biocoğrafiya sözü azərbaycan dilində

biocoğrafiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biocoğrafiya • 90.4762%
  • Biocoğrafiya • 9.5238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biocoğrafiya
Biocoğrafiya – Yer kürəsində müxətəlif biosenozların, həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b. taksonomik kateqoriyaların) yayılması və paylanması qanunauyğunluqları haqqında elm. Biocoğrafiya biosfer haqqında elmlərdən biri olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxildir. Biocoğrafiyanın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi problemləri öyrənilir. Belə ki, aeroloji biocoğrafiya müxtəlif növlərin yayılmasını, areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə əsasən xəritələr tərtib edilir. Regional biocoğrafiya floristik və faunistik rayonlaşdırma ilə məşğul olur. Ekoloji biocoğrafiya biokütləni, bioloji məhsuldarlığı tədqiq edir. Biocoğrafiya bitki örtüyü və heyvanat aləminin mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası hesab olunur. Biocoğrafiya "Ümumi yerşünaslığın" tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və Yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetdə biosenozun coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.63
2012 ••• 0.09

biocoğrafiya sözünün leksik mənası və izahı

biocoğrafiya sözünün etimologiyası

biocoğrafiya sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. биол., геогр. биогеография (наука, изучающая распространение и распределение организмов и их биоценозов) II прил. биогеографический

    Azərbaycanca-rusca lüğət / biocoğrafiya

biocoğrafiya sözünün fransız dilinə tərcüməsi

biocoğrafiya sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#biocoğrafiya nədir? #biocoğrafiya sözünün mənası #biocoğrafiya nə deməkdir? #biocoğrafiya sözünün izahı #biocoğrafiya sözünün yazılışı #biocoğrafiya necə yazılır? #biocoğrafiya sözünün düzgün yazılışı #biocoğrafiya leksik mənası #biocoğrafiya sözünün sinonimi #biocoğrafiya sözünün yaxın mənalı sözlər #biocoğrafiya sözünün əks mənası #biocoğrafiya sözünün etimologiyası #biocoğrafiya sözünün orfoqrafiyası #biocoğrafiya rusca #biocoğrafiya inglisça #biocoğrafiya fransızca #biocoğrafiya sözünün istifadəsi #sözlük