bimetallizm sözü azərbaycan dilində

bimetallizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bimetallizm • 66.6667%
  • Bimetallizm • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bimetallizm
Bimetallizm (lat. bis – iki dəfə və yun. metallum – metal) — ümumi ekvivalent rolunu eyni zamanda iki metalın – qızıl və gümüş metalların oynadığı tədavüldə olan banknotların bu metallara dəyişilən pul sistemi. == Tarixi == Sistem XVI-XVIII əsrlərdə bir çox ölkələrdə (Fransada, Belçikada, İsveçrədə) geniş yayılmışdı və XIX əsrin təxminən son qərinəsinə qədər mövcud olmuşdur. Ənənəvi tərifə görə bimetallizm qızıl və gümüş sikkələrin sərbəst zərb edilməsini, yəni nəcib metaldan olan külçələrin sikkə sarayına gətirilməsi və bu külçələrin rəsmi dəyərinə bərabər məbləğdə xüsusi şəxslər üçün sikkə almaq imkanıdır. Qızıl və gümüş arasında rəsmi nisbətin – bimetal paritetinin müəyyən edilməsini tələb edir. == Növləri == Bimetalizmin aşağıdakı növləri məlumdur: Paralel valyuta sistemi; İkiqat valyuta sistemi; «Axsayan» valyuta sistemi. === Paralel valyuta sistemi === Paralel valyuta sistemi zamanı qanunvericilik qızıl ilə gümüş arasında müəyyən qiymət nisbətini müəyyən etmir, qızıl və gümüş sikkələr isə qızıl və gümüşün bazar dəyərinə uyğun olaraq alqı-satqı və digər sövdələr zamanı qəbul olunur. === İkiqat valyuta sistemi === İkiqat valyuta sistemi zamanı dövlət iki metal arasında müəyyən qiymət nisbətini təsbit edir, qızıl və gümüş sikkələrin zərb olunması və onların əhali tərəfindən qəbul olunması isə bu nisbətdə həyata keçirilir. === «Axsayan» valyuta sistemi === «Axsayan» valyuta sistemi zamanı qızıl və gümüş külçələr bərabər olmayan nisbətdə qanuni tədiyyə vasitələridir, yəni gümüş sikkələr qızıl sikkələrin sərbəst zərb olunmasından fərqli olaraq qapalı qaydada zərb olunurdu (bimetalizm gümüş «ayaqla» «axsayırdı»).

bimetallizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. экон. биметаллизм (денежная система, при которой платёжным средством являются два металла – золото и серебро)

    Azərbaycanca-rusca lüğət / bimetallizm

bimetallizm sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#bimetallizm nədir? #bimetallizm sözünün mənası #bimetallizm nə deməkdir? #bimetallizm sözünün izahı #bimetallizm sözünün yazılışı #bimetallizm necə yazılır? #bimetallizm sözünün düzgün yazılışı #bimetallizm leksik mənası #bimetallizm sözünün sinonimi #bimetallizm sözünün yaxın mənalı sözlər #bimetallizm sözünün əks mənası #bimetallizm sözünün etimologiyası #bimetallizm sözünün orfoqrafiyası #bimetallizm rusca #bimetallizm inglisça #bimetallizm fransızca #bimetallizm sözünün istifadəsi #sözlük