bin-Rəşid sözü azərbaycan dilində

bin-Rəşid

Yazılış

  • bin-Rəşid • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Qastone Bin
Qastone Bin (it. Gastone Bean; 11 avqust 1936) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu. == Klub karyerası == San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı. Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi. 14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu, "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi. Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər.Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər. Bu ancaq 1961–62 mövsümündə baş verdi ki, klub 64 qol sayı ilə və ikinci yeri tutan "Napoli"ni 11 xal qabaqladı.
Şon Bin
Şon Bin (17 aprel 1959) — film və kino aktyoru.
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran oxuyan (hafiz). Onun səsi, həmçinin quran qiraəti xususi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. == Həyatı == Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakultəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. == Həyatı == Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * *Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Rəşid Abdullayev
Rəşid Abdullayev (idmançı)
Rəşid Atamalıbəyov
Rəşid Səlim oğlu Atamalıbəyov (13 iyul 1932 – 30 avqust 2012) — Azərbaycan kinorejissoru.[mənbə göstərin] == Həyatı == 1956-cı ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirdikdən sonra, həmin ildən kinoda çalışmağa başlamışdır.
Rəşid Axriyev
Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri"; İnquşetiyanın ilk pilotu.Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir. == Həyatı == === Erkən illəri === 1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir. === I Dünya müharibəsi === I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s).Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir. İnqilabdan sonra digər aviatorlarla birlikdə Türkiyəyə mühacirət edir. Almaniya tərəfində döyüşərək Alman pilotları ilə birlikdə ingilis və fransız qoşunlarının mövqelərinin bombalanmasında iştirak edir.
Rəşid Ağamalıyev
Rəşid Eldar oğlu Ağamalıyev (28 oktyabr 1992) — ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator. == Həyatı == Rəşid Ağamalıyev — 1992-ci il oktyabrın 28-də ziyalı ailəsində anadan olmuşdur. 2007–2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak edib. 2015-ci ildə Hollandiyanın Utrext universitetində "Fəlsəfə" ixtisası üzrə təhsil almışdır. 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universiteti "Kinoşünaslıq" və "İngilis dili filologiyası" ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri Akademiyasının "Kino və Televiziya" fakültəsində "Kinoprodüser" ixtisası üzrə kurs bitirib. "Bayatı Şiraz" (2014) bədii klipinin, "Aşıq Qərib. Azərbaycan məhəbbət dastanı" (2014), "Züleyxa ilə dialoqlar" (2019) sənədli filmlərinin və "Tar dərsləri" (2015–2017) kimi maarifləndirici videoların müəllifidir. 2018-ci ildə çap olunan "Azərbaycan animasiyası" kitabının həmmüəllifi və baş redaktorudur. Kitab azərbaycan və rus dillərində tərtib olunub və ötən əsrin 30-cu illərindən bugünlərədək Azərbaycan animasiyasının inkişaf tarixini əhatə edir.2018-ci ildə yaradılmış ilk Bakı Beynəlxalq Animasiya Festivalı olan ANİMAFİLM-in təsisçisi və direktorudur.2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan animasiyasının 50-ci ildönümü ilə əlaqədar 2019-cu ildə Yunanıstanın "AnimaSyros", Polşanın "StopTrik" və Gürcüstanın "TOFUZİ" kimi beynəlxalq animasiya festivallarında Azərbaycanın kult retrospektiv cizgi filmlərinin nümayişini həyata keçirib.
Rəşid Baxşəliyev
Rəşid Əliağa oğlu Baxşəliyev (23 oktyabr 1996; Sumqayıt, Azərbaycan — 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşlərinin şəhidi. == Həyatı == Rəşid Baxşəliyev 1996-cu il oktyabrın 23-da Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayonundan idi. 2002-2011-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində İ. Tağıyev adına 26 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Abşeron rayonunun Masazır qəsəbəsində Ə. Vahid adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rəşid Baxşəliyev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Baxşəliyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan Aprel döyüşlərində savaşıb. Rəşid Baxşəliyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Aprelin 12-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Rəşid Baxşəliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.
Rəşid Behbudov
Rəşid Məcid oğlu Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi. == Həyatı == Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.
Rəşid Cavanşir
Rəşid Cəmil oğlu Cavanşir (17 iyul 1951, Bakı) — AMEA-nin müxbir üzvü (2001), geologiya-minerologiya elmləri doktoru, professor. == Həyatı == Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib. Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Berlində keçirilən gənclər festivalında Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Ali təhsil aldıqdan sonra Rəşid Cavanşir öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto-dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib. Rəşid Cavnşir ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy¬yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.
Rəşid Faxralı
Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı) — şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili. == Həyatı == Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub. 25 kitabın, 4 sənədli filmin müəllifidir. "Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır. == Kitablari == Gözümdə hönkürür bir dəli sevda. Zaman, biz və kişiliyimiz. Qürbət ağrısı.
Rəşid Göyüşov
Rəşid Göyüşov — Azərbaycan arxeoloqu; tarix elmləri doktoru, professor. == Həyatı == Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul edilir və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir. R.B.Göyüşov ali təhsilini başa vurduqdan sonra təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiri və orta məktəb direktoru vəzifələrində çalışır. Lakin arxeologiya elminə olan həvəs onu 1959-cu ildə Azərbaycan EA Tarix İnstitutuna gətirib çıxarır. Həmin ildə o, arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Rəşid Göyüşov öz elmi fəaliyyətinə böyük təcrübə sahibi qocaman alim S.M.Qazıyevin rəhbərliyi ilə Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlamışdır. Burada ona təklif olunmuş "Qəbələ şəhərinin dulus məmulatı (I-Х əsrlər)" adh dissertasiyasını vaxtında başa çatdırır və 1962-ci ildə Tarix İnstitutununun elmi şurasında müvəffəqiyyətlə müdafıə edir. Rəsmi opponentləri akademik Ə.Ə.Əlizadə, G.Ə.Əbilova və hətta görkəmli Qafqazşünas alim K.V.Trever onun əsərinə çox yüksək qiymət vermişdilər. == Elmi fəaliyyəti == Qarabağda arxeoloji tədqiqat işlərini ardıcıl olaraq davam etdirən R.B.Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün "Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair" adlı məqaləsini yazıb nəşr etdirir.
Rəşid Hüseynov
Rəşid Hüseyn oğlu Hüseynov (1962, Mollabayramlı, Kəlbəcər rayonu – 26 fevral 1992, Naxçıvanik, Xocalı rayonu) — Xocalı soyqırımı şəhidi, döyüşçü. == Həyatı == Hüseynov Rəşid Hüseyn oğlu 1962-ci ildə Kəlbəcər rayonunun Əli Bayramlı (indiki Mollabayramlı) kəndində anadan olmuşdur. 1978-ci ildə Zar kənd orta məktəbini bitirmişdir. 1978-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçmüşdür. Orta məktəbi Xocalıda bitirmişdir.1980–1982-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa texniki peşə məktəbində oxumuşdur. 1989-cu ildən Xocalı milis bölməsində ictimai asayişin keşikçisi olaraq işləməyə başlamış, şəhid olana qədər DİN-nin polis sıravisi olmuşdur. Gecə-gündüz Xocalı, Xankəndi dəmiryolu vağzalında növbədə durmuş, erməni təxribatlarının qarşısını almağa səy göstərmişdir. Xocalı mühasirədə olduğundan həyat yoldaşını və uşaqlarını 19 noyabr 1991-ci ildə Xocalıdan köçürmüş, ata-anası Xocalıda qalmış, özü isə Xocalıda xidmətinə davam etmişdir. Rəşid Hüseynov 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımı zamanı xocalıları müdafiə edə-edə Naxçıvanikə (Naxçıvanlı) qədər gəlmiş, orada şəhid olmuşdur.
Rəşid Həmidov
Rəşid Pərviz oğlu Həmidov (19 sentyabr 1999; Siyəzən, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan (Tərtər), Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmidov Rəşid Pərviz oğlu 19.09.1999-cu ildə Siyəzən şəhərində anadan olub. 2007-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2 il həmin məktəbdə oxuduqdan sonra yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar təhsilini Bakı sanatoriya tipli 10 saylı internat məktəbində davam etdirib. 9-cu sinifdən sonra o, Dəmir Yolu Texnikomuna daxil olub və tam kursu bitirib. Texnikomu bitirdikdən sonra 2019-cu ildə Hərbi xidmətə yollanıb. 7 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Rəşid Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Murovdağın, Suqovuşan (Tərtər)in və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub.
Rəşid Lətifov
Rəşid Güləhməd oğlu Lətifov (14 yanvar 2000, Tatyanoba, Masallı rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub. 2006-cı ildə Güllütəpə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. == Hərbi xidməti == 2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub. 2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib. Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Kəlbəcər rayonunlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşid Lətifov 01.10.2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rəşid Mahmudov
Rəşid Mahmudov (ictimai xadim) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi. Rəşid Mahmudov (fizioloq) — tibb elmləri namizədi, fizioloq.
Rəşid Mehdiyev
Rəşid Rövşən oğlu Mehdiyev (d. 26 iyul 1990; Salyan, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Rəşid Mehdiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. == Hərbi xidməti == Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Mehdiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rəşid Meredov
Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001). == Həyatı == Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib.1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb. 1993-cü ilin martından 1994-cü ilədək Türkmənistan Prezidenti Aparatının hüquq bölməsinin müdiri işləyib.
Rəşid Məcidov
Rəşid Əsəd oğlu Məcidov (22 iyun 1908, Bakı – 1970, Bakı) — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır. == Həyatı == 1908-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi. Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi. 1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib. Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub. Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib.
Rəşid Mədinov
Rəşid Mədinov (azərb. Rəşid Nəzər oğlu Mədinov‎; d. 24 aprel 1996, Yeni Həyat, Xaçmaz rayonu — . 13 oktyabr 2020, Pirəhmədli, Füzuli) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir. Subay idi. == Təhsili == 2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirib.
Rəşid Məmmədbəyov
Rəşid Qarabəy oğlu Məmmədbəyov (28 fevral 1927, Şağan, Bakı qəzası – 4 dekabr 1970, Bakı) — Azərbaycan və SSRİ güləşçisi, 57 kq çəki dərəcəsində çıxış etmişdir. SSRİ Əməkdar İdman Ustası(1952). SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısı. 1952-ci il Yay Olimpiya oyunlarının gümüş mükafatçısı, Olimpiya medalı qazanmış ilk azərbaycanlı. == Həyatı == Azərbaycanın və SSR-nin güləşçisi, 57 kq çəkidə SSR-ni təmsil edən, SSRİ əməkdar idman ustası, 1952-ci ilin olimpia oyunlarının gümüş medalçısı, Azərbaycan idmançılarının arasında ilk olimpia mükafatı qazanmış, SSRİ-nin 5 qat gümüş medalçısı, İskra idman cəmiyyətinin üzvü Rəşid Qarabəy oğlu Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olub. O, keçmiş Kirov adını daşıyan Azərbaycan Dövlət İdman İnstitutunu bitirib. Onun məşqçisi Azərbaycanda ilk güləş üzrə SSRi məşqçisi adını qazanmış Rza Baxşəliyev idi. Onun ən sevimli şagirdi Rəşid Məmmədbəyov sayılırdı. 1947-ci ildə Məmmədbəyov Taplində keçirilən SSRİ çempionluğunda iştirak etmişdi. Qalib gələrək ikinci yerə layiq görüldü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 1.70

Oxşar sözlər

#bin-rəşid nədir? #bin-rəşid sözünün mənası #bin-rəşid nə deməkdir? #bin-rəşid sözünün izahı #bin-rəşid sözünün yazılışı #bin-rəşid necə yazılır? #bin-rəşid sözünün düzgün yazılışı #bin-rəşid leksik mənası #bin-rəşid sözünün sinonimi #bin-rəşid sözünün yaxın mənalı sözlər #bin-rəşid sözünün əks mənası #bin-rəşid sözünün etimologiyası #bin-rəşid sözünün orfoqrafiyası #bin-rəşid rusca #bin-rəşid inglisça #bin-rəşid fransızca #bin-rəşid sözünün istifadəsi #sözlük