beşyarpaq sözü azərbaycan dilində

beşyarpaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • beşyarpaq • 75.0000%
  • Beşyarpaq • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beşyarpaq dişotu
Beşyarpaq dişotu - Dentaria quinquefolia Bieb. Hündürlüyü 20-40 sm, gövdəsi düz, sadə, çılpaq, aşağı hissədə yarpaqsız, yuxarıda üç yarpaqdan ibarət olan köbəli çiçək qrupu altında üfüqi pulcuqlu kökümsovları olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları lələkvaridir, 3-5 neştərə oxşar-xətvari sivri dişli yarpaqcıqlardan ibarətdir. Yarpaqların qoltuğunda soğanaq əmələ gəlmir. == Çiçək == Salxımlar 6-15 ədəd çiçəkdən ibarət olub, kifayət qədər sıxdır. Ləçəkləri 10-15 (20) mm uzunluğunda olub, əksinəyumurtaşəkilli pazvaridir və bənövşəyi, bəzən çəhrayı rəngdə olur. Qını 35-50 mm uzunluğunda, eni 2-5 mmdir, köndələn formada üzüyuxarı durmuş və uzunluğu 3-4 mm olan sütuncuğa daralmışdır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Lənk.-dağ., Lənk.düz., Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Qaranlıq meşələrdə, əsasən fıstıq meşələrində üstünlük təşkil edir. == Təsərrüfat əhəmiyyəti == Kökümsovu bişmiş halda yeyilir.
Beşyarpaq qıfsәbәt
Klasea quinquefolia (lat. Klasea quinquefolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin klasea cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-120 sm, gövdəsi düz, şırımlı, yuxarı hissədə budaqlanmış, demək olar ki, çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları saplaqlıdır, lələkvaribölünmüşdür, 2-4 ədəd yan ellipsşəkilli və ya enli-neştərvari, sivriuclu-mişarvari, sivri və yaxud qısa sivriləşmiş seqmentlərlə; təpə seqmenti iridir, yan tərəfdəki seqment isə yarpağın qaidə hissəsinə doğru kiçilmiş, demək olar ki, oturaqdır və ya qısa saplaqla oxa birləşəndir; yuxarı yarpaqları kəskin azalmışdır, bütövdür, forması enli lansetvaridən dar lanservariyə qədər dəyişir. Səbət yumurtaşəkillidir, yaşıl rəngdədir, eni 8-15 mm-dir. Çiçəkləri azsaylı, uzun düz saplaqda, qalxanvari süpürgə çiçək qrupunda toplanmışdır. Qın yarpaqcıqları kənarlardan ensiz-pərdəli və ağımtıl-tüklüdür. Çiçəkləri bənövşəyi rəngdədir. Toxumları uzunsov, zolaqlı, hamardır; kəkili çirkli-bənövşəyi rəngli yastı, demək olar ki, lələkvari cod tüklərdən ibarətdir, toxumdan azacıq uzundur. Avqust-sentyabr ayalrında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir.

beşyarpaq sözünün rus dilinə tərcüməsi

"beşyarpaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#beşyarpaq nədir? #beşyarpaq sözünün mənası #beşyarpaq nə deməkdir? #beşyarpaq sözünün izahı #beşyarpaq sözünün yazılışı #beşyarpaq necə yazılır? #beşyarpaq sözünün düzgün yazılışı #beşyarpaq leksik mənası #beşyarpaq sözünün sinonimi #beşyarpaq sözünün yaxın mənalı sözlər #beşyarpaq sözünün əks mənası #beşyarpaq sözünün etimologiyası #beşyarpaq sözünün orfoqrafiyası #beşyarpaq rusca #beşyarpaq inglisça #beşyarpaq fransızca #beşyarpaq sözünün istifadəsi #sözlük