Benq sözü azərbaycan dilində

Benq

Yazılış

  • Benq • 54.5455%
  • BenQ • 36.3636%
  • benq • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
BenQ Mobile
BenQ-Siemens == Haqqında == BenQ-Siemens, 2005-ci ildə BenQ Siemens Mobil Qrupunu alarkən təsis edilmişdir. Məqsəd BenQ-in həyat tərzi təcrübəsini, dizayn qrupunu və Siemens-in mühəndis imkanlarını bir araya gətirmək idi. Mobil rabitədə yeni bir lider yaratmaq. Yeni qurulan şirkət 2006-cı ildə ən çox iF məhsul dizayn mükafatlarını qazandı və Almaniyanın qırmızı nöqtə yarışmasında bir neçə dizayn mükafatını aldı. 2006-cı ilin oktyabrında Münhen məhkəməsində iflas iddiası qaldırdı. Bu, BenQ-nin Siemens mobil bölməsini yalnız bütün patentlər və əqli mülkiyyət üçün alıb Almaniyada mobil telefon istehsal etmək niyyətində olmadığı ilə əlaqədar Almaniyada mübahisəyə səbəb oldu. BenQ, Asiyadan mobil ticarəti bərpa etməyi planlaşdırdığını söylədi. 30 yanvar 2007-ci ildə Alman bölməsində investor tapılmadan Kamp-Lintfortdakı BenQ Mobile zavodu bağlandı. Həmkarlar ittifaqı nümayəndələri IG ll, son 165 işçi ilə vidalaşır. Lakin şirkət bağlandıqdan sonra ana şirkət BenQ 2007-ci ildə BenQ-Siemens markası altında beş yeni telefon açdı.
Benqal (personaj)
Benqal (ing. Bengal) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış komiks personajı. == Nəşr olunma tarixi == Personaj Fabian Nikiyeza və Ron Lim tərəfindən yaradılmış və ilk dəfə "Daredevil" komiksinin 1988-ci ilin sentyabrından nəşr olunmuş 258-ci sayında peyda olmuşdur. == Bioqrafiya == Əsl adı Duk No Trandır. Vyetnam müharibəsi dövründə bir Vyetnam kəndində böyümüşdür. Müharibə zamanı Qırmızı qurd, Ulli Linkoln və Maykl Ceyns də daxil olmaqla kəndində qətliam törətmişdirlər. Duk amerikalıların vertolyotuna dırmaşmağa çalışmış, amma digər əsgərlərin etirazlarına baxmayaraq Ceyns tərəfindən təpiklə uzaqlaşdırılmışdır. İllər sonra böyüyən Duk Benqal adını alaraq ABŞ-yə gedir və kəndində qətliam törədmiş əsgərlərdən intiqam almaq istəyir. Ulli Linkoln Daredevilin qorumasına sığınır, Daredevil Benqalı məğlub edir.Benqal daha sonra ata Maykl Ceynsə hücum edir. Tezliklə Ceynsə görə Siluetlə və digər Yeni döyüşçülərlə döyüşür.
Benqal dili
Benqal dili — Hindi dillərindən biridir. Banqladeş Xalq Respublikasının və Hindistanın Qərbi Benqaliya ştatının rəsmi dövlət dilidir. Bu dildə bütölükdə 175 milyon əhali danışır. İki əsas dialektə bölünür: qərb dialekti (Navadvip bölgəsinin əsas dialekti), şərq dialekti (Dəkkə bölgəsinin dialekti). Benqal dlinin özünün xüsusi yazısı vardır. Cins kateqoriyası yoxdur, bu dildə 4 hal vardır. Mübtəda ilə xəbərin uzlaşması (həm şəxsə, həm də nəzakət formasına görə) geniş yayılıb. Söz sırası: mübtəda, tamamlıq, xəbərdir (MTX).
Benqal fişəngi
Benqal fişəngləri bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı. Əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədi ilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər. azırkı müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, "benqal fişəngləri"ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlif cür "benqal fişəngləri" istehsal olunmaqdadır.
Benqal hili
Ətirli hil, Benqal hili (lat. Amomum aromaticum) — hil cinsinə aid bitki növü.
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür.Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur == Etimologiyası == Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı. Sonralar isə Benqaliya vilayətinin şərəfinə körfəz indiki adla adlandı.
Benqal pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. == Sinonimləri == Felis iriomotensis Wozencraft, 1993 Mayailurus iriomotensis Prionailurus iriomotensis == Yarımnövləri == Prionailurus bengalensis bengalensis; Prionailurus bengalensis chinensis; Prionailurus bengalensis horsfieldi; Prionailurus bengalensis iriomotensis; Prionailurus bengalensis manchurica; Prionailurus bengalensis trevelyani; Prionailurus bengalensis javaensis; Prionailurus bengalensis minutus; Prionailurus bengalensis sumatranus; Prionailurus bengalensis euptailura.
Benqal pələngi
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Benqal qarakərkəsi
Benqal sultanlığı
Benqal sultanlığı — 1337–1576-cı illər arasında Benqaliya hökm sürmüş imperiya. == Tarixi == Hindistanda Qanq və Brahmaputra çaylarının aşağı məcraları ilə ortaq deltalarını ihtiva ədən Benqal (Benqale) ormanlıq, bataqlıq və nüfusça çox saylı bir bölgə olub 650-ci ildən etibarən Pala və Səna xanədanları tərəfindən idarə edildi. Səna xanədanına mənsup olan Ballal Sən (Vallalə Səna 1108–1119), Qavr (Ləknəvti) şəhərini quraraq buranı bölgənin mərkəzi etdi. Benqal uzun zaman gənəlliklə Dehli sultanları tərəfindən göndərilən valilər və sultanlar tərəfindən idarə edildi. İlk Türk fəthlərindən Baburlu istilasına qədər bölgədə bir çox xanədan hökm sürdü. Benqal, Xələc komandanı Məhəmməd Bəxtiyar tərəfindən 1203–1204-cü illərda Türk hakimiyəti altına alındı və Dehli sultanlığına bağlandı. Muhamməd Bihar fəthindən sonra Dehli sultanı Qütbəddin Aybəgin izniylə Bəngala yürümüş, az bir qüvvəylə son Səna racəsi Lahmaniyəyi məğlbp etmişdi. Nuddəa və Ləknəvtiyi ələ keçirən Muhamməd daha sonra Tibet taraflarına səfər düzənləmişsə də gəri dönüşü sırasında Brahmaputra nəhrini gəçərkən büyük kayıplara uğramıştır. Ondan sonra İzzəddin Muhamməd, Alaəddin Ali b. Mərdan və Hüsaməddin İvaz gibi haləfləri müstakil olarak saltanat sürdülər.
Benqal təqvimi
Benqal təqvimi (benq. বঙ্গাব্দ) — Benqal və Banqladeş ərazilərində istifadə edilən bir günəş təqvimidir. Təqvim Assam, Benqal ərazisində istifadə edilir.
Benqal ədəbiyyatı
Benqal ədəbiyyatı - benqal dilində ədəbiyyat. Cənubi Asyia ədəbiyyatlarından biri. Benqal ədəbiyyatının ən qədim abidələrindən “Çaryagiti” (“Doğru yol nəğmələri”) buddist (tantrik) məzmunlu mənzum mətnlərdir (X–XII əsrlər). Müsəlman fəthindən (XIII–XIV əsrlər) sonrakı ilk dövrlərdə yazılı abidələr demək olar ki, saxlanılmamışdır. XV–XVIII əsrlərdə benqal dilində geniş ədəbiyyat yaranmışdır. Lakin bu ədəbiyyat sanskrit, ərəb və fars dillərində olan ədəbiyyatlarla müqayisədə hind mədəniyyətindən asılı idi. == Tarixi == XIX əsrə qədər benqal dilində nəsr olmamışdır. Poeziya ənənəvi estetik kanonlar çərçivəsində kifayət qədər məhdud mövzular və süjetlər ətrafında yaranmışdı. “Mahabharata”, “Ramayana”, Puranlar dəfələrlə benqal dilinə uyğunlaşdırılmışdır. “Ramayana”nın uyğunlaşdırılmış ən erkən və geniş yayılmış varinatını Krittibaş Ocha yaratmış (XV əsr), Mahabharatanın isə ən məşhur uyğunlaşdırılması Kaşi ram Daşa aid edilir (XVI əsr).
Benqal ənciri
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Benqalca Vikipediya
Benqala Vikipediya — Vikipediyanın benqal dilində olan bölməsidir.
Benqali
Benqal dili — Hindi dillərindən biridir. Banqladeş Xalq Respublikasının və Hindistanın Qərbi Benqaliya ştatının rəsmi dövlət dilidir. Bu dildə bütölükdə 175 milyon əhali danışır. İki əsas dialektə bölünür: qərb dialekti (Navadvip bölgəsinin əsas dialekti), şərq dialekti (Dəkkə bölgəsinin dialekti). Benqal dlinin özünün xüsusi yazısı vardır. Cins kateqoriyası yoxdur, bu dildə 4 hal vardır. Mübtəda ilə xəbərin uzlaşması (həm şəxsə, həm də nəzakət formasına görə) geniş yayılıb. Söz sırası: mübtəda, tamamlıq, xəbərdir (MTX).
Benqaliya
Benqaliya (benq. বঙ্গ, ing. Bengal) — Cənubi Asiyanın şimal-şərqində tarixi region. Burada məskunlaşmış benqalların doğma dili benqal dilidir. Hazırda Banqladeş dövləti (Şərqi Benqaliya) və Hindistan (Şərqi Benqaliyanın bir hissəsi və Qərbi Benqaliya) arasında yerləşir. == Ərazisi == Şərqi Pakistanda və Qərbi Benqaliyanın İkinci Dünya müharibəsindən sonra ayrılmasından əvvəl Benqaliyanın ərazisi 1 674 279 kv. km. olmuşdur. == Tarixi == Benqaliya qədim tarixi haqqında az məlumat vardır. VI əsrə qədər Benqaliya ərazisinin Maqadha krallığının ən güclü hissəsi olmuşdur.
Benqallar
Benqallar — Banqladeşdə (152 milyon nəfərdən çox), Hindistanın Qərbi Benqaliya və Tripura ştatlarında (100 milyon nəfərə yaxın) yaşayırlar, ümumi sayları 300 milyon nəfərə yaxındır (2009). Müxtəlif dövrlərdə Nepal, Butan, Sinqapur, ABŞ, Kanada, Böyük Britaniya və başqa ölkələrdə də məskunlaşmışlar. == Etimologiyası == "Banqa" etnonimi vedalarda əksini tapan, Hindistanın şərqində, Qanq çayı vadisində mövcud olmuş Banqa dövlətinin adı ilə bağlıdır. == Tarixi == Benqal (benqal dilində Banqla) xalqı Qanq vadisində, Qanq və Brahmaputra çaylarının deltasında yaşayırlar. Qədimdə bu ərazilər Anqa, Vanqa, Qauda adı ilə tanınmışdır. E.ə. I minillikdə benqalların etnik ərazisində caynizm və buddizm dinləri yayılmışdır. Benqal xalqının etnik tarixi çoxsaylı heterogen qrupların qarışması, konsolidasiyası ilə zəngindir. Bu ərazi X–XII əsrlərdən Benqal adlandırılmağa başlamışdır. VIII–XIII əsrlərdə benqal dövlətçiliyi mövcud olmuşdur.
Benqazi
Benqazi (ərəb. بنغازي‎) – Liviyanın ikinci böyük şəhəri. Aralıq dənizi sahilində yerləşən şəhərin əhalisi 650.000-dir. Uzun müddət Osmanlı idarəsində qalan Benqazi Tripoli savaşından sonra 1912-ci ildə Uşi anlaşması ilə İtaliyaya verildi. Şəhərin qədim adları Euesperides və Berenicedir. Benqazi adı isə 1450-ci ildə ölən və dini bütün bir xeyirsevər olan Qazi (ya da Sidi qazi) adlı bir nəfərdən yaranıb. Ölümündən sonra şəhərin adı Beni qazi olaraq dəyişdirilmişdir (Beni qazi, qazinin oğulu vəya soyu anlamına gəlməkdədir).
Benqkulu
Benqkulu Sumatranın cənub-qərb sahilində İndoneziya əyalətidir. 18 noyabr 1968-ci ildə 1967-ci il 9 nömrəli qanuna əsasən keçmiş Benqkulu inzibati bölgəsini (rezidens) Cənubi Sumatra əyalətindən ayıraraq quruldu və hökumətin 1968-ci il 20 nömrəli qərarı ilə sona çatdı, şimaldan Qərbi Sumatra, şimal-şərqdə Cambi, cənub-şərqdə Lampunqto, şərqdə Cənubi Sumatra və şimal-qərbdən, cənubdan, cənub-qərbdən və qərbdən Hind okeanı ilə həmsərhəd oldu. == İstinadlar == Reid, Anthony (ed.). 1995. Witnesses to Sumatra: A traveller's anthology. Kuala Lumpur: Oxford University Press. pp. 125–133. Reprints of British-era primary source material Wilkinson, R.J. 1938. Bencoolen.
Benqo
Benqo əyaləti (port. Bengo) — Anqolanın 18 rəhbərlik bölgəsindən biridir. Ölkənin şimalında yerləşir. İdarə mərkəzi Caxito şəhəri olan əyalətin sahəsi 41,000 km², 2006-ci ilin təxmini əhalisi 460,508 nəfərdir. == Əyalətin bələdiyyələri == Benqo Əyaləti, öz içində 5 bələdiyyəyə ( municípios ) ayrılırlar. Bunlar aşağıdakı cədvəldə göstərilmişdir : == Komunləri == Benqo Əyalətinin 5 bələdiyyəsi olan bölmələr (comunas) aşağıda göstərilmişdir: Ambre Barra do Dandi Bela Vista Bom Jesus Bula-Atumba Calomboloca Catete Caxito Dembo Chio Gombe qəbir Kage Kanacassala Kazua Kiaje Kibaxe Kicunzo Kikabo Kixico Kixinje Mabubas Mumbondo Muxiluando Muxima Pango-Aluquem Paredes Piri São José das MATAS Təbii Ucua Zala == İstinadlar == == Xarici keçidlər == www.info - angola.ao Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Angola Statistics: Bengo Arxivləşdirilib 2009-10-15 at the Wayback Machine.
Benqt-Olov Almstedt
Benqt-Olov Almstedt (4 aprel 1942, Erebru) — İsveçli keçmiş üzgüçü. Benqt-Olov Almstedt İsveçi 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Benqt-Olov Almstedt birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.9 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Benqt Holmström
Benqt Holmström (18 aprel 1949[…], Helsinki) — fin iqtisadçı. 2016-cı ildə Müqavilə nəzəriyyəsi ilə bağlı olan tədqiqatlarına görə Oliver Hartla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Təhsil və karyerası == Benqt Holmström Helsinki Universitetinin Riyaziyyat və Dəqiq elmlər fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Stenford Universitetində Əməliyyat tədqiqatları sahəsində magistr, 1978-ci ildə isə menecment sahəsi üzrə isə Robert R.Vilsonun elmi rəhbərliyində doktor elmi dərəcəsini almışdır.1979–1982-ci illərdə Şimal-Qərb Universitetinin İdarə elmləri fakültəsində dosent olaraq işləmişdir. 1983–1994-cü illərdə Yel Universitetinin İdarə elmləri fakültəsində professor olaraq dərs keçmişdir. 1994-cü ildə Massaçusets Texnologiya İnstitutunda işləməyə başladı və 2003–2006-cı illər ərzində institutun İqtisadiyyat şöbəsinin rəhbəri oldu. Bundan başqa, 1999–2012-ci illərdə Nokianın idarə heyərinin üzvü olmuşdur.Benqt Holmström Əsl faktor nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatları ilə tanındı. Xüsusilə təşkilati idarələr içindəki maliyyə böhranlarında likvidlik problemləri üçün müraciət olunan təşviq edici Müqavilə nəzəriyyəsi ilə bağlı tədqiqatlar apardı.Benqt Holmström Amerikan İncəsənət və Elmlər Akademiyasının, Ekonometriya Cəmiyyətinin, Amerika Maliyyə Assososasiyasının, İsveç Kral Elmlər Akademiyasının və Finlandiya Ədəbiyyat və Elmlər Akademiyasının üzvüdür. == Mükafatları == === İqtisadiyyat üzrə Nobel mükafatı === 10 oktyabr 2016-cı ildə İsveç Kral Elmlər Akademiyası tərəfindən Oliver Hartla birlikdə Benqt Holmströma Müqavilə nəzəriyyəsi ilə bağlı apardıqları tədqiqata görə İqtisadiyyat üzrə Nobel mükafatı verilmişdir.Komitə tərəfindən verilən izahatda "Çağdaş iqtisadiyyatlar, saysız-hesabsız müqavilə ilə bir yerdə tutulur. Benqt Holmström və Oliver Hartın təkmilləşdirdiyi nəzəri struktur, real həyat müqavilələri və nəzəriyyə ilə yanaşı müqavilə quruluşunun mümkün təhlükələrini də başa düşməyimiz baxımından önəmlidir.
Migel Benqoleya
Migel Benqoleya (13 sentyabr 2000-ci ildə Boliviyada anadan olub) — Boliviya Futbol Liqası təmsilçilərindən olan Vilstermann klubunda hücumçu kimi çıxış edən peşəkar Boliviyalı futbolçudur. == Klub karyerası == === Vilstermann === Benqoleya Vilstermann akademiyası vasitəsilə inkişaf etmişdir. Benqoleya öz peşəkar karyerasında debütünü 15 dekabr 2016-cı ildə Petrolero Yakuiba klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Migel Suarezi əvəz etmişdir. Həmin görüşdə Vilstermann liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Boliviya Superkuboku görüşləri daxildir.
Ota Benqa
Oto Benqa (1883, Konqo — 20 mart 1916, Linçberq) – bu günki Konqo Demokratik Respublikası torpaqlarında yaşamış qaradərili Mbuti piqmeyi. Ota Benqanı 1904-cü ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində təşkil edilən Luiziana alqı-satqı sərgisində, sonra 1906-cı ildə Bronks zooparkında açılan və böyük müzakirələrə səbəb olan insanxanada sərgilənməsi ilə məşhurdur. == İlk illəri == Ota Benqa ehtimal ki, 1883-cü ildə Belçikanın Konqo koloniyasında Kral Leopoldun əmriylə 5–15 milyon insan qətlə yetirildiyi bir dövrdə dünyaya gəlmiş və həyatda qalmağı bacarmışdır. 1903-cü ildə, təxminən 19 yaşındaykən evli və 2 uşaq atası olan Ota Benqa müvəffəqiyyətli bir fil ovundan qayıdarkən tutularaq kölələşdirilmişdir. Həyatını araşdıran bioqrafiyaçıların yazdığına görə fili ovlaya bilmək üçün bir neçə gün boyunca ailəsindən uzaq qalan Ota itiləşdirilmiş taxta bir çubuqla ovunu ovlaya bilmişdir. Ovundan aldığı hissələri qürurla evinə daşıyarkən, kəndinə çatdıqda kənddən geriyə heç bir şey qalmadığını görmüşdü. Xalq Qüvvələri adlı militan və qaçaqçılıqla məşğul olan qruplaşma həyat yoldaşını və uşaqlarını qətl etmiş və kiçik qəbilənin demək olar ki, hamısını məhv etmişdi. Eyni qüvvələr Ota Benqa və həyatda qalan bir neçə digər qəbilə üzvünü əsir almışdı. Günlərlə piyada yeriməyə məcbur edilən Ota Benqa pulla əvvəlcə Basişeller adlı bir insan qrupuna, sonra isə bunlar vasitəsilə Samuel Filips Verner adlı bir xristian missionerə satılmışdır.Ota Benqanı alıb-satan, harada nə ediləcəyinə qərar verən adam Sent-Luis Dünya Sərgisi tərəfindən vəzifələndirilən Samuel Fillips Verner adlı bir xristian missioneri iş adamı və səyyahdır. Bəzi qaynaqlarda özünü bir həkim olaraq təqdim etsə də, əslində Cənubi Karolina Universitetindən 19 yaşında bir universitet tələbəsi olaraq məzun olmuşdu, hər hansı bir elmi adı yox idi.
Qərbi Benqaliya
Qərbi Benqaliya (benq. পশ্চিম বঙ্গ, Pościm Bôngo) — Hindistanın şərqində ştat. Paytaxtı və ən böyük şəhəri Kəlküttədir. Əhalisi 91 347 736 nəfərdir (ştatlar arasında 4-cü yer; 2011-ci ilin məlumatına əsasən). == Tarixi == 1947-ci ildə Britaniya Hindistanının dağılmasından sonra Benqaliya dini cərəyanlar üzrə bölündü. Bölgənin qərb hissəsi Hindistana (Qərbi Benqal deyilir), şərq hissəsi Pakistana Şərqi Benqal (daha sonra Şərqi Pakistan adlandırıldı) adı verilən bir vilayət olaraq birləşdirildi. Şərqi Pakistan 1971-ci ildə Banqladeş adlı müstəqil bir dövlət oldu. Benqaliyanın bölünməsi bir çox sosial-iqtisadi, siyasi və etnik problemlərin yaranmasına səbəb oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2006 ••••••• 0.45
2009 ••• 0.16
2010 •• 0.09
2011 •• 0.09
2014 ••• 0.17

"benq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#benq nədir? #benq sözünün mənası #benq nə deməkdir? #benq sözünün izahı #benq sözünün yazılışı #benq necə yazılır? #benq sözünün düzgün yazılışı #benq leksik mənası #benq sözünün sinonimi #benq sözünün yaxın mənalı sözlər #benq sözünün əks mənası #benq sözünün etimologiyası #benq sözünün orfoqrafiyası #benq rusca #benq inglisça #benq fransızca #benq sözünün istifadəsi #sözlük