Benton sözü azərbaycan dilində

Benton

Yazılış

  • Benton • 85.7143%
  • benton • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Benton qraflığı (Vaşinqton)
Benton (ing. Benton) — ABŞ-nin Vaşinqton ştatında qraflıq.
Bentonit
Bentonit (ABŞ-dəki Benton yatağına görə belə adlandırılmışdır) — kolloidal, o cümlədən sorbsion xassəli montmorillonit gili (bəzən argillit). Qələvi bentonit üçün yüksək plastiklik və şişmə səciyyəvidir. Montmorillonitdən başqa, bentonit tez-tez hidromikalar, qarışıq təbəqəli minerallar, kaolinit, sepiolit, palıqorskit, kristobalit, seolitlər və b. rəst gəlir. Bentonit vulkanik şüşələri və külün su hövzələrində diagenetik dəyişmələri nəticəsində, sualtı və subaeral aşınmada və hidrotermal proseslərdə, habelə hövzədə SiO2 və kalsium karbonatların çökməsi zamanı əmələ gəlir. Bentonit gillərinin bütün iri yataqları vulkan külləri və tuflarının sualtı pozulması yolu ilə əmələ gəlmişdir (Blek-Xils, Sanders-Defayans, ABŞ, Qumbri-Gürcüstan; Keles-Qazaxıstan və b.). Bentonit yerli adları: askanit, gilabı, qumbrin, gil. Sinonim: Bentonit gili. == Təbiətdə tapılması == Təbii bentonitin yatağı Qafqazda, Qazaxıstanda və Çerkask vilayətindədir. Bentonitin əsas istehsalçıları: Rusiya, Yunanıstan, Azərbaycan, Yaponiya, İtaliya, Argentina, İspaniya və Türkiyədir.
Bentonit gilləri
Bentonit gilləri−əsas tərkibini montmorillonitdən təşkil olunmuş mineral. Montmorillonit mineralı eyni tipli profilat qəfəsindən ibarətdir və ikiqatlı təbəqəyə malikdir. Gil mineral adsorbsiya prosesi üçün adsorbent kimi istifadə edilə bilər ki, bu da kation mübadiləsi və ion-mubadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində tapılır. Bentonit gilləri əsasında səmərəli adsorbentlerin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak –boya sənayesi üçün koaqulyantların alınmasında istifadə olunur. Xüsusiyyətlər- Təbii bentonit gilləri ağır metal ionlara qarşı seçici sorbsiya tutumuna və ağır metal ionlarının ionogen və qeyri-ionogen üzvi boyalarının tullantı sularının tərkibindən çıxarılmasına malikdirlər. Təbii bentonit gilləri əsasında alınmış kation formaları sorbentlər Pb+2,Mn+2,Co+2,Cd+2 ionlarina qarşı seçici sorbsiya qabiliyyətinə malikdirlər. Təbii bentonitdən fərqli olaraq Na-bentonit həmin ionlara qarşı yüksək sorbsiya tutumuna malikdir. Bentonitin orqanofil təbəqələrində hissəciklər arasında formalaşmaya və orqanofil təbəqənin yaranmasında səthi aktiv maddələr mühüm rol oynayır. Qeyri-üzvi kationlarla mübadilə apardıqda kationun yükündən və ölçüsündən asılı olaraq məsamələrin ölçüsü 9,6Ǻ-dən 13,5 Ǻ-ə qədər dəyişmiş olur. Üzvi kationla işlədikdə isə (SAM) bu məsafə 25 Ǻ-ə qədər böyüyür.
Daş Salahlı bentonit gili yatağı
Daş Salahlı bentonit gili yatağı — Ağstafaçayın sol sahilində, Qazax çökəkliyinin cənub-qərb qanadında, Qızılqaya dağının cənub-şərq kənarında yerləşən yataq. Yatağın geoloji quruluşunda Üst Santon yaşlı orta-turş tərkibli vulkanoklastik süxurlar iştirak edir. Subvulkanik və ekstruziv kütlələrin təmasları boyu və onların aralarında qalan sahələrdə hidrotermal proseslər nəticəsində süxurlar güclü bentonitləşməyə məruz qalmış və yüksək keyfiyyətli bentonit gilinə çevirilmişdir. Yatağın ehtiyatları B+C1 kateqoriyası üzrə 86,0 mln. ton, C2 kateqoriyası üzrə isə 63,1 mln. ton təşkil edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2011 ••••• 0.09
2014 ••••••••• 0.17
2017 ••••••••• 0.16

"benton" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#benton nədir? #benton sözünün mənası #benton nə deməkdir? #benton sözünün izahı #benton sözünün yazılışı #benton necə yazılır? #benton sözünün düzgün yazılışı #benton leksik mənası #benton sözünün sinonimi #benton sözünün yaxın mənalı sözlər #benton sözünün əks mənası #benton sözünün etimologiyası #benton sözünün orfoqrafiyası #benton rusca #benton inglisça #benton fransızca #benton sözünün istifadəsi #sözlük