* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Qadınların yaraşıq üçün biləklərinə taxdıqları gümüş, qızıl və s.-dən qayrılmış halqa; qolbaq. Qızıl bilərziklər, mina sırğalar; Biləkdən açılar, qulaqdan çıxar. M.S.Ordubadi. 2. xüs. Çənbər, qurşaq. Qazıma boruları, onların bilərzikləri, ağır borular “D” və “E” markalı marten poladından hazırlanır. Quliyev.
Azərbaycan dilinin izahlı lüğəti / bilərzik1 Özbək dilində biləküzük kimi işlədilir, “bilək üzüyü” deməkdir. Üzük barmaqda, bilərzik biləkdə, bazubənd isə qolun qarı hissəsində (çiyinlə dirsək arasında) olur. Deməli, üç üzüyü fərqləndimək üçün üzük, bilərzik, bazubənd sözləri işlədilib (sonuncu söz alınmadır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bilərzik3 BİLƏRZİK (yaraşıq üçün biləklərə qızıl, gümüş və sairədən qayrılmış halqa) [Feliçe:] Cavanşirə deyirdi ki, bizdə Azərbaycanda adətdir oğlan sevgilisinə qızıl şey bağışlamalıdı; üzük, boyunbağı, sırğa, bilərzik (H.Abbaszadə); BAZUBƏND (kl.əd.) Xədəmələr durar sağu solunda; Cavahir bazubənd iki qolunda (Nəbati); QOLBAĞI Feliçe: Cavanşir gələn həftə qayıdanda cibindən bir qolbağı çıxarıb, qoluma taxdı (H.Abbaszadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / bilərzik2 сущ. 1. браслет. Qızıl bilərzik золотой браслет 2. строит. хомут (деталь в виде кольца для крепления чего-л.). Metal bilərzik металлический хомут, sökülən bilərzik разборный хомут, bənd bilərziyi хомут-скоба 3. тех. фланец (соединительная часть труб и т.п. в виде плоского кольца или диска) 4. тех. архит. муфта
Azərbaycanca-rusca lüğət / bilərzik1 i. bracelet; (bəndsiz) bangle; ~ geymək / taxmaq to wear* a bracelet
Azərbaycanca-ingiliscə lüğət / bilərzik1 is. 1) bracelet m, anneau m, chaînette f, gourmette f ; 2) tex. manchon m
Azərbaycanca-fransızca lüğət / bilərzik1 сущ. 1. цам; qızıl bilərzik къизилдин цам; 2. хуьс. ченбер, банд.
Azərbaycanca-ləzgicə lüğəti / bilərzik