Beyl sözü azərbaycan dilində

Beyl

Yazılış

  • Beyl • 98.3539%
  • beyl • 1.6461%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kristian Beyl
Kristian Şarl Filip Beyl (ing.Christian Charles Philip Bale; 30 yanvar 1974[…]) — ingiltərəli aktyor. == Həyatı == Kristian Beyl 30 yanvar 1974-cü ildə Uelsin Heyverfordvest şəhərciyində, sənətçi ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub. == Karyerası == 10 yaşında birinci dəfə səhnəyə çıxan Kris ilk olaraq məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və onu "Ağıldan kəm" pyesinə götürüb. Tezliklə balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər. Onun böyük kinematoqrafdakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alıb. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırıb. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino, elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi oldu. Bu filmdəki roluna görə Kristian Beyl ABŞ Kinotənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülüb.
Pyer Beyl
Pyer Beyl (fr. Pierre Bayle; 18 noyabr 1647[…] – 28 dekabr 1706[…], Rotterdam, Cənubi Hollandiya[…]) — fransız mütəfikkiri, yazıçısı. == Həyatı == XVII əsrin sonlarında maarifçiliyin hazırlanması baxımından ən maraqlı şəxsiyyətlərdən biri Sedan akademiyasının professoru Pyer Beyldir /1647–1706/. Nant ediktinin ləğvindən sonra Hollandiyaya köçən Beyl burada Rotterdam ali məktəbində müəllim işləyir. O, dövrünün ən bilikli və müdrik simalarından idi. Özü protestant idi. Katolikliyə, sonralar isə bütün dinlərə tənqidi münasibət bəsləmişdir. "Böyük Lüdovikin dövründə Fransada katoliklik nədən ibarətdir?" adlı əsərində qəddar kilsə irticasına qarşı çıxaraq yazırdı: "Bu zorakılıqların müqabilində xristianlıq haqqında nə düşünmək olar? belə nəticə çıxarmaq lazım gəlmirmi ki, bu, ən qana həris bir dindir, vicdan azadlığını büsbütün sıxışdırmaq üçün hətta yalan və aldatmadan, dönüklükdən, cəlladlardan və inkvizisiyadan, draqonadlardan qorxmur." Volterin, Didronun ayrı-ayrı fikir və mülahizələrini xatırladan bu sözlər Beylin başqa əsərlərində də vardır. Məhz buna görə də onu təqib edirlər, vəzifəsi əlindən çıxır.
Qaret Beyl
Qaret Beyl (16 iyul 1989[…], Kardiff) — sağ cinah mövqeyində oynamış keçmiş Uels milli futbolçusu. 9 yanvar 2023-cü ildə peşəkar futbol karyerasını başa vurub. == Həyatı == Kardiff şəhərində doğulub böyüməsinə baxmayaraq, Qaret Beyl'in peşəkar karyerası İngiltərə championatı komandalarından Sauthempton komandası ilə başlamışdır. Yalnız iki mövsüm Southampton'da oynadıqdan sonra 2007-ci ildə Premier Liqa komandalarından Tottenhem Hotspur'a transfer olmuşdur. Beyl sürətli, güclü və atletik futbolçu kimi tanınır.Bundan sonra isə o Real Madrid klubuna transfer olmuşdur.Transfer qiymətinə görə dünyanın ən bahalı futbolçusu ünvanını qazanmışdır.Beyl hal-hazırda bu klubda 11 nömrəli forma altında karyerasını davam etdirir.Bu klubda artıq o, 100-cü matçına çıxdı . == Karyerası == === Sauthempton === Beyl peşəkar futbol karyerasına Uelsli olsa da, karyerasına İngiltərədə başlayıb. Beyl 2006-cı ildə İngiltərənin Sauthempton klubunda karyyerasında başlayıb . Burada cəmi bir mövsüm ərzində oynayan beyil 40 oyunda meydana çıxdı və rəqib qapılarına 40 oyunda 5 qol vura bilib. === Tottenhem Hotspur === Beyl cəmi bir mövsüm sonra İngiltərənin digər klubu Tottenham Hotspur Beyli transfer edir . Bu klubda 6 il çıxış edir .
80 saylı İmişli-Beyləqan seçki dairəsi
81 saylı Beyləqan seçki dairəsi
Allahyarlı (Beyləqan)
Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == 1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.
Araz (Beyləqan)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Bahar (Beyləqan)
Bahar — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1965-ci ildən pambıqçılıq sovxozu yanında salınmış bu kənd rəmzi olaraq belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhali əsasən Cəbrayılın Horovlu kəndindən, Ermənistan Qəmərli rayonunun Qaraqoyunlu kəndindən, Vedi rayonundan köçüb gələn Azərbaycan türklərindən ibarətdir.
Beyli akasiyası
Beyli akasiyası (lat. Acacia baileyana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Beylisin muhakiməsi
Beylisin muhakiməsi - guya bir rus uşağını öldürdüyü üçün yəhudi M.Baylis əleyhinə məhkəmə prosesi. Muhakimə 1913-cü ildə Kiyev şəhərində oldu. Yəhudi düşməni olan çar hökuməti tərəfindən dini düçmənçiliyi qızışdırmaq üçün təşkil olunmuşdur. Bütün dünyada böyük əks səda doğurmuş və Beylis andlılar tərəfindən bəraət almışdır.
Beyliston
Beyliston (ing. Baillieston) — Qlazqo şəhərinin rayonu.
Beylli-Hamilton adası
Beylli-Hamilton adası (ing. Baillie-Hamilton Island) — Kanada Arktik arxipelaqına daxildir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Beylli-Hamilton adası üç böyük ada ilə əhatə olunmuşdur — Baterst, Kornuollis və Devon. Beylli-Hamilton adasının qərbində, Kuins boyunca, Baterst adası; şimala və şərqə, Vellinqton boğazı boyunca Devon adası; cənubda, Mairi boğazı boyunca Kornuollis adası yerləşir. Adanın sahəsi 290 km², sahil xəttinin uzunluğu 74 km-dir. Adanın demək olar ki, düzbucaqlı forması vardır. Uzunluğu 26 km, maksimum eni isə 12 km-dir. Sahil hündürlüyü 20 metrdən 100 metrə qədər olan qayalıqlardan ibarətdir. Adanın səthi əsasən düzdür, şimalda hündürlüyü 200 metrə qədər olan təpələr yayılmışdır.
Beylli adası
Beylli adası (ing. Baillie Island, Inuit. Utkraluk)) — Kanada Arktik arxipelaqının iri adalarından biri. İnzibati cəhətdən Kanadanı Şimal-Qərb əraziləri vilayətinə daxildir. Batest burnundan şimalda qərarlaşır. Adada Braya pilosa adlı bitki bitir. 1826-cı ildə adanı Con Franklinin ikinci ekspedisiyasının üzvü Con Riçardson ziyarət edərək ona bu adı verir. Riçardson və Con Rey daha sonra Şimal-Qərb keçidi və itkin düşmüş Franklin ekspedisiyasını axtarmaq üçün adaya baş çəkirlər. 1915-ci ildə Hudzon körfəzi şirkəti adada ticarət məntəqəsi açır. 1920-ci illərdə adada Kanada Kral Atlı Polisinin bir bölməsi yerləşdirilmişdi.
Beyləqan
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir. == Tarixi == Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.IX–X əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası təkmilləşir, yüksək keyfiyyətli məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir.
Beyləqan (şəhər)

Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci ildə Heydər Əliyevin regionlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında verdiyi tarixi qərardan sonra, 1981-ci ildə yaradılmış muzey. == Muzeyin tarixi == 1981-ci ildə yaradılan muzeyin binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. == Muzeyin eksponatları == 2018-ci ildə muzeyin 1050 kvadratmetrlik yeni binasında ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq mövcud idi.Muzeyin fondunda və kolleksiyasında tunc, dəmir dövrünə aid, erkən orta əsr və orta əsrlərə aid gil və saxsı qablar, şirli və şirsiz qab nümunələri, XIX əsrə aid mis qablar və s. eksponatlar var. Ekspozisiya salonunda Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, fotolar və tarixi məlumatlar nümayiş etdirilir. Ən uzunömürlü eksponat e.ə. II–III minilliyə aid güldanlardır. Bardaq və güldanlar olan digər eksponatlar isə e.ə. I minilliyə və eramızın V əsrinə qədər Soltanbud, Paytakaran şəhər xarabalıqlarından tapılıb.Muzeyin əsas fondunda 6087-dən çox eksponat var.
Beyləqan bələdiyyələri
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Beyləqan bələdiyyəsi

Beyləqan mədrəsəsi
Beyləqan mədrəsəsi — XI əsrə aid mədrəsə. == Haqqında == XI əsr yerli müəlliflərdən Məsud ibn Namdarın yazdığı əsərdə Azərbaycan şəhərlərindən Beyləqan mədrəsəsi haqqında da bəzi məlumatlara rast gəlmək olur. Əsərdə “məktəbdən qayıdan uşaqlardan” və “məktəblilərin imla yazı lövhələrindən söz açılır. Məsudun məlumatından aydın olur ki, bu mədrəsələrdən biri şəhərin qərbində, qala divarlarından xaricdə yerləşmişdir. Orta əsrlər Beyləqan şəhərini arxeoloji cəhətdən tədqiq edən görkəmli arxeoloq Qara Əhmədov bu məlumatları əsərində təsdiq edir. Beyləqan qazıntılarından tapılmış epiqrafik məlumatdan aydın olur ki, əhalinin aşağı təbəqəsinə mənsub olan adamlar içərisində də savadlı adamlar varidi. Buna misal olaraq müəllif Beyləqan dulusçularını göstərir. O yazır ki, Beyləqanda istehsal olunmuş saxsı qabların üzərində xeyli miqdarda yazılar vardır. Bu yazıların dulusçular tərəfindən yazıldığı bizdə şübhə oyatmır. Yazıları bəziləri lirik beyt və rübailardən ibarətdir, yəni artıq şeir şəkli almış yazılardır.
Beyləqan qalası
Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Aran bölgəsində (klassik Qafqaz Albaniyası), hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi. Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. == İstinadlar == == Ədəbiyyat == Əhmədov Q.M. Örnəqala.
Beyləqan rayonu
Beyləqan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Beyləqan şəhəridir. == Tarixi == Beyləqan rayonu 1939-cu ilin yanvar ayında inqilabçı Andrey Jdanovun adı ilə yaranmışdır. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmiş, mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan (Örənqala) şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə monqol istilaçıları tərəfindən dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir. == Coğrafi mövqeyi == Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır.
Beyləqan seçki dairəsi
Beyləqan yepiskopluğu
Beyləqan yepiskopluğu (Asoru dilində: ܦܝܕܐܓܪܢ) — Nestorian kilsəsinin VI əsrdə Beyləqan və ətrafı bölgələrdə mövcud olmuş tarixi inzibati ərazi vahidi. Az öyrənilmişdir və cəmi iki yepiskopu məlumdur. == Yepiskopları == === İohann === Tarixi qeydlərdə adı ilk dəfə 540-cı ildə "Paydanqaran yepiskopu" olaraq keçir. 544-cü ildə I Abanın sinodunda qəbul edilən aktları təsdiqləmişdi. === Yakob === 554-cü ildə yepiskop olaraq Yosefin sinodunda iştirak etmişdi.
Beyləqan üsyanı
Beyləqan üsyanı (748) — 748-ci ildə baş vermiş üsyan. Beyləqan üsyanı (794) — 794-cü ildə ərəb əsarətinə qarşı Beyləqanda baş vermiş xalq üsyanı.
Beyləqan üsyanı (748)
Beyləqan üsyanı — 748-ci ildə baş vermiş üsyan 748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər.
Beyləqan üsyanı (794)
Beyləqan üsyanı — 794-cü ildə ərəb əsarətinə qarşı Beyləqanda baş vermiş xalq üsynı. == Haqqında == Xəlifə əl-Mehdinin tapşırığı ilə tərtib edilən "kafir" siyahılarına onun hakimiyyəti üçün təhlükə ola biləcək siyasi əleyhdarlarının və onların mənsub olduqları dini təriqətlərin adlarının daxil edilməsi ideoloji mübarizənin fəallaşmasına, hakimiyyət uğrunda mübarizənin yeni yollarının aranmasına gətirib çıxartdı. Bunlardan ən mühümü 794-cü ildə Beyləqanda baş verdi. Üsyanın başında Abbasi xəlifələri əl Hadinin və Harun ər-Rəşidin dövründə dəfələrlə üsyan etmiş, xaricilər təriqətindən olan, əl-Kufinin "əş-şəri" - şər (şərəşur adam) adlandırdığı məçhur qiyamçı Əbu Müslim dururdu. Beyləqan üsyanının başlanması üçün əsas bəhanə vergi zülmündən cana doymuş qonşu bərdəlilərin ərəb amili (vergi rəisi) Əbussabbahı öldürmələri oldu. Xəlifə üsyançılara qarşı İshaq ibn Müslim əl-Uqaylinin başçılığı ilə beş minlik iraqlı süvari yolladı. Varsan yanında baş verən qanlı döyüşdə xilafət ordusu darmadağın edildi. Bundan sonra xəlifə Harun ər-Rəşid biri digərinin ardınca göndərdiyi daha iki qoşun məğlubiyyətə uğrayır. İlkin uğurlara baxmayaraq Əbu Müslim sonrakı əməliyyatlarda müvəffəqiyyət qazana bilmir - Naxçıvanı ələ keçirsə də, Dəbilin dördaylıq mühasirəsi baş tutmur. Sisəcanı (Sisyanı) keçərək, Beyləqana qayıdıb, bu şəhərdə möhkəmlənən Əbu Müslimə qarşı otuz minlik əsgəri olan üç ordu göndərilir.
Beyləqan şəhəri
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir. == Tarixi == Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.IX–X əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası təkmilləşir, yüksək keyfiyyətli məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir.
Beyləqan əcdadlarımızın torpağıdır (film, 1970)
Beyləqan əcdadlarımızın torpağıdır qısametrajlı sənədli televiziya filmi rejissor A. Qasımov tərəfindən 1970-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Beyləqanda aparılan arxeoloji qazıntılar haqqındadır. == Məzmun == Film Beyləqanda aparılan arxeoloji qazıntılar haqqındadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.92 dəfə / 1 mln.
2010 0.18
2011 •• 0.43
2012 •• 0.43
2013 •••••••••••••••••••• 4.67
2014 •••••••••••••••• 3.60
2015 ••• 0.68
2016 ••••••••• 1.91
2017 •• 0.33
2018 •••••• 1.20
2019 ••••• 1.11
2020 •••• 0.80

"beyl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#beyl nədir? #beyl sözünün mənası #beyl nə deməkdir? #beyl sözünün izahı #beyl sözünün yazılışı #beyl necə yazılır? #beyl sözünün düzgün yazılışı #beyl leksik mənası #beyl sözünün sinonimi #beyl sözünün yaxın mənalı sözlər #beyl sözünün əks mənası #beyl sözünün etimologiyası #beyl sözünün orfoqrafiyası #beyl rusca #beyl inglisça #beyl fransızca #beyl sözünün istifadəsi #sözlük