binagüzarlıq sözü azərbaycan dilində

binagüzarlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • binagüzarlıq • 88.8889%
  • BİNAGÜZARLIQ • 5.5556%
  • Binagüzarlıq • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qanunvericilik və binagüzarlıq sənədlərinin dərc olunduğu toplu. == Yaradılması == "Məcmuə"ni nəşr etmək üçün Azərbaycan Hökumətinin 1919 il iyunun 25-də qəbul etdiyi qərarla "AzərbaycanCümhuriyyəti Hökumətinin xəbərləri" nəşriyyatı yanında xüsusi şöbə yaradılmışdı. Həmin şöbə "Metropol" mehmanxanasında (indiki Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi) yerləşdirilmişdi. == Nəşri == Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Məcmuə"-nin Azərbaycan və rus dilləridə ayrı-ayrılıqda 4 nömrəsi nəşr olunmuşdur. "Məcmuə"nin ilk nömrəsi 1919 il noyabrın 15-də, son nömrəsi isə 1920 il yanvarın 1-də buraxılmışdır. Buraya Azərbaycan Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918 il mayın 28-dən həmin ilin oktyabrın 31 -nə qədər qəbul olunmuş 298 qanunvericilik və binagüzarlıq sənədi daxil edilmişdir. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Cümhuriyyəti hökümətinin xəbərləri qəzeti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu maddəsi.

binagüzarlıq sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Tədbir, sərəncam, çarə, çıxış yolu. Bu xüsusda bir binagüzarlıq lazımdır. – [Mirzə İsmayıl:] Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. Ə.Haqverdiyev. 2. Rəsmi tapşırıq, əmr, qərar, qanun, sərəncam. □ Binagüzarlıq etmək – 1) tədbir görmək, çarə etmək, çıxış yolu tapmaq. [Divanbəyi:] Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb, quldurları axtarmaq üçün binagüzarlıq edəm. M.F.Axundzadə. Bu işə təcili binagüzarlıq etmək üçün çalışmaq yoldaş Cəmilə tapşırılır… Mir Cəlal; 2) qanun vermək, qərar çıxartmaq; // tapşırıq vermək, sərəncam vermək. İstənilən qüvvənin tezliklə göndərilməsinə binagüzarlıq edəsiniz. M.S.Ordubadi. Artırmanın qabağında binagüzarlıq edən yüzbaşı hərdən ağasına dadlı bir təbəssümlə müraciət edir. Çəmənzəminli. Qoy Kruçininə pərdəni açmaq üçün binagüzarlıq eləsin. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / binagüzarlıq

binagüzarlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

binagüzarlıq sözünün rus dilinə tərcüməsi

binagüzarlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. тедбир, чара, серенжем, рехъ; 2. буйругъ, тапшуругъ, къарар, къанун, серенжем; binagüzarlıq etmək а) тедбир акун, чара авун, рехъ акъудун; б) къанун гун, къарар акъудун; тапшуругъ гун, серенжем гун.

    Azərbaycanca-ləzgicə lüğəti / binagüzarlıq

Oxşar sözlər

#binagüzarlıq nədir? #binagüzarlıq sözünün mənası #binagüzarlıq nə deməkdir? #binagüzarlıq sözünün izahı #binagüzarlıq sözünün yazılışı #binagüzarlıq necə yazılır? #binagüzarlıq sözünün düzgün yazılışı #binagüzarlıq leksik mənası #binagüzarlıq sözünün sinonimi #binagüzarlıq sözünün yaxın mənalı sözlər #binagüzarlıq sözünün əks mənası #binagüzarlıq sözünün etimologiyası #binagüzarlıq sözünün orfoqrafiyası #binagüzarlıq rusca #binagüzarlıq inglisça #binagüzarlıq fransızca #binagüzarlıq sözünün istifadəsi #sözlük