Benz sözü azərbaycan dilində

Benz

Yazılış

  • Benz • 95.1073%
  • BENZ • 3.9485%
  • benz • 0.9442%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Benz & Cie.
Benz & Cie. Rheinische Gasmotorenfabrik in Mannheim, 1883-cü ildə Karl Benz tərəfindən təsis edilmiş bir şirkətdir. 1885-ci ildə dünyada satış məqsədi ilə istehsal edilmiş və benzinli mühərrik ilə işləyən ilk avtomobili olan Motorwageni buraxmışdır. 1926-cı ildə bu şirkətin Qotlib Daymlerin Daimler Motoren Gesellschaft şirkəti ilə birləşməsi nəticəsində Daimler-Benz şirkəti yaradıldı.
Daimler-Benz
Daimler-Benz, 1926 ilə 1998 arasında fəaliyyət göstərmiş Almaniya mərkəzli bir avtomobil şirkətidir. Karl Benzin şirkəti Benz & Cie. və Gottlieb Daimlerin şirkəti Daimler Motoren Gesellschaftın birləşməsi nəticəsində yaranmışdır. Mercedes-Benz markası da bu birləşmədən meydana gəlmişdir.
Benz Patent-Motorwagen
Benz Patent-Motorwagen, 1885-ci ildə Karl Benz tərəfindən istehsal edilən və tarixdə ilk avtomobil hesab olunan nəqliyyat vasitəsi. Benz bu nəqliyyat vasitəsini 29 yanvar 1886-cı ildə patentləşdirmişdir. Boş çəkisi 265 kq olmuşdur.
Karl Benz
Karl Fridrix Mixael Benz (alm. Carl (Karl) Friedrich Michael Benz‎; 25 noyabr 1844[…] – 4 aprel 1929[…]) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır. == Həyatı == Karl Fridrix Benz 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə Karl texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır. == Karyerası == Karl Benz öz emalatxanasında yeni daxili yanma mühərrikləri yaratmağa başladı. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent aldı. Tezliklə, Karl Benz gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini patentləşdirdi: sürətləndirici, batareya ilə işləyən yanma sistemi və alışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru.
Mercedes-Benz
"Mercedes-Benz" — 1926-cı ildə Almaniyada əsası qoyulan avtomobil şirkəti. Almaniya tərəfindən istehsal olunub və istehsal üçün müəyyən miqdarda büdcə ayırlıb. 2022-ci ilədək Mercedes milyonlarla maşın istehsal edib. == Tarixi == 1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını vermişdir. Bir neçə ay sonra, Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoymuşdur. İlk Mercedes, Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur. Maybach tərəfindən yığılmış bu avtomobil, Daymlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək, nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını almışdır. 1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olmuşdur. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; bu cür ulduz fikri Daymlerin təsəvvürünə artıq illər öncə gəlmişdir və onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi. Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi.
Bethani Benz
Bethani Benz (1 yanvar 1987, Kiyev, Ukrayna, Ukrayna SSR) — amerikalı pornoaktrisa. == Həyatı == Bethani Benz 1987-ci ilin yanvarında Ukraynada, ukrayna, rus və seneqal əsilli cütlüyün qızı olaraq anadan olub. 12 yaşında ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, 2010-cu ildə, 24 yaşında pornoqrafik sənayeyə daxil olub. Aktrisa kimi Evil Angel, Banq Bros, Nyu Sensations, Eleqant Angel, Jules Jordan Video, Kick Ass və Vivid kimi prodüser şirkətlərinin filmlərində çalışıb. 2011-ci ildə "Big Vet Black Tits 3" filmində ilk anal seks səhnəsini çəkdi. 2012-ci ildə AVN mükafatlarında "ən yaxşı qadın aktyor" nominasiyasına namizəd oldu. O, aktrisa kimi 140-dan çox filmə çəkilib.
Mercedes-Benz W124
W124 Mercedes-Benz E sinifinin ən çox istehsal olunan modellərindən biridir. Avtomobil 11 il ərzində 2,562,143 sayda istehsal olunub. 1985-ci ildən istehsalı başlayan W124 özündən əvvəlki əvvəlki E-klass (W123) modelinin davamçısıdır. Avtomobil 2.0-6.0 Litr həcmli benzin və 2.0-3.0 Litr həcmli dizel mühərrikləri ilə təchiz olunmuşdur. W124 az sayda Brabusda istehsal edilmişdir. Brabus modelinin mühərriki V12 7.3L həcmindədir. 1993cü ildə avtomobilin kuzovunda kiçik dəyişikliklər olur. Bu dəyişikliklər əsasən radiator barmaqlığında, işıqlarda və yük hissəsi qapağında göstərib.
Mersedes-Benz-Arena
MHP-Arena — Almaniyanın Ştutqart şəhərində yerləşən, 60 449 tamaşaçı tutumlu Ştutqart şəhərinin futbol klubunun ev arenası. 1933-cü ildə memar Paul Bonatz tərəfindən inşa edilmişdir. == Haqqında == 30 iyul 2008-ci il tarixindən etibarən stadion yaxın 30 il ərzində "Mercedes-Benz Arena" (avtomobil konserninin Muzeyi stadionun yaxınlığında yerləşir) adlandırılacaq. Avtomobil konsern muzeyi arenanın yaxınlığında yerləşir. Avtomobil konserni ilə sponsorluq müqaviləsi bağlandıqdan sonra tutumun 60 min tamaşaçıya çatdırılması, stadionu yalnız futbol halına gətirən qaçış zolaqlarının çıxarılması planlaşdırılır. Bu müqavilə üçün "Ştutqart" təxminən 20 milyon avro alacaq. UEFA-nın Nizamnaməsinə əsasən, stadion beynəlxalq oyunları (Çempionlar Liqası və Avropa Liqası oyunları) keçirərkən sponsor adını daşıya bilməz, çünki bu rəhbər orqanlarda turnirlər üzrə rəsmi tərəfdaş olmayan şirkətlər tərəfindən korporativ sponsorluğu qadağan edən qaydalar mövcuddur. Belə hallarda üçün alternativ "Stuttgart Arena" adı istifadə olunur.Stadion 1974 və 2006-cı ildə dünya çempionatlarının oyunlarına ev sahibliyi etdi (müvafiq olaraq 4 və 6), həmçinin 1988-ci il Avropa çempionatının 2 oyunu (İngiltərə - İrlandiya 0:1 və SSRİ yarımfinalı - İtaliya 2:0) keçirilib. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda MHPArena ilə əlaqəli mediafayllar var.
Mercedes-Benz A-Class
Mercedes A-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 1998-ci ildən başlayaraq istehsal olunan 4-qapılı bir kompakt avtomobildir. Bu seriyanın son nəsli olan W176 modeli 2012-ci ildə istehsal olunmuşdur. == 1. Nəsil (1997–2004) == === Mühərriklər === Benzin 1.4 82 hp 1.6 100 hp 1.9 124 hp 2.1 Evolution 138 hpDizel 1.7 CDI 74 hp 1.7 CDI 58 hp 1.7 CDI 89 hp 1.7 CDI 94 hp === Sürətlər qutusu === 5 ileri düz vites 6 ileri düz vites ST otomatik vites == 2. Nəsil (2004–2012) (W169) == 2005 modelden (W169 KASA) itibaren aracın aks mesafesi ve genişliği artırılmıştır, eskiye nazaran görünümü oldukça değişmiştir, motor ve iç dizayn olarak aynı şeyleri söylemek mümkündür.mercedesin işçilik kalitesini bu seride de görmek mümkündür. (aracın 100 km hız fren mesafesi 33 m'dir.
Mercedes-Benz B-Class
Mercedes-Benz B-klass — 2005-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi kompakt avtomobillər. Avtomobil A-klassdan bir az böyükdür və onun asqı və mühərriklərindən istifadə edir.
Mercedes-Benz C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Mercedes-Benz CL-Class
Mercedes-Benz CL-klass (Comfort Leicht Klasse — alm. Comfort Leicht Klasse‎) — ilk dəfə 1950-cı illərdə yaranmış, formal olaraq isə 1996-cı ildən 2013-cü ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi avtomobillər. Əsas olaraq S-klass avtomobilləri götürülür və kupe kuzovunda istehsal olunur. 2013-cü ildə ləğv olunub S-Coupe-yə adı dəyişildi.
Mercedes-Benz CLA-Class
Mercedes CLA-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 2013-cü ildən A və B klassların platformu əsasında qurulub istehsal olunan kompakt prestij sedandır.
Mercedes-Benz CLK-Class
Mercedes-Benz CLK-klass (Coupe Leicht Kurz — alm. Coupe Leicht Kurz‎ — "kupe yüngül qısa") — 2006-cı ildən 2009-cu ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi orta ölçülü kupe və kabrioletlər. CL və Sl-lardan aşağı və SLK-lardan yuxarı mövqedə yerləşdiyi sayılır.
Mercedes-Benz CLS-class
Mercedes-Benz CLS-class Mercedes-Benz markası altında Almaniyanın Zindelfingen zavodunda istehsal olunan dördqapılı kupe. Avtomobil W211 E-class markasının bazasında yaradılmışdır. 2004-cü ilin payızından istehsal olunur. CLS-class-ın ikinci nəslinin buraxılışı 2011-ci ilə planlaşdırılır.
Mercedes-Benz E-Class
Mercedes E-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, rəsmi olaraq 1993-cü ildən istehsal olunan biznes sedandır. Bu seriyanın son nəsli olan W212 modeli 2009-cu ildə istehsal olunmuşdur.
Mercedes-Benz G-Class
Mercedes-Benz G-klass (G — alm. Geländewagen‎ — ɡəˈlɛːndəvaːɡn, «yolsuzluq maşını») — 1979-cu ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi tam ölçülü yolsuzluq maşınları.
Mercedes-Benz GL-Class
Mercedes-Benz GL-klass (G — alm. Geländewagen Lang‎ — ɡəˈlɛːndəvaːɡn lang, «uzun yolsuzluq maşını») — 2006-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi tam ölçülü krossover maşınları.
Mercedes-Benz GLA-Class
Mercedes-Benz GLA-klass — 2013-cü ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi mini krossover. 2013-cü ilin noyabrında "Dünyada ilin avtomobili" adına namizəd olunmuşdur.
Mercedes-Benz GLK-Class
Mercedes-Benz GLK-Klasse (Geländewagen Luxus Kompaktklasse, kuzov nömrəsi X204) — C-klassın W204 kuzovu əsasında yaranan lyuks kompakt krossover. İlk dəfə 2008-ci ildə Detroytda Mercedes-Benz Vision GLK adıyla buraxıldı. Avtomobil Bremendə (Almaniya) istehsal olunur. 2012-ci ildə restaylinqi oldu. 2015-ci ildə GLC modeli ilə əvəz olundu.
Mercedes-Benz M-Class
Mercedes-Benz M-klass — 1997-ci ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi orta ölçülü premium seqmentinə aid krossover maşınları. 2015-ci ildə adını dəyişdirib GLE-klass adlanmağa başladı.
Mercedes-Benz R-Class
Mercedes-Benz R-klass — 2006-cı ildən 2013-ü ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi minivnlər. Satışların aşağı olması səbəbindən 2012-də ABŞ-də, 2013-də isə Avropa ölkələrində satışı dayandırılıb. Hal-hazırda yalnız uzun bazalı, tam ötürücülü və 6 silindrli avtomobillər istehsal olunur.
Mercedes-Benz S-Class
Mercedes-Benz S-klass (Sonderklasse — alm. Sonderklasse‎ — «xüsusi sinif») — rəsmi olaraq 1972-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi biznes sedan maşınların flaqman seriyası.
Mercedes-Benz SL-Class
Mercedes-Benz SL-klass (Sport Leicht — alm. Sport Leicht‎ — «yüngül idman») — 1954-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi sportkarları.
Mercedes-Benz SLK-Class
Mercedes-Benz SLK-klass (Sport Leicht Kurz — alm. Sport Leicht Kurz‎ — "yüngül qısa idman" və ya Sportlich, Leicht und Kompakt — alm. Sportlich, Leicht und Kompakt‎ — "idman, yüngül və kompakt") — 1996-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi rodsterlər. SL-larla müqayisədə daha ucuzdur və baqaj hissəsinə yığılan tammetal üst ortüyü var.
Avtomobil benzinləri
Avtomobil benzinləri DÜİST 2084-77 üzrə benzin markaları: A-72, A-76, Aİ-93, Aİ-92, Aİ-95 (Ekstra), Aİ-98. A hərfi benzinin avtomobil benzini olduğunu göstərir. Rəqəm isə benzinin malik olduğu oktan ədədidir. İ hərfi isə oktan ədədinin tədqiqat üsulu ilə müəyyən olduğunu bildirir. A-72 benzini katalitik krekinq benzinlərinin əsasında birbaşa emal və termiki krekinq benzinini əlavə etməklə hazırlanır. A-72 benzini katalitik krekinq və katalitik riforminq benzinlərinin əsasında və 15-30% birbaşa emalın yüngül benzini və müəyyən qədər termiki krekinq benzini əlavə etməklə hazırlanır. Yüksək oktanlı komponentlərin (alkilbenzin, toluol) əlavə olunması və eləcə də etil mayesinin köməyi ilə oktan ədədi 76 vahidə qədər yüksəldilir. Aİ-93 benzini yumuşaq rejimli katalitik riforminq (45-80%) benzini əsasında 10-15% toluol və 8-10% alkil benzin, həmçinin butan-butilen fraksiyasını (5-7%) əlavə etməklə hazırlanır. Bu, etil mayeli benzin adlanır. Etilsiz Aİ-93 benzini də vardır ki, bu benzin sərt rejimli katalitik krekinq benzini (70-75%) əsasında, 25-28% alkilbenzin və izopentan və 5-7% butan-butilen fraksiyası əlavə etməklə hazırlanır.
Benzaldehid
Benzaldehid - aromatik aldehidlərin ən sadəsi benzoy aldehididir: C6H5CHO.Molekul kütləsi 106,12 olan benzoy aldehidi acı badam iyi verən rəngsiz mayedir. Ərimə temperaturu -260C, qaynama temperaturu 1790C-dir. Etanolda, efirdə və başqa üzvi həlledicilərdə yaxşı həll olur.Suda pis həll olur.Uzun müddət saxladıqda havanın oksigeni ilə benzoy turşusuna çevrilərək saralır. == Alınması == Benzoy aldehidi acı badam yağında qlükozid (amiqdalin) şəklində rast gəlir.Benzoy aldehidini almaq üçün aşağıdakı üsullardan istifadə olunur: Toluolu manqan-peroksid və sulfat turşusu vasitəsi ilə oksidləşdirmək; benzalxloridi təbaşir və ya əhəng suyu ilə qızdırmaq; Qatterman - Kox reaksiyasına əsasən HCl və AlCl3 iştirakı ilə benzolu və dəm qazından almaq olar. == Kimyəvi xassələri == Benzoy aldehidi gümüş oksidi ilə oksidləşərək, benzoy turşusuna çevrilir.Benzoy aldehidi hidroksilaminlə benzaldoksim əmələ gətirir. Benzaldehidə xlorla təsir etdikdə benzoy turşusunun xloranhidridi alınır.Ammonyakla təsir etdikdə hidramid alınır.Qələvilərin qatı məhlulu və ya spirt məhlulu ilə təsir etdikdə iki molekul benzoy aldehidindən biri benzoy turşusunun duzuna, ikincisi isə benzil spirtinə çevrilir.Benzoy aldehidi alifatik aldehidlər, ketonlar, turşular və onların duzaları ilə kondensləşərək, doymamış aromatik aldehid və ya turşular əmələ gətirir. Benzoy aldehidi aromatik aminlər və fenollarla kondensləşdikdə trifenilmetan törəmələri əmələ gəlir. C6H5CHO + HCN = C6H5CH(OH)CNBundan əlavə, benzaldehid kondensləşmə reaksiyasına daxil olaraq digər nukleofil reagentlərlə reaksiyaya girir. Qrinyar reaktivi ilə ilə benzaldehid müvafiq ikili spirtlərə çevrilir. Qələvinin təsiri altında benzaldehid Kannissaro reaksiyasına girərək benzil spirti və benzoy turşusu əmələ gətirir.
Benzilamin
Benzilamin (α-aminotoluol) C6H5CH2NH2. == Fiziki xassələri == Suda, spirtdə, efirdə, benzolda yaxşı həll olur. Anilinlə, fenolla, m-krezolla azeotrop qarışıq əmələ gətirir. == Kimyəvi xassələri == Benzilamin güclü əsasdır (K 2,35×10-5). Xassələrinə görə alifatik aminlərə yaxındır. Onun N-alkiltörəmələri, məs. C6H5CH2NHR daha güclü əsasdır. Benzilamin benzolla (tərkib 1:3, ərimə t-ru 15,30C), p-krezolla (1:1, ərimə t-ru 60C) və qarışqa turşusu (1:1, ərimə t-ru 810C) ilə adduklar əmələ gətirir. Karbon və mineral turşuların məhlulları ilə duzlar əmələ gətirir, Məs., monohidroxlorid (ərimə t-ru 2600C), sulfat (ərimə t-ru 930C), pikrat (ərimə t-ru 1940C). Havadan CO2-ni udaraq bərk karbamat əmələ gətirir.
Benzilxlorid
Benzilxlorid [(xlormetil)benzol, α-xlortoluol] C6H5CH2Cl. == Fiziki xassələri == Molekul kütləsi 126,59; kəskin iyli rəngsiz maye; ərimə t-ru 390C, qaynama t-ru 179,30C; sıxlığı 1,100 q/sm3 (250C); nD20=1,5391; buxarının təzyiqi (kPa) : 0,1 (220C), 1,3 (60,80C), 8,0 (100,50C), 26,6 (134,00C); ∆Hyanma - 3714 kC/mol; ε 6,43 (19,90C). Benzilxlorid etanolda, xloroformda, benzolda istənilən miqdarda həll olur, suda həll olmur. == Kimyəvi xassələri == Xlorun nukleofil əvəzolunma reaksiyalarına eləcə də aromatik nüvənin hidrogen atomlarının elektrofil əvəzolunma reaksiyalarına asan daxil olur. Zəif oksidləşdiricilərin təsirindən benzaldehidə çevrilir; asanlıqla Qrinyar reaktivi əmələ gətirir. == Alınması == Benzilxlorid sənayedə maye fazada toluolun radikal xlorlaşması üsulu ilə alınır: С6H5CH3 + Cl2 → C6H5CH2Cl + HClBu üsulla ildə 100 000 tona yaxın benzilxlorid alınır2. Reaksiya zamanı aralıq məhsul kimi benzalxlorid və benzotrixlorid alınır (C6H5CHCl2 və C6H5CCl3). Prosesin bir neçə variantı mövcuddur: Toluolun 1% PCI3 iştirakı ilə 90-100 0C-də, UB-şüalar altında və ya 2,21-azo-bis-izobutironitril iştirakı ilə xlorlaşması. Yüksək temperaturda xlorlaşma ilə yanaşı reaksiyanı otaq temperaturunda, katalizatorun iştirakı olmadan ilə də aparmaq mümkündür. Belə ki, günəş işığı və ya süni işıq altında, qazın yaxşı həll olmasını təmin etmək üçün daha hündür kalonkadan istifadə etməklə və toluol üzərində xlor buraxmaqla benzil xlorid alırlar.
Benzimidazol
Benzimidazol — benzol və imidazol həlqəsindən ibarət azot tərkibli aromatik heterotsiklik birləşmədir. == Alınması == Laboratoriyada benzimidazol o-fenilendiaminin qarışqa turşusu ilə, ya da trimetilortoformiatla reaksiyasından sintez edilir. 2-alkilbenzimidazollar isə yağ turşularının HCl iştirakında o -fenildiaminlərlə reaksiyasından alınır . 2-arilbenzimidazollar mis asetatla oksidləşən aromatik aldehidlərlə o-fenildiaminin kondensləşməsindən alınır. (Vaydenxagen reaksiyası) == Kimyəvi xassələri == Benzimidazol amfoter xassələr göstərir. Bəzi keçid metallarla (Ag, Cu) ammonyak məhlulunda duzlar əmələ gətirir. Imidazol həiqəsinin tautomer forması nəticəsində benzimidazolun benzol həlqəsinə görə 4–7 və 5–6 vəziyyətləri benzimidazola ekvivalentdir: Benzimidazol alkilhalogenidlərlə və alkilsulfatlarla alkilləşərək əvvəl 1-alkilbenzimidazol, sonra isə 1,3-dialkilbenzimidazol duzları əmələ gətirir. Eləcə də benzimidazol formaldehid və ikili aminin təsiri ilə aminometilləşir. Benzimidazol azot və sulfat turşularının qarışığı ilə asanlıqla nitratlaşır , müvafiq olaraq 5-nitrobenzimidazol , 5 — və 6-benzimidazolsulfoturşusu əmələ gətirir. Kükürdlə ərimə zamanı benzimidazol-2-tion əmələ gətirir.70% sulfat turşusunda kalium xromatla oksidləşir və dikarbon turşusunun 4,5 — imidazol birləşməsinin əmələ gətirir.
Benzin
Benzin — neftdən emal edilən bir növ yanacaq. 150 °C'a qədər xam benzin, 150-250 °C'a qədər qaz yağı, kerosen, reaktiv yanacağı, 250-350 °C'a qədər dizel yanacağı, 350 °C sonra da ağır yağlar əldə edilir. Kimyəvi olaraq benzin xam neftin xüsusiyyətinə bağlı olaraq 120-dən çox karbohidrogen ehtiva edər. Bunların çoxu doymuş karbohidrogen quruluşunda olub, 4'den 12-ə qədər karbon ehtiva edərlər.Sintetik olaraq benzini Alman kimyaçı Bergius'un metodu ilə kömürdən əldə etmək mümkündür. Bu metoda görə kömür yüksək təzyiq altında katalitik hidrojenasyon ilə maye hidrokarbonlara çevrilir qaynama temperaturu 30-dan 200 °C-dək olan yüngül karbohidrogen yanacaq. Sıxlığı 0,75 q/sm³ qədər. İstilik yaratma imkanı 10500 kkal/kq (46 MC/kq, 34,5 MC/litr). Donma temperaturu -60 °C. == Mənbə == Цифровой железнодорожный код страны - собственницы вагона. Принадлежность вагонов. Коды стран, в которых зарегистрированы грузовые вагоны.
Benzin mişarı ilə Texas qırğını (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (film, 2006)
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2022)
Benzin mişarı ilə Texas qətliamı (ing. Texas Chainsaw Massacre) — rejissor Devid Blu Qarsiya tərəfindən çəkilmiş amerikan sleşer qorxu filmi. Film 1974-cü ildə çəkilmiş orijinal filmin birbaşa davamıdır və bu seriyadan olan doqquzuncu filmidir. Premyera 18 fevral 2022-ci ildə Netflix servisində baş tutdu (daha əvvəl filmin kinoteatrlarda yayımı planlaşdırılmışdı). Film tənqidçilərdən mənfi rəylər aldı: onlar onu qeyri-orijinal adlandıraraq 2018-ci ildəki Helluin filmi ilə müqayisə etdilər, həmçinin yaradıcıları nostaljidən pul qazanmağa çalışmaqda ittiham etdilər. == Məzmun == Dəri üzlü qatilin 1973-cü ildəki cinayətlərindən təxminən 50 il sonra gənc sahibkarlar Melodi və Dante, Melodinin bacısı Layla və Dantenin sevgilisi Rut köhnə daşınmaz əmlakı hərraca çıxarmaq üçün Tesla Model S ilə Texasın tərk edilmiş Harlou şəhərinə gedirlər. Uğursuz vəziyyətdə olan uşaq evinin ətrafına nəzər salan qrup Cinni adlı yaşlı qadının hələ də orada yaşadığını aşkar edir. O, mülkün hələ də ona məxsus olduğunu sübut edən sənədlərə malik olduğunu iddia etdikdə mübahisə başlayır və mübahisəni ən üst mərtəbədən səssiz və uzun boylu bir kişi qısa müddətə kəsir. Daha sonra Cinni infarktdan yıxılır və Ruth və bir kişinin müşayiəti ilə şerif və onun bir köməkçisi tərəfindən xəstəxanaya çatdırılır. İnvestor Ketrin bir qrup potensial alıcı ilə birlikdə Melodi və Dantenin diqqətini yayındıraraq böyük avtobusda Harlouya gəlir.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir. == Mənbə == Объект 434. Техническое описание и инструкция по эксплуатации. Книга вторая. -М.: Военное издательство, 1986.
Benzin sovuran
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir. == Mənbə == Объект 434. Техническое описание и инструкция по эксплуатации. Книга вторая. -М.: Военное издательство, 1986.
Benzinli mühərrik
Benzinli mühərrik, bir növ içdən yanmalı motordur. Benzinli mühərriklərdə istifadə edilən yanacaq benzin olub, yanacaq dizel mühərrikdən fərqli olaraq karbürator adı verilən bir qurğu sayəsində, maye olaraq deyil buxarlanıb hava ilə qarışaraq silindrə girir. == İşləmə prosesi == Benzinin oksigen (hava) ilə meydana gətirdiyi qarışıq nəticəsində yanma reallaşar. Yanacaq hava qarışığının silindrin içində bir qığılcım ilə yanması nəticəsində bir partlama meydana gəlir. Burada yenə dizel mühərrikdən fərqli yanmağı təmin etmək üçün qığılcım yəni şam istifadə edilir. Partlamanın ortaya çıxardığı təzyiq, piston tərəfindən hərəkət enerjisinə çevrilir. == Tarixi == Benzinli mühərrikin iş prinsipini təşkil edən çevrim dörd zamanlı çevrim ya da Otto çevrimi olaraq da xatırlanır. Bu çevrim 1876-cı ildə Alman mühəndis Nikolaus Otto tərəfindən tapılmışdır. Çevrim dörd mərhələdən ibarətdir. == Proseslər == Əmmə: karbürator gələn benzin-hava qarışığı, əmmə sübabının açılması ilə silindr içinə çəkilər.
Benzofuran
Benzofuran-heterotsiklik üzvi birləşmə - benzol və furan həlqəsindən ibarət tsiklik üzvi birləşmədir. Kimyəvi formulu: C8H8O == Alınması == Daşkömür qətranının bromlaşmasından və dibrom törəmələrinin parçalanmasından alınır .Sənayedə nitroetilbenzoldan sintez edilir. Benzofuran dekarboksilləçmə reaksiyası ilə də alınır. Laboratoriyada alınması Perkin qruplaşmasıDiels –Alder əvəz edilmiş benzofuran verən qızılağac reaksiyasıTsikloizomerləşmə yolu ilə benzofuranlar == Fiziki xassələri == Benzofuran rəngsiz mayedir. Spesifik aromat iyə malikdir.Suda , dietilefirində və etanolda yaxşı yaxşı həll olur. Benzofuranın 2 izomeri məlumdur: 2,3 benzofuran və 3,4 benzofuran . Birinci izomer daha stabildir. İkinci izomer üçün stabil olmayan 1,3 diariləvəzolunmuş törəmələri məlumdur. Molekul kütləsi 118,14 q\mol Sıxlığı 1,0776 q\cm3 Qaynama temperaturu 173-175oC == Kimyəvi xassələri == Benzofuran aromatok xassə göstərir. Qələvilərlə reaksiyaya girmir.
Benzoil peroksid
Benzoil peroksid (dibenzoil peroksid, peroksid benzoil) - peroksid qrupu O-O saxlayan aromatik sırası üzvü birləşmə olub, iki benzoil qrupu ilə C6H5–(C)O- əlaqələnmişdir. === Fiziki və kimyəvi tərkibi === Benzoil peroksid - rəngsiz kristal olub, 108°C-də parşalanır. Qızdırıldıqda partlayış əmələ gətirir.
Benzokain
Benzokain yerli keyləşdirici dərman preparatı.
Benzol
Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. == Tarix == 1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien kimi quruluş vermişdir. (C6H6). Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi. Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π - elektron orbitalları həmin müstəviyə perpendikulyardır.
Benzotriazol
Benzotriazol (azimidobenzol) — kimyəvi formulası C6H5N3 olan heterosiklik üzvü birləşmədir. == Fiziki xassələri == Benzotriazol – rəngsiz və ya ağ(hərdən tünd gəhvəyi) rəngdə olan kristaldır == Alınması == 1.2.3 benzotriazolu o- fenilendiaminin diazotlaşma reaksiyası zamanı almaq olar. Eynilə o-fenilendiaminlərdən 1 əvəzedici törəmələr alınır, 2 əvəzedici törəmələr isə o-aminazo- birləşmələrin oksidləşməsi reaksiyası zamanı əldə etmək olar. == Kimyəvi xassələri == Benzotriazol spirtlərdə, benzolda, toluolda, metanolda yaxşı, suda isə praktiki olaraq həll olunmur. Benzotriazol amfoter xüsusiyyətləri nümayiş etdirir. Benzotriazolun alkillləşməsi reaksiyası 1-ci vəziyyətdə baş verir, alkilləşmə agentinin həddin- dən artıq olması ilə 1,3-dialkilbenzotriazolun duzları alınır. Elektofil əvəzetmə 4 və ya 7 vəziyyətdə turş mühitdə baş verir. Perxlorat və kalium permanqanatla reaksiyası zamanı 1,2,3-triazol-4,5-dikarbon turşusu alınır. == Tətbiqi == Benzotriazol analitik kimyada kadmiyumu və nikeli təyin etmək üçün, mis (II), gümüş (I), sink (II), osmium (VIII) birləşmələrinin qravimetrik təyini zamanı və gümüşün titrimetrik təyin edilməsi üçün istifadə olunur. Sənayedə korroziya inhibitoru kimi istifadə olunur.
Benzotriflüorid
Benzotriflüorid [(triflüormetil)benzol, α,α,α-triflüortoluol]-rəngsiz mayedir;əksər üzvi həlledicilərdə yaxşı həll olur, 250C-də 100 q suda 0,045 q həll olur. == Kimyəvi xassələri == Temperatura, oksidləşdiricilərin təsirinə və qələvi məhlullarına qarşı davamlıdır. Triflüortsiklo-heksanadək hidrogenləşir. Qüvvətli turşuların təsirindən benzoy turşusuna qədər hidroliz olunur. Benzol həlqəsinin meta- vəziyyətində elektrofil əvəzetmə reaksiyasına daxil olur. == Alınması == Sənayedə benzotriflüorid susuz HF-un C6H5CCl3-ə təsirindən alırlar. == Tətbiqi == Benzotriflüorid dərman preparatlarının, pestisidlərin, boyaların, optiki ağardıcıların və s. istehsalında tətbiq edilir. == Mənbə == Бензотрифторид. Получение, свойства, применение, M., 1981.
Benzoy stiraksı
Benzoy stiraksı (lat. Styrax benzoin) - stiraks cinsinə aid bitki növü.
Benzoy turşusu
Benzoy turşusu C6H5COOH - ən sadə monokarbon aromatik turşudur. Asan sublimasiya olunan rənqsiz kristal maddədir. Suda çətin, üzvi həlledicilərdə (etanol, xloroform, dietilefiri) asan həll olur. Zəif turşudur. 1220C-də əriyir. == Tarixi == İlk dəfə XIV əsrdə benzoy qatranından sublimasiya yolu ilə alınıb. 1832-ci ildə alman kimyaçısı Libix tərəfindən benzoy turşusunun quruluşu müəyyənləşdirilmişdir. == Alınması == Laboratoriyada benzoy turşusu toluola güclü oksidləşdiricilərin(KmnO4, CrO3,HNO3) təsirindən alınır. Sənayedə, benzoy turşusu toluolun oksigen ilə katalitik oksidləşməsindən 130-150 0C temperaturda və 200-500 kПа təzyiq altında alınır. == Xassələri == Benzoy turşusu spirtlərlə mürəkkəb efirlər – benzoatlar əmələ gətirir.
Benzu
Benzu (isp. Benzú) - İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtariyyətinə tabe kiçik yaşayış məntəqəsi. Benzu Seuta şəhərinin özündən sonra Seuta Muxtariyyətinin ikinci ən böyük yaşayış məntəqəsi hesab olunur. 2011-ci ilin məlumatlarına əsasən 1.987 nəfər əhalisi vardır. Mərakeş ilə sərhəd bölgədə yerləşən Benzu şəhərindən Mərakeş ərazisinə düşən Jebel Musa dağlarını müşahidə etmək mümkündür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.38 dəfə / 1 mln.
2002 ••••• 3.43
2004 ••••• 3.71
2005 0.67
2006 ••• 2.03
2007 •• 1.48
2008 •••• 2.92
2009 •••••• 4.16
2010 •••••••• 6.17
2011 ••••••• 4.80
2012 ••••••• 4.90
2013 •••••••••••• 8.75
2014 •••••••••• 7.04
2015 •••• 2.89
2016 ••••••• 5.21
2017 •••••••••••••• 10.24
2018 •••••••••••••••••••• 15.58
2019 •••••••••••••••••••• 15.30
2020 ••••••••• 6.37

"benz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#benz nədir? #benz sözünün mənası #benz nə deməkdir? #benz sözünün izahı #benz sözünün yazılışı #benz necə yazılır? #benz sözünün düzgün yazılışı #benz leksik mənası #benz sözünün sinonimi #benz sözünün yaxın mənalı sözlər #benz sözünün əks mənası #benz sözünün etimologiyası #benz sözünün orfoqrafiyası #benz rusca #benz inglisça #benz fransızca #benz sözünün istifadəsi #sözlük