bildirmək sözü azərbaycan dilində

bildirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bildirmək • 94.8700%
  • Bildirmək • 5.1007%
  • BİLDİRMƏK • 0.0292%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 37.92 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 109.64
2003 •••••••••••••••••••• 106.29
2004 •••••••••••••• 72.09
2005 •••••••••• 52.63
2006 •••••••• 40.32
2007 ••••••••• 46.30
2008 •••••••• 40.68
2009 ••••••• 34.08
2010 •••• 20.88
2011 ••••• 25.14
2012 ••••• 25.56
2013 •••••• 29.17
2014 ••••• 23.68
2015 •••••• 31.64
2016 ••••••••• 46.34
2017 •••••••• 43.57
2018 •••••••• 43.75
2019 •••••••• 42.56
2020 ••••••••••• 57.68

bildirmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Məlum etmək, xəbər vermək, elan etmək, xəbərdar etmək. – Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim. 2. Anlatmaq, açıb söyləmək, başa salmaq, hiss etdirmək. Fikrini bildirmək. Adını bildirmək. O, ürəyini heç kəsə bildirən deyil. – Kərim bəy bacının qardaş haqqındakı sözündən kövrəlsə də, bildirmədi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / bildirmək

bildirmək sözünün etimologiyası

  • 1 Deyirik: -dır4 şəkilçisi təsirli feillərə artırıldıqda icbar növ düzəldir. Bil­dirmək kəlməsi bu qanuna tabe deyil. Niyə? Mənbələrdə həmin söz bilgirt kimi ya­zılıb, deməli, sözdə -dir şəkilçisi olmayıb, kəlmə təhrif nəticəsində bildir şəklinə düşüb. Qədim dövrlərdə -gır4 şəkilçisi kauzativ (müəyyən səbəblə bağlı hərəkətə təhrik) mənalı feillər düzəldib: görkür (baxmağa təhrik elə), ötkür (yola sal və s.). Təsirli feil düzəldən –ır4 şəkilçisi (köçür, keçir..), ehtimal ki, həmin –gır4 ( və ya –dır4) şəkilçisinin zəminində yaranmış, ona görə də feilin indiki zaman şəkilçiləri ilə yalnız omonimlik münasibətindədir, yəni qohumluğu yoxdur: köçürür feilində köç təsirsiz feildir, sözün köküdür, köçür təsirli feildir, düzəltmədir, sonuncu –ür şəkilçisi indiki zamanı bildirir. Sözün qədim forması köç –kür –ür kimi olub, sonra ikinci k səsi ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bildirmək

bildirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 BİLDİRMƏK [Pyotr Anisimoviç:] Bura gəlməyini özün bizə niyə yazıb bildirməmisən? (H.Abbaszadə); AGAH ETMƏK Zamanı eşikağası işdən agah etdi, biçarə xanın ayağına yıxıldı və gözlərinin yaşını tökdü (Çəmənzəminli); BƏLLƏTMƏK Nəriman təkrar güllə atıb yerini bəllətməkdən qorxdu (Mir Cəlal); ELAN ETMƏK (ELƏMƏK) (elan vasitəsilə bildirmək) Elan edib qeyzini aləmə türk dövləti; Çıxarmış təbəəlikdən şair Nazim Hikməti (M.Rahim); XƏBƏR VERMƏK Heybət: Bir de mümkün etsən anamgilə xəbər verərsən... (S.Rəhimov); XƏBƏRDAR ETMƏK Şölə xanım: ..əgər vəzir görünsə, tez bizi xəbərdar etsin (M.F.Axundzadə); MƏLUM ETMƏK Zöhrə xanım: O səfərki kimi Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb məlum etmək lazımdır (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / bildirmək

bildirmək sözünün rus dilinə tərcüməsi

  • 1 извещать, объявлять, сообщать, заявлять, докладывать, оповещать, дать знать

    Azərbaycanca-rusca lüğət / bildirmək
  • 2 глаг. 1. доводить, довести до сведения кого-л., сообщать, сообщить кому-л. о чём-л. Radio ilə bildirmək сообщить по радио, ünvanını bildirmək сообщить адрес, nəticəsini bildirmək nəyin сообщить (объявить) результат чего, yenilikləri bildirmək сообщить новости 2. извещать, известить; оповещать, оповестить; уведомлять, уведомить кого-л. о чём-л. 3. заявлять, заявить. Fikrini bildirmək заявить о своем мнении, hər iki tərəf münəsibətlərin inkişaf etdirilməsinin zəruriliyini bildirmişlər обе стороны заявили о необходимости развития отношений, jurnalistlərə bildirdilər ki, … журналистам заявили, что … 3. называть, назвать. Adını bildirmək назвать имя

    Azərbaycanca-rusca lüğət / bildirmək

bildirmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to notify (d.), to inform (d.); to declare (d.), to let* know (d.); öz razılığını ~ to signify one’s consent; etirazını ~ to enter / to record / to file a protest; öz arzusunu ~ to make* one’s wish es known; to announce a desire

    Azərbaycanca-ingiliscə lüğət / bildirmək

bildirmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. faire savoir qch à qn, notifier vt, proclamer vt, communiquer vt à qn, apprendre à qn, faire part de qch à qn, annoncer vt, instruire vt ; öz fikrini ~ se prononcer ; hörmətini ~ rendre hommage à. . . ; dərin hüznlə başsağlığı ~ présenter ses profondes condoléances ; yenilikləri ~ annoncer les nouvelles ; narazılığını ~ fronder vt ; nəticələri ~ communiquer les résultats ; radio ilə ~ annoncer à la radio ; razılığını ~ faire part de son consentement ; təəssüfünü ~ apprendre ses regrets ; təşəkkürünü ~ faire ses remerciements ; hamıya ~ divulguer vt

    Azərbaycanca-fransızca lüğət / bildirmək

bildirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ччирун, малумарун, хабар гун, хабардар авун; 2. гъавурда ттун, лугьун, ччирун (мес. жуван фикир).

    Azərbaycanca-ləzgicə lüğəti / bildirmək

"bildirmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bildirmək nədir? #bildirmək sözünün mənası #bildirmək nə deməkdir? #bildirmək sözünün izahı #bildirmək sözünün yazılışı #bildirmək necə yazılır? #bildirmək sözünün düzgün yazılışı #bildirmək leksik mənası #bildirmək sözünün sinonimi #bildirmək sözünün yaxın mənalı sözlər #bildirmək sözünün əks mənası #bildirmək sözünün etimologiyası #bildirmək sözünün orfoqrafiyası #bildirmək rusca #bildirmək inglisça #bildirmək fransızca #bildirmək sözünün istifadəsi #sözlük