Berq sözü azərbaycan dilində

Berq

Yazılış

  • Berq • 98.3607%
  • berq • 1.6393%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alban Berq
Alban Berq (alm. Alban Maria Johannes Berg‎, 9 fevral 1885[…], Vyana – 24 dekabr 1935[…], Vyana)—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu == Həyatı == Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi. 1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı. Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.
Berq boğazı
Berq boğazı — Aral dənizindəki keçmiş boğaz, Şimali Aral dənizi (Kiçik Aral) və Cənubi Aral dənizi ilə (Böyük Aral) birləşdirir. Əvvəllər Kokaral adasının şərq tərəfini qurudan ayırırdı. Boğazın ərazisində Sırdərya çayı Şimali Arala tökülür. Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşir. Aral dənizinin öyrənilməsində böyük töhfə verən hidroloq Lev Berqin adını daşıyır. == Tarix == Aral dənizinin səviyyəsində azalma başlamazdan əvvəl eni 45 km-ə qədər və orta dərinliyi 13 m təşkil edirdi. 1968-1969-cu illərdə Auzı-Kokaral boğazının yoxa çıxmasından sonra Kiçik Aral dənizi ilə Böyük Aral dənizini birləşdirən yeganə boğaz olur. 1970-80-ci illərdə kəskin şəkildə dayazlaşır. Boğaz Aralsk və Muynak limanları arasında gəmiçilik üçün əhəmiyyətli olduğundan, gəmilərin keçməsini təmin etmək üçün 1981-dən 1990-a qədər dərinləşdirmə işləri aparılmışdır. Ancaq suyun səviyyəsindəki eniş davam edir.
Berq hersoqluğu
Berq hersoqluğu — Almaniyanın indiki Reyn vilayətində yerləşən tarixi dövlət idi - əvvəlcə bir qraflıq, daha sonra hersoqluq olmuşdu. Paytaxtı Düsseldorf idi. 12-ci əsrin əvvəllərindən 19-cu əsrə qədər müstəqil bir siyasi qurum kimi mövcud olmuşdur.
Berq çömçəxulu
Berq çömçəxulu (lat. Benthophilus leobergius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzər dənizinin endenik canılısdır. Xəzər dənizinin bütün hövzəsi boyunca yayılmışdır. Bircə dənizin daxili Volqa çayının aşağı axarları istisnadır. Səfidrud çayı və Oğurca adası ətrafında müşahidə edilirlər. Uzunluqları 10 sm çatır.
Eyjen Berq
Eyjen Avqustoviç Berq (1892, Riqa – 20 sentyabr 1918, Türkmənistan) — latış bolşevik, 26 Bakı komissarından biri. == Həyatı == 1892-ci ildə Riqada balıqçı ailəsində doğulmuşdur. Birinci Dünya Müharibəsi dövründə "Sevastopol" gəmisində maşinist idi. 1917-ci ildən bolşevik idi. 1917-ci ildə yaranan Bakı kommunasında matros idi. 1918-ci ilin iyulunda Hərbi İnqilabi Komitənin üzvü olmuşdu. Eyjen Berq 1918-ci ildə ingilislər tərəfindən güllələnib. 1917-ci ilin iyulunda Rusiya Respublikası hökuməti tərəfindən həbs olunmuşdur. Qış sarayı basğını zamanı 2-ci Baltik matrosları diviziyasına başçılıq etmişdir. Belqorod, Xarkov və Çuquyevdə inqilabi fəaliyyətdə olmuşdur.
Cillian van den Berq
Cillian van den Berq (8 sentyabr 1971, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Cillian van den Berq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Cillian van den Berq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Lev Berq
Lev Semyonoviç Berq (1876-1950) — rus coğrafiyaşünası. == Həyatı == L.N.Berq 1876-cı ildə Moldoviyanın Bender şəhərində anadan olmuşdur. O, Kişinyovda gimnaziyanı qızıl medalla bitirmiş, 1894-cü ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə daxil olmuşdur. Ixtiologiya (balıqları öyrənən sahə) sahəsilə xüsusi maraqlanan Berq 1898-ci ildə universiteti bitirərək Qərbi Sibir göllərini öyrənməyi yola düşür. Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq Sibir göllərinin səviyyəsinin qalxdığını müəyyən edib. Hərtərəfli biliyə malik olmasını nəzərə alaraq Berq haqqında müəllimi belə yazır: "Bütün bunları öyrənməyi və ciddi fikirləşməyi o nə vaxt çatdırırdı." Görkəmli alim göllərin öyrənilməsində xüsusilə maraqlı olmuşdur. Universiteti qurtarmaqla o, bir neçə il ərzində Aral dənizini, səhraların relyefini, İssık-Kul, Balxaş, Qərbi Sibir göllərini öyrənmişdir. Yazılmış əsərlər içərisində "Aral dənizi" kitabı xüsusi elmi əhəmiyyətə malikdir. Ilk dəfə olaraq Berq bu gölün müxtəlif dərinliklərində temperaturu öyrənmiş, axın istiqamətini, tərkibini müəyyən etmişdir. Ilk dəfə olaraq Aral gölündə müəyyən etdiyi duran dalğaları müəyyən etmiş və onu magistr dissertasiya müdafiəsinə təqdim etmişdir.
Pol Berq
Pol Berq (ing. Paul Naim Berg; 30 iyun 1926[…], Bruklin, Nyu-York ştatı – 15 fevral 2023) — Amerika biokimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı. Stenford Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1983), Fransa Elmlər Akademiyasının (1981) və London Kral Cəmiyyətinin (1992) əcnəbi üzvü. Həmçinin Milli Elm Medalı (1983) və digər mükafatlarla təltif edilmişdir. Pol Berq hələ gənc tədqiqatçı olarkən metabolik kimyada bir neçə əsas problemi həll etdi və daha sonra canlı sistemlərdə DNT və RNT zülal sintezini idarə edən mexanizmləri araşdırmağa davam etdi. 1972-ci ildə Stenford Universitetindəki həmkarları ilə birlikdə ilk rekombinant DNT-ni (r-DNT) sintez etdi. O, sonradan bu inqilabi nəzəriyyənin qaldırdığı fiziki və etik problemlərin həllində beynəlxalq r-DNT tədqiqat cəmiyyətinə kömək edir. == Bioqrafiyası == O, yəhudi ailəsində anadan olub, böyük uşaq kimi böyüyüb. Ata – Harry Berq (Bergsalz), tekstil işçisi və anası – Sara Brodskaya, evdar qadın[9] idi, Uman əsilli, 4 avqust 1923-cü ildə Orqeevdən (o vaxt Rumıniyanın bir hissəsi) ABŞ-yə mühacirət etdi. Bruklin'in bölməsində böyüdü.
Berq kəkilli susüpürəni
Berq kəkilli susüpürəni (lat. Thalasseus bergii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Ammaniyayabənzər berqiya
Ammaniyayabənzər berqiya (lat. Bergia ammanioides) - berqiya cinsinə aid bitki növü.
Anna Berqendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anri Berqson
Anri Berqson (fr. Henri Bergson; 18 oktyabr 1859[…], Paris – 4 yanvar 1941[…], Paris)) — Fransa filosofu, XX əsrin ən görkəmli filosoflarından biri, intuitivizm və həyat fəlsəfəsi cərəyanlarının nümayəndəsi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927). Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Yəhudi əsilli fransız filosofu Anri Berqson Parisdə doğulmuşdu. Həqiqi soyadı Berekson olan atası Polşa, anası isə Britaniya yəhudisi idi. Ata - Mişel Berqson istedadlı musiqiçi kimi tanınırdı. Hətta onun Şopenin tələbələrindən olduğu deyilirdi. Anri Berqson 8 yaşına qədər Londonda yaşamışdı. Sonra ailə yenidən Parisə qayıtmışdı. O, yalnız 21 yaşında Fransa vətəndaşlığını qəbul etmişdi.
Berqama
Berqama (türk. Bergama) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 78 km-dir. İlçənin cənubunda Əliağa ilçəsi, şərqində Qınıq ilçəsi və Manisa ili, şimalında Balıkəsir ili, qərbində Dikili ilçəsi, cənub-qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 1,544 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 103,867 nəfərdir. Antik Perqam şəhəri (yun. Πέργαμος) ilçənin mərkəzində yerləşir, Zevsın şəhəri sayılırdı, burada tibb və yazı inkişaf edirdi. Perqam antik zamanlarda Misia vilayətinin mərkəzi şəhərlərindən biri idi.
Berqamo
Berqamo (it. Bergamo) — İtaliyanın Lombardiya regionunda şəhər.
Berqamo əyaləti
Berqamo əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət. Əhalisi 1 098 740 nəfər, (2010), sahəsi — 2723 km². Paytaxtı Berqamo şəhəridir. Əyalətdə 244 kommuna var. == Toponimi == Berqamo əyalətinin adı, əyalətin baş paytaxtı olan Berqamo şəhərinin adı ilə bağlıdır. Berqamo şəhərri isə adını Kelt mifologiyasında tanrı olan "Bergimus"-dan alıb.
Berqamot
Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır.
Berqamot ağacı
Berqamot ağacı (lat. Citrus bergamia) - sitrus cinsinə aid bitki növü.
Berqen (dairə)
Berqen Dairəsi (ing. Bergen County) — ABŞ-nin Nyu-Cersi ştatının ən sıx yaşayış olan dairə. 2000-ci il əhalinin siyahıya alınmasına görə Berqen əyalətində 884.118 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosu, 2009-cu ilə qədər əhalinin 895,250-ə çatdığını təxmin etdi. Berqen, sözdə Nyu-York metropoliteninin bir hissəsidir. Berqen, ABŞ-nin ən yüksək gəliri olan bütün ölkələrinin siyahısında 21-ci yerdədir, eyni zamanda ABŞ-də orta pul gəliri baxımından 18-ci yerdədir. Hakensak şəhəri dairənin inzibati mərkəzidir. == Tarixi == İlçe adının dəqiq mənşəyi məlum deyil. Ərazisindəki ilk yaşayış yerlərindən biri olan Bergen (indi Hadson dairəsində) adlandığına inanılır. Bəziləri Berqen adının Norveçdəki eyni adlı şəhərdən gəldiyinə inanır, bəziləri isə şəhərin adının "təpə" və ya "təhlükəsiz yer" mənasını verən Holland sözündən gəldiyinə inanır.
Berqhauz adası
Berqhauz adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 372 metrdir. == Yerləşməsi == Berqhauz adası arxipelaqın şimalında mövqe tutur. Ada Qallaya adasından 1.5 km aralıda, Hidroqraflar körfəzində yerləşir. Dairəvi formaya malikdir. Diamerti 2,3 km-dir. Adanın böyük hissəsini 372 metr hündürlüyə malik zirvə tutur. Digər ərazisini daşlı sahələr tutur. Ada alman hidroqrafı Henrix Berhauzun şərəfinə adlandırılmışdır.
Berqiya
Berqiya (lat. Bergia) — elatinaceae fəsiləsinə aid bitki cinsi.
Berqlind Asqeyrsdottir
Berqlind Asqeyrsdottir (15 yanvar 1955) — İslandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Berqut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Berqutlar (aerobatika eskadronu)
Berqutlar Rusiya Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən ibarət yeganə aerobatika eskadronudur. == Tarixi == Eskadron 1989-cu ildə yaradılıb. Amma yaradılış tarixi komandanln ilk aviaşousunu təqdim etdiyi 11 aprel 1992 tarixi hesab olunur. 2014-cü ilə qədər komanda Mi-24 helikopterləri istifadə edib. 2012-ci ildən etibarən Mi-28N helikopterləri istifadə olunmağa başlayıb. Eskadron həm 4 və ya 6 nəfərli qrup şəklində uçuşlar, həm də Mi-28N və Ka-52 helikopterlər ilə solo uçuşlar həyata keçirir.
Berqştrix
Berqştrix – topoqrafik xəritələrdə horizontalların üzərində qoyulan və yamacın meyilliyini göstərən kiçik cizgilərdir. .
Berqştrixlər
== Berqştrixlər == Berqştrixlər-coğrafiya xəritələrində horizontları üzərində qoyulan və yamacın düşmə istiqamətini göstərən kiçik cizgilərə deyilir.
Con Berqer
Con Börcer (5 noyabr 1926[…], Hakni[d], Böyük London – 2 yanvar 2017[…], Antoni[d]) — ingilis yazıçısı və incəsənət tənqidçisi. "G" adlı romanı 1972-ci ildə Buker mükafatını qazanmışdır. == Karyerası == Con Börcer karyerasına rəssam olaraq başladı. 1940-cı illərin sonlarında Londonda bir çox sərgiyə qatıldı. 1948–1955-ci illəri arasında incəsənət tənqidçisi olmuş və rəsm dərsləri vermişdir. Con Börcer ən məşhur ingilis tənqidçilərindən biridir. Filmlər və sənədli filmlər üçün senarilər də yazmaqdadır. Roman yazmaqlada məşğuldur. İlk romanı "Zamanımızın bir rəssamı" (A Painter of our Time) 1958-ci ildə çap olundu.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur".Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub. Berqkamp eyni zamanda 2006-cı ildə "Arsenal" klubu ilə Çempionlar liqasının finalına vəsiqə qazanıb, bu oyun onun karyerasında sonuncu oyun kimi də yadda qalıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2000 •••••••••••••••••••• 6, 134.97
2003 0.39
2007 0.21
2008 0.24
2010 1.09
2011 0.77
2012 0.26
2014 0.17
2015 0.85
2018 0.30
2019 0.42

"berq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#berq nədir? #berq sözünün mənası #berq nə deməkdir? #berq sözünün izahı #berq sözünün yazılışı #berq necə yazılır? #berq sözünün düzgün yazılışı #berq leksik mənası #berq sözünün sinonimi #berq sözünün yaxın mənalı sözlər #berq sözünün əks mənası #berq sözünün etimologiyası #berq sözünün orfoqrafiyası #berq rusca #berq inglisça #berq fransızca #berq sözünün istifadəsi #sözlük