biogen sözü azərbaycan dilində

biogen

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • biogen • 95.1482%
  • Biogen • 4.5822%
  • BİOGEN • 0.2695%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biogen
Biogen — ölü canlıların çürüməsindən əmələ gəlmiş maddə. == Biogen çöküntülər == Biogen çöküntülər canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, biogen mənşəli üzvi maddədən, yaxud mineral skelet qalıqlarından təşkil olunmuş çöküntülər. Dəniz və okeanların biogen çöküntülər silisium və karbonat tərkibli olur; üstünlük təşkil edən çöküntü əmələ gətirən orqanizm qruplarına görə onlara ad verilir. Müasir Biogen çöküntülər okean dibinin yarıdan çox hissəsini örtür. Kontinental (göl, çay, bataqlıq) biogen çöküntülər sapropel və torflardan, həmçinin diatomalı göl lillərindən və qabıq əhəngdaşlarından ibarətdir. == Biogen proseslər == 1. Mineralogiya və geologiyada orqanizmlərin bilavasitə iştirakı ilə mineral və süxur əmələgəlmə prosesləri. Məsələn: onların həyat fəaliyyəti nəticəsində (kalsit və ya opaldan ibarət skelet və ya qabıqların, riflərin) yaxud üzvi qalıqların dəyişməsi nəticəsində (kömür və b.) əmələ gəlməsi. 2. Geomorfologiyada morfogenetik əhəmiyyətli orqanizmlərin fəaliyyəti.
Biogen elementlər
Biogen elementlər — avtotrof orqanizmlərin üzvi birləşmələr sintez etməsi üçün vacib olan kimyəvi maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biogen relyef
BİOGEN RELYEF – bioenozların təsiri nəticəsində yaranan relyef. Uzun dövr ərzində bitki qruplarının ölü kütləsinin akkumulyasiyası (fitogen relyef) nəticəsində yaranın mezorelyef (məs. torfun), uzun dövr ərzində duzların yuyulması nəticəsində bitkilərin yaratdığı mikrorelyef (səhra və yarımsəhra zonasında), qum və narın torpaq hissəciklərinin bitkilərin ətrafında akkumulyasiyası (məs. yulğun kollarının, cilin və s.) nəticəsində yaranan mikro və ya nanorelyef, dağ yamaclarında eroziya prosesi nəticəsində kolların ətrafında yaranan təpəciklər və ya bitkisiz sahələrdə əmələ gələn çala- çuxurlar, heyvanların fəaliyyətilə yaranan (məs. gəmiricilər), cücülərin (qarışqa koloniyası) və məməlilərin yaratdığı (qabanın eşdiyi sahələr) zoogen relyeflər.
Biogen süxurlar
Biogen süxurlar- heyvan və bitki orqanizmlərinin həyat fəaliyyətlərinin və ya onların tam parçalanmış qalıqlarından ibarət olan çökmə süxurlara deyilir. Tərkibinə görə biogen süxurlar karbonatlı ( mərcan, foraminifer, balıqqulağı və kokkolit əhəngdaşları), silisiumlu( diatomit, sponqolit, radiolyarit vəs.), fosfatlı( fosfatlı balıqqulağılar, quano, sümük yığımları) süxurlara, qazıntı kömür və yanar şistlərə bölünürlər.
Atomların biogen miqrasiyası qanunu
Atomların biogen miqrasiyası qanunu– Yer səthində və bütövlükdə biosferdə kimyəvi elementlərin miqrasiyası bilavasitə canlı maddə və orqanizmlərin iştirakı ilə baş verir. == Ümumi məlumat == Geoloji keçmişdə, milyon illər bundan əvvəl də, müasir dövr şəraitində də atomların biogen miqrasiyası belə baş vermişdir. Canlı maddə ya biokimyəvi proseslərdə bilavasitə iştirak edir ya da oksigen, karbon qazı, hidrogen, azot, fosfor və digər maddələrin zənginləşdirilmiş mühit əmələ gətirir. Bu qanunun mühüm nəzəri və təcrübi əhəmiyyəti vardır. Biogen faktorların təsirini nəzərə almadan geosferdə baş verən kimyəvi prosesləri öyrənmək mümkün deyildir. Müasir dövrdə insanlar biosferə təsir edərək, onun fiziki və kimyəvi tərkibini, əsrlərlə atomların biogen miqrasiyasının balanslaşdırılmış şəraitini dəyişdirirlər. Bu da gələcəkdə çox zərərli, qlobal, idarə olunmayan dəyişikliklər əmələ gətirə bilər.Səhralaşma, torpağın deqradasiyası, minlərlə növ orqanizmlərin məhv olması və s. yə səbəb ola bilər. == Qanunun əhəmiyyəti == Bu qanunun köməyilə şüurlu və aktiv surətdə belə zərərli dəyişikliklərin aradan qaldırılması və “mülayim” ekoloji üsullardan istifadə etməklə biogeokimyəvi proseslərə rəhbərlik etmək mümkündür. Bundan başqa ekologiyanın qanunlarına eyni zamanda B.Kommonerin “qanun – aforizmlər”i də daxil edilir ki, onlarda da ekologiyanın bir çox qanunauyğunluqları öz əksini tapmışdır: Hər şey bir-biri ilə əlaqədardır.
Biogenetik qanun
Biogenetik qanun – orqanizmlərin fərdi inkişafı (ontogenez) və növlərin təkamül tarixinin (filogenez) qarşılıqlı münasibətlərini izah edən konsepsiya. Biogenetik qanunun E.Hekkel (Haeckel) orqanizmlərin fərdi və tarixi inkişafı arasındakı asılılığı belə ifadə etmişdir: hər bir orqanizmin ontogenezi onun əcdadının filogenezinin qısa və yığcam təkrarını (rekapitulyasiya) təmsil edir. Hekkelə görə, təkamül prosesində yeni əlamətlərin yaranması orqanizmlərin fərdi inkişafının sonunda yeni mərhələlərin əlavə olunması yolu ilə baş verir, əvvəlki yaşlı vəziyyət isə ondan (sonuncudan) əvvəlki embrional mərhələyə çevrilir. Ontogenezdə əcdad əlamətlərinin təkrarlanması bununla əlaqədardır. Beləliklə, ontogenezin formalaşmasının səbəbi filogenezdir. Fərdi inkişaf sonsuz uzana bilməz, buna görə də filogenetik mərhələlərin embriogenezdə təkrarlanması tədricən qısalmış olur. Ç.Darvin (1859) göstərmişdir ki, təbii seçmə orqanizmlərin ontogenezinin bütün mərhələlərinə təsir edərək onların hər birinin xarici şəraitin xüsusiyyətlərinə uyğunlaşmasına səbəb olur. E.Hekkel rüşeym və sürfələrin spesifik uyğunlaşmasını senogenez adlandırmış, bunların arasında embrional rüşeymlərin formalaşma yerinin dəyişilməsini (heterotopiya), onların inkişafının müddət və templərini (heteroxroniya) ayırd etmişdir. Fərdi inkişafda senogenezin yaranması sayəsində konservativ əlamət və proseslərin təkrarlanma qaydası pozulur. E.Hekkel güman edirdi ki, bütöv filogenetik mərhələlər ontogenezdə ardıcıl təkrarlanır və bunun sayəsində növün tarixi inkişafının gedişini yenidən yaratmaq olar.
Biogenez
Biogenez — canlının canlıdan əmələ gəlməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Biogenlər
Biogen — ölü canlıların çürüməsindən əmələ gəlmiş maddə. == Biogen çöküntülər == Biogen çöküntülər canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, biogen mənşəli üzvi maddədən, yaxud mineral skelet qalıqlarından təşkil olunmuş çöküntülər. Dəniz və okeanların biogen çöküntülər silisium və karbonat tərkibli olur; üstünlük təşkil edən çöküntü əmələ gətirən orqanizm qruplarına görə onlara ad verilir. Müasir Biogen çöküntülər okean dibinin yarıdan çox hissəsini örtür. Kontinental (göl, çay, bataqlıq) biogen çöküntülər sapropel və torflardan, həmçinin diatomalı göl lillərindən və qabıq əhəngdaşlarından ibarətdir. == Biogen proseslər == 1. Mineralogiya və geologiyada orqanizmlərin bilavasitə iştirakı ilə mineral və süxur əmələgəlmə prosesləri. Məsələn: onların həyat fəaliyyəti nəticəsində (kalsit və ya opaldan ibarət skelet və ya qabıqların, riflərin) yaxud üzvi qalıqların dəyişməsi nəticəsində (kömür və b.) əmələ gəlməsi. 2. Geomorfologiyada morfogenetik əhəmiyyətli orqanizmlərin fəaliyyəti.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.55 dəfə / 1 mln.
2003 •• 0.39
2007 ••• 0.63
2008 •••••••••• 2.92
2009 •••••••••••••••••••• 5.76
2010 •••••••••••••••••••• 5.90
2011 •••••••••••••• 4.12
2012 ••••••••••• 3.01
2013 ••••• 1.31
2014 ••••••• 1.89
2015 •••• 1.02
2016 ••••••••••• 2.95
2017 ••••••••• 2.44
2018 ••••••••••••• 3.60
2019 ••• 0.83

biogen sözünün etimologiyası

biogen sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. биогенный (биологическое происхождение). Kimyəvi elementlərin biogen miqrasiyası хим. биогенная миграция химических элементов; гидрогеол. biogen su биогенная вода, biogen çöküntülər биогенные отложения; biogen elementlər биогенные элементы 2. биогенетический

    Azərbaycanca-rusca lüğət / biogen

"biogen" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#biogen nədir? #biogen sözünün mənası #biogen nə deməkdir? #biogen sözünün izahı #biogen sözünün yazılışı #biogen necə yazılır? #biogen sözünün düzgün yazılışı #biogen leksik mənası #biogen sözünün sinonimi #biogen sözünün yaxın mənalı sözlər #biogen sözünün əks mənası #biogen sözünün etimologiyası #biogen sözünün orfoqrafiyası #biogen rusca #biogen inglisça #biogen fransızca #biogen sözünün istifadəsi #sözlük