Beyhan sözü azərbaycan dilində

Beyhan

Yazılış

  • Beyhan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beyhan Sultan
Beyhan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Beyhan Sultan — 18. Osmanlı sultanı Sultan İbrahimin qızıdır. Beyhan Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Beyhan Sultan (III Mustafanın qızı)
Beyhan Sultan (13 yanvar 1766, Konstantinopol – 7 noyabr 1824, Konstantinopol) — 26-cı Osmanlı sultanı III Mustafanın qızı. == Həyatı == Beyhan Sultan 13 yanvar 1766-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Mustafa, anası isə Ayşə Adilşah Sultandır. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1774-cü ilin noyabrında atası Sultan Mustafanın vəfat etməsi və əmisi Sultan Əbdülhəmidin taxta çıxmasıyla anası və özündən 2 yaş kiçik bacısı Xədicə Sultanla birlikdə Köhnə saraya göndərildilər. 10 il boyunca burada sakit həyat yaşayan Beyhan Sultan və bacısının bu dönəmdə səhhətinin pisləşdiyi bilinir. Anası Adilşah Sultanın Sultan Əbdülhəmidə yazdığı məktubda tez-tez ürəyi getdiyi və gün keçdikcə daha da içinə qapandığı qeyd olunur. Evlilik yaşına çatmasının ardından anasının xahişiylə əmisi Sultan Əbdülhəmid tərəfindən evləndirildi. Bəy namizədi olaraq seçilən keçmiş Hələb bəylərbəyi Silahdar Mustafa Paşa məktub göndərilərək İstanbula çağırıldı. 22 aprel 1784-cü ildə baş tutan toy mərasiminin ardından, 5 mayda gəlin alayı və Beyhan Sultana aid cehiz möhtəşəm mərasimlə cütlüyə təsis olunan Cağaloğlu sarayına aparıldı.
Beyhan Sultan (I Səlimin qızı)
Beyhan Sultan (d. 1497 - ö. 1559) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. == Həyatı == Beyhan Sultan 1497-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Beyhan Sultan 1509-cu ildə anası və digər azyaşlı bacılarıyla birlikdə, Kəfə sancaqbəyi təyin edilən qardaşı Şahzadə Süleymanın yanına - Krıma yollandı. Atasının taxta çıxmasının ardından İstanbula çağırıldılar və 1513-cü ilin aprelində atası digər bütün rəqiblərini aradan qaldıraraq İstanbula qayıtdı. Gəldikdən dərhal sonra Şahzadə Süleyman Manisa sancaqbəyliyi ilə paytaxtdan göndərildi. Beyhan Sultan isə atasının istəyilə yeniçəri ağası Fərhad ağayla nigahlanaraq İstanbulda qaldı. Toy mərasiminin ardından Fərhad Paşa 1516-cı ildə Rumeli bəylərbəyi təyin edildi və bu ünvanla Yavuz Sultan Səlimin bir çox səfərlərinə qatıldı.
Beyhan Sultan (Sultan İbrahimin qızı)
Beyhan Sultan (Osmanlıca: بيحان بن ابراهيم) (d. 1645 - ö. 1701) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin qızı. == Həyatı == Beyhan Sultan 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim. Hələ 1 yaşında ikən atası onu Kiçik Həsən Paşayla nigahlamışdı. Bu tamamilə siyasi bir evlilik idi və məqsəd paşanı özünə tabe etmək idi. Ancaq olduqca yaşlı olan Həsən Paşa bir il sonra vəfat etdi və Beyhan Sultan hələ 2 yaşında ikən "dul" qaldı. Ardından atası Sultan İbrahimin məcburiyyəti ilə öz xanımından ayrılan sədrəzəm Həzərparə Əhməd Paşa ilə evləndirildi. Ancaq 1 il sonra ərinin edam edilməsiylə yenidən dul qaldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 1.53
2016 ••••• 0.35
2017 ••••• 0.33
2018 •••• 0.30

Oxşar sözlər

#beyhan nədir? #beyhan sözünün mənası #beyhan nə deməkdir? #beyhan sözünün izahı #beyhan sözünün yazılışı #beyhan necə yazılır? #beyhan sözünün düzgün yazılışı #beyhan leksik mənası #beyhan sözünün sinonimi #beyhan sözünün yaxın mənalı sözlər #beyhan sözünün əks mənası #beyhan sözünün etimologiyası #beyhan sözünün orfoqrafiyası #beyhan rusca #beyhan inglisça #beyhan fransızca #beyhan sözünün istifadəsi #sözlük