Berna sözü azərbaycan dilində

Berna

Yazılış

  • Berna • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Berna Gözbaşı
Berna Gözbaşı — Türk sənayeçi və idman meneceri. O, Kayseridə qurulan döşək istehsalçısı kimi fəaliyyət göstərən BRN Mattressin qurucusudur. Berna Gözbaşı sahibkarlıq və ixrac sahəsində bir çox mükafatlara layiq görülüb. 2019-cu ildə Kayserispor Futbol Klubunun prezidenti seçildi və Super Liqada ilk qadın idman klubu prezidenti oldu. == Bioqrafiyası == Berna Gözbaşı 1974-cü ildə Türkiyənin Çanaqqala vilayətinin Gelibolu şəhərində kiçik zabit ailəsində anadan olub. İzmirdə Dokuz Eylül Universitetində biznes idarəçiliyi fakültəsində təhsil alıb və 1996-cı ildə məzun olub. Onun iki qızı var. == Biznes karyerası == Gözbaşı peşəkar karyerasına Kayseridə yerləşən sink-qurğuşun metal sənayesi olan "Çinkır"da ixrac meneceri kimi başlayıb. 2001-2006-cı illər arasında o, Yaxın Şərq, Şərqi Afrika və Qərbi Afrikada ixrac biznesinə girən bir çox kiçik və orta müəssisəyə kömək etmişdir. 2006-cı ildə döşəklər və çarpayılar istehsalı üçün BRN Bed şirkətini qurdu.
Adolf Bernard Meyer
Adolf Bernard Meyer (alm. Adolf Bernard Meyer‎; 11 oktyabr 1840, Hamburq – 5 fevral 1911, Berlin) — alman antropoloqu, ortinoloqu və etimoloqudur. 1870-ci illərdə İndoneziya arxipelağında mühüm işlər görmüş, səyahətini bitirdikdən sonra Drezden muzeyində direktor çalışmışdır. 1884-cü ildə Yeni Qvineyada tapılmış nadir quş növü Meyer şərəfinə "Epimachus meyeri" adlandırılmışdır. == Əsərləri == Das Hemmungsnervensystem des Herzens. Berlin 1869. Abbildungen von Vogelskeletten (1879-95) Publikationen des königlichenethnographischen Museums zu Dresden (1881-1903) Album von Philippinentypen (1885-1904) The Birds of Celebes (1885) The Distribution of Negritos (1899) Studies of the Museum (of Natural History) and kindred Institutions of New York, etc.
Astragalus bernardinus
Astragalus bernardinus (lat. Astragalus bernardinus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Bernaba İncili
Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir.Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır.2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur. Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz. == Mətnin tarixi == Barnaba İncili haqqında ən qədim sənədlər Madriddə BNM MS 9653 kodlu mavr əlyazmasında tapılan və Tunisdə 1634-cü ildə İbrahim-Əl Təybili tərəfindən yazılan sənədlər qəbul edilir. Bibliyada Məhəmməd haqqında kəhanətdən bəhs edəndə o yazırdı: "Müqəddəs Barnaba İncili — harakı bir nəfər işıq tapa bilər." (isp. Y así mismo en Evangelio de San Bernabé, donde se hallará la luz) Bu ispan mətninə aid ilk qısa istinad — "De religione Mohamedica" Adrian Reland tərəfindən tapıldığı 1717-ci ildə bu İncilin ilk varıantı çap olunmuşdur. Daha sonra 1718-ci ildə irland deist Con Toland tərəfindən daha ətraflı və italyan dilində mətn tapılmışdır.
Bernadotlar sülaləsi
== Arxa plan == Fin Müharibəsinin ardınca 1809-cu ildə, İsveç əsrlər ərzində İsveç krallığının şərq yarısını təşkil etmiş olan Finlandiyanı itirdi. Kral IV Qustav Adolfa qarşı hiddət üsyanı sürətləndirdi. Qustav Adolf devrildi və onun dayısı XIII Karl kral elan edildi. Yeni kral sonsuz olduğundan, 1810-cu ildə Riksdaq, İsveç parlamenti Danimarka şahzadəsi Xristian Avqust Şlesviq-Holşteyn-Sonderburq-Avqustenburqu vəliəhd seçsə də o sonrakı il vəfat etdi. == Hakimiyyətə gəliş == Bu vaxtlar, İmperator Napoleon da Fransada kontinental Avropanın böyük hissəsini idarə edirdi və onun vassal krallıqlarının bəziləri onun qardaşları tərəfindən idarə edilirdi. Riksdaq Napoleonun bəyənəcəyi bir kral seçməyi qərara aldı. 21 avqust, 1810-cu ildə, Riksdaq Fransanın Marşalı Karl Jan Baptist Juls Bernadotu, İsveç taxt-tacına varis seçdi. == Hakimiyyət dövrü == O qəyyumluğa gələndə, 1813-cü ildə Napoleondan üz çevirdi və İsveç anti-Napoleon ittifaqına qoşuldu. 1814-cü ildə Napoleon Rusiyaya hücum edəndə o çar I Aleksandra söz verdi ki, Napoleonun müttəfiqi Danimarka-Norveç dövlətinə müharibə elan edəcək. Elə həmin ilin 14 Avqustunda İsveç ordusu Norveçi ələ keçirdi və Norveç İsveçə birləşdirildi.
Bernar Binlin Dadye
Bernar Binlin Dadye (d. 10 yanvar 1916 – 9 mart 2019[…], Abican) — Kotd’İvuar yazıçısı, şair, dramaturq, jurnalist, siyasətçi. == Həyatı == Fransız dilində yazır. Dakardakı məktəbdə təhsil almışdır. 1936–47-ci illərdə oradakı Qara Afrika Fransa İnstitunda işləmiş, demokratik mətbuat ilə əməkdaşlıq etmişdir; 1947-ci ildə vətəninə dönmüş, liberal ideyaları təbliğ etdiyinə görə həbs olunmuşdur (1950). == Fəaliyyəti == 1953-cü ildə Kot-d’İvuar Folklor cəmiyyətini təsis etmiş, şifahi rəvayət və əfsanələrin toplanması ilə məşğul olmuşdur [“Afrika əfsanələri”, (1954), “Qara sarğı” (1955) nağıllar kitabı]. Mədəniyyət naziri (1961–86) vəzifəsində fəaliyyəti və antimüstəmləkə pafosu ilə aşılanmış bədii yaradıcılığı ilə Afrika incəsənəti ənənələrinin qorunub saxlanmasına çalışmışdır: “Afrika necə varsa” (1950), “Günlər ötür” (1956) və s. şeir topluları; “Klembye” (1958), "Zənci Parisdə” (1959), “Nyu-Yorklu sahibkar” (1964) və s. roman-xronikaları; “Konqolu Beatriçe”, “Küləyin arasından keçən səslər” (hər ikisi 1970), “Fırtına adaları” (1973) pyesləri və s. “Dərimin qaralığı”, “Sən sən sahib” şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Bernar Buffe
Bernar Büffe (fr. Bernard Buffet; 10 iyul 1928[…], Parisin 9-cu rayonu, Sena[d] – 4 oktyabr 1999[…]) — fransız rəssamı. == Həyatı == Bernar Büffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion", "İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Büffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib. == İstinadlar == == Xarici keçidlər == Musee Bernard Buffet Artnet.com Portrait of Bernard Buffet by Reginald Gray. Paris 1963.
Bernar Dü Şafo
Bernar Dü Şafo (fr. Bernard Amaudric du Chaffaut; 17 noyabr 1942) — Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2006-2007) == Həyatı == 17 noyabr 1942-ci ildə anadan olmuşdur. Hüquqşünas dərəcəsi almışdır. Həmçinin Şərq dilləri Məktəbini rus, polyak dilləri üzrə bitirmişdir. Xarici İşlər Müşaviri (Şərq) yüksək dərəcəsini almışdır. 1969-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. 1970-1971-ci illərdə Varşavada səfirlik attaşesi, 1972-ci ildə həmin səfirlikdə üçüncü katib, 1972-1975-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında iqtisadiyyat və maliyyə məsələləri üzrə işləmiş, 1975-1977-ci illərdə Vaşinqton Səfirliyində ikinci katib, 1977-1978-ci illərdə həmin səfirlikdə birinci katib, 1978-1980-cı illərdə Dövlət Katibi Kabinetində texniki məsələlər müşaviri çalışmışdır. 1980-1985-ci illərdə Elf Akiten dövlət şirkətinin Beynəlxalq əlaqələr şöbəsində fəaliyyət göstərmiş və 1986-1993-cü illərdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri işləmişdir. 1993-1994-cü illərdə Fransa XİN Mərkəzi Aparatda idarə rəisi yanında missiya rəhbəri (Afrika və Madaqaskar işləri üzrə), 1994-1999-cu illərdə Qərbi Afrika İdarəsində direktor müavini, 1999-2003-cü illərdə Ranqunda fövqəladə və səlahiyyətli səfir, 2003-cü ilin sentyabrından Fransa XİN Mərkəzi Aparatda, 2003-cü ilin sentyabr-oktyabr aylarında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında fransız nümayəndə heyətinin Baş katibi, 2004-cü ildə Fransa XİN Şarm əl Şeyx aeroportundakı qəzanın araşdırılması üzrə koordinator, 2005-ci ilin yanvarından Fransa XİN Cənubi Asiyada sunamidən zərər çəkmiş dövlətlərə fransız yardımı üzrə nazirliklərarası missiyanın üzvü çalışmışdır. 2006-cı ildə Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Bernar Fasye
Bernar Fasye — Fransa diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Bernar Kaye
Bernar Kaye (fr. Bernard Cahier; 20 İyun 1927, Marsel, Fransa – 10 İyul 2008, Evian-le-Ben, Fransa) — Fransız Formula-1 fotojurnalisti. == Bioqrafiya == Bernar Kaye 1927-ci ildə Marseldə hərbçi ailəsində anadan olmuşdur. 17 yaşında İkinci Dünya Müharibəsində Bretan uğrunda döyüşlərdə iştirak etmişdir. Daha sonra o, general Filipp Leklerkin 2-ci zirehli tank diviziyasında Qərbi Fransa və Cənubi Almaniyanın azad edilməsində iştirak etmiş, bundan sonra daha bir il Kamerunda fransız koloniyasında olmuşdur. Müharibədən sonra Kaye Kaliforniya Los-Anceles Universitetində təhsilini davam etdirir. Burada o, gələcək həyat yoldaşı olacaq Coan Aldayk ilə tanış olur. Həmçinin, Kaye ABŞ-də Avropa maşınlarının ən böyük salonlarından biri olan Roger Barlow's International Motors-da işə başlayır. Burada o, F1-in gələcək ulduzları Fil Hill və Riçi Ginterlə tanış olur. Bernar, həmçinin, Barlounun verdiyi MG-də yarışlarda da iştirak edir.
Bernard Medoff
Bernard Medoff (29 aprel 1938, Kuins, Nyu-York və ya Nyu-York, Nyu-York ştatı – 14 aprel 2021) – "əsrin fırıldaqçısı" 29 iyun 2009-cu ildə Nyu-York məhkəməsi "əsrin fırıldaqçısı" adını qazanmış Bernard Medoffa hökm oxuyub. "Əsrin maliyyə piramidası"nın qurucusuna nə az, nə çox- 150 illlik həbsxana cəzası kəsilib! "Nasdaq" adlı keçmiş fond birjasının sahibi olan B.Medoff tarixdə ən böyük məbləğdə- 64,8 milyard dollarlıq maliyyə piramidasını qurmuşdu. Medoffun vəkilləri onun yaşını (71) nəzərə alaraq, hakimdən 12 illlik cəza istəsələr də, məhkəmə maksimal cəza müddəti kəsib. Qeyd edək ki, Medoffa qarşı 11 maddə üzrə, o cümlədən qiymətli kağızlarla maxinasiyalar, çirkli pulların yuyulması, fırıldaqçılıq və yalançı şahidlik üzrə ittihamlar irəli sürülmüşdü. İttihama görə, B.Medoff şüurlu şəkildə ayrı-ayrı fiziki şəxsləri, kompaniyaları, bankları, sosial və təqaüd fondlarını illik 46 faiz təmiz gəlir vəd etməklə öz piramidasına cəlb edib. Bundan əlavə, fırıldaqçı milyarder işə əsasən onun biznesinin mahiyyətini anlamayan təcrübəsiz şəxsləri götürürmüş. Qeyd edək ki, aldadılan şirkətlər arasında dünya şöhrətli kompaniyalar da var. Bunlara misal olaraq, HSBS, BNP Paribas, Credit Agricole, UniCredit, Nomura, Royal Bank of Scotland kimi bankları göstərmək olar.
Bernard Monqtomeri
Bernard Lou Montqomeri (ing. The Viscount Montgomery of Alamein; 17 noyabr 1887[…] – 24 mart 1976[…], Olton[d], Hempşir qraflığı[d]) — ingilis feldmarşalı. == İlk illəri == Bernard Montqomeri 1887-ci ildə Londonda, Kenningtonda doğulub. Bir Anqlo-İrlandiya Anqlikan rahibi olan Atası Henri Montqomery və həyat yoldaşı Maudun (qızlıq soyadı Farrar) doqquz uşağının dördüncüsü idi. 1901-ci ildə, Yepiskop Montgomery İncili Yaymaq Cəmiyyəti katibi oldu və ailəsi Londona döndü. Montqomery St. Paul Məktəbinə getdi. Bir leytenant olaraq sentyabr 1908-ci ildə 1. Tabur Kral Warwickshire Alayına qatıldı və ilk dəfə İngilis Hindistan'ında o il xidmət etdi. 1910-ci ildə teğmenliğe qalxma etdi.
Bernard Montqomeri
Bernard Lou Montqomeri (ing. The Viscount Montgomery of Alamein; 17 noyabr 1887[…] – 24 mart 1976[…], Olton[d], Hempşir qraflığı[d]) — ingilis feldmarşalı. == İlk illəri == Bernard Montqomeri 1887-ci ildə Londonda, Kenningtonda doğulub. Bir Anqlo-İrlandiya Anqlikan rahibi olan Atası Henri Montqomery və həyat yoldaşı Maudun (qızlıq soyadı Farrar) doqquz uşağının dördüncüsü idi. 1901-ci ildə, Yepiskop Montgomery İncili Yaymaq Cəmiyyəti katibi oldu və ailəsi Londona döndü. Montqomery St. Paul Məktəbinə getdi. Bir leytenant olaraq sentyabr 1908-ci ildə 1. Tabur Kral Warwickshire Alayına qatıldı və ilk dəfə İngilis Hindistan'ında o il xidmət etdi. 1910-ci ildə teğmenliğe qalxma etdi.
Bernard Xarms mükafatı
Bernard Harms mükafatı və medalı (alm. Bernhard-Harms-Preis und Medaille‎) — beynəlxalq iqtisadi mükafatlar. Mükafat hər 2 ildən bir Kiel Dünya İqtisadiyyatı İnstitutu (Almaniya) tərəfindən beynəlxalq iqtisadiyyat nəzəriyyəsinin inkişafına və dünya iqtisadi əlaqələrinin təkmilləşdirilməsinə mühüm töhfə vermiş alimlərə verilir. Mükafat ilk dəfə 1964-cü ildə institutun yaradılmasının 50 illiyi münasibətilə verilib. Mükafatın məbləği 25.000 € təşkil edir. Medal qeyri-müntəzəm olaraq institutun yaradıcısı Bernard Harmsın ənənəsinə uyğun olaraq institutun tədqiqat işinə töhfə vermiş iqtisadçılara verilir.
Bernard Şou
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist - ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar). == Həyatı == İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi.
Bernardino Antonio Qomes
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 29 oktyabr 1768 – 13 yanvar 1823, Lissabon) — Portuqaliyalı həkim, kimyaçı, botanik və parazitoloq. == Bəzi elmi əsərləri == Gomes, B.A. Memoria sobre a ipecacuanha fuca do Brasil. — Lisboa, 1801. — 33 p. Gomes, B.A. Observationes botanico-medicae de nonnullis Brasiliae plantis. — Liboa/Olisipone, 1803. Gomes, B.A. Memoria sobre a canella do Rio de Janeiro offerecida. — Rio de Janeiro, 1809. — 51 p.
Bernardino Antonio Qomes (kiçik)
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 1806 — 1877) — Portuqaliya botaniki və həkim. == Əsərləri == Bernardino António Gomes, A. Р. Cardoso. 1835. Exame da Agua Sulfurea do Arsenal da Marinha. 1857. Noticia da Vida e Trabalhos Scientificos do Medico Bernardino António Gomes.
Bernardino Luini
Bernardino Luini (ən tezi 1481 və ən geci 1482 – 1532, Milan) — Yüksək İntibah dövrünün şimali İtaliya rəssamı, Leonardo da Vinçinin tələbəsi və epiqonu, ən tanınmış leonardesklərdən biridir. Onun bir çox əsərələrini Leonardonun fırçası kimi qələmə verirdilər. Yerli mənbələrə əsasən, Luini çox məhsuldar rəssam olmuş, çoxsaylı freska və əsərlər yaratmışdır. Belə bir nəticəyə gəlmək olar ki, sənətkar durmadan tərəqqi edən emalatxananın rəhbəri olmuşdur.
Bernardisa Yuretiç
Bernardica Yuretiç (xorv. Bernardica Juretić; 18 avqust 1963) — xorvatiyalı psixoloq, humanitar fəal, Tihomir Orešković Kabinetinin Sosial Siyasət və Gənclər naziridir. == Erkən həyat və təhsil == 1863-cü il avqustun 18-də Omis yaxınlığında Sriyanenin kiçik Dalmat kəndində anadan olmuşdur. 1978-ci ildə doğma yurdunda ibtidai məktəbi bitirmişdir. Mayın 23-də, 1982-ci ildə Dubrovnik şəhərində məzun olduğu tibb məktəbinə daxil oldu. 1984-cü ildə, 21 yaşında, İtalyan Ancelle Della Carita'ya qoşularaq keşiş oldu. 1990-cı ildə, 27 yaşında , nəhayət, narkomanlara qarşı qayğı ilə bağlı digər öhdəliklər səbəbindən buranı tərk etdi. 1988-ci ildə məzun olduğu Roma Antik Universitetində təhsilini davam etdirdi; psixologiya mövzusunda "Frankın loqoterapi işığında insan əzabının məqsədi" mövzusunda dissertasiya müdafiə etdi. 1990-cı ildə həmin universitetdə magistr dərəcəsi alıb, "Psixoloji baxımdan AİDS olan insanlar" mövzusunda elmi işi müdafiə etmişdir.1995-ci ildə doktorluq proqramına daxil oldu. == Fəaliyyəti == 1984-1986-ci illərdə Freyunq (Almaniya) şəhərinin Bavariya vilayətində "qocalar evində" tibb bacısı kimi çalışıb.
Bernardo Alvarado Monson
Bernardo Alvarado Monson (isp. Bernardo Alvarado Monzón; 8 noyabr 1925, Qvatemala – 26 sentyabr 1972, Qvatemala) — Qvatemala kommunist hərəkatı xadimi. == Həyatı == Bernardo Alvarado Monson 8 noyabr 1925-ci ildə Qvatemala şəhərində anadan olmmuşdur. O, 1949-cu ildə Qvatemala Əmək Partiyası (QƏP) Mərkəzi Komitəsi və QƏP MK Siyasi Komissiyasının üzvü seçilmişdir. Alvarado Monson 1949–1954-cü illərdə QƏP MK-nın katibi olmuşdur. O, 1954-cü ildə QƏP MK-nın Baş katibi seçilmişdir. Alvarado Monson dəfələrlə həbsə alınmış və xaricə sürgün edilmişdir. O, Qvatemalaya qayıtdıqdan sonra 1972-ci ildə həbs olunmuş və öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия. — М.: Советская энциклопедия.
Bernardo Bertaluççi
Bernardo Bertoluççi (it. Bernardo Bertolucci; 16 mart 1941[…], Parma, Emiliya-Romanya – 26 noyabr 2018, Roma) — İtaliya kinorejissoru, dramaturqu və şairi. 1960-cı illərdə Jan-Lyuk Qodarın və Pyer Paolo Pazolininin davamçısı olmuşdur. Kommunizm və freydizmlə maraqlanmışdır. Öz filmlərində sosial olanla intim olanları incə bir şəkildə əlaqələndirmişdir. Filmlərinin bir çoxunda insan seksuallığının tabu sayılan formalarına — insestə, triolizmə, homoseksuallığa müraciət etmişdir. Bir qayda olaraq bütün filmlərinin operatoru italyan kino tənqidçilərinin "işıq-kölgə tanrısı" adlandırdığı Vittorio Storarodur. "Konformist" (1970) və "Parisdə sonuncu tanqo" (1972) filmlərinin triumfal uğurundan sonra İtaliya sərhədlərindən kənarda, o cümlədən buddist Şərqdə işləmişdir və özünü "skeptik həvəskar-buddist" adlandırmışdır. == Həyatı == Bernardo Bertaluççi İtalyanın Parma şəhərində, Attilio Bertoluççinin ailəsində dünyaya gəlmişdir. Bertoluççi incəsənətlə sıx əlaqələri olan ailədə doğulmuşdur.
Bernardo Bertoluççi
Bernardo Bertoluççi (it. Bernardo Bertolucci; 16 mart 1941[…], Parma, Emiliya-Romanya – 26 noyabr 2018, Roma) — İtaliya kinorejissoru, dramaturqu və şairi. 1960-cı illərdə Jan-Lyuk Qodarın və Pyer Paolo Pazolininin davamçısı olmuşdur. Kommunizm və freydizmlə maraqlanmışdır. Öz filmlərində sosial olanla intim olanları incə bir şəkildə əlaqələndirmişdir. Filmlərinin bir çoxunda insan seksuallığının tabu sayılan formalarına — insestə, triolizmə, homoseksuallığa müraciət etmişdir. Bir qayda olaraq bütün filmlərinin operatoru italyan kino tənqidçilərinin "işıq-kölgə tanrısı" adlandırdığı Vittorio Storarodur. "Konformist" (1970) və "Parisdə sonuncu tanqo" (1972) filmlərinin triumfal uğurundan sonra İtaliya sərhədlərindən kənarda, o cümlədən buddist Şərqdə işləmişdir və özünü "skeptik həvəskar-buddist" adlandırmışdır. == Həyatı == Bernardo Bertaluççi İtalyanın Parma şəhərində, Attilio Bertoluççinin ailəsində dünyaya gəlmişdir. Bertoluççi incəsənətlə sıx əlaqələri olan ailədə doğulmuşdur.
Bernardo Daddi
Bernardo Daddi (1290, Florensiya - 1348, Florensiya) - İtalyan rəssam. Cottonun şagirdi olmuşdur və sienalı sənətçi Pietro Lorenzettidən təsirlənmişdir. == Həyatı == İş üslubunda həm Cottonun, həm də Pietro Lorenzettinin təsirləri müşahidə olunur. Daddinin əsas yaradıcılığı 1328-1348-ci illərinə təsadüf etmişdir. İnsan bədənini incəliklə təsvir etmək qabiliyyətinə sahib olmuşdur. Daddinin Oqnissanti kilsəsi üçün 1328-ci ildə tamamladığı triptik (hazırda Florensiyada, Uffizi qalereyasında sərgilənir) əsər onun ən məşhur rəsm əsəridir. Həmçinin Avropa, ABŞ-də sərgilənən bir çox rəsm əsəri mövcuddur.
Bernardo Silva
Bernardo Mota Veyqa de Karvalyo e Silva (10 avqust 1994, Lissabon) — Portuqaliyalı futbolçu. İngiltərənin Mançester Siti klubunda və Portuqaliya milli futbol komandasının yarımmüdafiəçisi. 1 iyul 2017-ci ildən Premyer liqa təmsilçilərindən olan Mançester Siti klubunda çıxış edəcək. == Klub karyerası == === Benfika === Silva Benfika akademiyasının yetirməsidir. Silva klub ilə birlikdə 2013-cü ildə 2012–13 Portuqaliya Gənclər Çempionatının qalibi olmuşdur. O, Benfika B ilə debütünü 10 avqust 2013-cü ildə (1-ci oyun günü) 2013–14 Sequnda Liqasında Trofense klubuna qarşı oyunda etmişdir.Silva Benfika klubu ilə debütünü 19 oktyabr 2013-cü ildə 19 yaşı olarkən 2013–14 Portuqaliya Kubokunun üçüncü mərhələsində Kampeonata de Portuqal təmsilçilərindən olan Desportivo de Kinfaeş klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə meydana daxil olmuş və komandası 1–0 hesabı ilə qalib gəlmişdir. O, Benfika B-dəki yaxşı performansına görə 2013–14 Sequnda Liqa mövsümündə İlin Tapıntısı mükafatına layiq görülmüşdür. O, 2013–14 mövsümündə Benfika klubu ilə daxili trebl-qələbənin şahidi olmuşdur. Bernardo Silva heç vaxt Benfikaya olan məhəbbətini sosial mediada və ya müsahibəsində əks etdirməmişdir.
Bernat Desklot
Bernat Desklot (kat. Bernat Desclot; 1240, güm. Kastelnu[d] – 1280) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür. Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.
Bernat Lomero

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2009 •••••••••••••• 0.48
2010 ••••• 0.18
2011 •••••••• 0.26
2012 •••••••••••• 0.43
2013 •••••••••••••••••••• 0.73
2014 ••••••••••••••••••• 0.69

Oxşar sözlər

#berna nədir? #berna sözünün mənası #berna nə deməkdir? #berna sözünün izahı #berna sözünün yazılışı #berna necə yazılır? #berna sözünün düzgün yazılışı #berna leksik mənası #berna sözünün sinonimi #berna sözünün yaxın mənalı sözlər #berna sözünün əks mənası #berna sözünün etimologiyası #berna sözünün orfoqrafiyası #berna rusca #berna inglisça #berna fransızca #berna sözünün istifadəsi #sözlük