Zuğaşi Berepe
Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu. Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir.
Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib.
== Tarixi ==
Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi. 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı.
== Üzvləri ==
=== İlkin tərkibi ===
Mehmedali Barış Beşli - vokal
Kazım Koyuncu - akustik gitara, vokal
İlhan Karahan - elektrogitara
Metin Kalaç - bass-gitara
=== Digər üzvləri ===
Çingiz Eyvazov - zərb alətləri
Mahmut Turan - tulum
Zülküfil Murat Dilek - zərb alətləri
Cafer İsleyen - bass-gitara
Gürsoy Tanç - elektrogitara
Uğurcan Sezen - klaviş° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.
== Diskoqrafiya ==
=== Va Mişkunan (1995) ===
Avlaskani Cuneli
Golas Empula Yulun Yeşili Kamiyoni
Bozo
Bererttaşa
Va Mişkunan
Ernesto
Ben
Oxoşkva Do Oropa Şeni1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.
=== İgzas (1998) ===
Ma a Koçi Vore
Enel Hak
K3aperi Oropa
Ar Tilifoni
Ka Tun Mita Xendasoç
Anlat Bana
Dadişkimi
Sopez Gulur
İgzas1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.