BİB sözü azərbaycan dilində

BİB

Yazılış

  • BİB • 50.0000%
  • Bib • 33.3333%
  • bib • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ Milli Biblioqrafiyası
ABŞ Milli Biblioqrafiyası – XIX əsrin ortalarından başlayaraq yaranıb və indiyədək inkişaf edir. == Yaranma tarixi == Yaranma tarixi kitab ticarəti firmaları olan Bauker və Vilson firmalarının adı ilə bağlıdır. 1847-ci ildən başlayaraq bir sıra jurnallarda yeni kitablar haqqında məlumat əks etdirən daimi bölmə yaranır. 1872-ci ildən bu günə kimi davamlı işıq üzü görən Fridrik Leypoldtun təsis etdiyi "Nəşriyyat həftəliyi" jurnalı nəşr olunur. F. Leypoldt eyni zamanda 1876-cı ildə Amerika Kitabxanaçılıq Assosiasiyasının və kitabxanaçılığa dair ilk jurnal olan "Kitabxana jurnalı"nın əsasını qoymuşdur. "Nəşriyyat həftəliyi"nin hər buraxılışında yeni kitablar haqqında məlumatlar "Həftəlik məlumatlar" bölməsində təqdim olunurdu. Materiallar aylıq, yarımillik və illik şəkildə təkrarlanırdı. Vilson firmasını XIX əsrin axırlarında Minneapolis ştatında kiçik kitab dükanının sahibkarı olan Hals Vilson (1868–1954) yaratmışdır. H. Vilson yeni kitablar haqqında məlumat Leypoldt-Bauker firmasının çap etdirdiyi "Nəşriyyat həftəliyi" jurnalından əldə edirdi. 1898-ci ildə Vilson özünün ilk biblioqrafik jurnalı olan "Kitabların kumulyativ göstəricisi"ni çap etdirir.
Akif Abbasovun biblioqrafiyası
Akif Abbasovun biblioqrafiyası — Azərbaycanlı yazıçı, pedaqoji elmlər doktoru, professor Akif Abbasovun biblioqrafiyası. == Bədii əsərləri == Lələşin ayaqqabısı (hekayələr). Bakı: Mütərcim, 1998, 40 səh. Xəyanət (povest və hekayələr). Bakı: Mütərcim, 1999, 104 səh. Qaş düzəltdiyi yerdə (hekayələr və lətifələr). Bakı: Mütərcim, 1999, 84 səh. Dədəmə oxşayırsan (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2004, 56 səh. Aldanma sözlərə (roman).
Arximandrit Nikiforun Bibliya ensiklopediyası
Arximandrit Nikiforun Bibliya ensiklopediyası (rus. «Иллюстрированная полная популярная Библейская энциклопедия») — 1891-ci ildə nəşr olunmuş Bibliya ensiklopediyası. Müəllifi arximandrit Nikifordur.
Astragalus bibullatus
Astragalus bibullatus (lat. Astragalus bibullatus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Ayşə Bibi (mavzoley)
Ayşə Bibi (qaz. Айша бибі) ― Tarazın qərbində, Ayşə Bibi kəndində yerləşən, zadəgan bir qadına aid 11-12-ci əsr mavzoleyi. Tikili yerli əhali arasında sevgi və sədaqət abidəsi olaraq məşhurlaşmışdır. == Dizayn == Rəvayətə görə, məqbərə Qaraxanilər sülaləsinin hökmdarı tərəfindən sufi şairi Xakim-Atanın qızı, gözəl nişanlısı Ayşə Bibi üçün tikilmişdir. Mavzoleyin memarlıq formaları və bəzəkləri incə krujeva xatırladır. Bütün bina 60 müxtəlif çiçəkli həndəsi naxış və xəttatlıqdan istifadə edilərək oyulmuş terrakota plitələrlə örtülmüşdür. Ayşə Bibi mavzoleyi üslub baxımından Buxaradakı Samani türbəsinin davamçılarındandır. === Abidə === Ayşə Bibi daha böyük bir kompleksin bir hissəsidir. Tikilidən on metr məsafədə Babacı Xatun ("müdrik kraliça") adlı ikinci bir məqbərə, yolun qarşı tərəfində isə müqəddəsləşdirilmiş əhəng daşı mağarası var. Kompleks qərbdən Taraz vahəsinə baxan silsilədə yerləşir.
Bayıl-Bibiheybət rayonu
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq (BBƏ) – iştirakçı dövlətlərin elmi, mədəni, ticarət əlaqələri kompleksinin tərkib hissəsi, kitabxanalararası qarşılıqlı əlaqələrin formasıdır. == Haqqında == Biblioqrafiya sahəsində beynəlxalq əməkdaşlıq elm və incəsənətin bütün sahələrində beynəlxalq əlaqələrin əsasının qoyulduğu XIX yüzilliyin ikinci yarısında yaranmışdır. Ümümi səbəblərdən əlavə, onun inkişafına dünya çap məhsulunun fasiləsiz olaraq artması, kitabxana işinin intensiv inkişafı da təsir göstərmişdir . BBƏ kitabxanaların beynəlxalq əlaqələrinin inkişafının müəyyən mərhələsində yaranmış və kitabxanaların əlaqələri ikitərəfli və çoxtərəfli; regional, regionlararası və qlobal, epizodik və sistemli; planauyğun; hüquqi cəhətdən təsdiq edilmiş və ya edilməmiş; dövlət çərçivəsində və ya kollektiv təşkilatlar və s. ola bilər. BBƏ formaları müxtəlif illərdə yaranmışdır: Beynəlxalq kitab mübadiləsi (BKM); Beynəlxalq kitabxanalararası abonoment (BKAA); elmi-praktik-peşə təcrübəsinin mübadiləsi; qarşılıqlı maraq doğuran problemlər üzrə layihələrinin dövlət və ya qeyri-dövlət təşkilatları çərçivəsində birgə həyata keçirilməsi; BBƏ-nin ilk rüşeymləri epizodik şəkildə müxtəlif kitabxanaların sayı ilə fondu zənginləşdirmək və peşə biliklərini mübadilə etmək məqsədilə həyata keçirilmışdir. BBƏ təşkilati baxımdan XIX əsrin axırıncı rübündə kitabxana konqres və konfransların təşkili və keçirilməsi yolu ilə formalaşır. Kitabxanaçıların ilk beynəlxalq konfransı Londonda (1877) keçirilmiş və orada 9 ölkə təmsil olunmuşdur . == Fəaliyyəti == Rəsmi Beynəlxalq statuslu konfrans Beynəlxalq sərgi çərçivəsində 1893-cü ildə Çikaqoda keçirilmişdir. İkinci beynəlxalq konfrans isə 1897-ci ildə Londonda keçirilmiş və ilk dəfə orada biblioqrafik fəaliyyət sahəsində Beynəlxalq əməkdaşlıq məsələləri də gündəlikdə yer almışdır.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Bibakran (Urmiya)
Bibakran (fars. بي بكران‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (35 ailə).
Bibb qraflığı (Alabama)
Bibb dairəsi (ing. Bibb County) ― ABŞ-nin Alabama ştatının mərkəzi hissəsində qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 22.915 nəfər olmuşdur. Qraflıq mərkəzi Sentrvill şəhəridir. Alabama Ərazisinin Qubernatoru və birinci Alabama qubernatoru olmuş Vilyam Vayt Bibbin şərəfinə adlandırılmışdır.
Bibcode
Bibcode — ədəbiyyat istinadları üçün bir çox astronomik verilənlər bazası və kataloqu tərəfindən istifadə edilən identifikator. Bibcode, SIMBAD və NASA / IPAC Extragalactic Database (NED) istifadə üçün hazırlanmışdır, lakin indi daha geniş istifadə olunur, məsələn, ADS (NASA Astrofizik İnformasiya Sistemi). Kod düz 19 simvoldan ibarətdir və YYYYJJJJJVVVVMPPPPA , forma malikdir, burada YYYY - nəşr ilinin 4 rəqəmi, JJJJJ - jurnal / monoqrafiya / kolleksiya kodu. Bir jurnal arayışında VVVV həcm nömrəsidir, M jurnal bölməsinin hərf indeksidir (məsələn, Letters bölməsi üçün L), PPPP başlanğıc səhifə nömrəsidir, A ilk müəllifin ilk hərfidir soyad Nöqtələr (.) İstifadə olunmayan sahələri doldurmaq üçün istifadə olunur ki, hər sahənin uzunluğu həmişə yuxarıda göstərilənlərə bərabər olsun; nöqtələr JJJJJ kodu üçün sağa, həcm və səhifə nömrəsi üçün sola əlavə olunur.
Biber kəklikotu
== Ümumi yayılması: == Qafqaz. == Azərbaycanda yayılması: == Quba və Naxçıvan MR-da dağlıq yerlərində rast gəlinir. == Statusu: == Azərbaycanın nadir və relikt növüdür. VU D2. == Bitdiyi yer: == Orta və subalpda quru daşlı yamaclarda bitir. == Təbii ehtiyatı: == Azərbaycanda arealı dardır. == Bioloji xüsusiyyətləri: == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü kolcuqdur. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzun¬-luğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, baş¬cıq çiçək qruplarına yığılmışdır.
Biberşteyn dağlaləsi
Biberşteyn dağlaləsi (lat. Tulipa biebersteiniana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.
Biberşteyn qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Bibeyiz bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bibi-Heybət
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Bibi-Heybət bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bibi Cons
Bibi Cons (2 iyul 1991) — ABŞ pornoaktrisası və modelidir. == Həyatı == Bibi Cons 23 iyul 1991-ci il tarixində ABŞ-nin Oklahoma ştatında doğulmuşdur. İlk doğum adı Britni Maclin olub. 19 yaşından etibarən "Britni Bet" ləqəbiylə pornofilmlərə çəkilməyə başlamışdı. 2011-ci il oktyabr tarixində rəsmi olaraq pornofilm karyerasına son verməyə qərar vermiş və sadəcə olaraq, imzaladığı müqavilə bitənə qədər bu sahədə çalışmağa davam etmişdir. 2013-ci il oktyabr tarixində hamilə olduğunu etiraf etmiş və 23 aprel 2014-cü il tarixində Ceyms adlı övladı dünyaya gəlmişdi.
Bibigül Tölegenova
Bibigül Əhməq qızı Tölegenova (qaz. Бибігүл Ахметқызы Төлегенова, 16 dekabr 1929, Semey, Qazaxıstan MSSR) — ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera sənətçisi (lirik və koloratura soprano), aktrisa və müəllim. Mükafatları arasında Sosialist Əməyi Qəhrəmanı (1991), Sovet İttifaqı Xalq Artisti (1967) və Sovet İttifaqı Dövlət Mükafatı (1970) vardır. == Həyatının ilk illəri == Tölegenova 16 dekabr 1929-cu ildə Qazax Muxtar Sosialist Respublikasının Semipalatinsk (hal-hazırkı Semey) bölgəsində musiqiçi ailəsində dünyaya gəlmişdir. Atası kaman ifaçısı, anası isə müğənni olmuşdur. 1937-ci ildə atası Katon-Karagayda həbs edildi və sonra onun haqda məlumat olmadı. 1946-cı ildə axşam məktəbində oxuyarkən, həvəskar formada mahnı oxuya biləcəyi ət fabrikinə işə düzəldi. O zaman sürgündə Semipalatinskidə olan yazıçı Qalina Serebryakovanın diqqətini çəkdi. Ardından Serebryakova Tölegenovanın valideynlik hüquqlarına sahib oldu və ona ilk musiqi dərsləri verdi. Serebryakovanın israrından sonra Bibigül Almatıda olan Kazan Konservatoriyasının vokal və xor fakültəsinə girdi.
Bibiheybət
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Bibiheybət (dəqiqləşdirmə)
Bibiheybət — Bakının Səbail rayonunda qəsəbə. Bibiheybət məscidi — Bakı körfəzində yerləşən şiə məscidi. Bibiheybət neft yatağı — Abşeron yarımadasında yerləşən neft yatağı. Bibiheybət kənd məktəbi — Bakı şəhəri 51 nömrəli tam orta məktəbin köhnə adı. Bibiheybətdə neft fontanı yanğını (film, 1898) — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Bibiheybətdə qaz fontanı yanğını (film, 1925) — 1925-ci ildə çəkilmiş qısametrajlı sənədli film.
Bibiheybət bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bibiheybət məscidi
Bibiheybət məscidi — Azərbaycan Respublikasının Bakı buxtası sahilində yerləşən məscid. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır. Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər. Hal-hazırda da Azərbaycana gələn xarici ölkələrin nümayədənləri məscidi ziyarət edir. == Tarixi == === Tikilmə tarixinin müəyyənləşdirilməsi === Məscid yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım İmam Əli və Fatimənin nəslindən idi. Həkimə xanım onu incidən xəlifələrin əlindən Bakıya qaçmışdı.
Bibiheybət İslam Kolleci
Bibiheybətdə neft fontanı yanğını (1898)
Bibiheybətdə neft fontanı yanğını — 27 iyul 1898-ci ildə neft mədənlərində yanğın hadisəsi. == Məzmun == 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə "Bibiheybətdə neft fontanı yanğını" adlı filmdə öz əksini tapmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2009 •••••••••• 0.16
2011 •••••••••• 0.17
2014 •••••••••••••••••••• 0.34
2016 ••••••••••• 0.17
2019 ••••••••• 0.14

"bib" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bib nədir? #bib sözünün mənası #bib nə deməkdir? #bib sözünün izahı #bib sözünün yazılışı #bib necə yazılır? #bib sözünün düzgün yazılışı #bib leksik mənası #bib sözünün sinonimi #bib sözünün yaxın mənalı sözlər #bib sözünün əks mənası #bib sözünün etimologiyası #bib sözünün orfoqrafiyası #bib rusca #bib inglisça #bib fransızca #bib sözünün istifadəsi #sözlük