Berzeq sözü azərbaycan dilində

Berzeq

Yazılış

  • Berzeq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Karandıqo Berzeq
Hacı Karandıko Berzeq (ubıxca:Гьарандыхъва Барзагь ХӀаджы, çərkəzcə:Къэрандыкъо Бэрзэдж Хьаджэ; 1804, Çərkəzistan – 1881) — Çərkəz xalqının ağsaqqalı, hərbi komandan və son Çərkəz Konfederasiyasının lideri. Uşaqlığı da daxil olmaqla, həyatının böyük qismini Rusiya-Çərkəz (1763-1864) müharibəsinin müxtəlif cəbhələrində keçirmişdir. Çərkəzlərin soyqırımı və sürgünü səbəbiylə Osmanlı torpaqlarına sürgün edilən Karandıko Osmanlı torpaqlarındakı çərkəz kəndlərindən çərkəz könüllülər toplayaraq öz ordusunu qurmuş və Qafqaza geri dönərək 1877-1878-ci illər müharibəsində Osmanlı könüllü hərbçisi olaraq ruslara qarşı döyüşmüşdür. == Həyatı == Şaçe (Soçi) bölgəsinin Mıtıkhuasua kəndində anadan olan Karandıko uşaqlığı da daxil olmaqla, həyatının böyük qismini müharibədə keçirmişdir. Müsəlman olan Karandıko 1839-cü ildə Məkkəyə həcc ziyarətinə getmişdir. İlk böyük uğurunu 1841-ci ildə Sohumda qazanmışdır. 1861-ci ildə - 60 yaşında olarkən çərkəzlərin Böyük Azadlıq Məclisi (çərkəzcə:Шъхьафитныгъэ Хасэ) olaraq adlandırdıqları böyük məclisə rəhbərlik etmişdir. Karandıko 1854-cü ildə rus qalalarını ələ keçirərək yenidən çərkəz torpağı etmək kimi bir çox uğura imza atmışdır. Çərkəz soyqırım və sürgününün ardından Osmanlı sultanı II Əbdüləzizin qarşısına çıxarılan Karandıkoya İstanbula köçmə təklif edilsə də, o, bu təklifi mədəni formada rədd etmiş və Mayasda Yeniköy kəndində məskunlaşmışdır. Bu müharibə əsnasında cənubi Mərmərə bölgəsindən, xüsusilə də Manyas bölgəsindən 5 min həndəvərində ubıx, abazdex, hakuç və digər adıgelərdən ibarət Kuvayi Muavene könüllü süvari birliyini qurmuş və onlarla birlikdə Qafqazda ruslara qarşı döyüşmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#berzeq nədir? #berzeq sözünün mənası #berzeq nə deməkdir? #berzeq sözünün izahı #berzeq sözünün yazılışı #berzeq necə yazılır? #berzeq sözünün düzgün yazılışı #berzeq leksik mənası #berzeq sözünün sinonimi #berzeq sözünün yaxın mənalı sözlər #berzeq sözünün əks mənası #berzeq sözünün etimologiyası #berzeq sözünün orfoqrafiyası #berzeq rusca #berzeq inglisça #berzeq fransızca #berzeq sözünün istifadəsi #sözlük