Berl sözü azərbaycan dilində

Berl

Yazılış

  • Berl • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Milton Berl
Milton Berl (Tam adı Mendel Berlinqer ; 12 iyul 1908[…], Nyu-York, Nyu-York ştatı – 27 mart 2002[…], Los-Anceles, Kaliforniya) — Amerikalı komediyaçı və aktyor.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
1945 Berlin Qələbə Paradı
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi. 1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur.Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi. Zirehli kontingent isə Britaniya 7-ci Tank Diviziyası, Fransanın 1-ci Tank Diviziyası və ABŞ-nin 16-cı Mexanikləşdirilmiş Süvari Qrupu ilə təmsil olunurdu.
Acacia berlandieri
Acacia berlandieri (lat. Acacia berlandieri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia emoryana Benth.
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Almaniya Berlin Ürək Mərkəzi
Almaniya Berlin Ürək Mərkəzi (alm. Deutsches Herzzentrum Berlin‎ və ya qısaca: DHZB) — qeyri-kommersiya fondu kimi təşkil edilmişdir. Berlinin tibb və tədqiqat mərkəzidir. Mərkəz ürək-damar xəstəliklərinin müalicəsi sahəsində və həmçinin ürək və ağciyər transplantasiyası üzrə ixtisaslaşmışdır. == Ümumi məlumat == Bu mərkəzin ilk təməl daşı 1983-cü ildə qoyulmuş və ilk əməliyyat 1986-cı ilin aprel ayında keçirilmişdir. Hal-hazırda DHZB-də 3000-ə yaxın açıq ürək əməliyyatı və 2 000-dən artıq digər ürək əməliyyatları olunur. Bundan əlavə 100-ə yaxın ürək və agciyər transplantasiyası və 500-dən çox anadangəlmə ürək çatışmazlığının aradan qaldırılması üzrə əməliyyat keçirilir. Hər il mərkəzdən 8000 stasionar və 16000 ambulator xəstə keçir. 1 yanvar 2011-ci ilin statistikasına görə mərkəzdə 1700-dən çox ürək transplantasiyası edilib, onlardan 174-ü uşaqlarda transplantasiya olunub, və həmçinin 1668 süni ürək implantasiyası aparılıb, onlardan 135-i uşaqlara implantasiya olunub. Almaniya Berlin Ürək Mərkəzi ictimai qeyri-kommersiya fond xarakterli Vətəndaş Hüquqları Qürumudur (alm.
Apus berliozi
Apus berliozi (lat. Apus berliozi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Azad Berlin Universiteti
Azad Berlin Universiteti (alm. Freie Universität Berlin‎) — Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin və Avropanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir. == Tarixi == Azad Berlin Universiteti 4 dekabr 1948-ci ildə ABŞ müttəfiqləri və Berlin siyasətçilərinin dəstəyi ilə bir qrup tələbə və alim tərəfindən Humboldt Universitetində tələbələrin təqib edilməsinə cavab olaraq yaradılmışdır. Universiteti yaradan tələbə və müəllimlər siyasi təsirdən uzaq olan ali məktəbdə oxumaq və tədqiqat aparmaq istəyirdilər. ABŞ tərəfindən edilən səxavətli yardım nəticəsində Azad Berlin Universitetinin bir neçə yeni bina kompleksi, eləcə də Bencamin Franklin Universitet Xəstəxanası, Henri Ford binası, Mərkəzi Mühazirə zalı tikilir. Həmin dövrdən etibarən universitetin şüarı "Həqiqət, ədalət və azadlıqǃ"dır. 1968, 1990, 2007-ci illər Azad Berlin Universitetinin tarixində dönüş mərhələləri kimi yadda qalır. 1960-cı ildə universitetdə birlik və demokratiya uğrunda tələbə nümayişləri baş qaldırır. 1990 və 2000-ci illərdə Almaniyanın birləşməsindən sonra Azad Berlin Universitetində köklü dəyişikliklər baş verir. Universitetin fəaliyyəti genişlənir, fundamental təhsil islahatları aparılır, idarəetmə sistemi müasirləşdirilir.
Berlandiera
Berlandiera (lat. Berlandiera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Berlandiera betonicifolia (Hook.) Small Berlandiera humilis Small Berlandiera lyrata Benth. Berlandiera macrophylla (A.Gray) M.E.Jones Berlandiera monocephala (B.L.Turner) Pinkava Berlandiera pumila (Michx.) Nutt. Berlandiera subacaulis (Nutt.) Nutt.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], oxunuşu) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cu ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Berlin-Baku-Galeri
"Berlin-Baku-Galeri" — Berlində sərgi salonu. Bakıdakı "Qız qalası" rəsm qalereyasının Berlindəki filialıdır. Rəhbəri tanınmış rəssam İbrahim Əhraridir. Bu qalereya 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycan mədəniyyətinin təbliği baxımından qalereyanın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. == Sərgiləri == Burada bir çox Azərbaycan və alman rəssamının sərgisi keçirilmişdir.
Berlin-Roma-Tokio oxu
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte‎, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması. Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.
Berlin (vulkan)
Berlin vulkanı (ing. Berlin) — Antarktida ərazisində yerləşən vulkan. Massiv 3478 metr hündürlüyə malik olaraq 2 kraterdən ibarətdir. Lava axınlarının tərkibi andezit-bazaltdan ibarətdir. Püskürmə müşahidə edilməsə də, aktivlik mövcuddur.
Berlin Beynəlxalq Film Festivalı
Berlin Beynəlxalq Film Festivalı (alm. Internationale Filmfestspiele Berlin‎, Berlinale) — Almaniyada hər il Berlində keçirilən film festivalıdır. 1951-ci ildə Qərbi Berlində təşkil edilən festival, 1978-ci ildən bu yana hər fevral ayında keçirilir.Hər il təxminən 300.000 bilet satılıb və hər il 500.000 abituriyentlə hər illik film festivalının ən böyük ictimai iştirakına malikdir. Kinematik janrlarda bir çox hissədə 400-ə qədər film nümayiş etdirilir. Festivalın ən yaxşı mükafatları, "Qızıl Ayı" və bir neçə Gümüş Ayılar adlı iyirmi film çəkilib. 2001-ci ildən festival direktoru Dieter Kosslik olmuşdur. == Tarix == Berlin Beynəlxalq Film Festivalı, 1951-ci ildə Berlin şəhərində, film direktoru Dr. Alfred Bauyer tərəfindən 1976-cı ilə qədər davam edəcək bir mövqedə fəaliyyətə başladı. Alfred Hitçkok 6–17 iyun tarixləri arasında ilk festivalını açdı. Bauyer 1976-cı ildə rejissor Volf Donner tərəfindən müvəffəqiyyətə imza atdı.
Berlin Coğrafiya Cəmiyyəti
Berlin Coğrafiya Cəmiyyəti (alm. Gesellschaft für Erdkunde zu Berlin‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Dünyada ən qədim ikinci coğrafiya cəmiyyətidir. Mərkəzi ofisi Berlin şəhərinin Şteglits rayonunda yerləşir. == Tarixi == Cəmiyyətin əsası 20 aprel 1828-ci ildə Almaniyanın Berlin şəhərində qoyulmuşdur. Yaradıcıları Karl Ritter, Aleksandr fon Humboldt və başqaları idi. Cəmiyyətin ilk toplantısında, 7 iyun 1828-ci ildə 27 nəfər qatılmışdır. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Gənc alimlərə sponsorluq edir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Berlin Humboldt Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Berlin Olimpiya Stadionu
Berlin Olimpiya stadionu (alm. Olympiastadion) — Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən futbol və atletika stadionu. == Haqqında == 1934-cü ildə alman memarı Albert Şpeerin dizaynı əsasında stadionun əsası qoyulmuşdur . 1936-cı ildə Berlin olimpiya oyunlarına və 1974-cü ildə Dünya çempionatına ev sahibliyi edən stadionda 2006-cı ildə Dünya çempionatının finalı keçirilib. Herta Berlin stadionda ev oyunlarını keçirir və tutumu 74.064 nəfərdir 2004-cü ildə stadion müasirləşdirilmişdir. Yenilən stadionda ilk baş tutan oyun 1 avqust 2004-cü ildə Herta Berlin-Beşiktaş olub. 1985-ci ildən Almaniya kubokunun finalları bu stadionda keçirilir. Həmçinin stadion hər ili 6 Avropa şəhərinində keçirilən Dünya Qızıl Liqası atletika oyunlarının Berlin mərhələsinə ev sahibliyi edir.
Berlin Texniki Universiteti
Berlin Texniki Universiteti (alm. Technische Universität Berlin‎) — Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi == Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir. 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun əsası qoyulur. 4 il sonra İnstitutun adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin 1821-ci ildə yaradılmış Biznes Akademiyası, 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir. Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır. Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır. 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir. 1899-cu ildə alman imperatoru və Prussiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir.
Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Berlin Yəhudi Muzeyi
Berlin Yəhudi Muzeyi (alm. Jüdisches Museum Berlin‎) — Almaniyanın Berlin şəhərində iki min illik Alman yəhudilərinin xatirəsinə həsr olunmuş bir muzeydir. Muzey iki binadan ibarətdir. Birincisi, 18-ci əsrdə inşa edilən "Alman Kollegienhaus" adlı köhnə bir məhkəmə binasıdır. Digər bina muzey üçün xüsusi olaraq inşa edilmiş və Daniel Libeskind tərəfindən dekonstruktivizm üslubunda dizayn edilmiş yeni bir binadır. Berlin Yəhudi Muzeyi, Almaniyanın yenidən birləşdirilməsindən sonra Berlinin yenidən qurulması zamanı tamamlanmış ilk binalardan biridir. Muzey 2001-ci ildə rəsmi olaraq qapılarını ziyarətçilərin üzünə açdı. Berlində anadan olmuş Prinston Universitetində professor olan və Cimmi Karterin ABŞ Prezidenti olduğu dövrdə ABŞ Xəzinədarlıq Departamenti vəzifəsini icra edən Maykl Blumenthal 1997-ci ildən bəri muzeyin müdiridir. == Qalereya == == İstinadlar == == Əlavə mənbələr == Daniel Libeskind - Jüdisches Museum Berlin, by Elke Dorner. Berlin: Gebr.
Berlin böhranı
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948-1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik. Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir. == Böhran ərəfəsi == İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər: "Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir". 1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bunula yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra Qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B.Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
Berlin divarı
Berlin divarı (alm. Berliner Mauer‎) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi. == Erkən hadisələr == İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, Fransa və SSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqı və NATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür. Qərbi Berlinlə dövlət sərhədi rejiminin tətbiqinə və sərhəd istehkamlarının qurulmasına Varşava müqaviləsi üzv-ölkələrin tövsiyəsi ilə 1961-ci il avqustun 13-də başlanılmışdır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir. İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.
Berlin dövlət kitabxanası
Berlin dövlət kitabxanası (alm. Staatsbibliothek zu Berlin‎, tam adı — Berlin dövlət kitabxanası — Prussiya mədəni irsi (alm. Staatsbibliothek zu Berlin - Preußischer Kulturbesitz‎), əvvəllər Prussiya dövlət kitabxanası — alm. Preußische Staatsbibliothek‎) — alman dilində ən böyük elmi universal kitabxana, Prussiya Mədəni İrs Fondunun təşkilatlarından biridir. Kitabxana kolleksiyasında bütün tarixi dövrləri, bütün ölkələri və bütün dilləri əhatə edən elmi tədqiqatçıların ən mürəkkəb istəklərini təmin etmək üçün hazırlanan elmi ədəbiyyat mövcuddur. == Tarixi == Kitabxana 1661-ci ildə Brandenburqun seçicisi Fridrix Vilhelm tərəfindən təsis edilmişdir. 1701-ci ildə I Frederik Berlindəki Kral Kitabxanası adını verdi. Birinci Dünya Müharibəsinin sonunda Almaniyada monarxiya devrildikdən sonra kitabxana Prussiya Dövlət Kitabxanası olaraq tanındı. İkinci Dünya Müharibəsi dövründə o dövrdə üç milyona yaxın həcmli və təsirli xüsusi fondları özündə cəmləşdirən kitabxana fondları demək olar ki, tamamilə götürüldü və mina, monastır və qalalarda gizlədildi. 1945-ci ildə Almaniyanın bölünməsindən sonra Prussiya Dövlət Kitabxanasından iki qurum meydana gəldi: Şərqi Berlindəki Alman Dövlət Kitabxanası və Qərbi Berlindəki Prussiya Mədəni İrs Dövlət Kitabxanası.
Berlin döyüşü (1945)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Berlin döyüşü (II Dünya müharibəsi)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Berlin döyüşü (İkinci Dünya Müharibəsi)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2008 ••••••• 0.24
2010 •••••••••••• 0.45
2011 ••• 0.09

"berl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#berl nədir? #berl sözünün mənası #berl nə deməkdir? #berl sözünün izahı #berl sözünün yazılışı #berl necə yazılır? #berl sözünün düzgün yazılışı #berl leksik mənası #berl sözünün sinonimi #berl sözünün yaxın mənalı sözlər #berl sözünün əks mənası #berl sözünün etimologiyası #berl sözünün orfoqrafiyası #berl rusca #berl inglisça #berl fransızca #berl sözünün istifadəsi #sözlük