Binəqədi sözü azərbaycan dilində

Binəqədi

Yazılış

  • Binəqədi • 99.2137%
  • BİNƏQƏDİ • 0.7428%
  • Bİnəqədi • 0.0301%
  • binəqədi • 0.0134%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Binəqədi
Binəqədi – Bakının Binəqədi rayonunun inzibati mərkəzidir. == Əhalisi == Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsada, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olmuşdur. Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı isə 30 minə yaxındır. == Tarixi == Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir.
Binəqədi (qəsəbə)

Binəqədi (qəzet)
Binəqədi - Həftəlik ictimai-siyasi qəzet (Binəqədi Rayon İcra Hakimiyyətinin qəzeti) == Haqqında == Binəqədi Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Binəqədi” ictimai-siyasi qəzeti 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Qəzet,Binəqədi rayonunun həyatında, bütövlükdə respublikada, eləcə də dünyada baş verən yenilikləri operativ şəkildə çatdırmaq üçün həftəlik çap edilir. Qəzet 2 min tirajla çap olunur. == Məqsədi == Qəzetin yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. “Binəqədi” ictimai-siyasi qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
Binəqədi döyüşü
Binəqədi döyüşü — 1918-ci il, avqustun 26-31-də Bakını azad etməyə gələn Qafqaz İslam Ordusunun şəhər ətrafında, Binəqədi kəndi yaxınlığındakı 311 və 364 nömrəli təpələr uğrunda keçirdiyi hərbi əməliyyat. == Döyüşün məqsədi == İngilis – "Sentrokaspi" hərbi qüvvələrinə zərbə endirməklə onları şəhərə doğru sıxışdırmaq, Bakının azad olunması üçün həlledici hücum ərəfəsində əlverişli mövqelər ələ keçirmək idi. == Döyüşün gedişi və nəticəsi == Döyüş əsasən 311, 364 nömrəli təpələrin və Binəqədi yüksəkliyinin ətrafında baş verdi. Avqustun 26-da başlanan döyüşdə 13-cü piyada alayı 364 nömrəli təpəni ələ keçirərək, "Sentrokaspi" – ingilis qüvvələrini geri çəkilməyə məcbur etdi. 311 nömrəli təpəni isə ələ keçirmək mümkün olmadı. Avqustun 27-də "Sentrokaspi" – ingilis qüvvələri 364 nömrəli təpəni geri qaytarmağa cəhd göstərdilər: ingilis qüvvələri hücuma keçərək, Maştağa dəstəsinin və 13-cü alayın mövqelərini aramsız atəşə tutdu, 10-cu alayın mövqeləri "Sentrokaspi" təyyarələri tərəfindən bombardman edildi, hərbi gəmilər isə Abşeron yarımadasının şimalında mövqe tutaraq, "Sentrokaspi" qüvvələrini müdafiə etməyə çalışdılar. Azərbaycan süvarilərinin və könüllülərinin çoxluq təşkil etdiyi Maştağa dəstəsi döyüşlərin ən qaynar yerində idi. Qaimməqam Həsən bəyin rəhbərliyi altında olan bu dəstə düşmən təyyarələrindən bombardman edilməsinə, dənizdə dayanan gəmilərdən top atəşinə tutulmasına baxmayaraq, döyüş mövqeyindən geri çəkilmədi. Avqustun 30-da Nasoslu yaxınlığında "Sentrokaspi" gəmilərindən quruya çıxarılmış desant Qafqaz İslam Ordusu qüvvələrinə arxadan zərbə vurmağa cəhd göstərdi. Lakin 364 nömrəli təpəni geri qaytara bilmədi.
Binəqədi gölü
Binəqədi gölü-Bu göl üç su-bataqlıq ərazisindən ibarət olub həm biomüxtəliflik, həm də təbiət abidələrinin sistemliliyi baxımından unikal landşafta malikdir. Gölün qərb hissəsində 2 geoloji təbiət abidəsi - Keyrəki və Abix palçıq vulkanları yerləşir. Keyrəki palçıq vulkanı həm nəhəngliyi, həm də püskürmə aktivliyi baxımından çox maraqlı bir təbiət abidəsi olmaqla Azərbaycanın dövlət əhəmiyyətli təbiət abidələri siyahısına daxil edilmişdir. Gölün şərq hissəsində iki yatmış palçıq vulkanı – Böyükdağ və Kiçikdağ palçıq vulkanları yerləşir. Ərazinin digər dövlət əhəmiyyətli təbiət abidəsi gölün cənub-şərq hissəsində yerləşən «Binəqədi Faunası» - Binəqədi Dördüncü Dövr Fauna və Flora ərazisidir. ərazinin şimal tərəfində isə məşhur duz gölü olan Masazır gölü yerləşir. Bu baxımdan ərazi yüksək ekoloji turizm potensialına malikdir. Məlumdur ki, Abşeronun su-bataqlıq əraziləri intensiv antropogen amillərin təsiri nəticəsində kəskin azalmışdır. Bu isə ərazinin su-bataqlıq canlılarının məhvinə aparır. Bir zamanlar Binə, Binəqədi kəndləri, Xırdalan və Rəsulzadə qəsəbələri ətrafındakı geniş bataqlıq ərazilərdən artıq heç bir əlamət qalmamışdır.
Binəqədi kərgədanı
Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir. Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır. 2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir.
Binəqədi kərkədanı

Binəqədi qəzeti
Binəqədi - Həftəlik ictimai-siyasi qəzet (Binəqədi Rayon İcra Hakimiyyətinin qəzeti) == Haqqında == Binəqədi Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Binəqədi” ictimai-siyasi qəzeti 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Qəzet,Binəqədi rayonunun həyatında, bütövlükdə respublikada, eləcə də dünyada baş verən yenilikləri operativ şəkildə çatdırmaq üçün həftəlik çap edilir. Qəzet 2 min tirajla çap olunur. == Məqsədi == Qəzetin yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. “Binəqədi” ictimai-siyasi qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
Binəqədi rayonu
Binəqədi rayonu (əvvəlki adı: Kirov rayonu) — Bakıda rayon. Mərkəzi Binəqədi şəhər tipli qəsəbəsidir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Kirov rayonu Binəqədi rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. == Tarixi == Binəqədi rayonu 28 aprel 1920-ci il tarixində Kirov rayonu adı ilə yaradılmışdır. 29 aprel 1992-ci ildən Binəqədi rayonu adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Rayon şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir. == Mədəniyyəti == Rayonda 1957-ci ildə yaradılmış, 450 yerlik N.Nemətov adına Biləcəri Dəmiryolçuların Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evinin nəzdində "Dəmiryolçular" xalq çalğı alətləri ansamblı, "Qatar" rəqs ansamblı, Teatr studiyası, rəssamlıq emalatxanası, peşə kursları və dərnəkləri mövcuddur. Binəqədi Mərkəzi Mədəniyyət evi Tamaşaçı zalında oturacaq yerlərinin sayı: 350 Binəqədi qəsəbə Mədəniyyət evi Xocasən qəsəbə klubu 1941-ci ildən fəaliyyət göstərir.
Binəqədi qəsəbə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Onurğalıların Binəqədi qəbiristanlığı
Onurğalıların Binəqədi qəbiristanlığı dünyada məşhurdur və UNESCO-nun Ümumdünya Mədəniyyət və Təbiət İrsinin siyahısına daxil edilmişdir. Binəqədi qəbiristanlığı 70-80 min il bundan öncə, orta pleystosendə əmələ gəl­mişdir. Bu bitum gölü köklü süxurlardan səthə neft sızması nəticəsində yaran­mışdır və burada su içməyə gəlmiş müxtəlif nov heyvanların qalıqları balzam­lanmışdır. Alimlər göldə öküz, nəhəng maral, onurğalıların, sürünənlərin, məmə­li­lərin, həşərat və quşların nümayəndələrinın qalıqlarını aşkar etmişlər. Binəqə­dinin dördüncü dövr faunası kolleksiyasında 41 məməli, 110 quş, 2 sürünənlər, 1 suda-quruda yaşayanlar, 107 həşərat və 22 bitki növlərinin qalıqları top­lanmışdır. Onların arasında bu gün Azərbaycanda rast gəlinməyən qazıntı halında tapılmış atların, kərgədanın, nəcib maralın (binəqədi növü), ceyran və sayqak­ların, demək olar ki, bütöv skeletləri böyük elmi maraq doğurur. Yırtıcı məməli­lərdən pleystosen canavarı, mağara kaftarı, binəqədi ibtidai öküzü, ayı və b. növ heyvanların qalıqları, quşlardan isə çölördəyinin, qaz, durna, qutan, berkut, çala­ğan, yapalaq, qırğı və başqalarının skeletləri müəyyən edilmişdir. Hazırda bu tapıntılar Azərbaycan MEA Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət-Tarix Muzeyində saxlanılır. Sümük qalıqlarının ətraflı tədqiqi dördüncü dövr heyvanlarının xarici görünüşünü bərpa etməyə və bu günə qədər gəlib çıxmış növlərin təkamül prosesi nəticəsində uğradıqları dəyişiklikləri aydınlaşdırmağa imkan vermişdir.
Binəqədi birinci seçki dairəsi
Binəqədi ikinci seçki dairəsi
Binəqədi üçüncü seçki dairəsi
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən biri. Binəqədi rayon MKS-nin direktoru: Rəna Fikrət qızı Biləndərli Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq 2011-ci ildə yaradılıb. Binəqədi rayonunda yerləşən 8 kitabxana (V. Q. Korolenko ad. Mərkəzi Şəhər Gənclər Kitabxanası, 8-ci mkr. kütləvi kitabxanası, Ş. Qurbanov ad. kütləvi kitabxana, Biləcəri qəsəbə kütləvi kitabxanası, Hüseyn Cavid ad. kütləvi kitabxana, Xoca-Həsən qəsəbə kütləvi kitabxanası, Binəqədi qəsəbə uşaq kitabxanası və Süleyman Rüstəm ad. kütləvi kitabxana) bazasında Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb. Hal-hzırda MKS-də 7 kitabxana fəaliyyət göstərir. Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində 6 şöbə — Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, İnformasiya resurs şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir.
Qaradağ–Binəqədi-Yasamal seçki dairəsi
10 saylı Binəqədi üçüncü seçki dairəsi
8 saylı Binəqədi birinci seçki dairəsi
9 saylı Binəqədi ikinci seçki dairəsi
Binəqədi rayonunda yaşayış binasında yanğın (2015)
Binəqədi rayonunda yaşayış binasında yanğın — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) baş vermiş yanğın hadisəsi. İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib. == Arxa plan == Hadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10:30 da baş verib.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı — Azərbaycanın qədim fauna və flora qəbiristanlığı Binəqədi IV dövr flora və fauna qəbiristanlığının tarixi təxminən 200 min il bundan əvvələ aiddir. Həmin dövrdə indiki Binəqədi qəsəbəsinin böyük bir hissəsi qırlı göldən ibarət olmuşdur. İçməli su kimi görünsə də həmin göl qədim, habelə nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası olmuşdur.Çünki, qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edirmiş. Nəticədə həmin ərazidə qurbanların sayı daim artmışdır. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilmişdir. Müasir dövrdə ərazinin əksər hissəsində tikinti işlərinin aparılması səbəbindən, yalnız 1938-ci ildə onun kiçik bir sahəsi aşkarlanmış və elm üçün zəngin sərvət kimi qiymətləndirilmişdir. == Mənbə == “Natural History” Azərbaycanın təbiətindən yazır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 112.30 dəfə / 1 mln.
2002 •• 17.13
2003 ••• 20.87
2004 ••• 26.95
2005 •••••• 53.98
2006 ••••••••• 77.03
2007 •••••••• 69.56
2008 ••••••• 66.02
2009 ••••••••• 79.99
2010 ••••••••••• 104.03
2011 •••••••••• 91.54
2012 ••••••••••••• 121.24
2013 ••••••••••• 104.45
2014 ••••••••••••••• 136.95
2015 ••••••••••••• 123.85
2016 •••••••••••••••••••• 186.03
2017 •••••••••••••••••••• 192.02
2018 •••••••••••••••••• 170.05
2019 •••••••••••••• 126.15
2020 ••••••••••••• 115.24

binəqədi sözünün fransız dilinə tərcüməsi

"binəqədi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#binəqədi nədir? #binəqədi sözünün mənası #binəqədi nə deməkdir? #binəqədi sözünün izahı #binəqədi sözünün yazılışı #binəqədi necə yazılır? #binəqədi sözünün düzgün yazılışı #binəqədi leksik mənası #binəqədi sözünün sinonimi #binəqədi sözünün yaxın mənalı sözlər #binəqədi sözünün əks mənası #binəqədi sözünün etimologiyası #binəqədi sözünün orfoqrafiyası #binəqədi rusca #binəqədi inglisça #binəqədi fransızca #binəqədi sözünün istifadəsi #sözlük