bilet sözü azərbaycan dilində

bilet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bilet • 92.6424%
  • Bilet • 7.3027%
  • BİLET • 0.0549%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Lotereya bileti (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...
Xəzinə bileti
Xəzinə bileti — xəzinə idarəsinin bir qayda olaraq büdcə kəsirini ödəmək üçün buraxdığı kağız pul (qızıla dəyişdirilmir); keçmiş sosialist ölkələrində xırda kupyuralı kağız pullar, keçmiş SSRİ-də 1, 3 və 5 manatlıq.
Biletsa döyüşü
Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır. == Zəmin == Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar. Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu. Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu.

bilet sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Partiya bileti. Komsomol bileti. Həmkarlar ittifaqı bileti. // Sahibinin hərbi mükəlləfiyyətli, yaxud bir məktəbə və s.-yə mənsub olduğunu təsdiq edən sənəd. Hərbi bilet. Tələbə bileti. // Ümumiyyətlə, sənəd, vəsiqə. 2. mal. Kağız pul. Dövlət xəzinəsi bileti. Kredit bileti. Bank bileti. 3. Bir yerə daxil olmaq, nəqliyyat vasitəsinə minmək, bir şeydən istifadə ixtiyarı verən vərəqə, kartoçka və s. Dəmiryol bileti. Tramvay bileti. Teatr bileti. Kino bileti. Bilet kassası. Heyvanxanaya bilet almaq. – [Hacı Saleh:] Axı onu bir başa salın ki, hələ biletləri satmamışıq. S.Rəhman. 4. köhn. Pasport. İrəvanda da, deyirlər, vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır. C.Məmmədquluzadə. 5. İmtahanda tələbənin, şagirdin cavab verməli olduğu suallar yazılmış vərəqə. İmtahan bileti. – İmtahan… Kimi cəsarətlə çəkir bileti; Kimi qorxa-qorxa yanaşır mizə. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / bilet
  • 2 1) özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir; 2) şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; 3) şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; 4) tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; 5) kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; 6) maliyyədə kağız pul. Məsələn, dövlət xəzinəsi bileti, kredit bileti, bank bileti; 7) bir yerə daxil olmaq, nəqliyyat vasitəsinə minmək, bir şeydən istifadə ixtiyarı verən vərəqə, kartoçka və s. Məsələn, dəmiryol bileti, tramvay bileti, teatr bileti, kino bileti, bilet kassası. 8) pasport; 9) imtahanda tələbənin, aspirantın cavab verməli olduğu suallar yazılmış vərəqə. Məsələn, imtahan bileti.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / bilet

bilet sözünün sinonimləri (yaxın mənalı sözlər)

bilet sözünün rus dilinə tərcüməsi

  • 1 1. билет; 2. билетный;

    Azərbaycanca-rusca lüğət / bilet
  • 2 I сущ. билет: 1. документ, удостоверяющий принадлежность к какой-л. организации, партии, отношение к каким-л. обязанностям. Partiya bileti партийный билет, həmkarlar ittifaqı bileti профсоюзный билет, hərbi bilet военный билет; tələbə bileti студенческий билет 2. карточка, дающая право на доступ куда-л. 3. документ, удостоверяющий право пользования ч ем- л., для входа куда-л. (за плату). Trolleybus bileti троллейбусный билет, daimi bilet постоянный билет 4. листок с вопросами на экзаменах. İmtahan bileti экзаменационный билет 5. фин. бумажный денежный знак, документ. Bank bileti банковский билет II прил. билетный. Bilet kassası билетная касса

    Azərbaycanca-rusca lüğət / bilet

bilet sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. ticket; dəmiryol ~i rail-way / railroad ticket; tramvay / avtobus və s. ~i tram / bus, etc. ticket; birtərəfli ~ (yəni ya getmək, ya da gəlmək üçün) single (ticket); ikitərəfli ~ (yəni həm getmək, həm də qayıtmaq üçün) return (ticket); giriş ~i entrance ticket, ticket of admittance; ~ almaq to take* / to book / to buy* tickets; Bakıya / İstambul / London və s. ~ almaq to take* one’s ticket to Baku / to Istambul / to London, etc.; təyyarəyə ~ almaq to book seats on a plane; ~ sifariş etmək to order / to reserve a ticket; Biletlər saat 10-dan satılır (bildiriş) The booking-office tickets from 10; Bütün biletlər / yerlər satılıb (bildiriş) All seats are sold / booked; 2. (vəsiqə) card, pass; partiya ~ i party (membership) card; hərbi ~ (serviceman’s) identification card; tələbə ~i student’s pass 3. (imtahanda) card, paper; imtahan ~i examination ques tion paper; examination card II. s.: ~ kassası booking-office, (teatrda və s.) box-office

    Azərbaycanca-ingiliscə lüğət / bilet

bilet sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. billet m, ticket m, carte f ; ~ almaq prendre (acheter, retenir) un billet ; qatar (gəmi, təyyarə) ~i billet de train (de bateau, d’avion) ; kredit ~i billet de banque ; tələbə ~i carte f d’étudiant ; oxucu ~i carnet m de lecteur ; havayı ~ billet de faveur ; həmkarlar ~i carte f du syndicat, carte syndicale ; lotoreya ~i billet de loterie, billet gagnant ; ~lərin yoxlanılması contrôle m (poinçonnage m) des billets ; 2) sif. de billet ; ~ kassası caisse f (de théâtre, du cinéma, de chemin de fer)

    Azərbaycanca-fransızca lüğət / bilet

bilet sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] 1. билет; partiya bileti партиядин билет; tələbə bileti студентвилин билет; imtahan bileti имтигьандин билет; 2. куьгьн. паспорт.

    Azərbaycanca-ləzgicə lüğəti / bilet

"bilet" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bilet nədir? #bilet sözünün mənası #bilet nə deməkdir? #bilet sözünün izahı #bilet sözünün yazılışı #bilet necə yazılır? #bilet sözünün düzgün yazılışı #bilet leksik mənası #bilet sözünün sinonimi #bilet sözünün yaxın mənalı sözlər #bilet sözünün əks mənası #bilet sözünün etimologiyası #bilet sözünün orfoqrafiyası #bilet rusca #bilet inglisça #bilet fransızca #bilet sözünün istifadəsi #sözlük