Bernad sözü azərbaycan dilində

Bernad

Yazılış

  • Bernad • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bernadotlar sülaləsi
== Arxa plan == Fin Müharibəsinin ardınca 1809-cu ildə, İsveç əsrlər ərzində İsveç krallığının şərq yarısını təşkil etmiş olan Finlandiyanı itirdi. Kral IV Qustav Adolfa qarşı hiddət üsyanı sürətləndirdi. Qustav Adolf devrildi və onun dayısı XIII Karl kral elan edildi. Yeni kral sonsuz olduğundan, 1810-cu ildə Riksdaq, İsveç parlamenti Danimarka şahzadəsi Xristian Avqust Şlesviq-Holşteyn-Sonderburq-Avqustenburqu vəliəhd seçsə də o sonrakı il vəfat etdi. == Hakimiyyətə gəliş == Bu vaxtlar, İmperator Napoleon da Fransada kontinental Avropanın böyük hissəsini idarə edirdi və onun vassal krallıqlarının bəziləri onun qardaşları tərəfindən idarə edilirdi. Riksdaq Napoleonun bəyənəcəyi bir kral seçməyi qərara aldı. 21 avqust, 1810-cu ildə, Riksdaq Fransanın Marşalı Karl Jan Baptist Juls Bernadotu, İsveç taxt-tacına varis seçdi. == Hakimiyyət dövrü == O qəyyumluğa gələndə, 1813-cü ildə Napoleondan üz çevirdi və İsveç anti-Napoleon ittifaqına qoşuldu. 1814-cü ildə Napoleon Rusiyaya hücum edəndə o çar I Aleksandra söz verdi ki, Napoleonun müttəfiqi Danimarka-Norveç dövlətinə müharibə elan edəcək. Elə həmin ilin 14 Avqustunda İsveç ordusu Norveçi ələ keçirdi və Norveç İsveçə birləşdirildi.
Erik Qustav Bernadot
Şahzadə Erik 20 aprel 1889-cu ildə Stokholmda anadan olmuşdu. Epilepsiyadan əziyyət çəkən Erik öz qəsrində insanlardan uzaqda yaşayırdı. Hər iki həftədən bir paytaxta getməyinə icazə verilsə də ailəsi belə onu ziyarət etmirdi. 1917-ci ildə o bu cür tərkidünya həyatı istəmədiyini və şəhərə yaxın yaşamaq istədiyini demişdi və buna görə də onu şəhərə daha yaxın saraya aparmışdılar. Sonrakı il ölən Erik üçün qardaşları təəssüf hissi keçirsə onun bu mənasız həyatı yaşamaqdansa ölməsinin daha yaxşı olduğunu demişdilər.
Eugen Bernadot
Şahzadə Eugen Bernadot qardaşlarının əksinə olaraq heç vaxt evlənməyib. 1865-ci ildə Stokholmda doğulan Eugen əsasən incəsənətə bağlı biri idi. Oslo Universitetini bitirən şahzadə İtaliya, Misir, Suriya və Osmanlı İmperiyasını gəzmişdi. 1947-ci ildə vəfat edən şahzadənin evi indi muzeydir.
Karl Bernadot
Karl Vilhelm (27 fevral 1861, Arvfyurstens-palats[d], Stokholm – 24 oktyabr 1951, Stokholm) — İsveç və Norveç şahzadəsi. == Həyatı == 1861-ci ildə Stokholmda doğulmuşdu. II Oskarın üçüncü oğlu idi. 1897-ci ilin mayında Danimarka şahzadəsi İnqeborq Oldenburqla evləndirilən Karlın buna baxmayaraq dörd övladı olmuşdu. Qızlarının hər üçü sırası ilə Danimarka, Norveç və Belçika kraliçaları olmuşdu. 1905-ci ildə VII Haakonun yerinə Norveç kral namizədi olmaq istəsə də atası buna imkan vermədi və üsyan kimi dəyərləndirəcəyini dedi. Özü kral ola bilməsə də qızı VII Haakonun oğlu ilə evləndi və indiki Norveç kralı olan V Harald onun nəvəsidir. Ən uzun ömürlü şahzadələrdən olan Karl 90 yaşında Stokholmda vəfat etdi.
Karl Fridrix Bernadot
Karl Fridrix Bernadot 1911-ci ildə Stokholmda doğulmuşdu. Karl Bernadotun tək oğlu idi. 1937-ci ildə rəiyyətdən biri ilə evləndiyinə görə o da öz şahzadəlik titulunu itirdi. Lakin o Lüksemburqdan Vizborq qrafı yox qaynı Belçika kralı III Leopolddan Bernadot qrafı titulunu aldı. Üç dəfə evlənsə də cəmi bir qızı oldu. 2003-cü ilin iyun ayında İspaniyada vəfat etdi.
Karl Oskar Bernadot
Karl Oskar Bernadot (14 dekabr 1852, Stokholm kral sarayı[d], Stokholm leni[d] – 13 mart 1854, Stokholm kral sarayı[d], Stokholm leni[d]) — İsveç şahzadəsi. == Həyatı == Karl Oskar Bernadot 14 dekabr 1852-ci ildə Stokholmda doğulmuş İsveç şahzadəsidir. O XV Karlın tək oğlu idi. Kiçik yaşda pnevmoniyadan öldü.
Karl İohann Bernadot
Karl İohann — İsveç aristokratı. == Həyatı == Karl İohann 1916-cı ildə Stokholmda doğulmuşdur. 30 il sonra o da digər qardaşları kimi rəiyyətdən biri ilə evləndiyi üçün bütün titullarını itirmişdi. Qardaşı kimi Vizborq qrafı olmuşdu. 2012-ci ildə vəfat etdi.
Macropus bernadus
Dağlıq kenqurusu (lat. Macropus bernadus) — kenquru cinsinə aid heyvan növü.
Nikolaus Avqust Bernadot
Nikolaus Avqust 1831-ci il 24 avqustda 3 qardaşın ən kiçiyi olaraq Stokholmda dünyaya göz açdı. 1849-1853-cü illər arsında Uppsala Universitetində təhsil aldı. 1851-ci ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü oldu. 16 aprel 1864 tarixində alman əsilzadəsi Tereza Sakse-Altenburqla Altenburqda evlənən Avqust ömrü boyu övlad sahibi olmadı. Zehni olaraq problemləri olduğu və qatarlara olan marağına görə ona "qatardan da axmaq" deyirdilər. Avqust ayında 41 yaşında pnevmoniyadan öldü.
Qustav Adolf Bernadot
Qustav Adolf Bernadot - 22 aprel 1906-ci ildə anadan olmuşdu və indiki kral XVI Karl Qustavın atasıdır. 1940-cı illərdə Leytenant-Polkovnik olan Qustav İkinci dünya müharibəsi vaxtı Almaniyada İsveçin rəsmi nümayəndəsi idi. O İngiltərə şahzadəsi Sibilla Sakse-Koburq-Qota ilə evlənmişdi. Bütün övladları yaşayır. Özü isə Kopenhagendə təyyarə qəzasında vəfat etdi.
Qustav Oskar Bernadot
Şahzadə Qustav (15 iyun 1827-ci ildə doğulmuş, 24 sentyabr 1852-ci ildə vəfat etmiş) — İsveç-Norveç şahzadəsidir. Qardaşı XV Karldan bir yaş kiçik idi. == Həyatı == 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü elan olunmuşdu. Qardaşı ilə birlikdə Uppsala Universitetini bitirmişdi. O təhsilli bəstəkar və musiqiçi olaraq bilinirdi. Onun bəstələdiyi Studentsången (Tələbə mahnısı) və Vårsång (Bahar mahnısı) hələ də İsveçin ən məşhur musiqilərindəndir. Onun 50-dən çox bəstələdiyi marş, romans və mahnıları qorunub saxlanıb. 1852-ci ildə qarın yatalağından vəfat etdi. == Əsərləri == === Piano üçün === Till Andra livgardet, 1843 Marsch till Livregementets dragoner, 1843 Dragonmarschen, 1843 Eugeniavals, 1844 Polka , 1844 Tullgarnsgalopp, 1844 Sorgmarsch, 1844 Till Andra livgrenadjärregementet, 1846 Debardeurmarsch, 1847. Militärrast, 1848.
Siqvard Bernadot
Siqvard Bernadot 7 iyun 1907-ci ildə anadan olmuş İsveç şahzadəsi idi. VI Qustavın oğlu olsa da 1934-cü ildə rəiyyətdən biri ilə evləndiyi üçün şahzadəlik titulunu itirdi və Lüksemburq Böyük Hersoqinyası Şarlotta tərəfindən Vizborq qrafı titulunu aldı. O sənaye dizayneri idi. 1983-cü ildə Tidningarnas Telegrambyrå qəzetinə şahzadəlik titulunu geri almaq barədə fikrini bildirsə də XVI Karl Qustav heç vaxt ona titulu vermədi. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə baş vursa da, müvəffəqiyyətsiz oldu. 3 evliliyindən tək övladı oldu. Kraliça Viktoriyanın yaşayan ən böyük nəvəsi hesab olunurdu. Onun bu rekordunu qardaşı qırdı.
Vilhelm Bernadot
17 iyun 1884 tarixində anadan olan Södermanland hersoqu Vilhelm Bernadot V Qustavın ikinci oğlu idi. 1914-cü ildə dənizçilik məktəbindən məzun olan Vilhelm babası tərəfindən Norveç Aslanı Ordeni ilə təltif edilmişdi. == Evlilik, ailəsi və ölümü == 1907-ci ilin 25 oktyabrında II Oskar çar II Nikolaya öz nəvəsini onun qardaşı qızı ilə evləndirmək istəyini məktubla bildirdi. 3 may 1908-ci ildə Peterburqda evlənən Vilhelm 1914-cü ildə boşandı. Həyat yoldaşı Mariya Pavlovna ərinin homoseksual olduğunu deyirdi. Onun tək oğlu Lennart Bernadot idi. Bu ildən sonra Vilhelm sevgilisi Janna Tramkurtla yaşamağa başladı. 1952-ci ildə avtomobil qəzasında Jannanın ölməsi Vilhelmə pis təsir etdi. 1965-ci ildə infarktdan vəfat etdi. == Kitabları == Indisk erotik 1912 Torpedchapparnas visa 1912 Där solen lyser 1913 Jagarevisa 1913 Vet du...?

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#bernad nədir? #bernad sözünün mənası #bernad nə deməkdir? #bernad sözünün izahı #bernad sözünün yazılışı #bernad necə yazılır? #bernad sözünün düzgün yazılışı #bernad leksik mənası #bernad sözünün sinonimi #bernad sözünün yaxın mənalı sözlər #bernad sözünün əks mənası #bernad sözünün etimologiyası #bernad sözünün orfoqrafiyası #bernad rusca #bernad inglisça #bernad fransızca #bernad sözünün istifadəsi #sözlük