Bibixanım sözü azərbaycan dilində

Bibixanım

Yazılış

  • Bibixanım • 99.0566%
  • bibixanım • 0.9434%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bibixanım Astrabadi
Bibixanım Astarabadi, Bibixanım Əstərabadi və ya Bibixanım Vəzirova(fars. بی‌بی‌خانم استرآبادی‎; 1858, Novkəndə, Gülüstan ostanı – 1921, Tehran) — İran satirik yazıçısı və qadın hərəkatının öncü şəxslərindən biri. == Həyatı == Bibixanım Astrabadinin atası Mazandaran əyalətinin Ənzan elinin başcısı Məhəmmədbağır xan Astarabadi və anası Nasirəddin şah Qacarın həyat yoldaşı Şukuhüssəltənənin nədiməsi və Axund Molla Kazım Müctəhid Mazandaraninin qızı, Molla Bacı kimi də tanınan Xədicə xanım idi. Bibixanım Astarabadi 1858 və ya 1859-cu ildə dünyaya gəlmişdi və 22 yaşında İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov(Musa xan Vəziri ki qafqazdan Tehrana mühacirət etmişdir) ilə evləndi. Onların yeddi uşağı var idi ki, ən məşhurları polkovnik Əlinağı Vəziri (musiqişünas, bəstəkar, görkəmli tarzən və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi) və Həsən Vəziri (bir bədii rəssam)dırlar. Doktor Məhliqa Məllah, İranın "Ekoloji çirklənməsinə qarşı qadınlar cəmiyyəti"nin (1992-ci ildə, uşaqları və anaları, habelə dövlət vəzifəli şəxslərini ətraf mühitin çirklənmə təhlükəsi haqqında maarifləndirmək üçün təsis oldu) təsisçisi və direktoru, Bibixanım Astarabadinin qız nəvəsidir. == Məşrutə inqilabı == Bibixanım XIX əsrin sonlarında başlayan maarifçilik hərəkatının və XX əsrdin əvvəllərində başlayan Məşrutə inqilabının təsirli şəxslərindən biridir. O, İranın müasir tarixində ilk dəfə olaraq qızlar üçün məktəb (دبستان دوشیزگان — Qızların ibtidai məktəbi) təsis etdi. Bibixanım Astarabadinin, əsas şöhrəti "Kişilərin çatışmazlıqları" (معایب الرجال) kitabına görədir ki "Qadınları tərbiyə etmə"(تادیب‌النسوان) kitabına cavab olaraq mizahı yazmışdır. == Qızların ibtidai məktəbi == Bibixanım, 1907-ci ildə "Qızların ibtidai məktəbi"ni özü yaşadığı evdə təsis etdi.
Bibixanım məscidi
Bibixanım məscidi — Özbəkistanın Səmərqənd şəhərində yerləşən memarlıq abidəsi, məscid. == Tarixi == XIV əsrin sonunda Səmərqənd şəhəri məşhur fateh Əmir Teymurun nəhəng imperiyasının paytaxtı oldu. Şəhər tez bir zamanda genişlənməyə başladı. Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi-xanım türbə-məscidi səmaya ucaldıldı. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunurdu. 1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi "hökümdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir". Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi – xanım bu məscidi öz hökümdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir.

bibixanım sözünün leksik mənası və izahı

bibixanım sözünün etimologiyası

"bibixanım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bibixanım nədir? #bibixanım sözünün mənası #bibixanım nə deməkdir? #bibixanım sözünün izahı #bibixanım sözünün yazılışı #bibixanım necə yazılır? #bibixanım sözünün düzgün yazılışı #bibixanım leksik mənası #bibixanım sözünün sinonimi #bibixanım sözünün yaxın mənalı sözlər #bibixanım sözünün əks mənası #bibixanım sözünün etimologiyası #bibixanım sözünün orfoqrafiyası #bibixanım rusca #bibixanım inglisça #bibixanım fransızca #bibixanım sözünün istifadəsi #sözlük