Beyd sözü azərbaycan dilində

Beyd

Yazılış

  • Beyd • 66.6667%
  • beyd • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beydellit
Beydellit — gil mineral. == Haqqında == Beydellit - montmorillonit-nontro­nit seriyasının yüksək alüminiumlu kənar üzvüdür. Ultraəsasi süxurların qə­dim aşınma qabığında tapılır; bentonit gil­lərin əsas hissəsi; nefelinin dəyişmə məhsulu. Növ müx­tə­lif­liyi: ferribeydel­lit, maqneziumbeydellit, manqanbeydellit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Beydoxt
Beydoxt — İranın Rəzəvi Xorasan ostanının Günabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,823 nəfər və 1,392 ailədən ibarət idi.
Beydulla Musayev
Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub.Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s. əsərlərin tərcüməsi olub.
Beydullah Xanmaqomedov
Beydullah Xanmaqomedov (18 avqust 1927 – 28 sentyabr 1999, Mahaçqala — Sovet və rus dilçisi, qafqazşunas, Tabasaran dili üzrə mütəxəssis, Tabasaran dili dərsliklərinin və lüğətlərinin müəllifi, dünya ədəbiyyatı əsərlərinin Tabasaran dilinə tərcüməçisi. == Bioqrafiyası == 1927-ci ildə Xiv rayonunun Kondik kəndində tabasaranlı və ləzgi ailəsində anadan olmuşdur. Ata babası Cənubi Dağıstanda məşhur bir torpaq sahibi olan Hacı-Kutaya Xiv rayonunun ən varlı şəxsi olur. Ana babası isə tarixçi, filosof, şair və pedaqoq Mirzə Həsən Əlqədari olmuşdur. Xiv orta məktəbini bitirdikdən sonra, 1942-1945 -ci illərdə rayon torpaq şöbəsində əlavə işçi, sonra Xiv rayonunda heyvandarlıq texnikisi vəzifəsində çalışmışdır. 1945-ci ildə Pedaqoji İnstitutun Dil və Ədəbiyyat Fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra Tabasaran rayonunun Tinit orta məktəbinə rus dili və ədəbiyyatı müəllimi, 1952-ci ildə isə Xiv orta məktəbinə göndərilir. 1953-54-cü illərdə Təhsil və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə Daquçpedqizdə Tabasaran dilinin redaktoru işləmişdir. Sonra SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda aspiranturanı bitirmişdir. 1958-ci ildə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda "Tabasaran dilinin deklensiya sistemi ləzgi və agul dillərinin azalma sistemləri ilə müqayisədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Gövhər Beydullayeva
Gövhər Kamran qızı Beydullayeva (23 aprel 2003, Əl-Zülfi[d], Ər-Riyad regionu[d]) — azərbaycanlı şahmatçı, ikiqat dünya (20 və 18 yaş qrupunda) və Avropa çempionu (14 yaş qrupunda), qadınlar arasında qrosmeyster (2022). == Erkən illəri == Gövhər Beydullayeva 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən Azərbaycanın Ağsu şəhərindəndir. 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, şahmatın ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, atasının sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb. == Karyerası == === Dünya və Avropa çempionatları === Gövhər Beydullayeva müxtəlif yaş kateqoriyalarında Azərbaycanı şahmat üzrə Dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu olub. Həmin ildə blitz üzrə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.2014-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən 12 yaşadək qızlar arasında Avropa çempionatında gümüş medal qazanıb. 2015-ci ildə 12 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci dəfə gümüş medal qazanıb.2017-ci ildə Rumuniyanın Mamaia şəhərində 14 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərini üstələyərək müvafiq yaş qrupunda Avropa çempionu olub.2021-ci ildə 18 yaşadək qızlar arasında keçirilən Dünya şahmat Kubokunun qalibi olub. Gövhər Beydullayeva bu nəticə ilə yaşıdları arasında Fide Dünya çempionatının onlayn Super Finalına vəsiqə qazanıb.
Nazim Beydiyev
Nazim Eynulla oğlu Beydiyev (24 yanvar 1991; Şamaxı rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Beydiyev 1991-ci il yanvarın 24-də Şamaxı rayonunun Mirikənd kəndində anadan olub. 1997-2008-ci illərdə Mirikənd kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Nazim Beydiyev 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Nazim Beydiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazim Beydiyev oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Olimpos Beydağları Milli Park
Olimpos Beydağları Milli Parkı və ya Beydağları Sahil Milli Parkı — Türkiyənin Antalya əyalətində yerləşən milli park. Milli Park Mersin-Antalya-Muğla sahil yolunun bir parçası olan Antalya-Kemer-Kumluca avtomobil yolunun üstündə yerləşir. Pamfiliya və Likiya sərhəddində yerləşən milli parkın içində antik Olimpos, Phaselis və İdyros şəhərləri yerləşir. == Yaradılması == Türkiyə Respublikası hökumətinin 16 mart 1972-ci il qərarı ilə Beydağları Sahil Milli Parkı elan edildi. 1988-ci ildə yaşayış yerlərinin Milli Parkın ərazisindən çıxarılması ilə 31.018 hektar yerə sahib olan park, Antalyanın cənub-qərbində Sarısudan başlayıb, Kemer-Kumluca sahil xətti boyunda Aralıq dənizi boyunca Gelidonya burnuna qədər uzanır. == Haqqında == Milli Park, Qərbi Tavr dağlarının Gənc dağlar qurşağında yerləşir. Aralıq dənizi bölgəsinin bütün ekoloji xüsusiyyətlərinə sahib olan bölgədə bitki örtüyü dəniz sahilində fıstıq ağacları ilə başlayır, yüksəldikcə Kızılca, karaçam və 1000 m yüksəkliklərdə isə sidr ağacları yerləşir. Park sərhədləri içində 1000-ə yaxın bitki növü vardır ki, bunların içində də 21-i endemik bitki növüdür. Milli Parkda ayı, dağ keçisi, çöl donuzu, tülkü, çaqqal, canavar, sansar və müxtəlif quş və balıq növləri yaşayır. Olymposun bir neçə km qərbindəki dağlıq ərazisində "Likiyanın sönməyən atəşi" adlandırılan təbii qaz əsrlər boyunca yanmaqda davam edir və Bellerofontos mifologiyasında Çimaira (Yanan daş) adıyla keçərək bölgəyə mifoloji dəyər qazandırır.
Əl-Beyda
əl-Beyda — xəzərlərin paytaxt şəhəri. Tədqiqatçılar onu İtil şəhəri ilə eyniləşdirirlər.
Əli Beydullayev
Əli Həzrətqulu oğlu Beydullayev — Sosialist Əməyi Qəhrəmanı (1948). 1892-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1932-ci ildən başlayaraq Bico kəndinin Əzizbəyov adına kolxozunda briqadir vəzifəsində işləmişdir. 1947-ci ildə yüksək əmək nəticələri qazanması ilə əlaqədar 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1955-ci il may ayının 30-da Bico kəndində vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2017 •••••••••••••••••••• 0.16
2019 •••••••••••••••••• 0.14

"beyd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#beyd nədir? #beyd sözünün mənası #beyd nə deməkdir? #beyd sözünün izahı #beyd sözünün yazılışı #beyd necə yazılır? #beyd sözünün düzgün yazılışı #beyd leksik mənası #beyd sözünün sinonimi #beyd sözünün yaxın mənalı sözlər #beyd sözünün əks mənası #beyd sözünün etimologiyası #beyd sözünün orfoqrafiyası #beyd rusca #beyd inglisça #beyd fransızca #beyd sözünün istifadəsi #sözlük