil, həm də Cənub-Şərqi Avropanın digər ölkələrinə nəql olunan böyük Lasta avtobus şirkətinin ehtiyacları üçün qurulmuşdur. Stansiya binasının özü ilə yanaşı sərnişinləri doldurmaq və boşaltmaq üçün 40 platforma, platformaya giriş yolları, 40 bilet kassası, çağrı mərkəzi, ictimai iaşə mərkəzi, avtobuslar üçün 100 dayanacaq yeri, iki avtomobil yuyucusu sexi və yanacaqdoldurma məntəqəsi qurulur. Belqrad avtovağzalı nəqliyyat xidmətləri göstərir. Şəhərlərarası və beynəlxalq xətlər boyunca sərnişin daşıyır: Serbiyanın bütün əsas şəhərlərinə marşrutları mövcuddur. Maşrutlar bütün keçmiş Yuqoslaviya respublikalarının, Almaniya, Avstriya, Fransa, Hollandiya, Belçika, İsveçrə və digər 17 Avropa ölkələrini əhatə edir.
Belqrad Meşəsi
Belqrad meşəsi (türk. Belgrad Ormanı) ― Türkiyənin ən böyük şəhəri İstanbulun şimalında təqribən 5,500 hektarlıq təbii meşə sahəsi. 1521-ci ildə Osmanlılara əsir düşən Belqrad şəhərindən didərgin düşmüş minlərlə serbin adını daşıyır. Coğrafi cəhətdən meşə Trakya yarımadasının ən şərq nöqtəsində yerləşir. Meşə ərazi Sarıyer və Eyüp rayonları arasında bölünür. Bir neçə tarixi su anbarı meşənin içində yerləşir.
Belqrad Müasir İncəsənət Muzeyi
Belqrad Müasir İncəsənət Muzeyi (serb. Музеј савремене уметности) — XX əsrin əvvəllərindən Yuqoslaviya və Serbiya təsviri incəsənətinə, heykəltaraşlığına və qrafikaya aid sənət əsərlərinin toplandığı və nümayiş etdirildiyi muzey. Sava çayının Dunay çayına töküldüyü yerdə yerləşir. Muzeyin binası kristal formasındadır. == Tarixi == Muzey 1958-ci ildə təşkil olunmuşdur. Muzeyin layihəsi arxitektorlar İvan Antiç və ivanka Raspopoviç tərəfindən işlənilmiş və 1960-cı ildə həyata keçirilmişdir. Muzeyin daxili quruluşu ilə bağlı təşkilatı məsələlərin müzakirəsi və yekun qərarın qəbul edilməsi 1965-ci ilədək davam etmişdir. Elə həmin il müvəqqəti qalereya şurası muzeyin Müasir İncəsənət Muzeyi adlandırılması barədə qərar qəbul edildi . Muzeydə Qərb incəsənətini təmsil edən sənət nümunələri (Məsələn, Endi Uorxolun, Joan Mironun rəsm əsərləri) də nümayiş etdirilir. Hazırda muzeydə 35 minə yaxın eksponat saxlanılır.
Belqrad Universiteti
Belqrad Universiteti (serb. Универзитет у Београду / Univerzitet u Beogradu) — Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru İvanka Popoviçdir. == Tarixi == Avropanın ən qədim universitetlərindən biri, Serbiyanın isə ən qədim universiteti olan Belqrad Universitetinin əsası 1808-ci ildə Belqrad Ali Məktəbi kimi qoyulmuşdur. 1905-ci ildə kralın Sərəncamı ilə universitet statusu qazanmış və him vaxtdan Belqrad Universiteti adlanır. 2000-ci ildə Serbiyada baş verən "Buldozer inqilabı"ndan sonra Belqrad Universitetinə daha çox müstəqillik verilib, universitet Bolonya prosesinə qoşulub. == Fakültələri == Universitetin 31 fakültəsi var: Kənd təsərrüfatı fakültəsi Memarlıq fakültəsi Biologiya fakültəsi Kimya fakültəsi Mülki mühəndislik fakültəsi İqtisadiyyat fakültəsi Elektrik mühəndisliyi fakültəsi Meşə təsərrüfatı fakültəsi Coğrafiya fakültəsi Hüquq fakültəsi Riyaziyyat fakültəsi Mexanika mühəndisliyi fakültəsi Tibb fakültəsi Mədənçilik və geologiya fakültəsi Təşkilati elmlər fakültəsi Şərq ortodoks teologiyası fakültəsi Əczaçılıq fakültəsi Filologiya fakültəsi Fəlsəfə fakültəsi Fiziki kimya fakültəsi Fizika fakültəsi Siyasi elmlər fakültəsi Təhlükəsizlik araşdırmaları fakültəsi Xüsusi təhsil və reabilitasiya fakültəsi İdman və bədən tərbiyəsi fakültəsi Stomatologiya fakültəsi Müəllim hazırlığı fakültəsi Texniki elmlər fakültəsi Texnologiya və metallurgiya fakültəsi Nəqliyyat mühəndisliyi fakültəsi Baytarlıq fakültəsi == Elmi-tədqiqat institutları == Universitetdə 12 elmi-tədqiqat institutu fəaliyyət göstərir: Tətbiqi Nüvə Enerjisi İnstitutu Kimya, Texnologiya və Metallurgiya İnstitutu Tarix İnstitutu Tibbi Araşdırma İnstitutu Molekulyar Genetika və Genetik Mühəndislik İnstitutu Çoxsahəli Araşdırma İnstitutu Fəlsəfə və Sosial nəzəriyyə İnstitutu Fizika İnstitutu Mixaylo Pupin İnstitutu Nikola Tesla adına Elektrik Mühəndisliyi İnstitutu Sinişa Stankoviç adına Bioloji Tədqiqatlar İnstitutu Vinça Nüvə İnstitutu == Mərkəzlər == Universitetdə müxtəlif sahələrlə bağlı 9 Mərkəz fəaliyyət göstərir: İnformasiya Mərkəzi Kompüter Mərkəzi Serb-Yapon Elmi Simulyasiya Mərkəzi Karyera İnkişaf Mərkəzi Strateji İdarəetmə Mərkəzi Texnoloji Transfer Mərkəzi Əlil Tələbələr Mərkəzi Keyfiyyətin Təminatı Mərkəzi Həyat Boyu Öyrənmə Mərkəzi == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası XIX əsr serb siyasi fəalı Svetozar Markoviçin adınadır. == Xarici əlaqələri == Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.
Belqrad Universitetinin kitabxanası
Belqrad Universitetinin kitabxanası (serb. Универзитетска библиотека Светозар Марковић) — Belqrad Universiteti mərkəzi kitabxanası; XIX əsr serb siyasi fəalı Svetozar Markoviçin adını daşıyır. Direktoru Aleksandar Yerkovdur. == Tarixi == Kitabxananın əsası 1844-cü ildə qoyulmuşdur. Həmin vaxt bu kitabxana Belqrad liseyinə aid idi. Hansı ki, həmin lisey Serbiya Knyazlığının ən böyük təhsil ocağı idi və kitablar ianələr hesabına ölkə daxilindən burada toplanmışdır. Liseyin nizamnaməsinə uyğun olaraq, ilk kitabxanaçı filoloq və tarix müəllimi olan doktor Yanko Şafarik idi. 1850-ci ilə aid məlumata görə bu kitabxanada 927 kitab var idi. 1863-cü ildə lisey Ali Məktəbə çevrilmişdir. Həmin zaman xüsusi təhsil ədəbiyyatı istisna olmaqla, digər bütün kitablar Serbiya Milli Kitabxanasına köçürülmüşdür.
Belqrad dairəsi
Belqrad dairəsi (serb. Град Београд) — yerli özünüidarətmə sahib Mərkəzi Serbiyada yerləşən ayrıca ərazi vahidi. Belqrad və onun şəhərətrafı qəsəbələrini özündə cəmləşdirir. == Əhalisi == Dairənin ərazisində 1.659.440 insan yaşayır, bu da Serbiyanın bütöv əhalisinin 23,0% təşkil edir (2011 siyahıyaalma məlumatlarına görə, Kosova ve Metohiyada olan əhalini saymadan). Əksəriyyəti serblər (1 505 448 və ya 91%) təşkil edir. Yuqoslaviyalılar (8061 nəfər), monteneqrolular (9902 nəfər), xorvatlar (7752 nəfər), makedoniyalılar (6970 nəfər), qaraçılar (27 325 nəfər) da burada yaşayır. Belqradda və dairənin digər şəhərlərində 1281,8 min nəfər yaxud əhalinin 81,3% -i yaşayır (2002-ci ildəki siyahıyaalmaya əsasən).
Belqrad paşalığı
Belqrad paşalığı (Səməndirə Sancağı) (serb. Смедеревски санџак, Smederevski sandžak və ya türk. Semendire Sancağı) — müasir Mərkəzi Serbiya ərazisində yerləşən Osmanlı İmperiyası ərazisi. == Tarixi == Belqrad Paşalığı Serb despotluğunun 1459-cu ildə Osmanlı İmperiyasının tərkibinə qatılmasından sonra meydana gəlmişdi, inzibati mərkəz Səməndirə şəhəri idi. 1476/1478-ci ildə ərazinin bir hissəsi: əvvəlcə Səməndirə sancaqlığına daxil olan Zvornik, Srebrenitsa Srebrenika ilə, Kuşlat, Şubin, Soko ondan ayrılmış və İzvornik Sancağının əsasını təşkil etmişdir. 1521-ci ildə Belqradın fəthindən sonra inzibati mərkəz müvafiq olaraq Belqrada köçürüldü. 1718-ci ildən 1739-cu ilə qədər Belqrad Paşalığı Habsburq Monarxiyasının tərkibinə daxil idi. Türk ağalığı dövründə Belqradda 273 məscid və mədrəsə var idi. Serbiyanın paytaxtı Avropa şəhərindən çox əyri küçələri və şərq bazarları olan tipik bir Türk şəhərini xatırladırdı. Lakin, qısa Avstriya hökmranlığı ərzində (cəmi 22 il) xarici boyunduruqdan təmizlənmə başlandı, müsəlman minarələrinin, mədrəsələrin və məscidlərin əksəriyyəti dağıdıldı, bəziləri xristian kilsələrinə çevrildi.
Belqrad sülh müqaviləsi
Belqrad sülh müqaviləsi — Osmanlı imperiyası ilə Rusiya arasında bağlanmış müqavilə == Arxaplan == 1724-cü il Rusiya-Osmanlı müqaviləsi tərəflər arasındakı ziddiyyətləri həll etmədi. Qara dənizə çıxmağa və Krım xanlığına zərbə vurmağa çalışan Rusiya Avstriyanın təsiri altında Osmanlı dövləti ilə müharibəyə başladı. T.Mustafazadə haqlı olaraq yazmışdır ki, "Rusiya-Osmanlı münasibətlərinin kəskinləşməsi nəhayət iki dövlət arasında açıq müharibəyə gətirib çıxartdı. ... İki imperiya arasında münasibətlərin kəskinləşməsində onların Xəzəryanı regionda, xüsusilə də Azərbaycanda maraq və mənafelərinin toqquşması da çox mühüm rol oynamışdır. Ona görə XVIII əsrin 20-30-cu illərində Azərbaycanda Rusiya-Osmanlı ziddiyyətlərinin 1735-1739-cu illər Rusiya-Osmanlı müharibəsinin əsas səbəblərindən biri olduğunu güman etmək düzgün olar...". Müharibədə rus qoşunlarına B.K.Minix (1683-1767) komandanlıq edirdi. Ruslar 1736 və 1737-ci illər kampaniyasının gedişində Krım xanlığının paytaxtı Baxçasarayı tutmağa nail oldular, ikinci paytaxt hesab olunan Qarasu da general-feldmarşal P.Lassi tərəfindən yandırıldı. Avstriya Rusiya ilə 1726-cı il Vyana ittifaq müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə müharibə elan etdi. Rusiya 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələrinə baxmayaraq, İranla antiosmanlı ittifaqına nail ola bilmədi.
Belqrad şəhəri
Belqrad (serb. Београд, Beograd, ing. Belgrade, rus. Белград, Belgrad, osm. بلغراد Beliğrad) — Serbiyanın paytaxtı və ən böyük şəhəri. Ortadunay düzənliyində, Sava və Dunay çaylarının birləşməsində yerləşir. 1.2 milyon nəfərdən çox əhalisi ilə Balkan yarımadasında ən böyük şəhərlərindən biri olan bu yaşayış məntəqəsinin adı "Ağ şəhər" mənasını verir. Belqradın yerləşdiyi ərazi İbtidai icma quruluşu dövründə ən böyük mədəniyyətlərdən biri olan Vinça mədəniyyətinin yarandığı yerdir. Antik dövrdə Trak-Dak qəbiləsi tərəfindən məskunlaşmış ərazi olsa da, e.ə. 279-cu ildə bölgəyə köç edən keltlər buranın adını Singidūn olaraq dəyişdirdi.
Belqradda Heydər Əliyevin abidəsi
Heydər Əliyevin Belqraddakı abidəsi — Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşən Taşmaydan parkında ucaldılan abidə.Taşmaydan parkı Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olmuşdur. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilmişdir. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunmuşlar. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülmüş və burada yaşıllıqlar salınmışdır. İndi bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.Parkda ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılmışdır. Hazırda dünyanın bir çox ölkəsində ulu öndər Heydər Əliyevin adı əbədiləşdirilmiş, onun adına park və xiyabanlar salınmış, abidələr ucaldılmışdır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan ehtiramından xəbər verir. == Abidənin ucaldılması == Heydər Əliyev abidəsi 2011-ci il iyunun 8-də yenidən qurulan Tasmajdan parkının açılışı zamanı Serbiyanın o zamankı prezidenti Boris Tadiç və Belqradın meri Draqan Djilasın iştirakı ilə açılmışdır.
Belqradda nəqliyyat
Belqradda nəqliyyat — bir meqalopolis kimi şəhər inkişaf etmiş bir yol şəbəkəsinə sahibdir. Hansı ki, müxtəlif növ dövlət və özəl nəqliyyat vasitələrinə malikdir. Belqradın ictimai nəqliyyatına avtobuslar (118 şəhər xətti və 300-dən çox şəhərətrafı xətt), tramvay (12 xətt) və trolleybus (8 xətt) daxildir. Belqrad bu gün tıxacları ilə məşhurdur. Çünki yol şəbəkəsi şəhərin ehtiyaclarını ödəmək üçün kifayət qədər inkişaf etməmişdir. Körpülərin çatışmazlığı problemi özünü qabarıq şəkildə göstərir. Belqrad bir neçə milyon əhaliyə sahib yeganə Avropa şəhəridir ki, bir metro sistemi yoxdur. == Şəhər nəqliyyatı == Şəhərin ictimai nəqliyyatına avtobus, tramvay və trolleybuslar daxildir. Bununla belə şəhərdə yüngül dəmir yolu xəttinin çəkilişi planlaşdırılır. Ancaq bu layihənin gerçəkləşdirilməsinə belə başlanılmamışdır.
Belqradın fəthi
Belqradın fəthi — Macarıstan krallığının nəzarəti altında olan Belqrad şəhəri və şəhər qalası 1521-ci ilin 29 avqust tarixində fəth edilmişdir. 1520-ci ildə hakimiyyətə gələn Sultan Süleyman Qanuni hakimiyyətinin 8-ci ayında Belqrad səfərinə çıxmaq barədə qərar qəbul etdi. Bu dövrdə Müqəddəs Roma imperiyasının imperatoru Carls Quint Avropada xristanlığın mövqeyini gücləndirmək üçün Macarıstan kralı II Luis ilə əlaqələrini gücləndirmişdi. Sultan Süleyman Qanuni özünə qarşı Avropada böyük bir ittifaq yaranmadan hücumu keçmək istəyirdi. Macarıstan krallığı həmin dövrdə indiki Macarıstanla yanaşı Erdel, Slovakiya, Belqrad, Burqenland və Ukraynanın bir qismini əhatə edirdi. Macarıstan krallığı özünün intibah dövründə sərhədlərini Venesiya şəhərinə qədər genişləndirmiş, hətta Almaniya imperiyasının tacına belə sahib olmuşdu.Sultan Süleyman Qanuni səfər hazırlıqlarını tamamladıqdan sonra adətə uyğun olaraq atası I Səlimin və babası II Bəyazidin məzarların ziyarət etdi. Sultan Süleyman Qanuni 1521-ci ilin 18 may tarixində Topqapı Sarayından rəsmi mərasimdən sonra yola düşdü. Osmanlı qoşununu 3 min barut və mərmi yüklü dəvə, Dunay çayı boyunca hərəkət edən 400 döyüş gəmisi müşahidə edirdi. Rumeli Bəylərbəyi Əhməd Paşa Böğürdələn Qalasını fəth etmək üçün mərkəzi qoşundan ayrıldı. 7 iyun tarixində Əhməd Paşa Böğürdələn Qalasını fəth etdi.
Belqradın fəthi (rəsm)
Belqradın fəthi – Serbiyanın ilk məşhur qadın rəssamlarından və romantizm cərəyanının nümayəndəsi olan Katarina İvanoviçin yağlı boya rəssamlığına aid əsəri. 1844 -1845-ci illərdə yaradılmış bu rəsm əsərində, serb üsyanı nəticəsində 1806-cı ilin sonlarında Belqradın serblər tərəfindən tutulması təsvir edilir. İvanoviç, Münhen Akademiyasında təhsil alarkən Serb xalqının tarixi adlı kitabla tanış olur və bundan sonra belə bir rəsm əsərini yaratmaq qərarına gəlir. Rəsm, Belqradın incəsənət tənqidçiləri tərəfindən xoş qarşılanmır. İncəsənət tarixçisi Lilien Filipoviç-Robinson bunun zəif kompozisiya və məkan konstruktivliyi ilə əlaqədar olduğunu bildirdi. 1870-ci illərdə İvanoviçin əsərləri Serbiyada, demək olarki, unudulmuşdu. Belqradın fəthi 1874-cü ildə İvanoviçin Tarixi Portretlər Qalereyasına təqdim etdiyi dörd əsərdən biri idi. Bu dövrdə, qalereya Serbiya Milli Muzeyinin əsasını təşkil edirdi. Rəsm hal-hazırda Milli Muzeydə nümayiş etdirilir. == Arxa plan == Serb mədəniyyət tarixi üzrə ixtisaslaşmış elm xadimi David A. Norrisə görə, XIX əsr Serbiyanın siyasi vəziyyəti təsviri incəsənətin inkişaf etdirilməsi üçün uyğun deyildi.
Belqradın icmaları
Belqrad Serbiyada ayrıca ərazi vahidi statusuna malikdir. Şəhər dairəsinin ərazisi 17 icmalara (serb. општина) bölünüb. Onların hər birində icma rəhbəri, icra hakimiyyəti, icma parlamenti və icma şurası kimi yerli özünüidarəetmə orqanları var. Parlament deputatların sayı 19-75 arasında olur. Onlar, öz növbəsində, icma şurası üzvlərini seçirlər. Qanuna əsasən, icma parlamenti yerli büdcənin idarə edir, yerli cəmiyyətləri yarada bilər, icma və şəhərin inkişaf planları barədə fikirlərini açıqlayır, tikinti üçün ayrılmış torpağı idarə edir və əhalinin hüquqi müdafiəsini təmin edir və s. Yerli özünüidarəetmə çərçivəsində icma aşağıdakı funksiyaları yerinə yetirir: icmanın fəaliyyətini təşkil edir, büdcə layihəsini qəbul edir yerli cəmiyyətləri yaradır, onları maliyyələşdirir və cari məsələlərin həllində onlara kömək edir urbanizm planları barədə fikirlərini açıqlayır tikintilər üçün yer ayırır yenidənqurma üçün binaların və obyektlərin siyahısını müəyyən edir turizm və xidmət sahəsinin inkişaf etdirir vətəndaşların hüquqi müdafiəsini təmin edir və s.Bundan başqa, Baraevo, Qrotska, Lazarevats, Mladenovats, Obrenovats, Sopot və Surçin icmaları da yerli yollar və küçələrin vəziyyətinə nəzarət etməlidir və həmçinin kommunal xidmət sahəsinin fəaliyyəti və inkişafını təmin etməlidir. İcma əhalisinin sayı haqqında məlumatlar 2011-ci ildə Serbiyada keçirilən siyahıya alınmaya görə göstərilib. İcmaların inzibati mərkəzləri siyahıda qalın şriftlə qeyd olunub.
Belqradın qapıları
Belqradda 23 ədəd qapı yerləşmişdir. == Qala qapıları == === Yuxarı şəhər qapıları === Kalemegdanda yuxarı şəhərin divarlarında bir çox qapılar vardır. === Aşağı şəhər qapıları === === Xarici şəhər qapıları === Xarici şəhər qapıları olduqları xarici şəhər divarları ilə birlikdə indiki vaxtda dağıntı vəziyyətindədir. Yalnız köhnədən qalma yerləri göstərən lövhələr qalmışdır.
Belqravia
Belqravia (ing. Belqravia) — London şəhərinin rayonu.

"belq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#belq nədir? #belq sözünün mənası #belq nə deməkdir? #belq sözünün izahı #belq sözünün yazılışı #belq necə yazılır? #belq sözünün düzgün yazılışı #belq leksik mənası #belq sözünün sinonimi #belq sözünün yaxın mənalı sözlər #belq sözünün əks mənası #belq sözünün etimologiyası #belq sözünün orfoqrafiyası #belq rusca #belq inglisça #belq fransızca #belq sözünün istifadəsi #sözlük