Berdi sözü azərbaycan dilində

Berdi

Yazılış

  • Berdi • 80.0000%
  • berdi • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Berdi Kerbabayev
Berdi Kerbabayev (15 (27) mart 1894 – 1974[…] və ya 23 iyul 1974, Aşqabad) — türkmən yazıçısı, dramaturqu. == Həyatı və fəaliyyəti == Berdi Muradoviç Kerbabayev 15 mart 1894-cü ildə Türkmənistanın Təcən rayonunun Qovgözərən kəndində anadan olmuşdur. O, təhsilini əvvəl mollaxanada, sonra mədrəsədə almışdır.Berdi Kerbabayev 1927-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olmuşdur. Lakin Leninqradın iqlimi onun səhhətinə mənfi təsir etdiyi üçün bir ildən sonra Türkmənistana qayıtmağa məcbur olmuşdur.Vətəninə qayıtdıqdan sonra Berdi Kerbabayev müxtəlif idarələrdə, redaksiyalarda işləmişdir.Berdi Kerbabayev ali təhsil ala bilməsə də, öz üzərində çalışmaqla, mütaliə yolu ilə savadını artıra bilmişdir.Berdi Kerbabayevin ilk əsəri 1923-cü ildə çap olunmuşdur. O, "Qızlar dünyası" (1927), "Adət Qurbanı" (1928), "Aylar" (1943), "Sehirli təpə" (1951) adlı poemaların, "Vətən məhəbbəti" (1941), "Qardaşlar" (1943), "Məxtimqulu" (1943) adlı pyeslərin, "Qurban Durdu" (1942), "Aysoltan (1949), "Qəti addım" (1940–1947), "Nebitdağ" (1957), "Qayğısız Atabəy" (1964) adlı povest və romanların müəllifidir. Berdi Kerbabayev 1948, 1954-cü illərdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O, 1951-ci ildə Türkmənistan Elmlər Akademiyasının akademiki seçilmiş, 1967-ci ildə Türkmənistanın xalq yazıçısı fəxri adı verilmişdir. Ona 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.Berdi Kerbabayev 23 iyul 1974-cü ildə Aşqabadda vəfat etmişdir. == Əsərləri == Aysoltan. (tərcümə edəni: Ş. Abasov).
Berdi qalası
Berdi qalası — Culfa rayonunun Qazançı kəndindən cənub-şərqdə tarixi-arxeoloji abidə. Ad qədim türk dillərində, eləcə də yakut türklərinin müasir dillərində "qala" mənasını daşıyır. Bu ad hazırda Azərbaycanın Bərdə şəhər, Berdi qala, Berd qala və Berdi bəy kimi türk sərkərdələrinin adlarında qalmaqdadır. Sözün birinci "börü" tərkibi həm qədim türk dillərində, həm də F.Rəşidəddinin "Oğuznamə" əsərində "qurd" mənasını daşıyır. Hər iki halda söz qədim türk sözü olub, "qala", "qurdlu dik" mənalarını daşıyır. Qala təbii qayanın üzərindədir. O, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalanın yalnız şərq tərəfində müdafiə divarının qalıqlarına rast gəlinmişdır. Onun mərkəzi hissəsində heyvan saxlamaq üçün kələk və dördkünc formalı yaşayış binalarının qalıqları durmaqdadır. Yaşayış binaları bir otaqlıdır.
Baqul Berdiyeva
Baqul Berdiyeva (18 may 1995) — Türkmənistanlı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkmənistanı təmsil edir. Baqul Berdiyeva İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Qurban Berdiyev
Qurban Bekiyeviç Berdiyev (türkm. Gurban Bekiýewiç Berdiýew; 25 avqust 1952-ci il, Aşqabad, Türkmənistan SSR, SSRİ) — sovet, Türkmənistan futbolçusu, müdafiəçi, yarımmüdafiəçi, Rusiya futbol məşqçisi. SSRİ idman ustası (1980). == İstinadlar == == Mənbə == Профиль Курбана Бердыева на официальном сайте ФК «Ростов». Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine // fc-rostov.ru Профиль Курбана Бердыева на официальном сайте ФК «Рубин». Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine // rubin-kazan.ru Профиль Курбана Бердыева, главного тренера ФК «Ростов» (Ростов-на-Дону). Статистика по турнирам, результаты матчей. // soccer.ru Андрей Анфиногентов и Евгений Дзичковский из Казани. Курбан Бердыев: «Успеть бы только завершить…» (часть 1). // sport-express.ru (5 ноября 2008 года) Андрей Анфиногентов и Евгений Дзичковский из Казани.
Qurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədov (türkm. Gurbanguly Mälikgulyýewiç Berdimuhamedow; 29 iyun 1957, Babarap[d], Türkmənistan SSR, SSRİ) — Türkmənistan Respublikasının Dövlət Xadimi, 2007-ci ildən etibarən Türkmənistan Respublikasının 2-ci Prezidenti (14 fevral 2007 – 19 mart 2022) . == Həyatı == 29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə Stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirmişdir. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlamışdır. 1990–1995 illər — Terpapevtik stomatologoya kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin dekanı. 1995–1997 illər — Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri. 1997-ci ildən etibarən — Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri. 2001-ci ildən etibarən — Türkmənistan Respublikası Nazirlər Komitəsinin sədrinin müavini. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.
Sərdar Berdiməhəmmədov
Sərdar Berdiməhəmmədov — (Serdar Gurbangulyýewiç Berdimuhamedow, Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov; 22 sentyabr 1981, Aşqabad, SSRİ) — 19 mart 2022-ci ildən bəri vəzifəsini icra edən Türkmənistan Respublikasının 3-cü Prezidenti və hazırkı prezidenti. Berdiməhəmmədov əvvəllər atası, prezident Qurbanqulu Berdiməhəmmədov hökumətində bir sıra digər vəzifələrdə çalışıb. 2021-ci ildə o, Türkmənistan Respublikası Nazirlər Kabinetinin bir neçə sədr müavinindən biri olub. Nə azad, nə də ədalətli sayılan Türkmənistan prezident seçkiləri 2022-ci ildə Türkmənistan Respublikasında keçirilən prezident seçkilərində səslərin 73 faizini qazanaraq atasının 15 illik avtoritar prezidentlik dövründə uğur qazanıb. == İlk karyera və təhsil == Serdar Berdiməhəmmədov 22 sentyabr 1981-ci ildə Aşqabadda anadan olub. 1987–1997-ci illərdə Aşqabad şəhər 43 saylı orta məktəbdə təhsil alıb. 1997–2001-ci illərdə Türkmənistan Kənd Təsərrüfatı Universitetində mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.2001-ci ilin iyul-noyabr aylarında Ərzaq Emalı Birliyinin Xarici İqtisadi Əlaqələr Müdirliyində çalışıb, sonra iki il müddətli həqiqi hərbi xidmət keçib. 2003–2008-ci illərdə yenidən Ərzaq Emalı Birliyində meyvə-tərəvəz şöbəsində və alkoqolsuz pivə və şərab şöbəsində işləyib.2008–2011-ci illərdə Berdiməhəmmədov Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq əlaqələr üzrə diplom qazanıb. Bu müddətdə o, həm də Türkmənistanın Moskvadakı səfirliyinə səfirlik müşaviri vəzifəsinə təyin olunub. 2011–2013-cü illərdə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb, Avropa və beynəlxalq təhlükəsizlik məsələləri üzrə aspirantura dərəcəsi qazanıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18
2015 ••••••••••••••••••• 0.17

Oxşar sözlər

#berdi nədir? #berdi sözünün mənası #berdi nə deməkdir? #berdi sözünün izahı #berdi sözünün yazılışı #berdi necə yazılır? #berdi sözünün düzgün yazılışı #berdi leksik mənası #berdi sözünün sinonimi #berdi sözünün yaxın mənalı sözlər #berdi sözünün əks mənası #berdi sözünün etimologiyası #berdi sözünün orfoqrafiyası #berdi rusca #berdi inglisça #berdi fransızca #berdi sözünün istifadəsi #sözlük