Biləcəri sözü azərbaycan dilində

Biləcəri

Yazılış

  • Biləcəri • 99.8255%
  • biləcəri • 0.1309%
  • Bİləcəri • 0.0436%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biləcəri
Biləcəri kəndi — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində iri şəhər tipli qəsəbə. == Tarixi == Biləcəridi qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir. 1936-cı ildən Şəhərə ən yaxın kənd olduğu üçün "qəsəbə" statusu verilmişdir. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnotoponim olub, türkdilli xəzərlərin Bələncər tayfasının adını əks etdirir. Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın (531–579) Azərbaycana köçürdüyü xəzərlərlə və VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər. Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir. Hal-hazırda 4 əsrə yaxın yaşı olan Biləcəri kəndinin məscidi II Şah Abbasın sərkərdəsi Biləcərili Ağabəyin oğlu Bəylərbəyi əmir Murad Xan tərəfindən tikdirilmişdir. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Akademik Tofiq Hacıyevin fikrincə Bilə (bala "kiçik") + cər (yer) birləşməsindən yaranmışdır.
Biləcəri bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vüqar Biləcəri
Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı. == Həyatı == Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi. == Vəfatı == 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra dünyasını dəyişib. Hökməli qəbiristanlığında dəfn edilib.
Biləcəri parkı
Biləcəri mədəniyyət-istirahət parkı (xalq arasında bəzən Biləcəri Dəmiryolçular Parkı) — Azərbaycanın Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən park. Parkda həmçinin Biləcəri Mədəniyyət Mərkəzi yerləşir. == Tarixi == Xalq arasında Biləcəri Dəmiryolçular Parkı kimi də adlandırılan Biləcəri mədəniyyət-istirahət parkı 1957-ci ildə dəmiryolçuların istirahət parkı kimi inşa edilmişdir. Parkda əsaslı təmir işləri prezident İlham Əliyevin 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. 2013-cü il aprelin 22-sində mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Açılışda prezident İlham Əliyev də iştirak etmişdir. == Xüsusiyyətlər == 5 hektar sahəyə malik Biləcəri mədəniyyət-istirahət parkında Biləcəri Mədəniyyət Mərkəzi, 2 ədəd restoran, fəvvarə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yerləşir.
Biləcəri Dəmiryol Stansiyası
Biləcəri dəmiryol stansiyası — Zaqafqaziyada ən böyük çeşidləmə "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu". 1900-cü ildə uzunluğu 231 km olan Dərbənd-Biləcəri dəmiryolu xətti tikilmişdr.
Lokomotiv-Biləcəri FK
"Lokomotiv-Biləcəri" — Bakının futbol klubu. Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.2015-ci ildə komanda maliyyə problemlərinə görə dağıldı.
Biləcəri Yuyucu Buxarlayıcı Stansiyası
Biləcəri Yuyucu Buxarlayıcı stansiyası (YBS) — əsas iş fəaliyyəti neft məhsulları boşaldılmış dəmir yol çənlərini yuyub, yenidən yük altına və təmirə hazırlamaqdır. == Ümumi məlumat == Biləcəri Yuyucu Buxarlayıcı stansiyası Keşlə istiqamətindən Biləcəri Dəmiryol Stansiyasının cüt boğazında yerləşir. Biləcəri Dəmiryol Stansiyasının 11-ci postu istiqamətindən yuyucu Buxarlayıcı stansiyaya çən vaqonlarının qəbulu və göndərilməsi yerinə yetirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.80 dəfə / 1 mln.
2003 •••• 5.91
2004 •••• 5.73
2005 •••••• 8.10
2006 ••••••••••••••• 22.52
2007 ••••••••••••• 19.87
2008 •••••••••••••••••••• 31.18
2009 ••••••••••••••• 23.04
2010 ••••••••••••••• 23.33
2011 •••••••••••• 18.10
2012 •••••••••• 15.32
2013 ••••••••••• 17.07
2014 ••••••••••••• 19.22
2015 ••••••••••• 16.16
2016 •••••••••••• 17.70
2017 •••••••••••••• 20.97
2018 ••••••••••••• 18.88
2019 •••••••••••••••• 24.34
2020 •••••••••• 14.85

biləcəri sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#biləcəri nədir? #biləcəri sözünün mənası #biləcəri nə deməkdir? #biləcəri sözünün izahı #biləcəri sözünün yazılışı #biləcəri necə yazılır? #biləcəri sözünün düzgün yazılışı #biləcəri leksik mənası #biləcəri sözünün sinonimi #biləcəri sözünün yaxın mənalı sözlər #biləcəri sözünün əks mənası #biləcəri sözünün etimologiyası #biləcəri sözünün orfoqrafiyası #biləcəri rusca #biləcəri inglisça #biləcəri fransızca #biləcəri sözünün istifadəsi #sözlük