Bilgə sözü azərbaycan dilində

Bilgə

Yazılış

  • Bilgə • 95.4774%
  • bilgə • 4.5226%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bilgə Təkin
Bilgə Təkin - 966-975-ci illər arası hökmdarlıq etmiş Qəznə hakimi. Samani generalı Faiqin ordularını məğlub etdikdən sonra bir az daha müstəqilləşsə də hələ də Samanilərin hakimiyyəti altında idi. 975-ci ildə Gərdiz qalasını mühasirəyə alarkən vəfat etdi. Yerinə seçki ilə başqa bir sərkərdə olan Böri Təkin keçdi.
Bilgə xaqan
Bilgə xaqan (çin. 阿史那默棘連; 683 – 734 və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı. == Adı və ilkin həyatı == Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə Xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi.
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Bilgə Qutluq xan
Bilgə Qutluq Tenqri xaqan — İkinci Göytürk xaqanlığının VI xaqanı, Bilgə xaqanın ikinci oğlu. == Hakimiyyəti == Qardaşının vaxtsız ölümündən sonra taxta gəlmişdi, kiçik olduğundan əsas hakimiyyət anasında idi. Xaqanın gücü azalır, tayfalar imperiyadan ayrılırdı.Böyük Hun imperatorluğu dağıldıqdan sonra Mərkəzi Asiya, Altay və Böyük Çöl ərazilərində yaşayan türklər Jujan dövlətiinin əsarəti altına düşdülər. Xaqan qərb şadını öldürsə də, şərqin şadı Pan Kül Tegin üsyana başlamışdı. Xaqanı devirən şad, qısa zamanda özü də öldürülmüşdü. İmperiya bununla parçalanmış, qarluqlar və uyğurlar müstəqil olmuşdu.
Bilgə xaqan abidəsi
Bilgə xaqan abidəsi və ya Bilgə xaqan kitabəsi, Türk dilinin ən qədim kitabələrindəndir. Orxon abidələri olaraq bilinən abidələrdən biridir. Bu abidə Bilgə xaqanın ölümündən (73)) bir il sonra oğlu Tenqri xaqan tərəfindən düzəldilmişdir. Bu abidədə də yazılanlar, Kültigin abidəsində olduğu kimi Bilgə xaqanın dilindəndir.. Monqolustanın Orxon çayı yaxınlarındadır. Bilgə xaqan abidəsilə Kültigin abidəsi arasındakı məsafə təxminən 1 kilometrdir. Göytürk yazısı ilə yazılmışdır. Bəzi bölümləri Kültigin abidəsindən götürülmüşdür. Ondan fərqli olaraq Kültiginin ölümündən sonrakı hadisələrdən də bəhs edir. Hər iki abidənin də ətrafında balballar vardır.
Nuri Bilgə Ceylan
Nuri Bilgə Ceylan (26 yanvar 1959, İstanbul) — Türkiyə rejissoru və ssenaristi. Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Bakırköy ərazisində anadan olsa da uşaqlığı ata yurdu olan Yenicedə keçir. Burda o məktəbi bitirir və Boğaziçi Unversitetinin “elekrotexnika” fakultəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır.
Bilgə Kül Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
Bilgə Qul Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.
Qutluq Bilgə Kül xaqan
Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdir. Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, Uyğurlar və Qarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi. Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.
El Etmiş Qutluq Bilgə xaqan
El Etmiş Qutluq Bilgə xaqan (伊里底蜜施骨咄禄毗伽, əsl adı Tumodu 都摩度) — Türgiş xaqanı. Bağa Tarxanla əlbir olub Suluk xaqanı öldürənlərin arasındaydı. == Hakimiyyəti == Bağa Tarxanın ölümündən sonra 744-cü ildə Çin tərəfindən Türgiş xaqanı təyin olunmuşdu.
Bilgədi
Bilhədi — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 610 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir.
Bilgəh
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. == Ümumi məlumat == Əhali 9,3 min (2008). Tam orta məktəb, 2 məktəbəqədər müəssisə, internat məktəbi, mədəniyyət evi, kitabxana, musiqi məktəbi, birləşmiş şəhər xəstəxanası, kardioloji sanatoriya, pansionat, rabitə şöbəsi var. Bilgəh dənizkənarı iqlim kurortudur. İqlimi quru subtropikdir. Yayı isti və quru, qışı mülayimdir. Avqustda orta temp-r 25 °C, yanvarda 0–3 °C-dir. Yağıntının illik miqdarı 200–300 mm; əsasən, şimal (xəzri) və cənub (giləvar) küləkləri əsir. Bilgəh sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır; S. Aşurbəyli əsərlərində "Bilgəh" adının 18-ci əsrin əvvəllərində bu ərazidə yaşamış "bilgə" türk tayfasının adından götürüldüyünü qeyd edir. Mütəxəssislər indiki Bilgəhin yerində Köhnə Bilgəh olduğunu, onun Əşburan burnu adlandığını da söyləyirlər.
Bilgəh bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bilgəh məscidi
Bilgəh məscidi və ya Leyla xanım məscidi — Abşeronda Şirvanşahlar dövrünə aid məscid. == Haqqında == Məscid-Leyla Xanım ziyarətgahı Bakının Bilgəh kəndindədir.VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı Leyla xanım ziyərətgahının memarı Mahmud İbn Səidi olub. II Fərruxzaad İbn Əxsitan VIII əsrdə Şirvan şah tərəfindən 1281-1282-ci illərdə inşa edilib. Əsas ibadət zalının sahəsi 12x12 metrədir. Yonulmuş sal daşlardan tikilib. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib. İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kvadratmetrdir.
Bilgəh qalası
== Bilgəh qalası == Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. == Tarixi == Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi.
Bilgəh çimərliyi
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir. Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10–20 manat arasında dəyişir. Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib. 2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.
Bilgətəkin
Bilgə Təkin - 966-975-ci illər arası hökmdarlıq etmiş Qəznə hakimi. Samani generalı Faiqin ordularını məğlub etdikdən sonra bir az daha müstəqilləşsə də hələ də Samanilərin hakimiyyəti altında idi. 975-ci ildə Gərdiz qalasını mühasirəyə alarkən vəfat etdi. Yerinə seçki ilə başqa bir sərkərdə olan Böri Təkin keçdi.
Köhnə Bilgəh burnu
Köhnə Bilgəh burnu və Amburan burnu — Abşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Sarıqayabaşı burnu istisna olmaqla Abşeron yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. Bilgəh-Pirşağı yolundan şimalda yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır. == Maraqlı fakt == Burunun digər adı Amburandır. Bu səbəbdən Amburan mayakının burunda yerləşməsi düşünülür. Ancaq Amburan mayakıı Köhnə Bilgəh burnunda deyil, Qalagah burnunda yerləşir.

bilgə sözünün leksik mənası və izahı

bilgə sözünün rus dilinə tərcüməsi

"bilgə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bilgə nədir? #bilgə sözünün mənası #bilgə nə deməkdir? #bilgə sözünün izahı #bilgə sözünün yazılışı #bilgə necə yazılır? #bilgə sözünün düzgün yazılışı #bilgə leksik mənası #bilgə sözünün sinonimi #bilgə sözünün yaxın mənalı sözlər #bilgə sözünün əks mənası #bilgə sözünün etimologiyası #bilgə sözünün orfoqrafiyası #bilgə rusca #bilgə inglisça #bilgə fransızca #bilgə sözünün istifadəsi #sözlük