Bilad əş-Şam
Bilad əş-Şam (ərəb. بِلَاد الشَّام) — Raşidi, Əməvi, Abbasi və Fatimi xilafətlərində vilayət. Vilayət 634–647-ci illərdə müsəlmanlar tərəfindən fəth edilən Bizansın Şərq diosezinin ərazisinə uyğun gəlirdi. Əməvilər dövründə (661–750) Bilad əş-Şam xilafətin paytaxt vilayəti olmuş və vilayətin müxtəlif yerləri Əməvi xəlifələri və şahzadələri üçün iqamətgahı olmuşdur.
== Toponim ==
Bilad əş-Şam adı ərəb dilində "sol tərəfdəki bölgə" kimi tərcümə olunur. Vilayət özlərini doğan günəşə tərəf baxan hesab edən Hicaz (Qərbi Ərəbistan) sakinlərinin baxış bucağından belə adlandırılmışdır. Odur ki, onlar özlərinin sol tərəfində Suriya bölgəsi, sağ tərəfində isə Yəmən bölgəsini ("sağ tərəfdəki bölgə") yerləşdirmişdir.
== Mənbə ==
=== İstinadlar ===
=== Ədəbiyyat ===
Gil, Moshe. A History of Palestine, 634-1099. Cambridge University Press.